Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə96/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   92   93   94   95   96   97   98   99   100

 
293 

Həqiqətən,  Allah  iradə  edir  ki,  siz  əhli-beytdən  bütün 
çirkinlikləri uzaqlaşdırsın və sizi pak-pakizə qərar versin.

 
Cəbrail  (ə)  Peyğəmbərə  (s)  dedi:  Onda  Rəsuləllah  buyurdu:  “Ey 
Məhəmməd, mən də sizdənəm” Bizim altıncımız da Cəbraildir. 
Peyğəmbərin (s) nəhy etdikləri  
◘Şeyx  Səduq  Peyğəmbərdən  (s)  rəvayət  etmişdir  ki,  o  həzrət  (s)  bir 
çox  şeyləri  nəhy  etmişdir.  Bu  nəhylərin  bəziləri  məkruh,  bəziləri    də 
mühərrəmatlardır. Biz onların müəyyən qismini burada qeyd edirik: 
1.Cənabət halında yemək yemək. 
2. Hamamda misvak etmək. 
3. Ağızın, yaxud burunun suyunu məsciddə yerə atmaq. 
4.  Məscidləri  yol  üstü  keçid  vasitəsi  kimi  istifadə  etmək.  Həzrət  (s) 
buyurub:  ”Yolunuzu  məscidlərdən  salmayın.  Əgər  belə  etsəniz,  orada 
iki rükət namaz qılıb sonra oradan çıxın.” 
5. Meyvə ağacının altına bövl etmək. 
6. Sol əllə yemək yemək. 
7. Yemək yeyərkən söykənmək. 
8. Məqbərələri təmir etmək və orada namaz qılmaq. 
9. Açıq yerdə çimərkən, yaxud qüsul alarkən övrəti açıq saxlamaq. 
10. Axarı olmayan suya bövl etmək. 
11. Ayaqyolunda üzü qibləyə oturmaq. 
12. Bəla və müsibət zamanı ah-nalə edib fəryad qoparmaq. 
13. Yas mərasimlərində növhə demək və ona qulaq asmaq. 
14. Yalan yuxu danışmaq 
15. Şəkil çəkmək. 
16. Hər hansı bir heyvanı yandırmaq. 
17. Cinsi əlaqədə olan zaman çox danışmaq. 
18. Zibili atmayaraq gecəyə qədər evdə saxlamaq. 
19. Gecə əli yağlı olduğu halda və oturan halda yatmaq. 
20. Ərinin icazəsi olmadan qadının evdən bayıra çıxması. 
21. Qadının öz ərindən başqası üçün bəzənməsi. 
22. İki qadının çılpaq halda bir yataqda yatması. 
23.  Bir  qadının  başqa  qadınla  özü  və  əri  arasında  olan  xəlvət 
məsələlər barəsində danışması. 
24. Qadınla kişinin üzü qibləyə olduqları halda cinsi yaxınlıq etməsi. 
25. Falçıya, münəccimə müraciət etmək. 
26. Nərd, şahmat oynamaq, tar və tənbur çalmaq. 
27. Qeybət etmək və ona qulaq asmaq. 
28. Söz gəzdirmək və sözgəzdirənə qulaq asmaq. 
29. Fasiq insanların yemək dəvətini qəbul etmək. 


 
294 
30. Yalandan and içmək. 
31. Üzərində şərab olan süfrə kənarında əyləşmək. 
32. Allah yolundan başqa bir yola çəkən söhbətlərə qulaq asmaq. 
33. Qızıl və gümüş qablardan su içmək. 
34. Kişilərin ipək paltar geyinməyi. 
35. Nərd alveri. 
36. Şərab alveri və şərab paylayan olmaq. 
37. Faiz yemək. 
38. Kafirlə əl verib görüşmək. 
39. Dördayaqlıların üzündən vurmaq. 
40.  Bilərəkdən  öz  mömin  qardaşının,  yaxud  qeyrisinin  övrətinə 
baxmaq. 
41. Qadının digər qadının övrətinə baxması. 
42.  Məqbərələrdə,  yol  üstündə,  dəyirmanlarda,  dərələrdə,  dərin 
çalalarda, tövlələrdə namaz qılmaq. 
43. Bal arısını öldürmək. 
44. Dördayaqlıların üzünə dağ basmaq. 
45. Allahdan başqasına and içmək. 
46. Cənabət halında məsciddə oturmaq. 
47. Cümə namazının xütbələri oxunarkən danışmaq. 
48. Mis və dəmir üzük taxmaq. 
49. Üzük üzərinə heyvan şəkli döydürmək. 
50. Fitr, Qurban bayramları günü, Yəvmul-şəkk günü (yəni, Ramazan 
ayının  əvvəli,  yaxud  Şabanın  axırıncı  günü  olması  məlum  olmayan 
gün)  və  Əyyamut-təşriq  (yəni,  həccin  Qurban  bayramından  sonra 
Minada keçirilən üç günü) günlərində oruc tutmaq. 
51. Əllə deyil dördayaqlılar kimi su içmək. 
52. Ağız suyunu suyu içilən quyuya atmaq. 
53. Əlmuzdunu əvvəlcədən müəyyənləşdirmədən fəhlə işlətmək. 
54. Küsmək. Əgər küssə də bunu üç gündən artıq uzatmaq. 
55. Qızılı çəkidə daha artıq qızıla satmaq. 
56. Mədh etmək və tərifləmək. 
57. Münaqişə zamanı zalım tərəfin vəkili olub onu müdafiə etmək. 
58.  Tamah  məqsədi  ilə  sultan,  padşah,  zalım  hakim  və  digərlərini 
mədh edib tərifləmək. 
59. Zülm və ya zalımın ardınca getmək. 
60. Özünü göstərmək və fəxr etməkdən ötrü ev tikdirmək. 
61. Quran oxuyub sonra haram yemək, yaxud dünyanın bər-bəzəyinin 
ardınca getmək. 
62.  Müsəlman,  yəhudi,  xristian,  yaxud  zərdüşt  olmasından  asılı 
olmayaraq hər hansı bir qadınla zina etmək. 


 
295 
63. Qonşunun evinə baxmaq (güdmək). 
64. Allahın müəyyən etdiyi ruziyə razı olmayaraq şikayət etmək. 
65. Təkəbbürlə yol getmək. 
66. Qadının mehriyyəsi barədə ona zülm etmək. 
67. Şahidliyi gizlətmək. 
68. Qonşuya əziyyət etmək. 
69. Müsəlman fəqiri təhqir etmək. 
70. Pis və çirkin işlərə, şəhvətlərə, nəfsani istəklərə uymaq. 
71. Dünya işlərini axirət işlərindən üstün tutmaq. 
72. Harama baxmaq. 
73. Naməhrəm qadınla əl tutub görüşmək. 
74. Naməhrəm qadını qucaqlamaq. 
75. Al-ver zamanı fırıldaq işlətmək. 
76. Ev əşyalarını qonşudan əsirgəmək. 
77. Qadının öz ərinə dili ilə əziyyət etməsi. 
78. Hər hansı bir müsəlmanın üzünə şillə vurmaq. 
79. Xəyanət etmək. 
80. Bir kəsin əleyhinə yalandan və batil şahidlik etmək. 
81. Xəyanətlə mal əldə etmək, yaxud xəyanət vasitəsi ilə əldə edilmiş 
mala yiyələnmək. 
82. Başqa bir müsəlmanın haqqını tapdalamaq. 
83. Pis və çirkin bir işdən xəbərdar olub onu faş etmək. 
84.  İmkanlı  olduğu  halda  ondan  borc  istəyən  müsəlman  qardaşını 
əliboş geri qaytarmaq. 
85. Kişinin öz qadınının bəd xasiyyəti qarşısında təmkinli olmaması. 
86. Mömin qardaşına qarşı ehtiramsızlıq göstərmək. 
87. Qohumlarla əlaqəni kəsmək. 
88.  Bir  kəsin  onun  boynunda  olan  haqqını  ödəməyə  imkanı  olduğu 
halda bu işi təxirə salmaq. 
89. Zalım bir hakimin cəza icra edəni. 
90. Yaxşılıq etdikdən sonra minnət qoymaq. 
91. Hər hansı bir pis və günah işi kiçik saymaq. 
Peyğəmbərin (s) Həzrət Əliyə (ə) vəsiyyətləri 
◘İmam  Sadiqdən  (ə)  nəql  olunur  ki,  həzrət  Peyğəmbər  (s)  Həzrət 
Əliyə  (ə)  vəsiyyət  edərkən  belə  buyurmuşdur:  “Ey  Əli!  Sənə  etdiyim 
vəsiyyətləri  heç  vaxt  unutma  və  onlara  riayət  et.  Əgər  bunları  yadda 
saxlayıb riayət etsən, daim xeyir içində olarsan. 
◘Ey  Əli!  Hər  kəs  qəzəblənib  qəzəbini  əməli  surətdə  nümayiş 
etdirmək  qüdrətinə  malik  olsa,  lakin  bunu  etməyib  qəzəbini  boğsa, 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə