30
◘Ruzigarı söyməyin, çünki, ruzigar özü elə Allah deməkdir (yəni
işlərin təqdiri Allahın əmri ilədir). Ölüləri söyməyin ki, bu iş dirilərə
əziyyət verir. Ölüləri söyməyin, çünki, onlar özlərindən qabaq
göndərdiklərinə çatıblar. Heç kəs mömin qardaşının hədiyyəsini
qaytarmasın, hətta, imkanı varsa əvəzində o da hədiyyə etsin. Özün
geyinmədiyin özgə paltarına əlini silmə. Dilənçini əliboş qaytarma, heç
olmazsa yarım dənə xurma ilə onu razı sal. Müsəlmanların qeybətini
etməyin və onların eyiblərini axtarmayın. Heç kəsin sirr pərdəsini
yırtmayın. Heç bir yaxşı əməli kiçik saymayın. Elə ki, mömin qardaşına
vəd verdin, ona xilaf çıxma.
◘Məbada, sənə şiddət üz versə ölüm diləyəsən. Ölüm anında,
məbada, Allaha xoşgüman olmayasınız (bəd güman olasınız). Nə qədər
ki, bir kəsin işinin aqibətini görməmisiniz, onun əməlindən xoşhal
olmayın. Məbada, bir kəsin məhəbbəti sizi haqqa əməl etməkdən
saxlasın (yəni, haqqı tanıyasız, lakin ona əməl etməyəsiniz).
◘Məbada, bir kəs yad bir qadınla xəlvət bir yerdə qalsın. Çünki orada
üçüncü kəs şeytandır. Heç kəsi Allahın qəzəbi ilə xoşhal etmə və
Allahın sənə etdiyi lütfə görə heç kəsə təşəkkür etmə (yəni, ondan
başqasına); Allahın səndən əsirgədiyi lütfə görə də heç kəsi məzəmmət
etmə. Çünki O, nə ruzini bir kəsin istəyinə əsasən artırır və nə də onu
bir kəsin nifrətinə əsasən azaldır. Rəhbərlik istəyin olmasın. Çünki əgər
ona istəmədən çatsan sənə kömək edərlər və əgər istədiyin halda çatsan
köməkçin olmaz. Qiyamət yaxınlaşan zaman övlad qəzəbə səbəb olar,
çoxlu yağış yağar, alçaqlar çox, alicənab insanlar az olar, kiçiklər
böyüklərə qarşı və rəzillər kərim insanlara qarşı ədəbsizlik edər, alçaq
adamlar yaxşı insanlara qarşı həyasızlıq edər. Məşvərət edən kəs
uduzmaz. Əgər rəhbərlər hidayət yolunda olsalar rəiyyət heç vaxt
fəlakətə düçar olmaz, baxmayaraq ki, zülmkar və bədəməldirlər.
ALTINCI FƏSİL
Rəsuli-Əkrəmin (s) fərqli bəyanla olan başqa növ kəlamları
◘Söhbətlərin bəzisi sehirli, şerlərin bəzisi hikmətamiz, bilik
mənbələrinin bəzisi isə cəhalətdir. Mənim ümmətim mərhəmət olunan
ümmətdir (yəni, Allahın onlar üzərində lütf və mərhəmət nəzəri var).
Əhdə vəfa etmək imandandır. Xoşgümanlıq xoş bir ibadətdir.
31
◘
Alimlər peyğəmbərlərin varisləridir. Allahın dini saf və asandır.
Allahın dini rahat və düzdür. Sileyi-rəhmin savabı hər ibadətin
savabından tez yetişər. Hikmət insanın şərəfini artırar.
◘Allahın halalını haram edən kəs haramı halal edən kəs kimidir.
Dünyapərəstlərin şərəfi mal ilə ölçülür. Haqq sahibinin sözü də haqdır.
Ali əxlaq sahibi olmaq behişt əhlinin əməllərindəndir. Yaxşıların ən
yaxşısı gözəl xasiyyətdir.
◘Behişt əhlinin əksəriyyəti sadəlöhv insanlardır. Behiştdə sakin
olanların azı qadınlardır. Allahın ianəsi (maddi yardımı) ehtiyac
miqdarındadır. (Bəndə nə qədər çox möhtac olsa kömək də o qədər
çoxdur). Səbr müsibət qədər nazil olar. Ataya ən gözəl ehsan odur ki,
ölümündən sonra onun dostlarına məhəbbət göstərəsən.
Şeytan Adəm övladına nəzərən (arterial damarda axan) qan kimidir.
İnsanlardan Allaha ən çox şükr edəni bəndələrin haqqını ən çox
gözləyənidir. Mal-dövlətdə səxavət zəxirədir (ehtiyat), yığıb saxlamaq
isə fitnə. Bu ümmətin əzabını bu dünyada qərar veriblər. (Yəni dünya
narahatçılıqları mömin bəndə üçün axirət əzabının əvəzidir). İnsan
bəzən günah səbəbinə ruzidən məhrum olur.
◘Bəndələrdən elələri də var ki, əgər Allaha and versələr həmin andla
hacətləri rəva olar. Allahın elə bəndələri var ki, fərasətlə insanları
tanıyırlar. Allah özünə borc bilir ki, dünyanı ucaldıb, onun əzəmətini
artıran hər bir şeyi ikiqat alçaldsın. Allahın elə bəndələri var ki, onları
çətinlikləri aradan aparmaqdan ötrü yaradıb. Məktubun cavabı da
salamın cavabı kimi zəruridir.
◘Ən gözəl yemək kəsb olunan məhsuldur və övlad da kəsb
olunmuşlardandır. (Yəni əgər övlad öz malını atasının ixtiyarında qoysa
ata üçün zillət və haram deyil.) Həddindən artıq borcu olan və
acınacaqlı vəziyyətdə olan fəqirlərdən başqasına dilənmək halal deyil.
Elmə söykənən az əməl çoxdur, cəhlə söykənən çox əməl isə az. Bəndə
xoş xasiyyətli olmaqla gündüzlər oruc olub, gecələr namaz qılanların
dərəcəsinə çatar. Hər dinə məxsus olan bir əxlaqi xüsusiyyət var,
mənim dinimə xas olan əxlaqi xüsusiyyət də həyadır.
◘Hər şeyin bir şərəfi var və ən şərəfli əyləşilən yer də üzüqibləyə
olanıdır. Hər bir ümmətin bir fitnəsi var, mənim ümmətimin fitnəsi
maldır. Hər bir yol gedənin məqsədi var və hamının son məqsədi
32
ölümdür. Hər sözün yeri var, hər bir haqq da həqiqətə əsaslanır. Hər
padşahın qoruğu var, Allahın qoruğu da haramdır.
◘Hər bir oruc tutanın qəbul olunacaq duası var. Hər şeyin qapısı var,
ibadətin də qapısı orucdur. Hər şeyin mədəni var, təqvanın mədəni
ariflərin qəlbidir. Hər şeyin qəlbi var, Quranın qəlbi də “Yasin”
surəsidir. Hər peyğəmbərin duası var, mən isə öz duamı qiyamət günü
öz ümmətimə şəfaət etməkdən ötrü ehtiyat saxlamışam.
◘Möminin çəkdiyi hər bir xərcə görə əcri var, yalnız torpaq və imarət
üçün sərf etdiyindən başqa. (Ehtiyacını ödəməkdən ötrü olan hallar
istisnadır. Yəni qeyri-şəri olmamalıdır.) Həsəd atəşin odunu aradan
apardığı kimi yaxşı əməlləri aradan aparar. Atəşə daxil olmağın ən
alçaq səbəbi ağız və fərcdir (cinsiyyət üzvü). İnsanı behiştə çatdıracaq
ən gözəl şey təqva və xoş xasiyyətdir. Elə ki, fitnə hər yeri bürüdü, elm
kölgəsində olan alimlərdən başqa hamı yerindən olar.
◘Pis göz kişini qəbrə salar, dəvəni qazana. Təkəbbür üzündən məxsus
libas geyinənə Allah-təala qiyamət günü nəzər salmaz. Allah gözəldir
və gözəlliyi də sevir (əlbəttə, əsas ruhun gözəlliyidir ki, düzgün əqidə
və xoş əxlaqlı olsun). Allah dua edərkən israr edənləri sevir. Allah
xoşxasiyyət insanları və tanınmayan pərhizkarları sevir.
◘Allah işləyib çalışan mömini sevir. Allah hər bir qəmgin qəlbi sevir
(o halda ki, qəlbi mənasız və günah iş üçün qəmgin olmasın). Allah
şərəfli və gözəl işləri sevir və dəyərsiz və alçaq işlərdən xoşlanmır.
Allah Onun haramlarından çəkinməyi sevdiyi kimi halallarından da
istifadə etməyi sevir. Allah şəhvətin tüğyan etdiyi vaxt iti görən gözü,
şübhənin irəli gəldiyi vaxt kamil və dəqiq əqli və həmçinin bir neçə
xurma qədərində də olsa bəxşişi və bir ilan öldürmək qədər olsa da
şücaəti sevir.
◘Sənin Allahın bəyənilmiş işləri sevir. Allah öz bəndəsinin tövbəsini
can boğaza çatana qədər qəbul edir. Allah heç bir mal və can xəsarəti
görməyən şeytan və napak kişini düşmən bilir. Allah sizin üçün namaz
halında oynamağı, gündüz vaxtı qadınla yaxınlıq etməyi və
qəbristanlıqda gülməyi bəyənmir. Allah sizi boş söz-söhbət etməkdən,
malınızı bihudə tələf etməkdən, bir şey istəyərkən israr etməkdən
(yalvarmaqdan) çəkindirir.
Dostları ilə paylaş: |