Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə91/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   87   88   89   90   91   92   93   94   ...   100

 
280 
Səni Allah yolunda azad edən sahibin haqqı budur bilməlisən ki, o öz 
malını səndən ötrü sərf edib səni zillətdən, qul olmaq dəhşətindən xilas 
edib,  səni  əsirlikdən  qurtarıb,  qul  zəncirlərini  ayağından  açıb,  səni 
zindandan  azad  edib,  səni  öz  şəxsi  mülkiyyətinə  çevirib.  Sənə  ibadət 
etmək  imkanı  verib.  Sən  də  gərək  bacardığın  və  əlində  olan  hər  bir 
imkanla, hətta canınla da olsa, ona kömək edəsən. 
Azad etdiyin qulun haqqı budur bilməlisən ki, Allah-təala onun azad 
olunmağını  Özünə  yaxınlıq  və  atəşdən  xilasolma  vasitəsi  qərar 
vermişdir. Sən ondan nəğd bəhrə aparırsan: əgər ölsə, qohumu olmadığı 
halda  ondan  qalan  miras  sənə  çatır,  ikincisi  də  onu  azad  etməklə 
axirətdən bəhrələnirsən ki, bu bəhrə də  behiştdən ibarətdir. 
Sənə  ehsan  edən  kəsin  haqqı  budur  ki,  gərək  ona  təşəkkür  edəsən. 
Onun  sənə  etdiyi  ehsanı  (yaxşılığı)  unutmayasan,  adını  yaxşı 
tanıtdırasan,  ondan  ötrü  Allaha  ürəkdən  dua  edəsən.  Belə  etsən, 
gizlində  də,  aşkarda  da  ona  minnətdar  olmuş  olarsan.  Eyni  zamanda 
onun sənə etmiş olduğu yaxşılığı zay etməyəsən. 
Müəzzinin  haqqı  budur  bilməlisən  ki,  o,  Allahı  sənin  yadına  salır, 
səni  ibadətdən  bəhrələnməyə  çağırır,  sənə  ilahi  vacibatı  yerinə 
yetirməkdə kömək edir. Elə isə, sən də gərək ona minnətdar olasan. 
İmam-caamatın haqqı budur ki, bilməlisən ki, o, Allahla sənin aranda 
səfir vəzifəsini icra edir. O sənin tərəfindən söz  deyir, lakin sən onun 
tərəfindən  söz  demirsən.  Sən  onun  üçün  dua  etmirsən,  lakin  o  səndən 
ötrü dua edir. Pərvərdigarın qarşısında dayanmaq hövl və vahiməsini o 
öz öhdəsinə alıb. O özünü sənin, namazını isə sənin namazın qarşısında 
sipər edib. Buna görə də ona minnətdar olmalısan. 
Səninlə  oturub-duran,  yoldaşlıq  edən  kəsin  haqqı  budur  ki,  gərək 
onunla  yumşaq  davranmalısan,  onunla  adilanə  söhbət  edəsən.  O,  razı 
olmasa,  yanından  qalxmayasan.  Əgər  sənin  yanında  başqa  birisi 
oturmuş  olsa,  o  səndən  icazə  almadan  yanından  dura  bilər.  Sən  gərək 
onun səhv və xətalarına göz yumasan,  yaxşılıqlarını unutmayasan və o 
gərək səndən yaxşı və xoş sözdən başqa bir şey eşitməsin. 
Qonşunun haqqı budur ki, o olmayanda onun heysiyyətini qoruyasan, 
yanında  ona  ehtiram  göstərəsən,  əgər,  ona  zülm  olunsa,  onun  tərəfini 
tutasan,  eyiblərinin  axtarışında  olmayasan,  eyiblərini  örtəsən,  əgər, 
nəsihətə  qulaq  asandırsa,  ona  nəsihət  edəsən,  çətin  anlarında  onu  tək 
buraxmayasan, səhvlərinə göz yumasan, xətalarını bağışlayasan, onunla 
ünsiyyəti kəsməyəsən. 
Dostun haqqı budur ki, onunla kərəm və insafla rəftar edəsən, necə ki 
o sənə ehtiram edir, sən də ona ehtiram edəsən. O səninlə necə dostluq 
edirsə, sən də onunla eləcə dostluq et. Əgər günah etmək fikrinə düşsə, 
onu gərək bundan daşındırasan, sən ondan ötrü qəzəb yox, rəhmət ol. 


 
281 
Şərikin haqqı budur ki, o olmadığı vaxtlarda onun işlərini öz öhdənə 
alasan, onun haqlarına riayət edəsən, onun razılığı olmadan bir işə qərar 
verməyəsən, onunla məşvərət  etməmiş bir iş görməyəsən, onun malını 
hifz edəsən, nə kiçik, nə də böyük işlərdə ona xəyanət etməyəsən, çünki 
iki şərik nə qədər bir-birinə xəyanət  etməyib, Allahın əli onların başları 
üzərindədir. 
Sənin  malının  haqqı  budur  ki,  onu  halal  yoldan  başqa  bir  vasitə  ilə 
gətirməyəsən,  onu  Allaha  itaət  yolunda  sərf  edəsən,  simiclik 
etməyəsən.  Çünki  simiclik  özü  ilə  həsrət,  peşmançılıq  və  ilahi  əzab 
gətirir. 
Səndən  borcunu  istəyən  şəxsin  haqqı  budur  ki,  əgər  imkanın  varsa 
onun  borcunu  ödəməlisən,  verə  bilmirsənsə,  şirin  dillə  onun  razılığını 
əldə  etməlisən,  onun  borcunu  hələlik  qaytara  bilməyəcəyini  lütf  və 
nəzakətlə bildirməlisən. 
Səninlə  xoş  münasibət  yaratmaq  istəyənin  haqqı  budur  ki,  onu 
aldatmayasan və ona hiylə və fırıldaq gəlməyəsən, onunla bağlı Allah-
təaladan qorxasan. 
Səni  ittiham  edən  şəxsin  haqqı  budur  ki,  əgər  iddiasında  haqlıdırsa, 
sən  özün  şahid  olub  iddiasını  təsdiqləyəsən,  yox,  əgər  yanlış 
iddiadadırsa,  onunla  xoş  rəftar  edəsən.  Onunla  yalnız xoşluqla  davran 
və bu məsələdə Allahı qəzəbləndirmə. 
Sənin ittiham etdiyin şəxsin haqqı budur ki, əgər iddianda haqlısansa, 
onunla  xoş  dillə  danışasan,  onun  haqqını  inkar  etməyəsən,  əgər  nahaq 
iddiadasansa, Allahdan qorx, tövbə et və iddianı geri götür. 
Səninlə məşvərət etmək istəyənin haqqı budur ki, əgər münasib rəyin 
varsa,  onu  bildirəsən,  əgər  münasib  rəyin  yoxdursa,  onu  məsləhət  ala 
biləcəyi bir adamın yanına göndər. 
Sənin  məşvərət  etmək  istədiyin  kəsin  haqqı  budur  ki,  əgər  sənə 
istədiyinin  əksinə  rəy  versə,  onu  günahlandırmayasan,  əgər  sənə 
münasib bir nəzər bildirsə də Allaha şükür et. 
Səndən  nəsihət  istəyənin  haqqı  budur  ki,  ona  mehr  və  məhəbbətlə 
nəsihət verəsən. 
Sənə nəsihət edənin haqqı budur ki, onun qarşısında mülayim olasan, 
sözlərinə  qulaq  asasan,  əgər  sənə  dəyərli  sözlər  desə,  Allaha  şükür 
edəsən,  əks  təqdirdə  onunla  mərhəmətlə  rəftar  edəsən,  onu 
günahlandırmayasan,  əgər,  səhv  etdiyini  anlasan,  onu  danlamayasan, 
əgər, danlağa layiq olacaq sözlər danışsa, bu halda ona güzəştə getmək 
olmaz, çünki onun artıq heç bir etibarı qalmır. 
Səndən  böyüyün  haqqı  budur  ki,  yaşına  görə  ona  hörmət  edəsən, 
İslamda  səndən  çox  ömür  sürdüyünə  görə  ona  ehtiram  göstərəsən, 
onunla  söz  güləşdirməyəsən,  yol  gedərkən  ondan  qabağa  düşməyəsən, 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə