Бисмиллаһир рәһманир рәһим


ƏLLİ TƏRKİBDƏN ARTIQ OLAN NƏSİHƏTLƏR



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə90/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   86   87   88   89   90   91   92   93   ...   100

 
277 
 
ƏLLİ TƏRKİBDƏN ARTIQ OLAN NƏSİHƏTLƏR 
BÖLMƏSİ 
İmam Səccadın (ə) hüquq risaləsi 
◘Əbu  Həmzə  Somali  deyir:  “Bu  risaləni  həzrət  Səccad  (ə)  öz 
səhabələrindən biri üçün yazmışdır.” 
“Sənin  üzərində  olan  haqların  ən  böyüyü  Allahın  haqqıdır.  Onun 
sənin  üzərində  haqqı  budur  ki,    Ona  ibadət  edəsən,  Ona  heç  bir  şərik 
qoşmayasan. Əgər ixlas üzündən belə etsən, Allah həm dünya, həm də 
axirət işlərində sənə kifayət edər. 
Nəfsinin  (yəni,  sənin  özünün)  sənin  üzərində  haqqı  budur  ki,  ondan 
yalnız Allaha itaət yolunda istifadə edəsən. 
Dilin haqqı budur ki, onu söyüş söyməkdən qoruyasan, gözəl danışığa 
adət  etdirəsən,  faydasız  sözlər  danışmayasan,  onun  vasitəsilə  camaata 
ehsan edəsən və onlara qarşı şirindil olasan. 
Qulağın  haqqı  budur  ki,  onu  qeybət  və  sair  mühərrəmat  eşitməkdən 
qoruyasan. 
Gözün  haqqı  budur  ki,  onu  haramdan  yumasan  və  onun  vasitəsi  ilə 
ibrətlər alasan. 
Əlin haqqı budur ki, onu harama uzatmayasan. 
Ayağın  haqqı  budur  ki,  onunla  harama  getməyəsən,  çünki,  həmin 
ayaqla Sirat körpüsündə duracaqsan. Muğayat ol ki, səni titrədib, atəşə 
atmasın. 
Qarının  haqqı  budur  ki,  onu  haram  malın  qabı  etməyəsən  və  onu 
tutumundan artıq doldurmayasan. 
Cinsiyyət  üzvünün  haqqı  budur  ki,  onu  zinadan  qoruyasan  və 
gözlərdən gizli saxlayasan. 
Namazın  haqqı  budur  biləsən  ki,  O,  Allah  dərgahına  varid  olmaq 
deməkdir  və  namaz  halında  haqq  qarşısında  dayanmısan.  Bunu  dərk 
edən  kimi  yaxşı  olar  ki,  namaz  halında  zəlil,  dəyərsiz,  rəğbətli  və 
ümidlə  qorxu  arasında  olan,  biçarə  bir  bəndənin  əzəmətli  sahibi 
qarşısında  dayandığı  kimi  durasan.  Eləcə  də  layiqdir  ki,  namazda 
tamam-kamal vüqar və aramlıqla dayanasan, hüzuri-qəlbə riayət edəsən 
və  namazı  bütün  həddi-hüdudlarını  və  şərtlərini  layiqincə  yerinə 
yetirəsən. 
Həccin haqqı budur biləsən ki, bu, Pərvərdigarın şah sarayıdır. Həcc 
günahdan  qaçmaq  və  Allaha  pənah  aparmaq  deməkdir.  Həcc  tövbənin 
qəbul olunması və vacib vəzifənin yerinə yetirilməsi deməkdir. 


 
278 
Oruc  budur  biləsən  ki,  Allahın  səni  atəşdən  qorumaq  üçün  dilinə, 
qulağına,  göz,  qarın  və  fərcinə  atdığı  bir  pərdədir.  Əgər  orucu  tərk 
etsən, pərdəni yırtmış hesab edilirsən. 
Sədəqənin  haqqı  budur  biləsən  ki,  o  sənin  Allaha  tapşırdığın  və  heç 
bir şahidə ehtiyacı olmayan əmanət və ehtiyatdır. Əgər bunu dərk etsən, 
gizli sədəqəyə, aşkar sədəqədən daha artıq etibar edəcəksən və eləcə də 
dərk edəcəksən ki, o, dünyada bəla və xəstəliklərdən, axirətdə isə atəşin 
qarşısını alır. 
Qurbanlığın  haqqı  budur  ki,  onu  yalnız  Allahdan  ötrü  yerinə 
yetirəsən. Heç bir məxluqu nəzərdə tutmayasan və Allahın rəhmətindən 
və Qiyamət günündə nicat tapmaqdan başqa bir hədəfin olmasın. 
Sultanın haqqı budur ki, biləsən ki, Allah səni onu yoxlamaq vasitəsi 
qərar  verib.  Allahın  ona  verdiyi  qüdrət  də  onu  imtahan  etməkdən 
ötrüdür.  Özünü  onun  qəzəbinə  tuş  etməyəsən.  Əgər  belə  etsən,  özünü 
həlakətə  atmış  olarsan  və  bu  halda  da  onun  sənə  etdiyi  zülmə  şərik 
olmuş olacaqsan. 
Müəllimin  haqqı  odur  ki,  ona  təzim  və  ehtiram  göstərəsən,  diqqətlə 
sözlərinə  qulaq  asasan,  onunla  uca  səslə  danışmayasan,  ondan  bir  söz 
soruşsalar  sən  cavab  verməyəsən,  qarşısında  başqası  ilə  söhbət 
etməyəsən,  bir  kəs  onu  məzəmmət  etsə  sən  onu  müdafiə  edəsən, 
eyiblərini  örtəsən,  gözəl  xüsusiyyətlərini  izhar  edəsən,  düşmənləri  ilə 
oturmayasan,  dostları  ilə  düşmənçilik  etməyəsən.  Əgər  belə  etsən, 
Allahın mələkləri şəhadət verərlər ki, həqiqətən sənin elm öyrənməkdə 
məqsədin Allah razılığını qazanmaqdır. 
Tabeçiliyində  olduğun  şəxsin  haqqı  budur  ki,  onun  qarşısında  müti 
olasan,  sözündən  çıxmayasan.  Yalnız  Allahın  qəzəbinə  səbəb  olacaq 
işlərdə  ona  tabe  olma.  Allaha  qarşı  günaha  səbəb  olacaq  işlərdə, 
ümumiyyətlə, heç kəsə tabe olmaq olmaz. 
Sənin tabeçiliyində olan kəslərin haqqı budur biləsən ki, onların sənin 
tabeçiliyin altına düşməsinə səbəb sənin qüdrətin və onların zəifliyidir. 
Elə isə gərək onlarla ədalətlə rəftar edəsən, onlardan ötrü mehriban ata 
olasan,  onların  nadanlığına  göz  yumasan,  onları  cəzalandırmaqda 
tələsməyəsən  və  Allahın  sənə  verdiyi  bu  qüdrətə  görə  Ona  təşəkkür 
edəsən. 
Sənin  elm  öyrətdiyin  kəsin,  tələbənin  haqqı  budur  biləsən  ki,  elmi 
sənə Allah verib, elmin xəzinələrini üzünə O açıb və elm öyrətməyi O 
sənə qismət  edib. Əgər  onlarla mülayim və xoş rəftar edib üz-gözünü 
turşutmasan,  Allah  da  sənə  olan  nemətlərini  artırar.  Əgər,  elmini 
yaymaqda  simiclik  etsən  və  elm  öyrənmək  istəyənlərlə  kobud 
davransan,  Allah  sənin  elmində  olan  rövnəq  və  səfanı  alar,  qəlblərdə 
olan ehtiram və mövqiyyətini də aradan aparar. 


 
279 
Qadının sənin boynunda olan haqqı budur biləsən ki, Allah onu sənin 
ülfət  tapmağın,  aramlıq  və  rahatlığın  vasitəsi  qərar  verib.  Gərək  sən 
bunu  Allahın  nemətlərindən  hesab edəsən  və  buna  görə  də  onunla  xoş 
keçinib  ehtiramını  saxlayasan.  Hərçənd  ki,  sənin  onun  boynunda  daha 
çox haqqın var, lakin sən də  gərək, ona qarşı mərhəmətli olasan, onun 
yeməyini və geyimini verəsən, nadanlıq etsə, buna göz yumasan. 
Qulun  haqqı  budur  biləsən  ki,  o  da  Allahın  məxluqudur.  Ata-anası, 
əti, qanı səndə olduğu kimidir. Sənin ona sahib olmağın bu demək deyil 
ki,  onu  yaratmısan.  Sən  onun  bədəninin  heç  bir  üzvünü  də  xəlq  edə 
bilməzsən. Elə bir gün də gələcək ki, o sənin əlində olmayacaq. Onun 
ruzisini  Allah  verir.  Səni  də  məhz  Allah  onun  sahibi  edib.  O,  Allahın 
sənin  əlində  olan  bir  əmanətidir.  Allah  bu  əmanəti  tapşırıb  ki,  ona 
yaxşılıq etməklə savab qazanasan. Necə ki Allah sənə ehsan edir, sən 
də  onunla  xoş  rəftar  et.  Əgər  onu  bəyənməsən,  azad  et,  Allahın 
yaratdığına  işkəncə  verməkdən  çəkin.  Və  la  həvlə  vəla  quvvətə  illa 
billahil əliyyil-əzim. 
Ananın sənin boynunda olan haqqı budur bilməlisən ki, ondan başqa 
heç kəs səni özündə saxlayıb-daşımayıb. O sənə qəlbindən meyvə verib 
ki,  heç  kəs  bunu  etməz.  Bütün  üzvləri  ilə  sənin  qoruyub  saxlamaqdan 
ötrü çalışıb. Sənə yemək verib, özü ac qalmaqdan, səni geyindirib, özü 
paltarsız qalmaqdan, sənə su verib, özü susuz qalmaqdan, sənin üzərinə 
kölgə  salıb,  özü  günəşin  hərarəti  altında  qalmaqdan,  yuxusuz 
qalmaqdan,  səni  soyuqdan  və  istidən  qorumaqdan  əsla  qorxmayıb.  O 
bütün bunlara ona görə dözüb ki, təki bir övladı olsun! Əgər Allah sənə 
kömək  edib  tövfiq  verməsə,  ona  təşəkkür  edib  borcundan  qurtarmağa 
qüdrətin çatmaz. 
Atanın  sənin  boynunda  olan  haqqı  budur  biləsən  ki,  o  sənin 
varlığının,  mövcud  olmağının  mənşəyidir.  Əgər  o  olmasaydı,  sən  də 
olmazdın. Sənin vücudunda olan xoşagələn hər şeyin kökü atandır. Elə 
isə Allaha şükr et və bu nemətə görə ona minnətdar ol. 
Övladın  haqqı  budur  biləsən  ki,  o  sənin  bir  hissəndir.  Dünyadakı 
xeyir və şəri sənə mənsubdur. Onun Allahı tanımağı, ədəbli olmağı və 
tərbiyələnməyindən  ötrü  məsuliyyət  daşıyırsan.  Gərək  Allaha  itaət 
etməkdə ona kömək edəsən. Onun barəndə əməlin elə bir şəxsə oxşayır 
ki, o yaxşı iş görsə savabı var və pis iş görsə cəzası var.
 
Qardaşın  haqqı  budur  bilməlisən  ki,  o  sənin  əlin,  izzətin  və 
qüvvətindir.  Onu  günah  və  zülm  vasitəsi  etməyəsən.  Düşmənə  qalib 
gəlməkdə  ona  kömək  etməlisən.  Onunla  xeyirxahcasına  davran.  Əgər 
Allaha müti olsa, ona arxa-dayaq ol. Əks təqdirdə, Allahı ondan üstün 
tutmalısan. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə