36
◘Dünya, ehtiyacları ödəyəcək vəsaitlər yeridir və orada olanların ən
yaxşısı isə ləyaqətli qadındır. Tənhalıq pis yoldaşdan daha yaxşıdır.
Yaxşı dost tənhalıqdan yaxşıdır. İnsanın əməl dəftərində yazılacaq
gözəl danışıq sükutdan, sükut isə pis danışıqdan daha gözəldir. Yaxşı
və xeyir işi təkmilləşdirmək onu başlamaqdan daha üstündür. Dinə və
sünnəyə uyğun olan az əməl bunlara müxalif olan çox əməldən
üstündür.
◘Sizin ən yaxşınız günaha düşən zaman tövbə edəninizdir. Sizin ən
yaxşınız öz borcunu daha yaxşı ödəyəninizdir. Mənim ümmətimin ən
yaxşıları alimlərdir. Alimlərin də ən yaxşısı camaatla təmkinlə
davrananlarıdır. Mənim ümmətimin ən yaxşı kəsləri qəzəblənən zaman
tez sakitləşə bilən tündxasiyət şəxslərdir. Sədəqənin ən yaxşısı dilin
sədəqəsidir.
◘Sədəqələrin ən yaxşısı insanlar arasında mehribanlıq yaratmaqdır.
Ən gözəl sədəqə səninlə düşmənçilik edən qonşuna verilən sədəqədir.
İbadətlərin ən yaxşısı Ali-Muhəmmədin fərəcinin intizarında olmaqdır.
Mənim ümmətimin ibadəti Quran oxumaqdır. Elm ibadətdən üstündür.
◘Acı doydurmaqdan böyük ibadət yoxdur. Allaha yaxınlaşmağa
səbəb olan axırıncı səcdə kimi ibadət yoxdur. Heç bir ata öz övladına
ədəbdən də gözəl töhfə verməmişdir. Hikmətli söz nə gözəl hədiyyədir!
Qıtlıq və kasıblıq vaxtı xurma ağacının gül açmağı nə gözəl maldır!
◘Saleh mal nə gözəldir! Sərvət təqvaya riayət etmək üçün nə gözəl
köməkçidir. Sirkə-çörək yemək yaxşıdır. Ev müsəlman üçün yaxşı
ibadətgahdır. Sözlərin ən doğru-düzgün olanı Allahın kitabıdır, ən
möhkəm bəhanə təqva kəlməsidir və ən yaxşı hidayət peyğəmbərlərin
hidayətidir.
◘Ən şərəfli ölüm şəhidlikdir. Ən gözəl ətir müşkdür. Çörəklə birlikdə
yeməkdən ötrü ən yaxşı şey duzdur. Qaib olan şəxs üçün edilən dua tez
qəbul olunar.
DOQQUZUNCU FƏSİL
Peyğəmbəri-Əkrəmdən (s) olan bənzətmələr
◘Mənim Əhli-beytim Nuhun gəmisi kimidir. Hər kəs ona minsə nicat
tapar, hər kəs onunla müxalifətçilik etsə qərq olar. Mənim əshabım
ümmətim üçün duzun yeməyə olan nisbəti kimidir. Yemək də duzsuz
37
düzəlməz. Mənim ümmətim yağışa bənzəyir; başdan ayağa xeyirdir.
Məlum deyil əvvəli yaxşıdır yoxsa axırı. Mömin bal arısına bənzəyir;
pak qidalar yeyər və pak bəhrələr verər.
◘Möminnin hekayəti küləyin yolu üstündə duran sünbülə bənzəyir.
Gah yıxılır, gah durur (Mömin dövranın fitnələri nəticəsində titrəyib
büdrəyir, lakin sınmır; yenidən hərəkət edir). Kafirin halı düyünün
sünbülünə bənzəyir; həmişə tərpənməz olaraq dik qalır, yerindən dartıb
çıxarılanlar qədər. Möminlər dostluq və mehribanlıqda bədənin üzvləri
kimidirlər. Biri ağrıyan zaman o birilər də oyaq qalıb narahat olurlar.
Qəlb, küləyin yolu üstündə olan yarpağa bənzəyir (nəfsani istəklər hər
an onu o tərəfə-bu tərəfə çevirir.) Quran bağlı dəvəyə bənzəyir, onu
bağlasalar qalar, boş buraxsalar qaçar.
◘Qadın əyri qabırğa kimidir. Əgər düzəltmək istəsən sınar. Lakin
həmin əyriliklə onu düzəltsən bəhrə apararsan. Saleh yoldaş ətir satan
kimidir. Sənə ətir verməsə də onun ətrinin xoş iyi sənə hopar. Pis
yoldaş isə dəmirçi kimidir. Atəşinin qığılcımı sənə çatmasa da pis iyi
sənə əziyyət verər. Vacib namaz tərəziyə bənzəyir. Əgər tamam
versələr, tamam götürərlər. Dünya ilə bizim məsəlimiz süvari kimidir:
İsti gündə ağac kölgəsində dincəlib sonra hərəkət edər və kölgəni tərk
edər. Dünya ilə axirətin fərqi barmağın ucunda olan sümüyün dərya ilə
müqayisəsi qədərdir. Barmağını dəryaya sal gör nə qədər su götürə
bilirsən?
ONUNCU FƏSİL
Əmirəl-möminin Əli ibn Əbutalibin (ə) hikmətli kəlamları
◘Şəxsin imanı andlarından məlum olar. Qardaş odur ki, çətinlikdə
qardaşlıq etsin. İmkanı zahir etmək şükürün bir hissəsidir. Kişinin ədəbi
onun qızılından üstündür.
◘Borcu ödəmək dindarlıqdan irəli gəlir (dindarlığın əlamətidir.) Öz
qadın və övladına ədəb öyrətməklə onlara fayda ver. Pis insanlara
yaxşılıq etməklə onların pisliklərinin qarşısını al. Bu dövrün qardaşları
eyiblərin casusudurlar. İnsanların asayişi (insanların malından) ümidsiz
olamaqdadır.
◘Çətinlikləri gizli saxlamaq kişilikdir. Ata-anaya yaxşılıq insanın
əvvəlcədən özü üçün göndərdiyi yaxşılıqdır. Səbirdən sonra özünə
38
qələbə müjdəsi ver. Malın bərəkəti zəkat verməklə artar. Öz dünyanı
axirətə sat ki, xeyir götürəsən.
◘Möminin Allah qorxusundan ağlaması gözünün nurunu artırar.
Xeyir işi tez yerinə yetir ki, arzuna çatasan. İnsanın qarnı onun
düşmənidir. Cümə axşamı və şənbə günlərinin səhəri bərəkətdir.
◘Ömrün bərəkəti yaxşı işdədir. İnsanın bəlası dilinin altındadır.
Ömrün qalan hissəsinin qiyməti yoxdur. Yaxşı işi minnət qoymaqla
aradan aparma. Bəxşiş zamanı xoşüzlü olmaq ikinci bəxşişdir.
◘Allaha təvəkkül et sənə bəs edər. İşi təxirə salmaq bədbəxtlikdir.
Ömrünün əvvəlində əldən verdiklərinin yerini ömrünün qalan
hissəsində doldur. Namazda halsız və tənbəl olmaq imanın azlığından
irəli gəlir. Süfrəyə çox əlin uzanması bərəkətdir.
◘Yaramaz işlərdən uzaq ol ki, möhtərəm olasan. Öz zirəklik və
oyaqlığını günahın tərkində işlət. İnsanın təvazökarlığı onun
kərəmindən irəli gəlir. Hərislik quyusunu torpaqdan başqa heç nə
doldurmaz. Dində itki alimlərin ölümü ilədir.
◘Salamatlıq libası köhnəlməz. Hakimiyyətin davamlı olması ədalətə
əsaslanır. Üzürxahlıq vasitəsilə yaxşılığı təkrarla (əgər yaxşılıq etdiyin
kəsin ona layiq olmadığını bildirsən ona ikinci dəfə yaxşılıq etmiş
olarsan). Axirət savabı dünya nemətlərindən üstündür. Canın davamı
yeməklədir, ruhun davamı isə fəna ilə (yəni, bu dünyadan getməklə).
◘Kərəm əhlinə sitayiş etmək, onların ətalarının artmasına səbəb olar.
Nə qədər varındır əliaçıqlıq et (əlbəttə, özün başqalarına möhtac olacaq
qədər yox). İnsanın gözəlliyi onun həlimliyi ilə ölçülür. Kasıbın verdiyi
az bəxşiş də çoxdur. Pis yoldaş şeytandır.
◘Batilin cövlan etməsi bir saatdır, haqq-ədalət dövləti isə
qiyamətəcən. Sözün gözəlliyi onun qısa və müxtəsər olmasındadır.
Yaxşı yoldaş qənimətdir. Kasıblarla yoldaşlıq et ki, hörmətin artıq
olsun. O kəsin ki, ölüm (və yoxluq) yoxudur, böyük insandır.
◘İnsanın elmi onun dostudur. Qadınların zinəti qızıldır. İnsanın
həyası (pis əməllərindən ötrü) pərdədir. Yeməyin turşuluğu sözün
turşuluğundan yaxşıdır. Tündxasiyyət olmaq kişini fəlakətə aparır.
Dostları ilə paylaş: |