Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə11/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   7   8   9   10   11   12   13   14   ...   100

 
33 
◘Allah  müsəlman  üçün  qeyrət  sahibidir;  o  da  gərək  qeyrətli  olsun. 
Allah  rəhimdil  insanlardan  başqasına  rəhm  etməz.  Allah  sədəqə 
verməyə görə  yetmiş pis ölümü insandan uzaqlaşdırır. Allah bəzən bu 
dini  dinsiz  insanın  əli  ilə  möhkəmləndirir.  Allah  elə  həmin  miqdar 
bəndədən  razı  olar  ki,  yemək  yeyərkən  və  su  içərkən  şükrünü  yerinə 
yetirsin (və əlbəttə, bundan da mühüm şükür odur ki, bunlar (yemək və 
içmək) halaldan olsun). 
 
◘Allah  bəndəsinə  verdiyi  nemətlərin  əlamətlərinin  zahir  olmasını 
sevir. Allah elmi sinələrdən almır, alimləri aparmaqla elm aradan gedir. 
Allah  axirət  məqsədi  üçün  dünya  verir,  lakin  dünya  məqsədi  üçün  isə 
axirət  vermir.  Allah  ona  tərəf  qalxan  əli  boş  qaytarmağa  həya  edir. 
Allah torpağı mənim üçün səcdəgah və paklayıcı qərar verib. 
 
◘Allah yer üzünü mənə elə göstərdi ki, məşriqdən məğribə qədər hər 
yeri  gördüm  və  gözümlə  müşahidə  etdiyim  hər  yerdə  ümmətim 
hakimiyyət  edəcək.  Allah  mənim  ümmətimi  nəfsinin  xatalarına  görə 
məzəmmət  etməz.  Yalnız  o  zaman  qınanarlar  ki,  həmin  xatalar  əməl 
donu geyib dilə keçsin. Allah ədalət əsasında rahatlıq və rifahı yəqinin 
və  öz  müqəddər  etdiyinə  razı  olmağın  kölgəsində,  qəm-qüssəni  isə 
şəkk-şübhə  və  narazılıqda  qərar  verib.  Allah,  günü  (yeni  arvad) 
narahatlığını qadından, cihadı da kişidən ötrü qərar verib, onlardan hər 
hansı  buna  səbr  etsə  şəhid  savabı  əldə  edər.  Allah  hər  danışanın  dili 
yaxınlığındadır. 
 
◘Allah bir kəsin danışığını bəyənmədikcə əməlini qəbul etməz. Allah 
hər  hansı  bir  millətə  xeyir  vermək  istəsə  onları  imtahan  edər  (ki, 
təcrübəli və çalışqan olsunlar və öz hüquqlarını müdafiə edə bilsinlər). 
Qiyamət  günü  ən  pis  əzab  əməlsiz  alimlərdən  ötrüdür.  Qiyamət  günü 
Allah hüzurunda duracaq ən pis insan o kəsdir ki, camaat onun dilindən 
qorxsunlar.  Qiyamət  günü  ən  pis  insanlardan  biri  də    axirətini 
başqasının dünyasına satan bəndədir. 
 
◘İnsanların ən bədbəxti o kəsdir ki,  dünyada fəqir, axirətdə də əzab 
əhli  olsun.  Bağışlanmağa  səbəb  olan  işlərdən  biri  də  mömin  qardaşı 
sevindirməkdir.  Şirindil  olub  salam  vermək  bağışlanmağa  səbəb  olan 
işlərdəndir.  Dünya  şirin  və  cəlbedicidir.  Allah  sizi  keçmişdəkilərin 
yerində oturdub ki, görsün nə edirsiniz. İslamın ədəblərindəndir ki, ev 
sahibi qonağı evin qapısına qədər yola salsın. 
 


 
34 
◘Ruhul-qüds mənim qəlbimə belə ilham etdi: “Heç kəs nə qədər ki, 
öz müəyyən olunmuş ruzisinin hamısını yeməyib dünyadan getməz. Elə 
isə  Allahdan  qorxun  və  ruzi  kəsb  edərkən  xoşrəftar  olun.”  Camaatın 
keçmiş  peyğəmbərlərdən  yadda  saxladığı  sözlərdən  biri  də  budur  ki, 
əgər  həya  yoxundursa  hər  nə  istəyirsən  et.  Mənim  ən  xoşuma  gələn 
məşğuliyyət  namazdır.  Namazqılan  bütün  cahan  səltənətinin  sahibinin 
evinin  qapısını  döyür  və  hər  kəs  döyməyi  davam  etdirsə,  ümid  var  ki, 
qapını  üzünə  açarlar.  Allah  mənə  göstəriş  verib  ki,  danışığım  zikr, 
sükutum təfəkkür, baxışım isə ibrət olsun. 
 
◘Mən  Allahın  öz  bəndələrinə  hədiyyə  etdiyi  rəhmətəm.  Nadanlığın 
şəfası soruşmaqdır. Fazillərin qədrini fəzilət sahibləri bilər. Mən gözəl 
əxlaqı  təkmilləşdirməkdən  ötrü  məbus  olmuşam.  Mən  öz  ümmətim 
üçün onları azdıracaq rəhbərlərdən qorxuram. 
 
◘Əməllər  niyyətə  və  nəticəyə  bağlıdır.  Dünyadan  bəla  və  fitnədən 
başqa  bir  şey  qalmayıb.  Qəlblər  də  (dəmir  kimi)  pas  atır.  Soruşdular: 
Bəs  qəlbin  cilası  nədir?  Buyurdu:  Ölümü  çox  yad  etmək  və  Quran 
oxumaq. Cənnəti qazanmaq yolu təpəni qalxmaq kimi çətin və ağırdır. 
Cəhənnəmi  (başqa  bir  rəvayətdə  dünyanı)  qazanmaq  yolu  asan  və 
ləzzətlidir. 
YEDDİNCİ FƏSİL 
Peyğəmbəri –Əkrəmin (s) digər tərzdə olan hikmətli 
kəlamları 
◘Eşitmək  görmək  kimi  deyil.  Fasiq    üçün  qeybət  yoxdur.  Zülm 
əsasında yerdə bitən kök haqq cücərtməz. Yaltaqlıq mömin xüsusiyyəti 
deyil. 
 
◘Öləndən sonra üzürxahlıq yoxdur. O kəs ki, Allah ona imkan verib, 
o  isə  ailəsini  pis  dolandırır,  bizdən  deyil.  Başqalarına  oxşayan  (yəni 
əxlaq  və  əməldə  kafirlərə  bənzəyən)  şəxs  bizdən  deyil.  Böyüklərə 
hörmət,  kiçiklərə  mərhəmət  və  nəhy  əz  münkər  və  əmr  be  məruf 
etməyən şəxs bizdən deyil. 
 
◘Hər kəs iki nəfəri barışdırmaq məqsədi ilə həqiqətə uyğun olmayan 
bir söz desə yalançı hesab olunmur. İmkanlı olmaq sərvətin çoxluğu ilə 
deyil,  qəlbin  genişliyi  ilədir.  Qəhrəmanlıq  güləşməklə  deyil,  qəzəb 
zamanı özünü ələ almaqladır. Allah yanında heç bir şey dua qədər əziz 
və dəyərli deyil. Heç bir günahın əzabı zülmünkü kimi tez yetişmir. 


 
35 
◘Sən mal-dövlətdən yeyib aradan aparmaqdan, geyib köhnəltməkdən 
və  sədəqə  verib  özündən  əvvəl  göndərməkdən  başqa  bəhrə  görə 
bilməzsən.  Bir  çox  gecə  namazı  qılanlar  var  ki,  yuxusuz  qalmaqdan 
başqa  bəhrəsi  yoxdur,  nə  çox  oruc  tutanlar  ki,  aclıq  və  susuzluqdan 
başqa  fayda  görmür!  Nə  çox  yeyib  şükür  edənlər  var  ki,  savabları 
səbirlə oruc tutanlardan çoxdur! 
SƏKKİZİNCİ FƏSİL 
Rəsuli-Əkrəmin (s) ən gözəl şeyləri tanıtdıran digər 
hikmətli kəlamları 
◘Zikrlərin  ən  yaxşısı  gizli  zikrdir.  Ruzilərin  ən  yaxşısı  odur  ki, 
kifayət qədər olsun. İbadətlərin ən üstünü onun ən gizlində olanıdır. Ən 
gözəl məclis ən geniş məclisdir. 
 
◘Sizin  dininizin  ən  gözəl  işi  ən  asan  olanıdır.  Ən  gözəl  evlənmək 
odur  ki,  daha  sadə  və  daha  asan  olsun.  Ən  gözəl  sədəqə  odur  ki  rifah 
halında  verilmiş  olsun.  Elmlərin  ən  üstünü  ən  faydalı  olanıdır. 
Hidayətin ən üstünü odur ki, əməl mərhələsinə çatsın. 
 
◘Qəlbə  olan  ilhamların  ən  yaxşısı  yəqindir.  İnsanların  ən  üstünü  o 
kəsdir ki, başqalarına faydası hamıdan çox olsun. Dostların ən  yaxşısı 
dostu üçün ən yaxşı olanıdır. Dostları ən yaxşı sayı dörddür. Sizlərdən 
ən yaxşınız Quranı öyrənib başqalarına öyrədəninizdir. 
 
◘Sizdən  ən  üstününüz  ailəsi  üçün  ən  yaxşı  olanınızdır.  Sizlərdən  ən 
üstününüz  o  kəsdir  ki,  camaat  xeyrinə  ümidvar  və  şərindən  amanda 
olsun.  Sizin  evlərinizdən  ən  yaxşısı  odur  ki,  orada  yetimə  ehtiram 
olunsun. Qadın üçün ən yaxşı məscid evin küncüdür. Ən gözəl libas ağ 
paltardır. 
Sizin  cavanlarınızın  ən  üstünü  o  kəslərdir  ki,  (əql,  tədbir  və  nəfsani 
istəkləri ilə müxalifət etməkdə) özünü  yaşlılara oxşatsın, yaşlılarınızın 
ən  pisi  o  kəslərdir  ki,  (yelbeyinlik  və  boş-boş  istəklərdə)  özünü 
cavanlara  oxşatsın.  Kişilər  üçün  səflərin  ən  yaxşısı  birici  ən  pisi 
axırıncısıdır.  Qadınlar  üçün  isə  səflərin  ən  yaxşısı  axırıncı  ən  pisi  isə 
birincisidir.  Verən  əl  alan  əldən  daha  üstündür.  Az  və  kifayət  qədər 
olan  mal  çox  və  insanı  qəflətə  düçar  edən  maldan  daha  yaxşıdır.Ən 
yaxşı möminlər qənaətkarlar (yəni qane olanlar) və ən pis möminlər isə 
tamahkarlardır. 
 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə