Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə89/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   85   86   87   88   89   90   91   92   ...   100

 
274 
◘Ey  camaat!  Müsəlman  olduğunuza  görə  Allaha  minnət  qoymayın, 
yoxsa Onun sizə qəzəbi tutar və sizə əzab göndərər. Həqiqətən, Allahın 
əzabı günahkarların püsqusundadır. 
◘Ey  camaat!  Məndən  sonra  sizə  elə  kəslər  rəhbərlik  edəcək  ki,  sizi 
ona  tərəf  dəvət  edib,  Qiyamət  günü  də  sizə  heç  bir  kömək 
etməyəcəklər. 
◘Ey camaat! Allah da, mən də həmin rəhbərlərə nifrət edirik. 
◘Ey  camaat!  Onlar,  onların  tərəfdarları,  ardıcılları  və  dostları 
Cəhənnəmin ən dərin qatlarına yuvarlanacaqlar. 
◘Ey  camaat!  Mən  imamət  və  xilafəti  özümdən  sonra  sizin  aranızda 
Qiyamət gününə qədər irs və əmanət olaraq qoyub gedirəm. Mən sizə 
çatdırmaqdan ötrü məmur olunduğum vəzifəmi yerinə yetirdim. Burada 
olanlar bunu qaib olanlara çatdırsınlar. 
◘Ey  camaat!  Allah,  Onu,  ayələrini,  hökmlərini  inkar  etmələri 
üzündən hər bir abadı bərbad edər. Allah sizin vəlinizdir. Bunlar onun 
vədələridir. Allah vəd etdiyi hər bir sözdə haqlıdır və vəd etdiyi hər bir 
sözünə də vəfa edər. 
◘Ey camaat! Sizdən öncə bir çox ümmətlər yollarını azdılar. Allah da 
onları  məhv  etdi.  Allah  keçmişdəkiləri  də,  gələcəkdəkiləri  də  məhv 
etməyə qadirdir. 
◘Ey  camaat!  Cənnətlə  cəhənnəm  arasında  təfavüt  çoxdur.  Bizim 
düşmənlərimiz  Allahın  lənət  etdiyi  kəslərdir.  Dostlarımız  da  Onun 
sevdiyi kəslərdir.  
◘Ey  camaat!  Bilin  ki,  mən  peyğəmbərəm,  Əli  isə  mənim  vəsim, 
canişinimdir. Agah olun ki, axırıncı imam olan Həzrət Məhdiyyi-Qaim 
də (ə) bizdəndir. 
◘Ey  camaat!  “Həcc”,  “Səfa”,  “Mərva”  və  “Ümrə”  ilahi 
mərasimlərdəndir. Hər kəs Həcc, yaxud Ümrə  ziyarətini yerinə yetirsə, 
iki dəfə təvaf etməyinin heç bir eybi yoxdur. 
◘Ey  camaat!  Allah  evinin  həcc  ziyarətini  yerinə  yetirin.  Bu  ziyarəti 
yerinə yetirən elə bir yoxsul yoxdur ki, sonradan dövlətli olsun və  bu 
ziyarətdən üz döndərən  elə bir imkanlı şəxs  yoxdur ki, sonradan fəqir 
və yoxsul olsun. 
◘Ey camaat! Həcc mərasimi zamanı Ərəfatda dayanan elə bir mömin 
yoxdur  ki,  Allah  onun  bütün  keçmiş  günahlarını  əfv  edər  və  həcc 
mərasimi bitdikdən sonra onun əməlləri yenidən yazılmağa başlayar. 
◘Ey  camaat!  Hacılara  kömək  olunar,  onların  çəkdikləri  xərclərin 
hamısı ödənilər. Allah yaxşı əməl sahiblərinin səylərini zay etməz. 
◘Ey  camaat!  Həcc  ziyarətini  düzgün  din,  fəhm  və  biliklə  yerinə 
yetirin və bu ziyarəti yerinə yetirərkən müqəddəs məkanlardan tövbə və 
günahlardan qayıtmaqla geri dönün. 


 
275 
◘Ey camaat! Allahın sizə buyurduğu kimi namaz qılın və zəkat verin. 
Əgər,  müddət  sizin  üçün  uzun  olsa,  ya  səhlənkarlıq  etsəniz,  yaxud  da 
unutsanız, Əli sizin rəhbəriniz və (dini məsələləri) açıqlayanınızdır. 
◘Ey camaat! Sizi hidayət etdiyim hər bir halal və çəkindirdiyim hər 
bir  haram  olduğu  kimi  qalır.  Mən  onların  heç  birini  əvəz  etməmişəm. 
Agah  olun  ki,  əmr  be  mərufun  başı  budur  ki,  mənim  nə  dediyimi 
biləsiniz,  onu  eşidib-bilməyənə  çatdırasınız,  ona  həmin  sözü  qəbul 
etməsini  göstəriş  verəsiniz  və  onu  bu  sözlə  müxalifət  etməkdən 
çəkindirəsiniz. 
◘Ey  camaat!  Quran  sizə  imamətin  Əlidən  sonra  onun  övladlarına 
çatacağını  bildirir.  Mən  sizi  agah  etdim  ki,  onlar  mənim  və  Əlinin 
nəslindəndir. Allah-təala buyurur: 

Onu nəslində həmişəlik bir söz qərar verdi.

 
Mən  də  sizə  deyirəm  həmin  bu  iki  şeydən  (Quran  və  itrətdən) 
yapışsanız, heç vaxt yolunuzu azmazsınız. 
◘Ey camaat! Təqva! Təqva! Qiyamətdən qorxun. Allah buyurur:  

Həqiqətən, Qiyamətin zəlzələsi çox böyük və dəhşətli bir şeydir.

 
◘Ey camaat! Sizin sayınız çoxdur və hamınız bir-bir gəlib beyət edə 
bilməzsiniz. Allah-təala mənə göstəriş verib ki, sizdən Əlinin və ondan 
sonra  onun  mənim  nəslimdən  olan  övladlarının  möminlərin  rəhbəri  və 
xilafətin canişinləri olmağını dildə iqrar etməyinizlə söz alım. Elə isə, 
siz də hamılıqla deyin: “Biz eşitdik və itaət edirik.” 
◘Ey camaat! Nə deyirsiniz? Bəs, elə isə, Allah hər bir gizli səsdən və 
nəfəsdən də agahdır. Hər kəs hidayəti seçsə, onun öz xeyrinədir və hər 
kəs  də  zəlaləti  seçsə,  öz  zərərinədir.  Hər  kəs  beyət  etsə,  Allaha  beyət 
edib:  

Allahın (qüdrət) əli onların əllərinin üzərindədir.

 
◘Ey  camaat!  Allahdan  qorxun,  Əli,  Həsən,  Hüseyn  və  digər 
imamlarla beyət edin. 
◘Ey  camaat!  Sizə  dediklərimi  deyin,  Əliyə  “əmirəlmöminin”  kimi 
salam verin və deyin: “Eşitdik və itaət etdik. Pərvərdigara, bizi bağışla, 
axır  dönüş  Sənədir.  Həmd  olsun  Allaha  ki,  bizi  hadayət  etdi.  Əgər 
Allah bizi hidayət etməsəydi, yolu tapmaz və hidayət olmazdıq.” 
◘Ey  camaat!  Həqiqətən,  Əliyyibni-Əbutalibin  (ə)  fəzilətləri  Allahın 
sizə nazil etdiyi Quranda kifayət qədər bəyan olunub. 
◘Ey camaat! Hər kəs Allaha, Onun rəsuluna, Əliyə və sair imamlara 
itaət  etsə,  həqiqətən  də  böyük  bir  hidayətə,  böyük  bir  nicata  nail 
olmuşdur. 
◘Ey camaat! Ona ilk öncə beyət edənlər, onu sevənlər, ona “Əmirəl-
möminin”  kimi  salam  verənlər  nicat  tapacaq  və  nemətlərlə  dolu  olan 
behiştlərdə olacaqlar. 


 
276 
◘Ey  camaat!  Allahın  sizdən  razı  olmasına  səbəb  olacaq  sözü  deyin. 
Əgər  yer  üzərində  olan  insanların  hamısı  kafir  olsalar,  Allaha  heç  bir 
ziyan  verə  bilməzlər.  İlahi,  mömin  və  möminələri  bağışla  və  kafirlərə 
qəzəb et! Həmd olsun aləmlərin rəbbinə!” 
Bu  zaman hamı  Peyğəmbərin  (s)  çağırışına  cavab  olaraq  bir  ağızdan 
uca  səslə  dedi:  “Bəli,  eşitdik  və  Allahın,  Onun  Rəsulunun  (s) 
göstərişinə qəlbimiz, dilimiz və əllərimizlə itaət edirik.” 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə