Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə113/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   109   110   111   112   113   114   115   116   ...   128

450 

 

məsafədən onlann sözlərini eşidə bilmirdi. Ancaq o, yaxşı 



görürdü  ki,  onlar  necə  nadir  hallarda  bir-birinə  xitab 

edirlər  və  bu  müraciətlər  hansı  dərəcədə  quru  və 

təmkinlidir.  Anasının  kərəmsizliyi  Elizabeti  Darsiyə  nə 

qədər çox borclu olduqlarını daha kəskin şəkildə duymağa 

vadar etdi. Hərdən o, ona ailədə kiminsə bunu bildiyini və 

onun tərəfindən edilmiş yaxşılıqları gerçəkdən 

qiymətləndirdiyini demək imkanı  üçün istənilən qurbanı 

verməyə hazır olurdu. 

Elizabet  ümid  edirdi  ki,  axşam  boyunca  hansısa  bir 

təsadüf  onların  yanaşı  durmasına  səbəb  olacaq  və  bu 

ziyarət onunla Darsi arasında mükaliməsiz, görüşdükləri 

vaxt  bir  neçə  rəsmi  salamlama  mübadiləsindən  daha 

əhatəli  söhbət  olmadan  bitməyəcək.  Kişilərin  gəlişinə 

qədər o, qonaq otağında  əndişələnmiş və həyəcanlanmış 

halda, yorğun və otaqda yoxmuş kimi elə oturmuşdu ki, 

qaba  görünə  bilərdi.  Onların  gəlib  çıxmasını  o,  elə  bir 

hisslə gözləyirdi ki, sanki bugünkü axşamın ona hansısa 

bir  sevinc  gətirib-gətirməyəcəyi  bütövlükdə  həmin 

anlardan asılı idi. 

“Əgər  o  bu  dəfə  də  mənə  yaxınlaşmasa,  -  öz-özünə 

deyirdi,  -  mən  biləcəyəm  ki,  o  mənim  üçün  həmişəlik 

itirilib”. 

Kişilər daxil oldular. Mister Darsinin görünüşünə görə 

mühakimə  yürüdülərsə,  o,  qızın  ümidlərinə  cavab 

verməyə meyilli görünürdü. Ancaq Heyhat! Ceynin çay, 

Elizabetin qəhvə süzdüyü masanı xanımlar elə sıx dairəyə 

almışdılar  ki,  yaxınlıqda  onun  otura  biləcəyi  bir  yer 

downloaded from KitabYurdu.org




451 

 

qalmamışdı. Gənclər 



yaxınlıqda olduqları vaxt qızlardan biri Elizabetə qısılaraq 

pıçıldadı: 

— Mən  istəmirəm  ki,  kişilər  bizi  ayrı  salsınlar!  Axı 

onlardan heç biri lazım deyil, elədirmi? 

Darsi  otağın  o  biri  küncünə  çəkildi.  Elizabet  onunla 

söhbətə  girişən  hər  kəsə  həsəd  apara-apara  və 

məclisdəkilərin hamısını qəhvəyə qonaq etməyə səbrinin 

çatmayacağmdan  qorxa-qorxa  onu  gözləri  ilə  müşayiət 

etdi. Birdən öz sadəlövhlüyü onu hiddətləndirdi. 

“Təklifini  rədd  etdiyim  insan!  Onun  məni  yenidən 

sevəcəyini 

düşünməyim  mən  tərəfdən  necə  də 

axmaqlıqdır!  Məgər  ikinci  dəfə  təklif  etməsi  üçün 

mülayimliyi  yetən  güclü  cins  nümayəndəsi  tapılarmı? 

Yəqin ki, onlann özlərinə bundan artıq alçalma təsəvvür 

etmələri çətindir”. 

Ancaq  Darsi  ondan  fincanına  ikinci  dəfə  qəhvə 

süzməyi  xahiş  edəndə  qıza  bir  qədər  rahatlıq  gəldi.  O, 

fürsətdən yararlanaraq soruşdu: 

— 

Bacınız hələ də Pemberlidə yaşayır? 



— 

Bəli, o, Milad bayramına qədər orada qalacaq. 

— Bəs  onunla  heç  kəs  qalmadı?  Doğrudanmı  bütün 

dostlar onu tərk etdi? 

— Missis Ensli hələ oradadır. Başqa xanımlar üç həftə 

əvvəl Skarboroya getdilər. 

O, deməyə daha heç nə tapmadı. Ancaq Darsi söhbəti 

davam  etdirmək  istəsəydi,  özü  hər  hansı  bir  mövzu 

düşünə  bilərdi.  Buna  baxmayaraq,  o,  susqun  halda  bir 

downloaded from KitabYurdu.org




452 

 

neçə dəqiqə qızın yanında durdu və yalnız qızlardan biri 



Elizabetin  qulağına  yenə  nəsə  pıçıldayanda  kənara 

çəkildi. 

Çay  dəsgahı  yığışdırıldı,  kart  masaları  açıldı. 

Xanımlar  qalxdılar  və  Elizabet  ümid  etdi  ki,  o,  tezliklə 

onun yanma gələcək. Ancaq bu dəfə də məyusluğa düçar 

oldu:  bir  də  gördü  ki,  vist  oyunçuları  axtaran  missis 

Bennet onu qamarladı və qarşısında əyləşdirdi. Artıq o bu 

axşamdan bir şey gözləmirdi. Onlar qonaqlar gedincəyə 

qədər  otağın  müxtəlif  künclərində  oturmalı  idilər  və  o, 

indi yalnız ona ümid edə bilərdi ki, Darsi nəzərlərini onun 

oturduğu masaya həddən artıq tez-tez  yönəldəcək, onun 

özü kimi binəsib oyunçu olduğu məlum olacaq. 

Missis  Bennet  mister  Binqlini  və  onun  dostunu  hələ 

şam  yeməyinə saxlamaq niyyətinə də düşmüşdü. Ancaq 

onun bəxtindən Binqlinin ekipajı birinci hazır oldu və o, 

onların yola düşməsinə mane olmaq üsulu tapa bilmədi. 

— Həə, qızlar, — nəhayət, hamı dağılışandan sonra o 

dedi, — bugünkü axşam barədə nə deyirsiniz? Hər şey ən 

yaxşı  şəkildə  keçdi.  Siz  fikir  verdiniz,  masa  necə  gözəl 

açılmışdı.  Maral  əti  qətiyyən  artıq  bişməmişdi  —  hamı 

deyirdi  ki,  hələ  belə  şirəli  bud  əti  görməyib.  Məgər 

şorbanı  bir  həftə  əvvəl  Lukaslarda  yediyimiz  şorba  ilə 

müqayisə etmək olardı? Hətta mister Darsi də təsdiqlədi 

ki, torağaylar əla bişirilib. Özü isə, yəqin ki, ən azı iki, ya 

üç fransız aşpaz saxlayır. Ceyn, əzizim, sən hələ heç vaxt 

belə  gözəl  görünməmişdin.  Missis  Lonq  da  belə  hesab 

edir  —  sualıma  cavab  olaraq  birbaşa  belə  də  dedi. 

downloaded from KitabYurdu.org




453 

 

Bilirsənmi, o zaman o nə əlavə etdi? “Ah, missis Bennet, 



o, Nezerfilddə yaşamağa məhkum olub!” Bəli, bəli, bəli, 

belə də dedi! O, missis Lonq elə vəfadardır, onunla kim 

müqayisə  olunar?  Necə  də  tərbiyəli  bacıqızları  var, 

hərçənd,  düzdür,  kifirdirlər.  Mən,  sadəcə,  onlan  çox 

istəyirəm! 

Sözün qısası, missis Bennet möhtəşəm ovqatdaydı. O, 

mister  Binqlinin  Ceynə  münasibətdə  özünü  aparmasına 

kifayət  qədər  çox  tamaşa  etmişdi  və  onda  tam  yəqinlik 

hasil olmuşdu ki, axırda o, hər halda Ceynin əri olacaq. 

Yaxşı ovqatda olduğundan gözləyirdi ki, həmin xoşbəxt 

hadisə  ağlasığmaz  sürətlə  inkişaf  edəcək.  Ancaq  ertəsi 

gün o, onun qızı üçün elçiliyə gəlməyəndə missis Bennet 

xeyli məyus oldu. 

— Bu necə də ecazkar bir gün idi, — Ceyn bacısına 

müraciət  edərək dedi.  —  Bütün  camiə uğurla seçilmişdi 

— hamı bir-birinə münasib idi. Ümidvaram ki, biz sonra 

da görüşəcəyik. 

Elizabet gülümsədi. 

— Nə  üçün  gülürsən,  Lizzi?  Məndən  şübhələnməyə 

əsasın yoxdur. Bu mənə xoş deyil. İnan, mən indi, sadəcə, 

xoş və ağıllı gənc kimi onunla söhbətdən zövq almağı və 

bu  zaman  heç  bir  duyğu  hiss  etməməyi  öyrənmişəm. 

Əmin  oldum  ki,  onda  mənim  qəlbimi  fəth  etmək  üçün 

azacıq  da  olsun  həvəs  olmayıb.  Bu,  yalnız  elə  görünə 

bilərdi, ona görə ki, başqa insanlardan 

fərqli olaraq, onda heyrətamiz məftunedicilik qabiliyyəti 

və ətrafdakıların hamısına sevinc bəxş etmək arzusu var. 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə