Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə87/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   83   84   85   86   87   88   89   90   ...   100

 
268 
qismət etsin. Hər kəs bu dediyim qırx hədisi əzbərləyib onlara əməl etsə 
və  ümmətə  çatdırsa  Allahın  rəhməti  sayəsində  behiştə  gedər.  Belə  bir 
şəxs  Allah  yanında  peyğəmbərlər  və  vəsilərdən  sonra  ən  sevimli 
bəndələr hesab olunar və Qiyamət günü peyğəmbərlər, vəsilər, şəhidlər, 
salehlər və siddiqlərlə məhşur olar. Bunların nə gözəl dostları var!!!” 
 
◘Həzrət Sadiq (ə) buyurub: ”Hər bir bəndə qırx yaşına qədər genişlik 
və rahatlıqda olur. Elə ki, qırx yaşına çatdı Allah-təala onun əməllərinə 
nəzarət  edən  mələklərə  əmr  edər  ki,  Mən  Öz  bəndəmə  uzun  ömür 
verdim. Artıq, bundan sonra onun hər bir kiçicik əməllərini də diqqətlə 
yazın və ona qarşı daha tələbkar olun.” 
Əmirəl-mömininin (ə) Kumeyl ibn Ziyada nəsihətlərindən 
◘Ey Kumeyl! Hər gün Allahın adını çək və de ki, Allahın qüdrət və 
qüvvətindən başqa qüdrət və qüvvət yoxdur. Allaha təvəkkül et. Bizi də 
yad et və bizim adlarımızı çək, bizə salavat və salam göndər. 
◘Ey Kumeyl! Allah Öz rəsulunu tərbiyələndirib ona ədəb qaydalarını 
öyrətdi.  O,  əziz  isə  məni  tərbiyələndirib  ədəbləndirdi.  Mən  də 
möminlərə  tərbiyə  verib  ədəbləndirirəm  və  bu  ədəb  qaydalarını  ali  və 
nəcib insanlara irs olaraq verirəm. 
◘Ey Kumeyl! Elə bir elm yoxdur ki, mən onu bilməmiş olum və agah 
olmadığım heç bir sirr yoxdur. 
◘Ey  Kumeyl!  (Ali-İmran  surəsinin  34-cü  ayəsində  olan) 

Əhli-beyt 
(ə) və imamət silsiləsindən olanlar elə bir nəsil və elə bir övladlardır ki, 
onlardan bəziləri bəzilərinin övladlarıdır, Allah eşidən və biləndir.

 
◘Ey  Kumeyl!  Bizdən  başqa  heç  kəsdən  dini  və  elmi  məsələ,  yaxud 
hədis öyrənmə ki, həmişə bizdən olasan! 
◘Ey  Kumeyl!  Yemək  yeyən  zaman  Allahın  adını  çək,  çünki,  Onun 
adı  ilə  heç  bir  xəstəlik  insana  zərər  yetirməz  və  Onun  adında  hər  bir 
dərdin çarəsi var. 
◘Ey  Kumeyl!  Başqalarına  təam  ver  və  onları  yedizdir.  Bu  işdə 
xəsislik  göstərmə.  Bu  işinə  görə  Allah  sənin  mükafatını  qat-qat  artıq 
edər. Əxlaqını gözəlləşdir, oturub-durduğun adamlarla xoş münasibətdə 
ol və öz xidmətçilərinə yersiz töhmətlər vurma. 
◘Ey Kumeyl! Süfrə kənarında oturarkən yemək yediyin vaxtı uzat ki, 
səninlə  bir  süfrə  kənarında  oturan  süfrədə  olanlar  da  kamil  şəkildə 
bəhrələnə bilsin. 
◘Ey Kumeyl! Elə ki, yeməyini yeyib qurtardın sənə verdiyi nemətlərə 
görə Allaha şükür et. Şükr edərkən də elə səslə de ki, başqaları eşitsin 
və onlar da şükr etsin. Belə etsən sənin savabın daha da artıq olar. 


 
269 
◘Ey  Kumeyl!  Mədəni  yeməklə  doldurub  ağırlaşdırma.  Yeməkdən 
əlavə onun bir hissəsini su və bir hissəsini də nəfəs almaqdan ötrü boş 
saxla.  Yeməkdən  doymamış  əlini  çək.  Əgər  belə  etsən  həmin  yemək 
sənin  üçün  dadlı  olacaq  və  bil  ki,  bədənin  sağlamlığı  az  yemək  və  az 
içməkdən irəli gəlir. 
◘Ey  Kumeyl!  Xeyir-bərəkət  o  kəsin  malındadır  ki,  zəkat  verir, 
möminlərə  kömək  və  xeyirxahlıq  edir  və  yaxınları  və  qohumları  ilə 
əlaqə saxlayıb onlara ehsan və yaxşılıq edir. 
◘Ey  Kumeyl!  Öz  qohumların  və  yaxınlarından  olan  möminlərə 
(səninlə  qohum  olmayan  sair  möminlərdən  daha  artıq  əl  tut  və  onlara 
qarşı daha artıq mehriban və mərhəmətli ol və yoxsullara da sədəqə ver. 
◘Ey Kumeyl! Səndən bir şey istəyən heç bir kəsi əli  boş qaytarma, 
hətta,  yarım  dənə  üzüm  giləsi  də  olsa  ona  ver.  Çünki,  sədəqə  Allah 
dərgahına ucaldıqca böyüyür. 
◘Ey  Kumeyl!  Möminin  ən  gözəl  zinəti  təvazökarlıqdır,  onun 
gözəlliyi pakdamənlik və iffətdir, şərəfi fəhm, (dində) bəsirət və elmdir, 
başıucalığı isə bihudə danışıqları tərk etməkdir. 
◘Ey Kumeyl! Hər bir cəmiyyətdə bir dəstə insan digərindən üstündür. 
Məbada onların alçaq fərdləri ilə mübahisə edəsən! Hətta, sənə nalayiq 
sözlər  desələr  də  onlara  baş  qoşma.  Təmkinli  ol  və  o  kəslərdən  ol  ki, 
Allah-təala  onların  barəsində  belə  buyurur:  “Elə  ki,  nadan  insanlar 
onlarla danışmaq istəyir, onlara sadəcə, salam deyirlər.”
1
 (1) 
◘Ey Kumeyl! Hər bir halda haqq söz danış. Təqvalılarla dostluq et və 
fasiqlərdən  uzaq  ol.  Münafiqlərdən  də  kənar  gəz.  Xainlərlə  əlaqə 
saxlama. 
◘Ey  Kumeyl!  Zülümkarların  qapısını  döymə  və  onlarla  qətiyyən 
əlaqə  yaratma,  məbada  onlara  təzim  və  ehtiram  edəsən  və  onların 
məclislərində  əsla  iştirak  etmə!  Əgər,  məcbur  olub  onların  məclisində 
iştirak  etməli  olsan,  ardıcıl  olaraq  təkrar-təkrar  Allahı  yad  et,  Ona 
təvəkkül et və şərlərindən Allaha sığın. Qəlbində onlara qarşı müxalif 
ol  və  uca  səslə  özünün  Allaha  olan  təzim  və  ehtiramını  onların  eşidə 
biləcəyi tərzdə dilə gətir. 
◘Ey  Kumeyl!  Allah  bəndələri  içərsində  Onu  tanıyıb,  elçisini  (s)  və 
övliyalarını (ə) iqrar etdikdən sonra təqva, səbr, təmkin və davamiyyət 
sahəsində  ən  çox  ciddiyyət  göstərənlər  Allahın  ən  çalışqan  bəndələri 
hesab olunur. 
◘Ey  Kumeyl!  Öz  çətinliklərini  camaata  bildirmə.  Allahın  savabına 
ümidvar olaraq izzət və heysiyyətlə öz fəqirlik və yoxsulluğuna səbr et. 
                                                 
1
 “Furqan, 64. 


 
270 
◘Ey  Kumeyl!  Öz  sirrini  qardaşına  deməyin  heç  bir  eybi  yoxdur. 
Lakin,  qardaşın  kimdir?!  Sənin  qardaşın  o  kəsdir  ki,  çətinlik  zamanı 
səni tərk etmir, günaha getdiyin zaman səni qaytarmaqdan ötrü nəsihət 
və  hidayətini  əsirgəmir,  sənə  imkan  vermir  ki,  öz  ehtiyacını  ona 
bildirəsən,  səni  öz  işlərinlə  baş-başa  buraxmır  ki,  onu  agah  edəsən 
(yəni, onu agah etməyə ehtiyac olmur, bütün işlərinlə maraqlanır), əgər 
işlərində nöqsan əmələ gəlsə onu aradan aparıb islah etməyə çalışır. 
◘Ey Kumeyl! Mömin möminin güzgüsüdür. Çünki, ona baxıb diqqət 
yetirir, çatışmazlıqlarını aradan aparır. 
◘Ey  Kumeyl!  Möminlər  qardaşdırlar  və  qardaşdan  ötrü  də 
qardaşından da dəyərli bir şey yoxdur. 
◘Ey  Kumeyl!  Əgər  qardaşını  sevmirsənsə  onun  qardaşı  deyilsən. 
Mömin  odur  ki,  bizim  dediklərimizi  desin.  Hər  kəs  bizim 
dediklərimizdən  uzaq  gəzsə  bizdən  deyil,  hər  kəs  də  bizdən  olmasa 
Cəhənnəmin ən aşağı dərəcəsinə yuvarlanar. 
◘Ey Kumeyl! Bizdən hesab edilən kəs dərdini sənə bildirsə və səndən 
bunu gizli saxlamağını istəsə, məbada onun üstünü açasan. Çünki belə 
etsən, sənə tövbə yoxdur. Hər kəsdən ötrü də tövbə olmasa, Cəhənnəm 
əhli olacaq. 
◘Ey  Kumeyl!  Ali-Məhəmmədin  (s)  sirrini  yaymaq  məqbul  deyil. 
Buna  heç  kəsin  dözümü  və  təhəmmülü  çatmaz.  Ali-Məhəmmədin  (s) 
dediklərini yalnız müvəffəq möminlər yanında açıb de. 
◘Ey  Kumeyl!  Hər  cür  çətinlik  zamanı  “La  həvlə  və  la  qüvvətə  illa 
billah” 

Allahın qüdrət və qüvvətindən başqa qüdrət və qüvvət yoxdur

 
desən,  həmin  çətinlikdən  qurtararsan.  Hər  bir  nemət  zamanı  da 
“Əlhəmdu lillah” 

Həmd Allaha məxsusdur

 desən, nemətlər artar. Elə 
ki,  ruzin  gecikdi,  istiğfar  et  və  Allahdan  bağışlanma  dilə.  Belə  etsən, 
Allah işlərini yoluna qoyar. 
◘Ey  Kumeyl!  Bizim  vilayətimiz  vasitəsi  ilə  şeytanın  sənin  mal  və 
övladına şərik olmasından azad ola bilərsən. 
◘Ey Kumeyl! Heç bir vacib əməli tərk etmək olmaz və heç bir nafilə 
və müstəhəb əməli yerinə yetirmək də vacib deyil. 
◘Ey  Kumeyl!  Sənin  günahların  yaxşı  əməllərindən  çoxdur,  qəflətin 
də  Allahı  yada  salmaqdan  və  Onu  zikr  etməkdən  çoxdur  və  Allahın 
sənə olan nemətləri sənin əməllərindən çoxdur. 
◘Ey  Kumeyl!  Sən  hər  bir  an  Allahın  nemətlərinə,  Onun  sənə  əta 
etdiyi  salamatlıq  və  afiyətə  qərq  olmuş  haldasan.  Elə  isə  sən  də  heç 
vaxt Ona sitayiş və həmd-səna etməkdən, Ona təsbih deyib Onu təqdis 
etməkdən, eləcə də daim Onu yad və zikr etməkdən yorulma. 
◘Ey  Kumeyl!  O  kəslərdən  olma  ki,  Allah-təala  onlar  haqqında  belə 
buyurur: “Onlar Allahı unutdular, Allah da onlara özlərini unutdurdu.” 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə