Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə108/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   104   105   106   107   108   109   110   111   ...   128

430 

 

etməsəm,  özümü  tanı  xoşbəxt  hiss  edə  bilmərəm. 



Düşünürəm  ki,  bundan  ötrü  bir  cüt  yaxşı  poninin 

qoşulduğu yastı fayton işə əla 

yarayardı. Ancaq mən daha yaza bilmirəm - artıq yarını 

saat qabaq uşaqlarla məşğul olmağım lazun idi. 

Səmimi qəlbdən sənə sadiq 

M.Qardiner” 

Məktubun  məzmunu  Elizabetin  qəlbində  bütöv  bir 

fərəhli və əzablı yaşantılar fırtınası doğurdu - hətta onların 

hansının  üstün  olduğunu  müəyyənləşdirmək  çətin  idi. 

Darsinin  onun  bacısının  nikahının  hazırlanmasında 

rolunun aydın olmamasından doğan, onun hətta üzərində 

düşünməyə  cəsarət  etmədiyi  əvvəlki  qarmaqanşıq  və 

qeyrimüəyyən  təxminlər  ən  dolğun  şəkildə  təsdiqləndi! 

Bu təxminlər qeyri-adi alicənablığın təzahürü idi və eyni 

zamanda  onun  üzərinə  ciddi  öhdəliklər  qoyurdu.  O, 

Londona  onlan  axtarmağa  bilərəkdən  hər  cür 

xoşagəlməzliklərə  və  bu  cür  axtarışla  bağlı  alçalmalara 

hazır  olaraq  getmişdi!  Özünü  ikrah  etdiyi  və  nifrət 

duyduğu  qadının  qarşısında  minnətçi  roluna  qədər 

endirmişdi!  Həmişə  uzaq  gəzdiyi,  hətta  adının 

çəkilməsinin belə onu özündən çıxardığı adamı görməyə 

(özü də bir neçə dəfə), onu dilə tutmağa, nəhayət, pulla ələ 

almağa məcbur olmuşdu! Və bütün bunlar 

onun hörmət etmədiyi, qiymətləndirmədiyi qızcığaza görə 

edilmişdi?  Ürəyi  Elizabetə  pıçıldayırdı  ki,  Darsi  onun 

xətrinə  belə  hərəkət  edib.  Ancaq  o  özünün  bütün 

təkəbbürü ilə yanaşı, bir dəfə rədd cavabı verdiyi Darsinin 

downloaded from KitabYurdu.org




431 

 

ona bağlılığına, hətta Darsi təkcə Uikhemlə qohum olmaq 



zərurəti barədə düşüncənin onda yaratdığı təbii nifrəti dəf 

etməyə  müyəssər  olsaydı  da,  ümid  edə  bilməyəcəyini 

düşünəndə,  bu  cür  ehtimallar  dərhal  ona  əsassız 

görünürdü.  Uikhemin  bacanağı!  Hər  cür  qürur  hissi  bu 

sayaq qohumluğa qarşı üsyan etməliydi. Əlbəttə ki, o, çox 

şey edib. Bu qədərini hətta təsəvvür etmək belə onun üçün 

utandıncı idi. Ancaq o, axı bu işə qarışmasına inanılması 

rahatca  mümkün  olan  izahat  təklif  edib.  Onun  günah 

duyğusu hiss etməsi xeyli dərəcədə məntiqli görünürdü. 

O, səxavətli və bu keyfiyyətini göstərmək imkamndaydı. 

O,  Darsinin  ona  əvvəlki  meylini  onun  başlıca  səbəbi 

hesab  edə  bilməsə  də,  bu  duyğunun  qalıqları  hər  halda, 

qızın qəlb sakitliyinin bu qədər asılı olduğu məsələdə səy 

göstərməsinə  yardımçı  olmuşdu.  Heç  vaxt  ödəməyin 

mümkün  olmayacağı  bu  insana  onların  nə  qədər  borclu 

olduğunu dərk etmək necə də ağrılı idi. Lidiyanm 

özünün, adının və namusunun xilası - hamısı onun əl işi 

idi. İndi Elizabet bu insan barədə pis düşüncələrinə, ona 

müraciətlə ifadə etdiyi hər bir cəsarətli cümləyə görə çox 

acı-acı peşmançılıq çəkirdi. O özünü alçalmış hiss edirdi. 

Ancaq  ona  görə  qürur  duyurdu,  fəxr  edirdi  ki,  Darsi 

alicənablığın və nəcibliyin təzahüründə özünü üstələyib. 

Elizabet  missis  Qardinerin  məktubda  onun  barəsində 

yazdığı  qənaətləri  təkrar-  təkrar  oxuyurdu.  Çətin  ki,  o, 

kamil idi, amma Elizabet üçün gerçəkdən də əziz idi. O, 

hətta  Qardinerlərin  onun  mister  Darsi  ilə  etimad  və 

qarşılıqlı  istəklə  bağlı  olduqlarına  əminlikləri  barədə 

downloaded from KitabYurdu.org




432 

 

düşünərkən  təəssüf  qarışığı  olan  müəyyən  fərəh  hissi 



keçirdi. 

Addım səsləri onu fikirdən ayrılmağa və oturacaqdan 

qalxmağa  vadar  etdi.  Qonşu  xiyabanın  dərinliyinə 

varmamış Uikhem ona çatdı. 

— Bacım,  qorxuram  ki,  mən  sizin  tək-tənha 

gəzintinizi bivaxt kəsdim, — o, yaxınlaşa-yaxınlaşa dedi. 

— Siz  gerçəkdən  də  onu  yarımçıq  kəsdiniz,  — 

Elizabet gülə- gülə cavab verdi. — Amma budan heç də o 

çıxmır ki, bu, bivaxt 

baş verdi. 

— Əgər elə olsaydı,  bu məni  çox məyus edərdi.  Biz 

axı  həmişə  mehriban  dostlar  idik,  indi  isə  daha  yaxşı 

olmuşuq, elə deyilmi? 

— 

Bəli, əlbəttə. Daha kimsə gəzməyə çıxıbmı? 



— Bilmirəm, Lidiya anası ilə Meritona getdi. Beləcə, 

bacı, dayı və xalanın sözlərindən belə anladım ki, siz hər 

halda Pemberlini ziyarət etmisiniz. 

Qız təsdiqləyiri cavab verdi. 

— Mən, demək olar, sizə qibtə edirəm. Yəqin ki, bu, 

yenə  də  mənim  üçün  çox  ağır  olardı,  əks  təqdirdə  mən 

Nyukasla gedərkən ora gedə bilərdim. Siz, yəqin ki, qoca 

evdar  xanımı  gördünüz?  Yazıq  Reynolds,  o  məni  çox 

sevirdi! Əlbəttə, o mənim haqqımda sizə heç nə demədi. 

— 

Ah, yox, bəzi şeylər deyildi. 



— 

Məhz nə deyildi ki? 

— Deyildi ki, siz orduya daxil olmusunuz və deyəsən, 

orada  özünüzü  o  qədər  də  yaxşı  göstərməmisiniz.  Uzaq 

downloaded from KitabYurdu.org



433 

 

məsafədən, bilirsiniz, çox şey təhrif oluna bilir. 



— Doğrudan da, — o, dodağını gəmirərək dilləndi. 

Elizabet  ümid  edirdi  ki,  o,  Uikhemi  susmağa  vadar 

etməyə 

müyəssər oldu. Fəqət tezliklə o yenidən danışdı: 



— Bu  yaxınlarda  Darsini  Londonda  görəndə 

heyrətləndim.  Biz  onunla  bir  neçə  dəfə  görüşdük. 

Maraqlıdır, o, orada nə işlə məşğuldur? 

— Bəlkə o, miss de Börlə toya hazırlaşır? — Elizabet 

soruşdu. — İlin belə bir vaxtında onu şəhərə yalnız nəsə 

sıradan olmayan şey gətirə bilər. 

— Şübhəsiz.  Lemtonda  olduğunuz  vaxt  onu  görmək 

sizə  nəsib  oldumu?  Qardinerlərin  sözlərindən  mənə  elə 

göründü ki, siz görüşmüsünüz. 

— Bəli. O bizi öz bacısı ilə də tanış etdi. 

— O sizin xoşunuza gəldi? 

— Əlbəttə, hətta çox. 

— Əslində  mən  də  eşitmişəm  ki,  iki  ildə  o,  xeyli 

yaxşılaşıb. Mən onu axırıncı dəfə gördüyüm zaman böyük 

ümidlər vəd etmirdi. Şadam ki, o, ürəyinizə yatıb. Ümid 

etmək istərdim ki, indən belə də onun hər işi yaxşı olacaq. 

— Mən buna tam əminəm. Axı onun üçün ən təhlükəli 

illər arxada qalıb, elə deyilmi? 

— 

Siz Kimton kəndindən keçdiniz? 



— 

Belə bir ad yadıma gəlmir. 

— Mən o kənd barədə ona görə soruşdum ki, mənim 

ümid bəslədiyim kilsə məhz orada idi. Ecazkar məkandır! 

Əla keşiş evi var! Bu saat o mənə çox yarayardı. 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə