Birləşmiş Avropa


A1dolf Hitlerin geosiyasi konsepsiyası



Yüklə 35,34 Kb.
səhifə4/9
tarix17.05.2022
ölçüsü35,34 Kb.
#87146
1   2   3   4   5   6   7   8   9
Geosiyasət 1.10

5.A1dolf Hitlerin geosiyasi konsepsiyası
Adolf Hitler (1889-1945) dövrünün görkəmli dövlət xadimi və Üçüncü Reyxin rəhbəri olmuşdur. XIX əsrin sonu - XX əsrin I ya rısında fəaliyyət göstərmiş bütün alman geosiyasətçilərinin ideya və konseptual nəzəriyyələrini ümumiləşdirərək, Almaniyanı dünya döv lətinə çevirmək üçün "yeni geosiyasi strategiya - faşizm doktrinası" yaratmışdır.Rəqiblərinin A.Hitlerin həyata keçirdiyi xarici siyasəti şiriniklən dirməsi ucbatından bəşəriyyət İkinci Dünya müharibəsinin fəlakətlə rinə sürüklənmişdir.

Tarixdə həm də Birinci Dünya müharibəsinin iştirakçısı olan A.Hitler Almaniyada 1919-cu ildə yeni nasional-sosialist partiyası nın yaradılması və hakimiyyətə gətirilməsi uğrunda mübarizənin ba şında dayanmışdır.Müasirləri A.Hitlerin hər hansı dərin intellekt və xüsusi geosiya si düşüncə qabiliyyətinə malik olmasının müşahidə edilmədiyini ya zırlar. O, alman geosiyasətçisi K.Haushoferin "hayati məkan" geosi yasi konsepsiyasını ölkəsinin rəsmi strateji dövlət doktrinası kimi qə bul etmiş və bütün hakimiyyəti dövründə onu həyata keçirməyə ça lışmışdır.

A.Hitler "həyati məkan" strategiyasını reallaşdırmaq məqsədilə, əvvəl bütün yəhudilərin məhv edilməsi və İngiltərəyə məxsus Av ropa-Afrika müstəmləkələrinin ələ keçirilməsinə, sonra isə bütün Şərq torpaqlarını (Avrasiyanı) öz idarəçiliyinə qataraq dünya imperi yası yaratmağa səy göstərirdi. Onun geosiyasi strategiyasının Haus hoferin məlum konsepsiyasından yeganə fərqi dünya hökmranlığı məqsədilə reallaşdırılan geostrateji mübarizədə müttəfiq kimi Yapo niya və Rusiyanı (SSRİ-ni) deyil,Yaponiya və İtaliyanı seçməsində idi. Tədqiqatçılar bunu onunla izah edirdilər ki, Rusiyanın istəyi (ərazi və müstəmləkə planları) daha çox olduğundan Hitler bununla razılaşa bilmirdi. Eyni zamanda, Rusiyaya məxsus ərazilərin, xüsu sən Mərkəzi Asiya, Balkanlar və Qafqazda Almaniyanın özünün gö zü var idi, həm də ümumən Hitler slavyanlara rəğbət bəsləmirdi.

Hitler digər diktatorlar - İ.Stalin, Mao Tszedun və başqaları kimi tarixdə xüsusi iz buraxmışdır. Onun nasist ideyaları və bu əsasda real laşdırmağa çalışdığı geosiyasi strategiya həm alman xalqına, həm də bəşəriyyətə böyük fəlakətlər gətirmişdir. Hitlerin nasist geostrategiyasının əsasında Almaniya üçün geniş "hayati məkanların" əla keçirilməsi və ərazi ekspansiyası dayanırdı. Onun Avrasiyanı (Hartləndi) ələ keçirmək və alman dövlətinin bu geosiyasi cəhətdən çox əhəmiyyətli subregion üzərində tam haki miyyətini təmin etmək, Şimali Afrikanı işğal edərək alman sənaye sinin xammal bazasına çevirmək, dünyanın ən əhəmiyyətli quru əra zilərində Almaniyanın hərbi bazalarını yaradaraq rəqiblərin müstəm ləkələrini ələ keçirmək və s. kimi geosiyasi planları o dövr üçün mütləq və ciddi dövlətlərarası toqquşma olmadan mümkün deyildi.Hitler özünün siyasi müttəfiqləri olan Yaponiya və İtaliya ilə bir likdə, SSRİ ilə qarşılıqlı anlaşma şəraitində əsas gücünü Böyük Bri taniya və Fransaya, onlara məxsus müstəmləkə ərazilərinə yönəlt mək istəyirdi. Dövrün bütün geosiyasi və geostrateji nəzəriyyə və strategiyaları ilə yaxından tanış olan Hitler hesab edirdi ki, İtaliya, Yaponiya və Rusiyanın maraqlarını uyğunlaşdırmaqla Almaniya dün ya hökmranlığına nail ola bilər.

O hesab edirdi ki, Yaponiyanın başını Cənub-Şərqi Asiyada və Uzaq Şərqdə uzun müddət ərazi iddiaları ilə qatmaq mümkün ola caq, İtaliya Almaniya ilə birlikdə onun "həyati məkan"ının genişlən məsində iştirak edəcəkdir. SSRİ ilə isə 1939-cu ildə on il müddəti nə "hücum etməmək haqqında" ortaq razılıq əldə etdikdən sonra Hit ler xarici işlər naziri Ribbentropla SSRİ-ni Şərqə - Yaponiyaya qar şı yönəltmək barədə düşünməyə başlayır.Hitler hesab edirdi ki, "dünya səhnəsində yeri olmayan" İngiltə rəni məğlub edəndən sonra, onun "kontinental" dünya hökmranlığı yolunda heç bir ciddi maneə qalmır. O, SSRİ-ni qışda donmayan Hind okeanına buraxaraq, Avrasiyanın cənubundakı Fars körfəzi va sitəsilə Aralıq və Ərəb dənizinə çıxış verməklə, Türkiyəni isə Bö yük Britaniya ilə əlaqələrini kəsməklə öz təsir dairəsinə salmağa ümid bəsləyirdi. Bunun ardınca Almaniyanın Britaniyaya məxsus bu rayonda olan digər müstəmləkələrini ələ

Keçirməklə Hitler hartləndi etdiyi kimi Stalinin təşəbbüsü ilə deyil, məhz Hitlerin geostrateji planları əsasında hazırlanmışdı.




Yüklə 35,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə