Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə110/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   106   107   108   109   110   111   112   113   ...   128

438 

 

pozulmuş kimi göründüm. Ancaq sən, lütfən hesab eləmə 



ki, bu, hansısa səfehliklə bağlı idi. Sadəcə, mən hamının 

mənə  diqqət  verəcəyini  başa  düşərək  bir  dəqiqəliyə 

utandım. Bu xəbər 

mənim  qəlbimdə  nə  ağn-acı,  nə  də  sevinc  doğurdu. 

Xoşdur  ki,  o,  tək  gəlir  —  bunun  sayəsində  biz,  demək 

olar,  görüşməyəcəyik.  Mən  heç  də  özümə  görə  narahat 

deyiləm, amma hər cür eyhamlardan qorxuram. 

Elizabet  nə  düşünəcəyini  bilmirdi.  Binqli  ilə 

Derbişirdə  görüşmüş  olmasaydı,  hesab  edərdi  ki,  o, 

ictimaiyyət  üçün  elan  edilmiş  məqsədindən  ötrü  gəlir. 

Ancaq qıza elə gəlirdi ki, Binqli Ceyni əvvəlki kimi sevir. 

Və  o,  təxminlərin  içində  itib-batırdı,  bilmirdi  ki,  Binqli 

dostunun  icazəsi  ilə  gəlir,  yoxsa  öz  iradəsi  ilə  hərəkət 

etməyə cürət göstərib. 

“Hər  halda  bütün  bunlar  dəhşətlidir,  -  o,  hərdən 

düşünürdü. - Bədbəxt adam qanuni şəkildə kirayələnmiş 

evdə  belə  şayiələr  doğurmadan  məskunlaşmağa  cəsarət 

edə bilməz. Mənə qalsa, qoy ağlı kəsdiyi kimi yaşasın”. 

Ceyn  Binqlinin  gəlişi  barədə  xəbərin  onu  bir  misqal 

belə  narahat  etmədiyini  desə  də  və  hətta  buna  özü  belə 

inansa  da,  Elizabet  yenə  də  onun  həyəcanını  açıq-aydın 

fərq edirdi. Qızın hər bir hərəkətində adi vaxtda ona xas 

olmayan sinirlilik, həyəcan görünürdü. 

Təxminən bir il əvvəl qızğın ailə müzakirəsinə məruz 

qalmış  mövzu  yenidən  valideynlər  arasında  söhbət 

predmetinə çevrilmişdi. 

— Mənim əzizim, mister Binqli gələn kimi, — missis 

downloaded from KitabYurdu.org




439 

 

Bennet  dedi,  — əlbəttə  ki,  sizə  onu ziyarət  etmək lazım 



gələcək! 

— Xeyr, təşəkkür edirəm. Ötən il siz buna görə onun 

qızımızla  evlənəcəyini  vəd  edərək  məni  inandırdınız. 

Ancaq  gördüyünüz  kimi,  hər  şey  puça  çıxdı.  Mən  bu 

qarmağa bir də düşmərəm. 

Arvad  ona  izah  etməyə  çalışdı  ki,  mister  Binqlinin 

gəlişi  ilə  əlaqədar  bütün  qonşular  ona  lazımi  şəkildə 

diqqət yetirməlidirlər. 

— 

Etiket qaydalarına nifrət edirəm! — ər etiraz etdi. 



—  Mister  Binqlinin  bizimlə  bir  arada  olmağa  ehtiyacı 

varsa,  qoy  görüşmək  üçün  özü  zəhmət  çəksin.  O  bizim 

harada  yaşadığımızı  bilir.  Qonşuların  hər  gəlişi  və  ya 

gedişi halında onlara qaçmağa sərf etməyə ayırdığım vaxt 

mənim üçün həddən artıq qiymətlidir. 

— Yaxşı, başa düşdüyüm qədər, siz bağışlanmayacaq 

halda qaba hərəkət  edirsiniz. Ancaq  yenə də  bu,  heç bir 

halda  onu  bizə  nahara  dəvət  etməyimə  mane  olmur.  Bu 

günlərdə  Qoldinqlər  və  missis  Lonq  bizdə  nahar 

edəcəklər.  Bizimlə  birlikdə  masa  arxasında  on  üç  nəfər 

olacaq — məhz onun üçün bir yer qalacaq. 

Qəbul edilən plan ona ərinin çatışmayan nəzakətliliyi 

ilə  barışmaqda  kömək  etdi.  Yenə  də  ərinin  imtinası 

üzündən  qonşuların  mister  Binqli  ilə  onlardan  əvvəl 

görüşəcəklərini dərk etmək ağır idi. 

— Mən, 


ümumiyyətlə, 

onun 


qayıdışından 

təəssüflənməyə  başlayıram,  —  Ceyn  bacısına  dedi.  — 

Onun  dönüşü  mənə  toxunmaya  da  bilərdi,  —  axı  mən 

downloaded from KitabYurdu.org




440 

 

doğrudan da onunla heç nə olmamış kimi görüşə bilərəm. 



Ancaq  bununla  bağlı  tükənməyən  söhbətlərə  dözə 

bilmərəm.  Bizim  anamızın  çox  xeyirxah  niyyətləri  var. 

Lakin o təsəvvür etmir (bunu heç kəs təsəvvür etməz) ki, 

sözləri  məni  necə  incidir.  O,  yenidən  gedəndə  mən  çox 

məsud olacağam. 

—  Mən  sənə  təsəlli  vermək  istərdim,  —  Elizabet 

cavab  verdi.  —  Ancaq  bacarmıram.  Başa  düş,  əzizim. 

Mən  hətta  sənə  adətən  belə  vəziyyətlərdə  tövsiyə  edilən 

səbirli  olmağı  belə  arzu  edə  bilmirəm  —  sən  çox 

dözmüsən. 

Mister  Binqli  gəldi.  Missis  Bennet  qulluqçuların 

köməyi  ilə  bu  barədə  ləngimədən  xəbər  tutdu  və  bunun 

sayəsində  mümkün  həyəcan  və  narahatlıqların  bir  saatı 

belə  əldən  qaçırılmadı.  O,  Binqlini  daha  əvvəl  görməyə 

ümid  etməyərək,  onu  neçə  gündən  sonra  planlaşdırılmış 

nahara  çağırmağın  layiqincə  olacağını  hesabladı.  Ancaq 

Binqlinin  Hartfördşirə  gəldiyinin  üçüncü  səhəri  missis 

Bennet  yataq  otağının  pəncərəsindən  onun  evə  bitişik 

çəmənliklə  atla  gəldiyini  və  evin  artırmasına  doğru 

çapdığını gördü. 

O, dərhal sevincək olaraq qızlarını pəncərəyə çağırdı. 

Ceyn masa arxasındakı yerini tərk etmək istəmədi. Ancaq 

Elizabet anasını məmnun etmək üçün yaxınlaşdı, həyətə 

baxdı və Binqli ilə yanaşı mister Darsini görərək, böyük 

bacısının yanında oturdu. 

— 

Onunla  hansısa  bir  centlmen  gəlib,  ana,  —  Kitti 



dedi. 

downloaded from KitabYurdu.org




441 

 

— Bu kim ola bilər? 



— 

Onun hansısa tanışıdır, əzizim, haradan bilim? 

— Oy! — Kitti qışqırdı. — Deyəsən, bu, əvvəllər hər 

yerdə onunla birlikdə olan centlmendir. Mister, adı nədir 

onun, 

— belə hündür və məğrur? 



— İlahi!  Mister  Darsi!  Əlbəttə,  odur,  nəyə  desəniz, 

and içərəm. Neynək, biz mister Binqlinin hər bir dostunu 

salamlamağa şadıq. Ancaq onlar dost olmasaydılar, mən 

deyərdim  ki,  təkcə  onun  görkəmindən  mən  qəzəbə 

doluram. 

Ceyn  Elizabetə  çaşqınlıq  və  təəssüf  dolu  baxışla 

baxdı. O, Derbişirdə baş verənlər barədə, demək olar, heç 

nə  bilmirdi.  Ona  görə  də  o  özlüyündə  bacısının 

utanmasını həmin unudulmaz məktubu almasından sonra 

bu adamı ilk dəfə gördüyündən olduğunu xəyal etdi. Hər 

iki  bacının  əhvalı  birtəhər  oldu.  Hər  ikisini  həyəcan  və 

qarşılıqlı acıma hissi çulğadı. Ona görə də onlar anasının 

mister  Darsiyə  qarşı  nifrəti  və  onunla  yalnız  mister 

Binqlinin  dostu  olduğuna  görə  nəzakətlə  davranmaqda 

qərarlı olduğu barədə çərənləməsini 

eşitmədilər.  Lakin  Elizabetdə  narahatlıq  üçün  bacısına 

tamamilə  məlum  olmayan  səbəb  vardı.  O,  missis 

Qardinerin  məktubunu  ona  göstərməyə  və  Darsiyə 

münasibətinin dəyişdiyini deməyə cürət etməmişdi. Ceyn 

üçün  o,  sadəcə,  evlilik  təklifinə  bacısının  imtina  cavabı 

verdiyi  və  ləyaqətini  qiymətləndirmədiyi  bir  insan  idi. 

Lakin  Elizabet  daha  çox  şey  bilirdi.  O,  Darsidə  onun 

downloaded from KitabYurdu.org



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə