Birləşmiş Avropa


Avropa geosiyasətinin humanistləşməsi meylləri



Yüklə 35,34 Kb.
səhifə7/9
tarix17.05.2022
ölçüsü35,34 Kb.
#87146
1   2   3   4   5   6   7   8   9
Geosiyasət 1.10

8.Avropa geosiyasətinin humanistləşməsi meylləri

9.Avropanın müasir geosiyasi nəzəriyyə və cərəyanları

XX əsrin ikinci yarısı və müasir dövrdə Avropa Kontinental geosiyasəti: xarakteristikası və əsas nəzəriyyələri

İkinci Dünya müharibəsinin başa çatmasından keçən ilk on il ərzində dünya geosiyasi məktəbləri əsasən 2 gesoisiyasi məktəblərin təsiri altında düşmüşdü:

1) İngilis-amerikan geosiyasi məktəbi

2) SSRİ geosiyasi məktəbi

Avropanın geosiyasi məktəbinin iflasa uğramsının bir neçə səbəbi var idi:

1) K.Haushoferin nasist rejimi və bütövlükdə Hitlerin ideoloqu kimi çıxış etməsi,

2) Kontinental Avropa məktəbinin əsas simalari hesab olunan Almaniya,

İtaliya və Fransa alimləri müharibənin gedişində fərqli düşərgələr çərçivəsində rəqibə çevrilmiş və bir-biri ilə mübarizə aparmaları,

3) İsveç və Belçika alimləri isə müəyyən qədər bitərəfliklərini qorumaq naminə yaradıcılıqlarını dondurmaları.

Şarl De Qoll (1958-1969)

Onun hakimiyyəti illərində Fransada geosiyasi tədqiqatlar xüsusi yüksəliş dövrünə qədəm qoyur.

Şarl De Qollun “Avropa kontinentalizmi” geosiyasi nəzəriyyəsi 1) Avropan tam suveren bir strateji əraziyə çevirmək

2) Burada mövcud olan ölkələri isə vahid blok tərkibində birləşdirmək

3) Perspektivdə “Atlantikdən Uralədək” Avropa yaratmaq

Albrext Haushofer

O,atasının elmi fəaliyyətini Hilerin rejimindən fərqləndirmək, onun elmi adı və xidmətlərini yenidən bərpa etməksitəyirdi.

1951-ci ildə “Ümumdünya geosiyasəti və siyasi coğrafiya” adlı əsəri çap olundu.

Əsərdə

A) Coğrafi determinizm məsələsi ciddi tənqid olundu,

B) İlk dəfə antroploji geosiyasi metodologiya tətbiq edərək klassik geosiyasətçilərin məkan nəzəriyyəsinin: coğrafi mühit, insan və xarici siyasətdən ibarət yeni sxemini təklif edir.

C) Bununla da elmin “müharibə doktrinası” statusundan xilas olmağa çalışırdı.

D) Geosiyasətə humanist elmi imic qazandırmaq istəyirdi.

E) Burada insan ehtiaycları daha önə çəkilirdi

"BİRLƏŞMİŞ AVROPA" KONSEPSİYASI

A) Qərbi Avropada geniş yayilaraq amerikan atlantizm konsepsiyasinin alternativinə

B) Avropa ölkələrinin rəsmi geosiyasi hədəfinə çevrilməkdə idi.

XX əsrin 60-70-ci illərdə avropa kontinental geosiyasətində daha yeni bir nəzəri istiqamət açiq müşahidə olunmağaa başlayir.

Bu istiqamət tərəfdarlari

A) K.Haushoferin "zəruri həyati məkan" klassik geosiyasi nəzəriyyəsini yeni istiqamətə – Afrikaya yönəldərək, gələcək vahid Avropanin zəruri ərazi və xammal ehtiyaclarinin məhz bu qitədə reallaşa biləcəyini iddia edirdilər.

B) Avropa artiq kiminsə ərazilərini işğal etmək deyil, afrikanin boş, lakin xammal ehtiyatlari ilə zəngin olan ərazilərinin məskunlaşdirilmasi, onlarin ucuz işçi qüvvəsindən və təbii ehtiyatlarindan istifadə olunmasi istiqamətində hərəkət etməlidir.

C) Afrikanin şimalinda "yeni həyati məkanlari" ələ keçirmək is- tiqaməti ilə bağlamağa çalişirdilar.

Alman alimi a.çişki özünün "Afrika. ümumavropanin bir nömrəli məsələsi" adli məqaləsində yazirdi ki, birləşmiş avropa özünün gələcək inkişafini təmin etmək üçün, afrika ilə birgə assosiasiya yaratmalidir. o qeyd edirdi ki, "şərq torpaqlari artiq avropa üçün bağlidir. qərbə doğru hərəkətin sərhədləri də artiq bitmişdir. deməli, qalir bircə cənub və afrika."

"DAXİLİ", YAXUD "TƏTBİQİ GEOSİYASƏT"

 XX əsrin 70-ci illərində Avropada yeni bir iri cərəyan olan "daxili", yaxud "tətbiqi geosiyasət" meydana gəldi.

 Onun daxilində öz metodologiyasi və tətbiqi metodu olan bir neçə məktəb mövcud idi. bu cərəyanda aparici rolu fransiz alimi İv Lakostun "Daxili geosiyasət" məktəbi oynayırdı.

Lakostun metodunun mahiyyəti aşağıdakılardan ibarət idi:

A) geosiyasətin qlobal düşüncə vasitəsi olmasina şübhə edir,

B) onu məhdud və lokal analitik dərketmə vasitəsi kimi dəyərləndirirdi.

C) geosiyasətin təkcə qlobal geostrateji məsələləri öyrənən elm kimi təqdim edilməsinə qarşi çixaraq, bu elmin dövlətdaxili məsələləri də tədqiq etmək gücündə olduüunu bəyan edirdilər.

Daxili geosiyasət məkəbinin tərəfdarları geosiyasətin baniləri olan Ratsel, Çellen, Makinder, Mehen və Haushoferin dualizm, quru və dəniz qüvvələrinin daimi mübarizəsi və s. geosiyasi qanunlarinin yeni şəraitdə yararsızlığına eyham vuraraq,

A) geosiyasətdən praktiki elm sahəsi kimi, humanist yönlü dövlətlərarasi münasibətlərin yaxşilaşdirilmasi,

B) etnik münaqişələrin və demoqrafik proseslərin həlli, daxili siyasi seçkilərin tədqiqi, təhlili və təsviri məqsədilə istifadə edilməsi imkanlarini ictimai fikrə təlqin etməyə başlayirlar.

"Elektoral çağırış"

 Lakost ictimai fikrin formalaşmasinda təkcə ağilin üstünlük təşkil etdiyi rasional yanaşmanin deyil, həm də bu və ya digər personaya qəlbən, emosiyalarla təsiretmənin də böyük əhəmiyyət kəsb etdiyini qeyd edirdi.

 Buradan da lakostun məşhur "elektoral çağıriş" ideyasi meydana gəlmişdir: "ürəyinin səsinə səs ver!"

 Lakost yazirdi ki, imicmeykerlərin əsas vəzifəsi – namizədin, siyasətçinin real obrazini deyil, real obrazdan uzaq olan "imic"ini göstərməkdir.

 Lakostun konsepsiyasinda namizədin siyasi kampaniyasinin təşkilatçilarinin və imicmeykerlərin digər bir mühüm vəzifəsi öz düşməninin mənfi obrazini təqdim etməklə, rəqibə qarşi münasibətdə "nəqədər pisdir, bir o qədər yaxşıdır" prinsipini reallaşdırmaqdan ibarətdir.

"Mediatik imic"

 Kütləvi informasiya vasitələrinin seçicilərin mövqeyinə təsiri barədə Avropanın müasir daxili və tətbiqi geosiyasət cərəyanlarinda çoxsayli konsepsiyalar mövcuddur. Bunlardan biri "mediatik imic" adlanır.

 Bir neçə xüsusi aspekti – mənəvi, iqtisadi-siyasi, etik və s. özündə əks etdirir.

"YENI SAĞLAR"

 70-ci illərin avropa geosiyasətində başqa bir geosiyasi nəzəriyyə cərəyani "yeni saülar" adlandirilirdi. onun başinda fransiz alimi Alen de Benua və Belçika geosiyasətçisi J. Tiriar dururdu.

 Benuanin fikrincə, klassik geosiyasətin ''dövlət-millət'' maraq anlayişi dünyanin geosiyasi xəritəsində artiq yerini "müxtəlif millət və qruplari" vahid məkanda birləşdirən "böyük ərazi" kateqoriyasina verməkdədir.

 Benuaya görə, dövlətlərin sonraki perspektivi müxtəlif xalq və millətlərdən, etnik birliklərdən ibarət böyük "federal imperiya"dadir.



Yüklə 35,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə