Birləşmiş Avropa


Alman klassik geosiyasi məktəbinin baniləri və onların əsas nəzəriyyələri



Yüklə 35,34 Kb.
səhifə6/9
tarix17.05.2022
ölçüsü35,34 Kb.
#87146
1   2   3   4   5   6   7   8   9
Geosiyasət 1.10

7.Alman klassik geosiyasi məktəbinin baniləri və onların əsas nəzəriyyələri
Klassik Alman geosiyasi nəzəriyyələri

XIX əsrin sonlarında Klassik Avropa və alman geosiyasi nəzəriyyələrinin əsasını yaratmış geosiyasi xadimlər:

- Fridrix Ratsel

- Rudolf Çellen

XX əsrin I yarısında Klassik Avropa və alman geosiyasi nəzəriyyələrini inkişaf etdirmiş geosiyasi xadimlər:

- Karl Haushofer

- Karl Şmid və b.

Fridrix Ratsel (1844-1904)

Əsərləri:

- Yer və həyat. Müqayisəli yerşünaslıq

- Xalqşünaslıq

- Siyasi coğrafiya

- Şimali Amerika şəhərlərinin və sivilizasiyalarının xəritəsi

- Şimali Amerika Birləşmiş Ştatları

- Dövlətlərin məkanca inkişafının və ərazi ekspansiyasının qanunları

- Dəniz – xalqların qüdrət mənbəyidir

Nəzəriyyə və konsepsiyaları

1) “Zəruri həyati məkan” geosiyasi konsepsiyası

2) Hərbi strateji geosiyasi nəzəriyyəsi

3) Sivilizasiya yanaşması geosiyasi nəzəriyyəsi

F. Ratselin “Zəruri həyati məkan” geosiyasi konsepsiyası

Ratselin fikrincə, dövlət konkret məkanda kök salmiş canli orqanizmdir, o doğulur, böyüyür, inkişaf edir, geri çəkilir və məhv olur. Əlbəttə, bu orqanizm yaşamaq üçün onu əhatə edən digər orqanizmlərlə təmasa girir (mübarizə aparir), yaşamaq üçün onun həyat resurslarina sahib çixir və yaşamağa davam edir. Bu halda həyat resursunu itirən xalq varliğina son qoyaraq aradan çixir.

Ratselin nəzəriyyəsinə görə, dövlətin varliğinda və quruluşunda ən əsas siyasi-coğrafi amil rolunu da məhz zəruri məkan (raum) oynayir.

Avropanin kontinental məkanlarini birləşdirmək və ən böyük qitə dövləti yaratmaq daha çox Almaniyanin təbii haqqidir.

Ratsel geosiyasi işğalin yeddi əsas qanununu da təqdim etmişdir.

1) dövlətin ərazisi onun mədəniyyəti ilə birlikdə genişlənir və inkişaf edir;

2) dövlətin ərazisinin genişlənməsi onun həyatinin başqa sahələrinin – ideya dünyasinin, ticarətin, istehsalin, missionerliyin, müxtəlif fəaliyyət sahələrində fəalliğin yüksəlişi və inkişafi ilə müşayiət olunur;

3) dövlətin inkişafi və genişlənməsi kiçik dövlətlərin və xalqlarin birləşdirilməsi hesabina gedir;

4) sərhəd – dövlətin hissiyyat orqanidir, o, dövlətin inkişafi, qüdrəti, zəifliyi və onun orqanizmində baş verən digər dəyişikliklərin nişanəsidir;

5) dövlət ətraf ərazilərin ən qiymətli elementlərini: sahil xətlərini, çay yataqlarini, düzənlikləri, təbii ehtiyatlarla zəngin rayonlari cəmləşdirməyə çalişir;

6) dövlətlərə öz ərazilərini genişləndirməyin başlanğic impulsu onunla qonşu olan xalqlarin mədəni inkişafindaki fərqlərin nəticəsi kimi kənardan daxil olur;

7) zəif xalq və dövlətlərin birləşdirilməsi və işğalinin meyli dövlətlərin birindən digərinə keçərək daha da güclənir, getdikcə daha çox ərazilərin işğali ilə nəticələnir

Hərbi strateji geosiyasi nəzəriyyəsi

Ratsel XIX əsrdə ilk dəfə Avropada və dünyada dövlətlərarasi əlaqələrin və beynəlxalq münasibətlərin müəyyən real sistemini yaratmağa cəhd göstərmişdir.

İnsanlarin həyatina təsir edən birinci əsas amillər:

1) təbii şəraitdirsə (coğrafi determinizm),

2) mədəni inkişaf səviyyəsi

3) sivilizasiya (köçəri, yaxud oturaq həyat tərzi, əkinçilik və maldarliq məşğuliyyəti və s.)

Rudolf Çellen (1864-1932)

Əsəri:


Dövlət həyatın forması kimi

“Geosiyasət” anlayışını elmi ədəbiyyata İsveç dövlətşünası Rudolf Çellen (1864-1922) gətirmişdir. O, geosiyasəti "konkret məkanda yerləşən, daim genişlənən və ınkişaf edən, coğrafı və bioloji orqanizmin qovuşduğu dövlət haqqında elm kimi" xarakterizi etınişdir.

R. Çellenin 3 coğrafi amil tezisi:

1) genişlənmə

2) ərazi birliyi

3) hərəkət azadlığı

Çellen Ratselin "mühit və dövlət – vahid bir bütövdür" – fikrini inkişaf etdirərək belə hesab edirdi ki, dövlət xüsusi bir sistem kimi aşağidaki vacib həyati sahələrin mütləq varliğini tələb edir:

dövlət – vahid coğrafi məkan;

dövlət – bütöv bir xalq;

dövlət – vahid təsərrüfat sistemi;

dövlət -normalari olan formalaşmiş cəmiyyət;

dövlət – hami üçün məcburi olan vahid idarəçilik

Çellenin dövlət təlimində fiziki-coğrafi xüsusiyyətlərindən əlavə, dövlət həm də mahiyyətini digər dörd formada büruzə verirdi:

1) özünəməxsus fəaliyyəti ilə seçilən təsərrüfat – iqtisadi siyasət;

2) milli və etnik xüsusiyyətlərlə seçilən xalq kimi – demosiyasət;

3) müxtəlif sinfi mənsubiyyət və sənətin sosial birliyi kimi – sosiosiyasət;

4) konstitusion və inzibati quruluşu ilə seçilən, dövlət idarəçiliyi formasinda – kratosiyasət.

"Kontinental blok" və "Həyati məkan" nəzəriyyələri

Banisi: Karl Haushofer (1869-1946)

Kontinental blok ideyası XX əsrin birinci yarısında ingilis-amerikan məktəbinin dünya hökmranliği və dünyanin idarə olunmasi məqsədilə irəli sürdükləri "radikal anakonda" siyasətinə alternativ kimi irəli sürülmüşdür.

Karl Haushofer (1869-1946)

Əsərləri:

Böyük Yaponiya (Almaniya-Yaponiya-Rusiya geostrateji blok ideyası)

Ratsel və Çellen kimi Haushofer də düşünürdü ki, dövlətin əsas hərəkətverici qüvvəsi zəruri "həyati məkanin" əldə edilməsi, təmin olunmasi və genişləndirilməsi uürunda mübarizədən ibarətdir.

Haushoferin nəzəriyyəsinə görə, Almaniya bütün Avropa və Avrasiya hesabina ərazilərini genişləndirərək qitənin ən böyük dövlətinə çevrilməli idi.

Atlantistlərin dünya hökmranlığı ideyasına son qoymaq planları:

1) Kontinental blok yaradılmalı

2) Almaniya və Rusiya bu blokun nüvəsi olmalı-Dünya adası

3) Transkontinental blok yaradılmalı (Yaponiya və Çin qoşulmaqlar)

Böyük məkan nəzəriyyəsi

Banisi: Karl Şmid (1888-1985)

Nəzəriyyələri

Böyük məkan nəzəriyyəsi

Sivilizasiya Dualizmi

Əsərləri:

Torpağın homosu

Quru və dəniz

Torpaq və dəniz qarşıdurması və Şərq-Qərb planetar mübarizəsi

Karl Şmid Haushoferin "həyati məkan" və "kontinental blok" nəzəriyyələrini bir qədər başqa formada təkmilləşdirərək, özünün "böyük məkan" konsepsiyasini yaratmişdir.

Şmidin nəzəriyyəsinin əsasini bir neçə mühüm dövlətin məcburi qaydada, vahid imperiya tipli strateji blokda – "böyük məkanda" birləşdirilməsi və inteqrasiyasi ideyasi təşkil edirdi.





Yüklə 35,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə