Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə13/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   9   10   11   12   13   14   15   16   ...   100

 
39 
◘Əsil-nəcabəti  olmayan  adamdan  vəfa  gözləmək  olmaz.  İnsanın 
məşğuliyyəti  xəzinədir.  Xoşxasiyyət  olmaq  qənimətdir.  Allahdan 
qorxsan,  başqalarından  amanda  qalarsan.  Ən  yaxşı  dost  odur  ki,  səni 
xeyir işlərə doğru istiqamətləndirsin. 
 
◘Nəfsinlə mübarizə et ki, azad olasan. Dinin dünyaya satıldığı alver 
başdan-ayağa  ziyandır.  İnsanın  dostu  onun  əqlinin  nişanəsidir.  Qəlbin 
(qüssədən)  xali  olması  kisənin  dolu  olmasından  yaxşıdır.  Allahdan 
qorxmaq qəlbi cilalayar (qəsavəti aradan aparar). 
 
◘Dostluqda  xalis  olmaq  xoşpeymanlıqdandır.  Qadınların  ən  yaxşısı 
uşaq  doğan  və  mehriban  olanıdır.  Ən  yaxşı  mal  Allah  yolunda  sərf 
olunanıdır. Qəlbin dərmanı qəza və qədərə razı olmaqdır. Nəfsin dərdi 
hərislik, dərmanı isə onun qarşısını almaqdır. 
 
◘Danışıq  insan  əqlinin  göstəricisidir.  İnsanın  dyərinin  göstəricisi 
onun rəftarıdır. Xoş yaşayışın davamı dostlarla görüşməkdədir. Nalayiq 
və  alçaq  adamların  dövləti  kişilərin  afətidir  (bəlasıdır).  Paxılların 
dinarı
1
(1) daşdır. 
 
◘İnsanın  dini  onun  danışığıdır.  Padşahların  dövləti  ədalətə  bağlıdır. 
Həmişə qəzəbini yatırt ki, yaxşı nəticə əldə edəsən. Tüğyankarları boşla 
ki,  qoy  öz  tüğyanlarında  qalsınlar  (Yəni  sənin  nəhy  əz  münkərdən 
başqa vəzifən yoxdur). Bir günah çoxdur, min itaət az. 
 
◘Şahların  “əraqəsi”
2
 
(2)dodaqları 
yandırar.  İnsanın  zilləti 
tamahındadır. Fəqirlik zillətinə düçar olan şəxs Allah  yanında  əzizdir. 
Cavanlığı yad etmək həsrətdir. Rəvan danışıq sərmayədir. 
 
◘Ölümü yad etmək qəlbin cilasıdır. Dostla görüşmək gözün cilasıdır. 
Atana  ehtiram  et  ki,  oğlun  da  sənə  ehtiram  etsin.  Rifah  halında  olan 
yaşayış əmniyyət sayəsindədir. Rütbələrin ən böyüyü elm rütbəsidir.  
 
◘Rahat  ol!  Ruzi  özü  sənin  arxanca  qaçır.  Doğum  ölümün  qasididir. 
Hədis  nəql  etmək  insanı  Peyğəmbərə  (s)  yaxınlaşdırar.  Həvayi-nəfsə 
qələbə  zamanı  haqqa  riayət  et.  Hər  kəsin  dostu  onun  əqlinin 
göstəricisidir. 
 
                                                 
1
 Dinar-pul vahidi. 
2
 Zəraqə xoş ətlirli bitkidir. Burada məqsəd budur ki, şahlarla əlaqə xətərlidir. 


 
40 
◘Camaatı  öz  tərəziləri  ilə  ölçün  (yəni,  hər  kəslə  onun  əql  və 
mərifətinə  uyğun  tərzdə  rəftar  edin).  Saleh  insanların  zəhməti 
rəhmətdir.  Elmin  aradan  getməsi  alimin  ölümündən  yaxşıdır.  (Yəni 
əgər bir elmi kitab aradan getsə alimlərin tədqiq və təhqiqi nəticəsində 
yenidən  yazılar.  Lakin,  alim  dünyadan  getsə  elmi  kitabların  elə  də 
faydası  olmaz).  Hər  kəsə  sənə  etdiyi  hörmət  qədər  ehtiram  göstər. 
Dünyanın küncləri müsibətlərlə doludur. 
 
◘Dostla  görüşmək  ona  məhəbbətin  əlamətidir.  Zəiflərlə  görüşmək 
təvazökarlıq  əlamətidir.  Daxili  gözəllik  zahiri  gözəllikdən  yaxşıdır. 
Bədgümanlıq haram işlərdəndir. Dünyanın xoşluqları hiylədir. 
 
◘Bəd xasiyyət çıxış yolu olmayan bir dəhşətdir. Hər kəsin getdiyi yol 
onun  batini  mərifətinə  bağlıdır.  İnsanın  salamat  qalmağı  dinini 
saxlamağındadır.  Sükut  insanın  salamatlığıdır.  (O  halda  ki,  danışmaq 
lazım olmasın). Ümmətin böyükləri fəqihlərdir. 
 
◘Zəiflərin silahı şikayətdir. İnsanın  yükəlişi təvazökarlıqladır. Elmin 
eybi özünübəyənməklikdir. Behişti ələ gətirməkdən ötrü himmət ətəyini 
kəmərinə sanc. 
 
◘Ağ  tük  ölümün  qasididir.  Qəlbin  şəfası  Quran  oxumaqdır.  Simic 
imkanlı  səxavətli  kasıbdan  da  kasıbdır.  Dostluğun  şərti  əziyyət  və 
buyuruğu tərk etməkdir. İnsanların ən pisi odur ki, camaatdan qorxur. 
 
◘Sədəqə  nicat  tapmağa  səbəb  olar.  Bədənin  sədəqəsi  orucdur.  Səbr 
etmək  zəfər  əldə  etməyə  səbəb  olar.  Gecə  namazı,  gündüzün 
aydınlığıdır. İnsanın məsləhəti dilini qorumaqdır. 
 
◘Yaxşı  insanlarla  dostluq  et  ki,  şər  insanların  şərindən  amanda 
qalasan.  Nadan  insanın  sükutu  onun  eyib  örtüyüdür.  Qohumlarına 
yaxşılıq et ki, himayədarın çox olsun. Dinin islahı təqva, fəsadı (xarab 
olmağı)  tamahdır.  Hər  kəs  Allahdan  başqasına  ümid  etsə  boşuna 
əziyyət çəkib. 
 
◘Allah  hər  kəsin  ruzisinə  zamindir.  Dostun  kötəyi  daha  dərdlidir. 
Qəlbin  nurlu  olması  halal  yeməkdəndir.  Dilin  zərbəsi  nizənin 
zərbəsindən daha  ağırdır. Şər insanlara etimad  edən şəxs  yolunu azıb. 
Dinini dünyaya satan insan yolunu azıb. 
 


 
41 
◘Qəlbin aşağı olması (kasıblığı) əlin aşağı olmağından daha çətindir. 
Qəlbi  simic  olanın  özü  də  simic  olar.  Dünya  kin-küdurət  əhli  üçün 
dardır.  Xoş  o  kəsin  halına  ki,  ona  salamatlıq  (sağlamlıq)  nəsib  olub. 
İbadətdə keçən uzun ömür Peyğəmbərin (s) imtiyazlarındandır. 
 
◘Əziyyəti az olanın ömrü uzun olar.  Ədəb sahibi olmaq qızıl sahibi 
olmaqdan  üstündür.  Ümidi  qısa  olanın  ömrü  uzun  olar.  Düşmənə  itaət 
məhv  olmaq  deməkdir.  Xoş  o  kəsin  halına  ki,  ailəsinin  yaramaz  üzvü 
yoxdur. 
 
◘Allaha itaət qənimətdir. Zülm insanı həlak edər. Məzlumlara edilən 
zülm  aradan  getməz.  Zülm  zülmkarı  məhv  edər.  Var-dövlət  susuzluğu 
suya olan susuzluqdan çoxdur. 
 
◘Zülm  imanı  zülmətə  salar.  Həqq  rəhbərlərin  kölgəsi  Allahın 
kölgəsidir. Zülmkar ömrünün kölgəsi qısadır. Kərim insanların kölgəsi 
genişdir. Qənaətlə yaşa ki, padşahlıq edəsən. 
 
◘Yüksək iradə və himmətli olmaq imandan irəli gəlir. Danışığın eybi 
onun  uzun-uzadı  olmasındadır.  Zülmün  axırı  təhlükəlidir.  Nadan 
dostdan  çox  ağıllı  düşmən  barədə  fikirləşmək  lazımdır.  Axirət 
çətinlikdəri ağırdır, özünə tədarük gör! 
 
◘Elmi  qorumaq  üçün  çalış,  nəinki,  kitab  yığmaq  üçün.  Zülmkarın 
cəzası  qəfil  ölümdür.  Hər  gecənin  gündüzü  var.  Sağlam  olan  hər  kəs 
qənimət əldə edib. Allaha təvəkkül edənlərin dəyəri böyükdür. 
 
◘Ölüm çətinliyi cinssiz (pis)  yoldaşdan asandır.  Ağıllı cavan  axmaq 
qocadan  üstündür.  Sənin  bədrəftar  olmağına  səbəb  olan  şəxs  səni 
aldadıb.  Səni  yersiz  əsəbləşdirən  kəs  sənə  xəyanət  edib.  Haqq  sözdən 
acığı gəlmək pisdir. 
 
◘Möminin  qəniməti  hikmət  əldə  etməkdir.  Hər  kəs  din  əldə  edibsə 
nicat  tapacaq.  Fəzilətlə  iftixar  etmək,  nəsillə  fəxr  etməkdən  üstündür. 
Nəfsinin  şərindən  amanda  olan  şəxs  qurtular.  İnsanın  zirəkliyi  onun 
əsli-nəcabətinə bağlıdır. 
 
◘Nicat  düzgünlükdədir.  Hər  bir  ürək  bir  şeyə  məşğuldur.  Onun 
nemətinə  naşükür  olmağın  axırı  yoxdur.  Hər  kəsin  sözləri  onun 
şəxsiyyətini tanıtdıran əvəzləyicidir. Haqqı qəbul etmək dindəndir. 
 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə