Birləşmiş Avropa


Alfred Mehenin "Dəniz hökmranlığı" geosiyasi nəzəriyyəsi



Yüklə 35,34 Kb.
səhifə5/9
tarix17.05.2022
ölçüsü35,34 Kb.
#87146
1   2   3   4   5   6   7   8   9
Geosiyasət 1.10

6.Alfred Mehenin "Dəniz hökmranlığı" geosiyasi nəzəriyyəsi
Amerikan geopolitik məktəbinin banisi admiral Alfred Mehen hesab olunur(1840-1914). A.Mehen “dəniz hökmranlığı”nın əhəmiyyətini önə çəkən ilk adamlardandır. Hələ XIX əsrin sonlarında Mehen “Dəniz qüvvələrinin tarixə təsiri” əsərində qeyd edirdi ki, “dənizlərə və onlar üzərində nəzarətə sahib olmaq və ya onlara çıxış əldə etmək bu gün və həmişə dünya tarixində ən əsas faktorlardan biri olmuşdur. Coğrafi faktorların siyasətə təsiri Mehendən əvvəl də qeyd olunmuşdu. K.Marks “XVIII əsr diplomatiya tarixinin qatının açılması” əsərində yazırdı ki, “Heç bir xalq dəniz sahilinin əlindən alınması ilə razılaşa bilməz... Rusiya Neva çayını heç kimə güzəştə getməz, çünki o, Rusiya məhsullarının şimala çıxışını təmin edən yeganə yoldur.” Marks kimi Mehen də dəniz və qurunun qarşıdurma tarixini yaxşı bilirdi. Mehen üçün dəniz sivilizasiyası ticarət sivilizasiyası olaraq dəyərləndirilirdi. Onun fikrincə, müstəmləkəçilik, dəniz kommunikasiyalarının ələ keçirilməsi və böyük dövlətlərin davranışları dəniz ticarəti üzərində monopoliya yaratmağa istiqamətlənmişdi və bütün bunlar müharibə ilə nəticələnirdi. Ona görə də dəniz qüvvələrinin tarixi hərb tarixini formalaşdırırdı. Müəllif qeyd edirdi ki, su yolu ilə səyahət və malların daşınması daim quru yolu ilə müqayisədə ucuz başa gəlmiş və asan olmuşdur. Bu dənizin ən böyük üstünlüyüdür. Lakin dəniz ticarəti daim, ələxsus da, müharibə dövründə hərbi gəmilərin müşayiəti altında olmalıdır. Buradan o ticarətin inkişafı ilə hərb sahəsinin birbaşa əlaqəli olduğu qənaətinə gəlir. Dənizsahili dövlətlərin siyasətini anlamaq üçün Mehen 3 məqama diqqət çəkir:

1. Məhsul istehsalı və onun mübadiləsinin zəruriliyi

2. Mübadilənin həyata keçirilməsi üçün gəmiçiliyin inkişafı

3. Dəniz əməliyyatlarının genişləndirilməsi və asanlaşdırılması üçün müstəmləkələrin mövcudluğu.

Onun fikrincə “məhz bunun sayəsində dövlətlər öz iyerarxiyasında ən yüksək yerə qalxa bilirlər”. 1897-ci ildə Mehen “Dəniz hökmranlığında Amerikanın mənafeyi” əsərində öz ölkəsinin dünya qüdrəti səviyyəsinə çatması üçün fəaliyyətini istiqamətləndirməli olan doktrinanı şərh edir. Bu bir neçə bəndi nəzərdə tutur: Britaniya dəniz qüdrətilə assosiasiya; almanların dənizlərdəki iddialarına qarşı durma; yaponiyanın Sakit okeanda mümkün ekspansiyasına qarşı sayıqlıq; nəhayət avropalıların və amerikalıların Asiya xalqlarına qarşı əlaqələndirilmiş müdafiəsi. Bu məqsədlərə nail olmaq üçün dəniz hökmranlığı zəruridir. Bəs bunun elementləri hansılardır? Mehenə görə, bunlar aşağıdakılardır: “coğrafi mövqe; təbii məhsulların və iqlimin də daxil olduğu fiziki quruluş; ərazinin ölçüsü; nəhayət, əhalinin sayı və xarakteri; siyasi hakimiyyətin xarakteri.” Əgər bu elementlər hər hansı bir dövlətdə varsa o, dəniz hökmranı ola bilər və Mehen bu formulanı müəyyən edir:

N + MM + NB = SP

N – hərbi donanma, MM – ticarət donanması, NB - hərbi dəniz bazaları

SP – dəniz hökmranlığı

Mehen bu elementlərin ABŞ-a tam uyğun gəldiyini bildirir, yalnız ABŞ “Monro doktrinası”ndan imtina etməlidir. O, ABŞ-a ənənə və ruhuna görə ən yaxın Avropa ölkəsi Böyük Britaniyanı hesab edir və bildirir ki, bu iki dövlətin ümumi məqsədi və marağı ola bilər. Hər iki anqlosakson ölkəsi öz ərazilərindən kənarda bazalar yaratmalıdır ki, okean kommunikasiyasına nəzarət edə bilsinlər. Əsas geopolitik qüvvələr arasında münaqişə ərazisi Asiyanı hesab edir. Xüsusilə, “mübahisə və iddia doğuran zolaq” isə 30-40-cı paralel arasıdır. Bu ərazidə əsasən Rusiya və İngiltərənin iki dəniz qüdrətinin toqquşmaları baş verir. Rusiyanın ərazi ekspansiyalarına görə Mehen xüsusi narahatlıq keçirir, çünki bu isti dənizlərin donmayan limanlarına doğru yönəlib.

Mehen dəniz dövlətləri sırasına Böyük Britaniya və ABŞ-dan əlavə Yaponiya, hətta Almaniyanı da aid edir. Yaponiyanı Sakit Okeanda ABŞ-ın mümkün müttəfiqi hesab edir. Mehen gələcəkdə ABŞ-BB, Almaniya və Yaponiyanın böyük qüdrətli qitə dövlətləri Rusiya və Çinə qarşı vahid bir blokda birləşmək ideyasını irəli sürür. Makinderdən fərqli olaraq Mehen bəyan edir ki, dəniz qüdrətlərinin vəzifəsi qitə qüdrətləri üzərində qalib gəlməkdir.




Yüklə 35,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə