Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə86/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   82   83   84   85   86   87   88   89   ...   100

 
264 
–Bir az da əlavə edin. 
–Yoxsulları və onlarla yoldaşlığı sev. 
–Bir az da əlavə edin. 
–Acı olsa da həmişə haqqı de. 
–Bir az da əlavə edin. 
–İlahi işlərdə heç kəsin danlağından qorxma. 
–Bir az da əlavə edin. 
–Özündə  olan  eyibləri  başqalarında  axtarma,  öz  etdiyin  işlərə  görə 
başqalarına qəzəblənmə. Kişi üçün bu eyib bəsdir ki, bu üç xislət onda 
olsun; eyni bir eybi özündə görmür, başqalarında görür, özündə pis və 
qəbih  işlər  var,  lakin,  həmin  işləri  başqalarında  görəndə  utanır  və 
nəhayət,  üçüncüsü  budur  ki,  boş-boş  məsələlər  üstündə  öz  yoldaşını 
incidir. Ey Əbuzər! Tədbir kimi əql, günahdan çəkinmək kimi təqva və 
pəhrizkarlıq və gözəl əxlaq kimi də əsil-nəcabət yoxdur.” 


 
265 
 
OTUZ-QIRX TƏRKİBLİ NƏSİHƏTLƏRƏ QƏDƏR 
OLAN BÖLMƏ 
◘Həzrət  Sadiq  (ə)  buyurur:  “Atamdan  Quranda  və  Peyğəmbər  (s) 
sünnəsində  haram  olan  cinsi  yaxınlıqlar  barədə  soruşdular.  Buyurdu: 
Bunlar  otuz  dörddür,  on  yeddisinin adı Quranda,  on  yeddisinin  adı  isə 
Peyğəmbər (s) sünnəsində göstərilib. Quranda buyurulanlar bunlardır: 
Zina; atanın arvadı ilə evlənmək; ana ilə yaxınlıq; öz qızı ilə yaxınlıq; 
bacı  ilə  yaxınlıq;  bibi  ilə  yaxınlıq;  xala  ilə  yaxınlıq;  qardaşın  qızı  ilə 
yaxınlıq;  süd  anası  ilə  yaxınlıq;  süd  bacısı  ilə  yaxınlıq;  qayınana  ilə 
yaxınlıq; yaxınlıq etdiyi qadının qızı ilə yaxınlıq; doğma oğulun arvadı 
ilə  yaxınlıq;  iki  bacı  ilə  yaxınlıq  (biri  öldükdən  sonra  ikincisi  ilə 
evlənmək  haram  deyil);  heyz  halında  olan  qadınla  yaxınlıq;  etikaf 
halında yaxınlıq. 
Sünnədə göstərilən haram yaxınlıqlar isə bunlardır: 
Mübarək Ramazan ayının gündüzlərində olan yaxınlıq; “lian” edilmiş 
qadınla evlənmək; ehram halında öz qadını ilə yaxınlıq; ehram halında 
evlənmək,  yaxud  qarşı  tərəf  ehram  halında  olarkən  onunla  evlənmək; 
“zihar”dan
1
(1) sonra kəffarə verilməmiş edilən yaxınlıq; müşrik qadınla 
evlənmək; doqquz dəfə talaq verilmiş qadınla evlənmək; 
                                                 
1
  Şəriətdə  haram  sayılan  bir  adətdir  ki,  əgər  baş  versə  ər-arvad  bir-birindən 
ayrılmalıdır. 


 
266 
 
QIRX-ƏLLİ TƏRKİBLİ NƏSİHƏTLƏRDƏN İBARƏT 
OLAN BÖLMƏ 
◘Fəzl  İbn  Yəssar  deyir:  “Həzrət  Sadiq  (ə)  buyurmuşdur  ki,  hər  kəs 
şərab  içsə  qırx  gün  namazı  qəbul  olunmaz.  Əgər  bu  günlərdə  namaz 
qılmazsa əzabı iki qat olar. Hər kəs əvvəl qırx mömin qardaşı üçün dua 
edib  sonra  özü  üçün  dua  etsə,  Allah  həm  onun  duasını  qəbul  edər  və 
həm də onun qardaşları barədə etdiyi duaları.” 
 
◘Yenə İmam Cəfər Sadiq (ə) buyurub: “Elə ki, bir mömin dünyadan 
getdi  və  möminlərdən  qırx  nəfəri  onun  dəfn  mərasimində  iştirak  edib 
“Pərvərdigara,  biz  onun  barəsində  yaxşılıqdan  başqa  bir  şey  bilmirik, 
Sən Özün onun vəziyyətindən daha agahsan.” - desələr Allah tərəfindən 
xitab olunar: “Mən sizin sözünüzü qəbul etdim və onun sizin xəbəriniz 
olmadığı  günahlarını  da  qəbul  etdim.”  (Bir  şərtlə  ki,  əqidəsi  səhih 
olmuş olsun.) 
 
◘Həzrət  Əli  (ə)  Peyğəmbərin  (s)  belə  buyurduğunu  nəql  edir: 
“Müsəlman qarnının altında (insanın cinsiyyət üzvünün ətrafında) olan 
tükləri təmizləməyi qırx gündən artıq təxirə salmamalıdır.” 
 
◘Həzrət  Riza  (ə)  ata-babalarından  (ə)  həzrət  Peyğəmbərin  (s)  belə 
buyurduğunu  nəql  edir:  “Meracda  olarkən  ərşdən  asılmış  bir  kişi 
gördüm ki, öz qohumlarından şikayət edirdi. Ondan soruşdum: “Şikayət 
etdiyin qohumunla sənin aranda nə qədər fasilə var?” Dedi: “Qırx ata.” 
(yəni  insan  gərək  bacardığı  və  tanıdığı  qədər  öz  ata-babalarını  yad 
edərək,  hətta,  qırx  nəsil  özündən  qabaqkıların  da,  əldən  vermiş 
olduqları əməlləri yerinə yetirib, onlar barəsində dua və ehsan etsin.) 
 
◘Yenə  də  həzrət  Peyğəmbərdən  (s)  nəql  olunur:  “Mənim 
ümmətimdən hər kəs camaatın ehtiyac duyduğu məsələlər barədə qırx 
hədis əzbərləyib (onlara çatdırsa), Allah-təala Qiyamət günü onu fəqih 
kimi məhşur edər.” 
 
◘Həzrət  İmam  Cəfər  Sadiq  (ə)  Peyğəmbərin  (s)  Həzrət  Əliyə  (ə) 
vəsiyyətlərində belə buyurduğunu nəql edir: “Mənim ümmətimdən olan 
hər kəs Allahın razılığını qazanmaqdan ötrü qırx hədis əzbərləsə, Allah-
təala Qiyamət günü onu peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə 
məhşur edər. Bunlar çox gözəl dostlardır.” Həzrət Əli (ə) ərz etdi: “Ya 
Rəsuləllah,  bu  hədislərdə  məqsəd  nədir?”  Həzrət  buyurdu:  “Məqsəd 


 
267 
budur ki, heç bir şəriki olmayan  yeganə Allaha iman gətirəsən, Ondan 
başqa  heç  kəsə  pərəstiş  etməyəsən,  fərəh  və  həvəslə  dəstəmaz  alıb 
namazlarını  öz  vaxtında  qılasan,  çünki,  heç  bir  üzrü  olmadan  namazı 
təxirə  salmaq  Allahın  qəzəbinə  səbəb  olar,  zəkat  verəsən,  Mübarək 
Ramazan ayının orucunu tutasan, imkanın çatsa Allah evinin ziyarətinə 
gedəsən,  ata-ananı  incitməyəsən,  yetimin  malını  haqsız  yerə 
yeməyəsən, riba yeməyəsən, şərab və heç bir məstedici içki içməyəsən, 
ləvat  etməyəsən,  söz  gəzdirməyəsən,  yalandan  Allaha  and  içməyəsən, 
israf  etməyəsən,  heç  kəs  barəsində  istər  yaxın  olsun,  istərsə  də  uzaq, 
yalandan  şahidlik  etməyəsən,  böyük,  kiçik  hər  kəsdən  haqqı  qəbul 
edəsən,  zalıma  -  yaxın  qohumun  olsa  da,  etimad  etməyəsən,  nəfsani 
istəklərinə  uymayasan,  pakdamən  qadınlara  böhtan  atmayasan,  azacıq 
da  olsa  riya  etməyəsən,  çünki,  azacıq  riya  Allaha  şərik  qoşmaq 
deməkdir.  Eyiblərini  üzlərinə  vurmaqdan  ötrü  balaca  boylu  insana 
“balacaboy”, hündür boylu insana da “uzunduraz” deməyəsən, Allahın 
yaratdıqlarından  heç  birini  məsxərə  etməyəsən,  bəla  və  müsibətlər 
müqabilində  səbirli  olasan,  Allahın  verdiyi  nemətlərə  görə  Ona  şükür 
edəsən,  özünü  etdiyin  günahların  cəzasından  amanda  hiss  etməyəsən, 
Allahın  rəhmətindən  naümid  olmayasan,  günahlarından  tövbə  edəsən, 
çünki,  tövbə  edən  günahı  etməyən  kimidir.  Günahı  israrla 
təkrarlamayasan  və  ardıcıl  olaraq  istiğfar  edəsən.  Günahda  davamlı 
olmaq  Allahı  və  peyğəmbərləri  məsxərəyə  qoymaq  deməkdir.  Bil  ki, 
sənə  yetişən  hər  hansı  bir  şey  (Alahın  təqdirinə  uyğun  olaraq) 
qarşısıalınmazdır  və  əlinə  gəlməyən  bir  şeyin  də  yetişməsi  qeyri-
mümkün olmuşdur. Camaatı razı salmaqdan ötrü Allahı qəzəbləndirmə 
və  heç  vaxt  dünyanı  axirətdən  üstün  tutma.  Çünki,  dünya  fani  və 
müvəqqəti,  axirət  isə  əbədidir.  Əlində  olanları  xəsiscəsinə 
qardaşlarından gizlətmə. Batinin də zahirin də bir olsun, zahirin gözəl 
batininsə  çirkin  olmasın,  çünki,  belə  olsa  münafiq  hesab  olunarsan. 
Yalan demə, yalançılarla yoldaşlıq etmə və onlarla əlaqə saxlama, haqq 
sözü eşidəndə qəzəblənmə, özünə, həyat yoldaşına və övladlarına qarşı 
bacardığın qədər ədəbli ol, elminə əməl et, Allahın yaratdıqlarına qarşı 
düzgün  rəftar  et,  onlarla  nahaq  davranma,  qohumlara  və  yadlara  qarşı 
sərt və xırdaçı olma, zülümkar və qəddar olma, “Sübhanallah” və “La 
ilahə illəllah” zikrlərini çox təkrar et, çoxlu dua et, ölümü və ölümdən 
sonrakı həyatı (məadı, cənnət və  cəhənnəmi) çox  yad et,  çoxlu  Quran 
oxu  və  öz  rəftarını  da  ona  uyğunlaşdır,  mömin  və  möminələrə  ehsan 
etməyi  qənimət  bil,  diqqətli  ol,  özün  üçün  bəyənmədiyin  bir  şeyi 
başqalarına  da  rəva  bilmə,  xeyir  işdən  bezmə,  öz  yükünü  başqasının 
çiyninə  atma.  Elə  ki,  bir  kəsə  yaxşılıq  etdin,  bu  yaxşılığına  görə  ona 
minnət qoyma. Dünyanı özün üçün zindan bil ki, Allah da sənə behişt 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə