Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə112/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   108   109   110   111   112   113   114   115   ...   128

446 

 

yenidən dirçəlmiş olsaydı, çox tezliklə bir daha dilxorçu 



məyusluqla  sona  çatardı.  Ona  elə  gəlirdi  ki,  bu 

dəqiqələrdə onun və Ceynin keçirdiyi əzab öz qarşılığını 

hətta illərin xoşbəxtliyi ilə də ala bilməz. 

“Mənim ən böyük arzum - o, özlüyündə düşünürdü, - 

bu insanları bir daha heç vaxt görməməkdir. Öz mühitləri 

ilə onlar 

bu qədər iztirab çəkməyə  layiq  olan zövq bəxş  etmirlər. 

Qoy nə bu, nə də o biri yolumun üstünə çıxmasınlar!” 

O, 

Ceynin 


füsunkarlığının 

onun 


əvvəlki 

pərəstişkarının  duyğularına  necə  möhkəm  təsir  etdiyini 

gördükdə  öz  qarşılığını  hətta  illərin  xoşbəxtliyinin  belə 

ödəyə  bilməyəcəyi  əzabı  Elizabetə  o  qədər  də  ağır 

görünmədi.  Yenicə  gəldikləri  vaxt  Binqli  onunla  bir  az 

danışmışdı. Ancaq hər keçən dəqiqə ilə onun qıza diqqəti 

daha  da  artdı.  Ceyn  onun  gözünə  keçən  il  olduğu  kimi 

gözəl  görünürdü.  Həminki  kimi  sevimli,  eyni  cür  təbii, 

ancaq bir qədər daha susqun. Ceyn hər vəchlə çalışırdı ki, 

ondakı  dəyişiklik  hiss  olunmasın  və  hesab  edirdi  ki, 

əvvəllər olduğu kimi, o qədər danışır. Ancaq onun beyni 

o qədər gərgin çalışırdı ki, fikirli olduğunu özü də tez-tez 

fərq etmirdi. 

Gənclər getməyə hazırlaşanda missis Bennet var gücü 

ilə Binqliyə qayğı göstərməkdə davam edərək, onu yaxın 

günlərin  birində  Lonqbornda  nahara  dəvət  etmək 

fürsətindən yararlandı. 

—  Mister  Binqli,  siz  axı  mənə  borclusunuz,  —  o, 

əlavə etdi. — Yadınızdadırım, siz ötən qış şəhərə gedəndə 

downloaded from KitabYurdu.org




447 

 

vəd etdiniz ki, 



qayıdan  zaman  bizə  nahara  gələcəksiniz.  Gördüyünüz 

kimi, mən onu unutmamışam. Etiraf edirəm, o zaman öz 

vədinizi 

yerinə 


yetirmək 

üçün 


Hartfördşirə 

qayıtmadığınızda mən çox məyus olmuşdum. 

Bu  sözlər  Binqlidə  müəyyən  çaşqınlıq  yaratdı  və 

cavabda onu ləngidən işlər barədə nəsə mızıldadı. Bunun 

ardınca onlar getdilər. 

Missis  Bennet  çox  istəyirdi  ki,  onlan  elə  həmin  gün 

nahara  dəvət  etsin.  Ancaq  Lonqbomda  həmişə  əla  masa 

olsa da, qərara gəldi ki, bu qədər böyük ümidlər bağladığı 

insana  lütf  göstərmək,  həmçinin  onun  on  min  funt  illik 

gəliri  olan  dostunun  iştahasını  və  qürurunu  məmnun 

etmək  üçün  xörəklərin  sayını  ən  azı  iki  dəfə  artırmaq 

gərəkdir. 

XII 

FƏSİL 


Onlar gedən kimi Elizabet həyəcanını bir qədər azaltmaq 

üçün gəzintiyə çıxdı. O, kənar müdaxilə olmadan günün 

hadisəsi  üzərində,  xüsusilə  də  duyğularını  yaralamış 

olaylar  barədə  düşünmək  istəyirdi.  Hər  şeydən  çox  onu 

mister Darsinin davranışı heyrətləndirdi və incitdi. 

O  başa  düşmürdü:  “Bütün  vaxtı  susqun  halda, 

sifətindəki etinasız ifadəni qoruyub saxlayaraq oturmağa 

hazırlaşırdısa, o, nə üçün gəlmişdi?” 

Elizabet  onu  sevindirə  biləcək  hər  hansı  bir  izahat 

tapmadı. 

“Hələ tam bu yaxınlarda Londonda o, dayım və xala 

ilə gülərüz və lütfkar ola bilmişdi. Nə üçün o mənimlə də 

downloaded from KitabYurdu.org



448 

 

o cür deyildi? O mənimlə özünü naqolay hiss edirsə, onda 



bura gəlməsi nəyinə lazımdır? Onun artıq mənimlə bir işi 

yoxdursa,  belə  qapalılıq  haradandır?  Bu  insan  mənim 

fikrimi  necə  də  aparır?  Onun  barəsində  bir  də  heç  vaxt 

düşünməyəcəyəm”. 

Bir  müddət  o  öz  vədini  güclə  tutmalı  oldu.  Xoşbəxt 

görkəmli Ceyn gəlib ona yetişdikdə aydın oldu ki, səhər 

ziyarəti bacısı ilə müqayisədə ona daha böyük zövq bəxş 

edib. 


— İndi,  —  o  dedi,  —  birinci  görüşün  artıq  geridə 

qaldığı vaxt ürəyim xeyli sakitdir. Mən öz gücümə əmin 

oldum  və  onun  gəlişi  daha  məni  utandırmayacaq.  Hətta 

mənə  xoşdur  ki,  o,  həftənin  ikinci  günü  bizdə  nahar 

edəcək. Bununla yanaşı, hər kəs əmin ola bilər ki, bizim 

aramızda adi tanışlıqdan başqa bir şey yoxdur. 

— Bəli, bəli,  əlbəttə, ən adisindən, — Elizabet  gülə-

gülə cavab verdi. — Ah, Ceyn, Ceyn, ehtiyatlı ol! 

— Lizzi,  əzizim,  sən  doğrudanmı  məni  o  qədər  zəif 

sayırsan ki, mənə görə hansısa narahatlıq keçirirsən? 

— Mən  hesab  edirəm  ki,  onun  sənə  daha  da  bərk 

vurulmasından əndişələnməlisən. 

-x-** 

İkinci  günə  qədər  gənclər  görünmədilər.  Bu  günlərdə 



missis  Bennetin  ürəyində  mister  Binqlinin  yarım  saatlıq 

ziyarəti  zamanı  görünən  şən  görkəminə  və  lütfkarlığına 

əsaslanan ən xoşbəxt ümidlər baş qaldırdı. 

Həftənin  ikinci  günü  Lonqbornda  böyük  camiə 

yığışdı.  Səbirsizliklə  gözlənilən  iki  qonaq  əsl  idman 

downloaded from KitabYurdu.org




449 

 

həvəskarlarına yaraşan şəkildə düz təyin olunmuş vaxtda 



gəldilər.  Hamı  yeməkxanaya  yönəldiyi  vaxt  Elizabet 

maraqla  müşahidə  etməyə  başladı  ki,  Binqli  əvvəllər 

Ceynin  yanında  ona  məxsus  olmuş  yerdə  oturacaqmı. 

Eyni  düşüncəylə  həyəcanlanan  tədbirli  anası  onu  öz 

yanında oturtmağı nəzərdə tutmamışdı. Binqli otağa daxil 

olarkən müəyyən tərəddüd içində duruxdu. Ancaq Ceyn, 

guya  ki,  təsadüfən  ətrafa  boylandı,  sanki  bilməyərəkdən 

gülümsədi - hər şey həll olundu. O, qızla yanaşı əyləşdi. 

Elizabet  onun  dostuna  təntənə  ilə  baxdı.  Darsi  baş 

verənlərə  nəcib  soyuqqanlılıqla  yanaşdı.  O,  Darsinin 

onlara  tuşlanan  və  zarafatla  dolu  narahatlıq  ifadə  edən 

baxışlarını  fərq  etməsəydi,  elə  düşünə  bilərdi  ki,  Binqli 

ondan xoşbəxt olmağa icazə rica edib. 

Nahar  zamanı  Binqlinin  Ceynə  münasibətdə  özünü 

aparması açıq-aşkar onun qıza nə qədər istəkli olduğunu 

sübut  edirdi.  Əvvəlki  görüşlərlə  müqayisədə  o,  böyük 

ehtiyatlılığa riayət etsə də, aydın idi ki, onlara mane olan 

olmasa, o və Ceyn yaxın gələcəkdə səadətə qovuşacaqlar. 

Hadisəni  qabaqlayaraq  riqqətə  gəlməyə  cəsarət  etməyən 

Elizabet  Binqlinin  davranışını  müşahidə  edərək 

məmnunluq  hissi  keçirirdi.  Və  bu  onun  o  qədər  də  şən 

olmayan  ovqatını  qismən  dəyişən  yeganə  təsəlli  idi. 

Mister Darsi missis Bennetlə  yanaşı, bir masa arxasında 

nə  qədər  mümkün  ola  bilərdisə,  o  qədər  Elizabetdən 

uzaqda oturmuşdu.  Elizabet  yaxşı  başa düşürdü  ki,  belə 

bir qonşuluqdan onların ikisi də necə az zövq alır və bu, 

onların  davranışında  necə  əks  olunmalıdır.  O  bu 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə