27
Təqvalı ol ki, insanların ən abidi olasan, qane ol ki, insanların ən çox
şükr edəni olasan, özün üçün istədiyin şeyi camaat üçün də istə ki,
mömin olasan, qonşunla xoşrəftar ol ki, müsəlman sayılasan, dostuna
və yoldaşına yaxşılıq et ki, mömin olasan, dinin vacibatına əməl et ki,
abid olasan, ilahi qismətə razı ol ki, zahid olasan.
◘Camaatın malından tamahını çək ki, səni sevsinlər, dünyadan
meylini çək ki, Allah səni sevsin. Dünyada qərib və qonaq kimi yaşa və
özünü ölənlərin sırasında bil. O şeyə ki arxayın deyilsən onu boşla və
daha etibarlı mətləbi öyrənməyə çalış. Din qardaşınla zalım da olsa,
məzlum da olsa dostluq et. (Zalımın zülmünün qarşısını al, məzluma isə
arxa dur.) Yer əhlinə rəhm et ki, göy əhli də sənə rəhm etsin. Mülayim
ol ki, sənə qarşı da mülayim olsunlar.
◘Həvəslə dəstəmaz al ki, ömrün uzansın. Öz ev əhlinə (ailə üvlərinə)
salam ver ki, evinin bərəkəti artsın. Nə qədər bacarırsan xahiş və
təmənna etməkdən çəkin. Haqq acı olsa da onu söyləməkdən çəkinmə.
Harada olsan Allahdan qorx.
◘Əgər günah etdin arxasınca ibadət et ki, onu məhv etsin. Camaatla
xoş xasiyyətlə rəftar et. Bircə salam deməklə də olsa sileyi-rəhm edin.
Bir-birinizdən ötrü hədiyyələr göndərin ki, aranızda olan mehr-
məhəbbət artsın. Cihad edin ki, övladlarınız əzəmət əldə etsin və
çalışqan və fəal olsun.
◘Böyüklərin səhvlərinə göz yumun. Hədiyyə göndərin ki, kinlər
aradan getsin. Hədiyyə göndərin ki, dostluğunuz daha da
möhkəmlənsin və nigarançılığınız aradan getsin. Mənim dediklərimi
camaata çatdırın, hərçənd bir Quran ayəsi olsa belə. Möminin
dərrakəsindən qorxun, çünki o, Allahın nuru ilə görür.
◘Binalarda və evlərdə haram iş görmək oranın viran qalmasına səbəb
olar. Öz övladlarınıza ehtiram göstərin və onları gözəl tərbiyələndirin.
Gözəl söz danışın ki, qənimət əldə edəsiniz və pis danışıqdan uzaq olun
ki, salamat qalasınız. Nütfələrdən (spermalardan) ötrü pak bətnlər
seçin. Ləzzətləri tar-mar edəni (ölümü) çox yad edin.
◘Mehriban və doğan qadınlarla evlənin, çünki mən peyğəmbərlər
arasında ümmətimin çoxluğu ilə iftixar edəcəyəm. Yarım dənə xurmanı
sədəqə verməklə də olsa özünüzü cəhənnəm odundan qoruyun.
Paxıllıqdan çəkinin, çünki keçmiş ümmətləri də həlak edən məhz
28
paxıllıqdır. Ağzınızı yaxalayacaq suya da olsa qənaət etməklə
ehtiyacsız olun. Zəkat verməklə mallarınızı sığorta edin.
◘Sədəqə vasitəsilə xəstələri müalicə edin. Duanı bəla qarşısında sipər
edin. Ürəyiniz yumşaq olan zaman dua edin, çünki ürək yumşaqlığı
rəhmətdir. Ömrünüz boyu xeyir dalınca olun və özünüzü Allahın
rəhmət nəsim (mehi) qarşısında qərar verin, çünki Allahın hər kəs
üzərində əsəcək rəhmət nəsimləri var. Hər hansı bir iş görərkən gizlində
yerinə yetirin, öz məqsədlərinizi aşkar etməyin ki, bir işi görə biləsiniz.
Öz yeməyinizi pərhizkarlara və xeyirxah möminlərə yedizdirin.
◘Mənim haqqımı Əhli-beytimin hüquqlarına riayət etməklə qoruyun.
Mənim Əhli-beytim Nuhun gəmisi kimidir; hər kəs ona daxil olsa nicat
tapar, hər kəs ona zidd olsa qərq olar.
BEŞİNCİ FƏSİL
Peyğəmbərin (s) digər nəzmlə olan hikmətli kəlamları
◘Mömin bir yerdən iki dəfə sancılmaz. Camaata təşəkkür etməyən
Allaha da şükr etməyib. Qəzanı (qəza və qədəri) duadan başqa heç nə
qaytarmaz, ömrü başqalarına yaxşılıq etməkdən başqa bir şey artırmaz.
◘İbrət götürməyəndən başqası səbirli hesab olunmaz. Nadanlıqdan
böyük fəqirlik yoxdur. Əqldən faydalı dövlət yoxdur. Xudpəsəndlikdən
(özünəpərəstiş, eqoizm) də dəhşətli tənhalıq yoxdur. Məşvərət
etməkdən gözəl həmkarlıq yoxdur.
◘Tədbir əqlin ən gözəl nümunəsidir. Xoşxasiyyətlik ən yaxşı əsl-
nəcabətdir. Günahdan çəkinmək kimi pərhizkarlıq yoxdur. Təfəkkür
kimi ibadət yoxdur. Səbr və həya kimi iman yoxdur.
◘Həddi-büluğa çatan heç kəs yetim hesab olunmur. Əmanətdar
olmayan kəsin imanı yoxdur, əhdə vəfa etməyənin də dini yoxdur.
(Yəni, din və imanları zəifdir.)
◘Üç gündən artıq küsülü qalmaq olmaz. İstiğfar (bağışlanma
diləmək) vasitəsilə böyük günah qalmaz, təkrar vasitəsilə kiçik günah
(yəni kiçik günahları təkrarlamağın özü) böyük günahdır. Dini üçün
qəm çəkməkdən başqa qüssə yoxdur.
29
◘Quran oxuyan bəndə fəqirlik görməz. Ehtiyat müqəddər olunan
şeyin qarşısını alır. Mömin ehtiyatı əldən verib qəflətə düşməz. Başçısı
qadın olan millət doğruluğun üzünü görməz. Gərək mömin özünü xar
etməsin. İkiüzlü adam Allah yanında etibarlı deyil. Ata-ana və ədalətli
imamdan başqasına yaltaqlanmaq rəva deyil. Allaha günah etməkdən
ötrü heç kəsə itaət etmək olmaz. Söz gəzdirənlər əsla behiştə getməz
(tövbə edənlərdən başqa). Qonşusu ondan amanda olmayan heç bir
bəndə behiştə getməz.
◘Müsəlmanı qorxutmaq heç bir müsəlmana halal deyil. Heç bir
müsəlmana rəva deyil ki, üç gündən artıq öz müsəlman qardaşından
ayrı gəzsin. (küssün) Sərvətli və ya işləmək qüdrəti olan şəxslərə
sədəqə halal deyil. Nə qədər ki, bir kəsin qəlbi düzəlməyib, imanı da
düzəlməz, nə qədər ki, bir kəsin dili düzəlməyib, qəlbi də düzəlməz.
Özü üçün istədiyi xeyri mömin qardaşı üçün istəməyən bəndənin imanı
yoxdur.
◘Nə qədər ki, bir kəs ona yetişən şeyin qarşısını almaq və ona
yetişməyən şeyi ələ gətirmək imkanının öz əlində olmadığını dərk
etməyib, imanın həqiqətinə çatmaz (yəni Allahın qəza və qədərinə
imanlı olsun). Sizlərdən heç birinin imanı dilinə hakim olmadığı
müddətdə kamil olmaz. Camaata rəhm etməyən şəxsə Allah da rəhm
etməz. Mümkün deyil ki, mömin tox olsun qonşusu ac. Heç bir alim
behiştə çatana qədər elmdən doymaz.
◘İnsanlar getdikcə paxıl olarlar və qiyamət qopan zaman Həzrət
Mehdi (ə) və Məryəm oğlu İsadan (ə) başqa yer üzü şər insanlarla dolu
olar. Nə qədər ki, yer üzündə kişilər az, qadınlar çox olmayıb qiyamət
bərpa olmaz. Hər kəs bir bəndənin bədənini örtsə (onu geyindirsə),
Allah da qiyamət günü onun bədənini örtər. Sənin haqqına riayət
etməyən və səninlə oturub duran adamda xeyir yoxdur. Gözlərini əldən
verən, lakin Allaha xatir səbr edən hər bir bəndə behiştə daxil olar. Heç
kəs, nə qədər ki, harama düşməmək üçün şübhəli işlərdən çəkinməyir,
pərhizkar hesab olunmaz. Mənim ümmətimdən bir dəstə Allahın
hökmü gələnə qədər haqdan ayrı düşməz. Kişinin canı davamlı olaraq
öləndən sonra nə qədər ki, ödənməyib öz borcundan asılıdır. Namazın
intizarında olan bəndə üçün həmin müddətdə namaz savabı yazılar.
Mömin qardaşını məzəmmət etmə! Çünki, ola bilsin Allah ona afiyət
versin, səni isə giriftar etsin.
Dostları ilə paylaş: |