Бисмиллаһир рәһманир рәһим


və  şəkk  edirdiniz.  Allahın  əmri  gəlib  çatanadək  sizi  xam-xəyallar



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə94/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   90   91   92   93   94   95   96   97   ...   100

 
287 
və  şəkk  edirdiniz.  Allahın  əmri  gəlib  çatanadək  sizi  xam-xəyallar 
aldatdı.

 

Bu gün artıq nə sizdən, nə də kafirlərdən bir fidyə qəbul olunar. 
Məskəniniz  Cəhənnəmdir.  Sizə  yaraşan  odur.  Ora  necə  də  pis 
yerdir!” 

 
 
Sonra ümmətim və şiələrim daxil olar və su içərlər. Mənim əlimdə bir 
ağac olar ki, onunla düşmənlərimi yad dəvələri qovan kimi qovaram.” 
31.  Həzrət  Peyğəmbərin  (s)  belə  dediyini  eşitdim:  “Məsihilərin  İsa 
barədə  hədlərini  aşdıqları  kimi  ümmətimin  də  sənin  barəndə  ifrata 
vardıqlarından  qorxmasaydım  sənin  barəndə  elə  sözlər  deyərdim  ki, 
qoy  bütün  cəmiyyətlər  sən  keçərkən  ayağının  altının  torpağından  şəfa 
məqsədilə istifadə etsinlər.” 
32.  Peyğəmbər  (s)  belə  buyurdu:  “Mütəal  Allah  düşmənin  qəlbinə 
qorxu və vahimə salmağa mənə kömək etdi. Onun dərgahından səni də 
bu cür etməsini və mənə əta buyurduğu hər şeydən sənə də əta etməsini 
istədim.” 
33.  Peyğəmbər  (s)  mənə  keçmişdə  olanların  və  Qiyamətə  qədər 
olacaqların hamısını öyrətdi. 
34. Məsihilər Peyğəmbərlə (s) mübahisə edərkən Allah-təala bu ayəni 
nazil etdi:  

Sənə  göndərilən  bilikdən  sonra  buna  dair  səninlə  mübahisə 
edənlər  olsa,  onlara  de  “gəlin  biz  də  oğlanlarımızı,  siz  də 
oğlanlarınızı,  biz  də  qadınlarımızı  siz  də  qadınlarınızı,  biz  də 
özümüzü,  siz  də  özünüzü  çağırın,  sonra  dua  edib  yalançılara 
Allahın lənət etməsini diləyək!

 
Bu  ayədəki  “özümüz”  mən  və  Rəsul  idi,  “qadınlarımız”  Fatimə, 
“övladlarımız”  isə  Həsən  və  Hüseyn  idi.  Məsihilər  bunu  görüb 
mübahilə  etməkdən  imtina  etdilər  və  Peyğəmbərdən  (s)  üzr  istədilər. 
And olsun Musaya (ə) Tövratı və Məhəmmədə (s) Furqanı nazil edənə, 
əgər  onlar  bizimlə  mübahilə  etsəydilər,  donuz  və  meymun  şəklinə 
düşərdilər. 
35. Həzrət Rəsul (s) belə buyurdu: “Vay olsun səni qətlə yetirənə, ya 
Əli!  O,  dünyanın  ən  bədbəxt  adamıdır!  O,  bədbəxtlərin  bədbəxtidir! 
Allahın  ərşi  sən  qətlə  yetirilərkən  lərzəyə  gələr,  ya  Əli!  Xoş  sənin 
halına ki, siddiqlər, şəhidlər və salehlər zümrəsindənsən.” 
36.  “Bədr”  döyüşü  günündə  Allahın  Rəsulu  (s)  mənə  belə  buyurdu: 
“Ey Əli, get mənim üçün qalaqlanmış xırda daş parçalarından bir ovuc 
gətir.” Mən gedib bir  yerə  yığılmış xırda daş parçalarından götürdüm. 
İyləyib  gördüm  ki,  onlardan  müşk  iyi  gəlir.  Onları  Həzrət  Rəsula  (s) 


 
288 
verdim.  O  (s)  həmin  daş  qırıntılarını  müşriklərə  tərəf  atdı.  O  daşların 
dördü  “Firdovs”  cənnətindən,  biri  şərqdən,  biri  qərbdən,  biri  də  ərşin 
dibindən idi. Hər bir daş parçasına görə min mələk bizim köməyimizə 
gəldi.  Mütəal  Allah  nə  bundan  öncə,  nə  də  bundan  sonra  belə  bir 
fəziləti heç kəsə ikram etməmişdir.” 
37.  Həzrət  Rəsul  (s)  öz  səhabələri  arasında  Quranda  mövcud  olan 
“Nasix  və  Mənsux”,  “möhkəm  və  mütəşabih”  və  “xüsusi  və  ümumi” 
kimi  ayələrin  elmini  yalnız  mənə  öyrətdi.  O  həzrət  (s)  mənə  belə 
buyurdu: “Ey Əli! Allah-təala mənə tapşırıb ki, səni özümə yaxın edim, 
uzaqlaşdırmayım,  sənə  öyrədim  və  səndən  əsirgəməyim.  Layiqdir  ki, 
mən  öz  Pərvərdigarımın  əmrinə  itaət  edim  və  layiqdir  ki,  sən  də 
eşidəsən və yadda saxlayasan.” 
38.  Həzrət  Rəsul  (s)  məni  iş  dalınca  göndərdi  və  məndən  ötrü  dua 
etdi.  Daha  sonra  məni  özündən  sonra  baş  verəcək  bütün  hadisələrdən 
agah etdi. Həzrətin (s) səhabələrindən biri bunu görüb paxıllıq üzündən 
belə  dedi:  “Əgər  Məhəmməd  öz  əmisi  oğlunu  peyğəmbər  etmək 
qüdrətində olsaydı, mütləq bunu edərdi!” Allah-təala öz Peyğəmbərinin 
(s)  dili  ilə  məni  həmin  səhabənin  bu  sözündən  agah  etməklə 
şərəfləndirdi. 
39.  Həzrət  Rəsulun  (s)  belə  buyurduğunu  eşitdim:  “Məni  sevdiyini 
iddia  edib  Əliyə  düşmən  olan  hər  kəs  yalançıdır.  Mənə  bəslənən 
məhəbbətlə  yanaşı  Əliyə  də  bəslənən  məhəbbət  yalnız  möminlərin 
qəlbində yer tutar. Ey Əli, Mütəal Allah məni və səni sevənləri Behiştə 
daxil olacaq dəstələrin ən öndə gedəni qərar verib. Eyni zamanda mənə 
də,  sənə  də  düşmən  olanları  bu  ümmətdən  Cəhənnəm  atəşinə  daxil 
olacaq dəstənin ən birincisi qərar verib. 
40.  Həzrət  Peyğəmbər  (s)  döyüşlərin  birində  məni  su  gətirməkdən 
ötrü bir quyuya tərəf göndərdi. Lakin orada su olmadığından əliboş geri 
qayıdıb  bu  barədə  Həzrətə  (s)  xəbər  verdim.  Həzrət  (s)  buyurdu:  “Ey 
Əli,  quyudan  mənə  bir  az  torpaq  gətir.”  Mən  gedib  oradan  bir  ovuc 
torpaq  gətirdim.  Həzrət  (s)  həmin  torpağa  nəsə  dedi  və  məndən  o 
torpağı  aparıb  yenidən  quyuya  tökməyimi  istədi.  Mən  torpağı  quyuya 
tökdüm.  Birdən  quyudan  su  qaynamağa  başladı  və  quyu  çox  qısa  bir 
müddətdə  su  ilə  doldu.  Qayıdıb  məsələni  Həzrətə  (s)  bildirdim.  O 
buyurdu: “Müvəffəq oldun, ya Əli! Məhz sənin bərəkətinə quyudan su 
qaynadı.” Bu şərəf Peyğəmbərin (s) səhabələri arasında yalnız mənə aid 
idi. 
41. Həzrət Rəsulun (s) belə buyurduğunu eşitdim: «Xoş sənin halına, 
ya  Əli!  Cəbrail  mənim  yanıma  gəlib  dedi:  “Ey  Məhəmməd!  Mütəal 
Allah  sənin  səhabələrinə  nəzər  salıb  əmin  oğlu,  kürəkənin  Əlini  (ə) 


 
289 
sənin ən yaxşı dostun və köməkçin olduğunu gördü. Onu sənin vəsin və 
Allah tərəfindən olan hüccət qərar verdi.”» 
42.  Həzrət  Rəsulun  (s)  belə  dediyini  eşitdim:  “Xoş  sənin  halına,  ey 
Əli!  Sənin  behiştdəki  sarayın  mənim  sarayımla  üzbəüzdür.  Sən  behişt 
əhli  arasında  mənə  (camaatdan  və  peyğəmbərlərdən)  ən  yaxını, 
İlliyyinin  (Beşitin  ən  üstün  yeri  –  red.)  ən  uca  yenində  də  mənimlə 
yanaşısan.”  Dedim:  “Ya  Rəsuləllah,  İlliyyinin  ən  uca  yeri  nədir?” 
Buyurdu:  “Ağ  və  parlaq  gövhərdən  ibarət  olan,  yetmiş    qapıcığı  olan 
günbəz.  Ey  Əli!  Sən  və  mən  hər  ikimiz  həmin  günbəzin  altında 
olacağıq.” 
43.  Peyğəmbər  (s)  buyurdu:  “Mütəal  Allah  mənim  məhəbbətimi 
möminlərin  qəlbində  yerləşdirdi.  Eləcə  də,  ya  Əli,  Allah  sənin  də 
məhəbbətini  möminlərin  qəlbində  yerləşdirdi.  Mənə  və  sənə  olan  kini 
münafiqlərin  qəlbində  yerləşdirdi.  Sənə  təqvalı  mömindən  başqa 
məhəbbət, kafir münafiqdən başqa nifrət bəsləyən olmaz.” 
44.  Həzrət  Rəsulun  (s)  belə  buyurduğunu  eşitdim:  “Ya  Əli,  sənə 
ərəblərdən  yalnız  atası  məlum  olmayanlar,  əcəmdən  yalnız  alçaq  və 
bədbəxtlər, qadınlardan yalnız rəzil və acıdillilər düşmən olar.” 
45.  Bir  gün  mənim  gözlərim  ağrayırdı.  Həzrət  Rəsul  (s)  məni 
çağırtdırdı.  Ağzının  suyundan  mənim  gözlərimə  sürtüb  belə  dua  etdi: 
“İlahi, onun qızdırmasını soyuqluq, soyuqluğunu da hərarətlə əvəz et.” 
And  olsun  Allaha!  Ondan  sonra  indiyə  qədər  bir  dəfə  də  olsun  göz 
ağrısına tutulmamışam. 
46. Həzrət Rəsul (s) bütün səhabələrinə və əlillərinə evlərinin məscidə 
açılan  qapılarını  bağlatdırdı.  Yalnız  mənim  evimin  qapısını  Allahın 
göstərişinə əsasən açıq qalmasını buyurdu. Bu fəzilət yalnız mənə nəsib 
oldu. 
47.  Həzrət  Rəsul  (s)  mənə  vəsiyyət  edib  onun  borclarını  və  üzərinə 
götürdüyü bəzi öhdəlikləri yerinə yetirməyi mənə tapşırdı. Mən dedim: 
“Ya  Rəsuləllah,  axı  mənim  heç  bir  şeyim  yoxdur?!”  Həzrət  (s) 
buyurdu: “Allah bu işdə sənə kömək edəcək.” Doğrudan da, Allah-təala 
Həzrətin (s) bütün vədlərini və borclu olduğu səksən mini (dinar, yaxud 
dirhəmi) çox asanlıqla verməyə mənə kömək göstərdi. 
48. Bir gün Allahın Rəsulu bizə gəldi. Biz artıq üç gün idi ki, heç bir 
şey yemirdik. Həzrət (s) buyurdu: 
–Ya Əli, yeməyə bir şeyin var? 
–And olsun sənə risalət verənə ki, üç gündür nə mən, nə Fatimə, nə də 
iki övladımız bir şey yeyirik. 
–Ey Fatimə, evin içinə get gör bir şey tapırsan? 
Fatimə (ə) ona dedi: 
–Elə indicə evdən gəlirəm. Heç bir şey yoxdur. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə