33
◘Allah müsəlman üçün qeyrət sahibidir; o da gərək qeyrətli olsun.
Allah rəhimdil insanlardan başqasına rəhm etməz. Allah sədəqə
verməyə görə yetmiş pis ölümü insandan uzaqlaşdırır. Allah bəzən bu
dini dinsiz insanın əli ilə möhkəmləndirir. Allah elə həmin miqdar
bəndədən razı olar ki, yemək yeyərkən və su içərkən şükrünü yerinə
yetirsin (və əlbəttə, bundan da mühüm şükür odur ki, bunlar (yemək və
içmək) halaldan olsun).
◘Allah bəndəsinə verdiyi nemətlərin əlamətlərinin zahir olmasını
sevir. Allah elmi sinələrdən almır, alimləri aparmaqla elm aradan gedir.
Allah axirət məqsədi üçün dünya verir, lakin dünya məqsədi üçün isə
axirət vermir. Allah ona tərəf qalxan əli boş qaytarmağa həya edir.
Allah torpağı mənim üçün səcdəgah və paklayıcı qərar verib.
◘Allah yer üzünü mənə elə göstərdi ki, məşriqdən məğribə qədər hər
yeri gördüm və gözümlə müşahidə etdiyim hər yerdə ümmətim
hakimiyyət edəcək. Allah mənim ümmətimi nəfsinin xatalarına görə
məzəmmət etməz. Yalnız o zaman qınanarlar ki, həmin xatalar əməl
donu geyib dilə keçsin. Allah ədalət əsasında rahatlıq və rifahı yəqinin
və öz müqəddər etdiyinə razı olmağın kölgəsində, qəm-qüssəni isə
şəkk-şübhə və narazılıqda qərar verib. Allah, günü (yeni arvad)
narahatlığını qadından, cihadı da kişidən ötrü qərar verib, onlardan hər
hansı buna səbr etsə şəhid savabı əldə edər. Allah hər danışanın dili
yaxınlığındadır.
◘Allah bir kəsin danışığını bəyənmədikcə əməlini qəbul etməz. Allah
hər hansı bir millətə xeyir vermək istəsə onları imtahan edər (ki,
təcrübəli və çalışqan olsunlar və öz hüquqlarını müdafiə edə bilsinlər).
Qiyamət günü ən pis əzab əməlsiz alimlərdən ötrüdür. Qiyamət günü
Allah hüzurunda duracaq ən pis insan o kəsdir ki, camaat onun dilindən
qorxsunlar. Qiyamət günü ən pis insanlardan biri də axirətini
başqasının dünyasına satan bəndədir.
◘İnsanların ən bədbəxti o kəsdir ki, dünyada fəqir, axirətdə də əzab
əhli olsun. Bağışlanmağa səbəb olan işlərdən biri də mömin qardaşı
sevindirməkdir. Şirindil olub salam vermək bağışlanmağa səbəb olan
işlərdəndir. Dünya şirin və cəlbedicidir. Allah sizi keçmişdəkilərin
yerində oturdub ki, görsün nə edirsiniz. İslamın ədəblərindəndir ki, ev
sahibi qonağı evin qapısına qədər yola salsın.
34
◘Ruhul-qüds mənim qəlbimə belə ilham etdi: “Heç kəs nə qədər ki,
öz müəyyən olunmuş ruzisinin hamısını yeməyib dünyadan getməz. Elə
isə Allahdan qorxun və ruzi kəsb edərkən xoşrəftar olun.” Camaatın
keçmiş peyğəmbərlərdən yadda saxladığı sözlərdən biri də budur ki,
əgər həya yoxundursa hər nə istəyirsən et. Mənim ən xoşuma gələn
məşğuliyyət namazdır. Namazqılan bütün cahan səltənətinin sahibinin
evinin qapısını döyür və hər kəs döyməyi davam etdirsə, ümid var ki,
qapını üzünə açarlar. Allah mənə göstəriş verib ki, danışığım zikr,
sükutum təfəkkür, baxışım isə ibrət olsun.
◘Mən Allahın öz bəndələrinə hədiyyə etdiyi rəhmətəm. Nadanlığın
şəfası soruşmaqdır. Fazillərin qədrini fəzilət sahibləri bilər. Mən gözəl
əxlaqı təkmilləşdirməkdən ötrü məbus olmuşam. Mən öz ümmətim
üçün onları azdıracaq rəhbərlərdən qorxuram.
◘Əməllər niyyətə və nəticəyə bağlıdır. Dünyadan bəla və fitnədən
başqa bir şey qalmayıb. Qəlblər də (dəmir kimi) pas atır. Soruşdular:
Bəs qəlbin cilası nədir? Buyurdu: Ölümü çox yad etmək və Quran
oxumaq. Cənnəti qazanmaq yolu təpəni qalxmaq kimi çətin və ağırdır.
Cəhənnəmi (başqa bir rəvayətdə dünyanı) qazanmaq yolu asan və
ləzzətlidir.
YEDDİNCİ FƏSİL
Peyğəmbəri –Əkrəmin (s) digər tərzdə olan hikmətli
kəlamları
◘Eşitmək görmək kimi deyil. Fasiq üçün qeybət yoxdur. Zülm
əsasında yerdə bitən kök haqq cücərtməz. Yaltaqlıq mömin xüsusiyyəti
deyil.
◘Öləndən sonra üzürxahlıq yoxdur. O kəs ki, Allah ona imkan verib,
o isə ailəsini pis dolandırır, bizdən deyil. Başqalarına oxşayan (yəni
əxlaq və əməldə kafirlərə bənzəyən) şəxs bizdən deyil. Böyüklərə
hörmət, kiçiklərə mərhəmət və nəhy əz münkər və əmr be məruf
etməyən şəxs bizdən deyil.
◘Hər kəs iki nəfəri barışdırmaq məqsədi ilə həqiqətə uyğun olmayan
bir söz desə yalançı hesab olunmur. İmkanlı olmaq sərvətin çoxluğu ilə
deyil, qəlbin genişliyi ilədir. Qəhrəmanlıq güləşməklə deyil, qəzəb
zamanı özünü ələ almaqladır. Allah yanında heç bir şey dua qədər əziz
və dəyərli deyil. Heç bir günahın əzabı zülmünkü kimi tez yetişmir.
35
◘Sən mal-dövlətdən yeyib aradan aparmaqdan, geyib köhnəltməkdən
və sədəqə verib özündən əvvəl göndərməkdən başqa bəhrə görə
bilməzsən. Bir çox gecə namazı qılanlar var ki, yuxusuz qalmaqdan
başqa bəhrəsi yoxdur, nə çox oruc tutanlar ki, aclıq və susuzluqdan
başqa fayda görmür! Nə çox yeyib şükür edənlər var ki, savabları
səbirlə oruc tutanlardan çoxdur!
SƏKKİZİNCİ FƏSİL
Rəsuli-Əkrəmin (s) ən gözəl şeyləri tanıtdıran digər
hikmətli kəlamları
◘Zikrlərin ən yaxşısı gizli zikrdir. Ruzilərin ən yaxşısı odur ki,
kifayət qədər olsun. İbadətlərin ən üstünü onun ən gizlində olanıdır. Ən
gözəl məclis ən geniş məclisdir.
◘Sizin dininizin ən gözəl işi ən asan olanıdır. Ən gözəl evlənmək
odur ki, daha sadə və daha asan olsun. Ən gözəl sədəqə odur ki rifah
halında verilmiş olsun. Elmlərin ən üstünü ən faydalı olanıdır.
Hidayətin ən üstünü odur ki, əməl mərhələsinə çatsın.
◘Qəlbə olan ilhamların ən yaxşısı yəqindir. İnsanların ən üstünü o
kəsdir ki, başqalarına faydası hamıdan çox olsun. Dostların ən yaxşısı
dostu üçün ən yaxşı olanıdır. Dostları ən yaxşı sayı dörddür. Sizlərdən
ən yaxşınız Quranı öyrənib başqalarına öyrədəninizdir.
◘Sizdən ən üstününüz ailəsi üçün ən yaxşı olanınızdır. Sizlərdən ən
üstününüz o kəsdir ki, camaat xeyrinə ümidvar və şərindən amanda
olsun. Sizin evlərinizdən ən yaxşısı odur ki, orada yetimə ehtiram
olunsun. Qadın üçün ən yaxşı məscid evin küncüdür. Ən gözəl libas ağ
paltardır.
Sizin cavanlarınızın ən üstünü o kəslərdir ki, (əql, tədbir və nəfsani
istəkləri ilə müxalifət etməkdə) özünü yaşlılara oxşatsın, yaşlılarınızın
ən pisi o kəslərdir ki, (yelbeyinlik və boş-boş istəklərdə) özünü
cavanlara oxşatsın. Kişilər üçün səflərin ən yaxşısı birici ən pisi
axırıncısıdır. Qadınlar üçün isə səflərin ən yaxşısı axırıncı ən pisi isə
birincisidir. Verən əl alan əldən daha üstündür. Az və kifayət qədər
olan mal çox və insanı qəflətə düçar edən maldan daha yaxşıdır.Ən
yaxşı möminlər qənaətkarlar (yəni qane olanlar) və ən pis möminlər isə
tamahkarlardır.
Dostları ilə paylaş: |