Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə10/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   6   7   8   9   10   11   12   13   ...   100

 
30 
◘Ruzigarı  söyməyin,  çünki,  ruzigar  özü  elə  Allah  deməkdir  (yəni 
işlərin  təqdiri  Allahın  əmri  ilədir).  Ölüləri  söyməyin  ki,  bu  iş  dirilərə 
əziyyət  verir.  Ölüləri  söyməyin,  çünki,  onlar  özlərindən  qabaq 
göndərdiklərinə  çatıblar.  Heç  kəs  mömin  qardaşının  hədiyyəsini 
qaytarmasın,  hətta,  imkanı  varsa  əvəzində  o  da  hədiyyə  etsin.  Özün 
geyinmədiyin özgə paltarına əlini silmə. Dilənçini əliboş qaytarma, heç 
olmazsa  yarım  dənə  xurma  ilə  onu  razı  sal.  Müsəlmanların  qeybətini 
etməyin  və  onların  eyiblərini  axtarmayın.  Heç  kəsin  sirr  pərdəsini 
yırtmayın. Heç bir yaxşı əməli kiçik saymayın. Elə ki, mömin qardaşına 
vəd verdin, ona xilaf çıxma. 
 
◘Məbada,  sənə  şiddət  üz  versə  ölüm  diləyəsən.  Ölüm  anında, 
məbada, Allaha xoşgüman olmayasınız (bəd güman olasınız). Nə qədər 
ki,  bir  kəsin  işinin  aqibətini  görməmisiniz,  onun  əməlindən  xoşhal 
olmayın.  Məbada,  bir  kəsin  məhəbbəti  sizi  haqqa  əməl  etməkdən 
saxlasın (yəni, haqqı tanıyasız, lakin ona əməl etməyəsiniz). 
 
◘Məbada, bir kəs yad bir qadınla xəlvət bir yerdə qalsın. Çünki orada 
üçüncü  kəs  şeytandır.  Heç  kəsi  Allahın  qəzəbi  ilə  xoşhal  etmə  və 
Allahın  sənə  etdiyi  lütfə  görə  heç  kəsə  təşəkkür  etmə  (yəni,  ondan 
başqasına); Allahın səndən əsirgədiyi  lütfə görə də heç kəsi məzəmmət 
etmə. Çünki O, nə ruzini bir kəsin istəyinə əsasən artırır və nə də onu 
bir kəsin nifrətinə əsasən azaldır. Rəhbərlik istəyin olmasın. Çünki əgər 
ona istəmədən çatsan sənə kömək edərlər və əgər istədiyin halda çatsan 
köməkçin olmaz. Qiyamət yaxınlaşan zaman övlad qəzəbə səbəb olar, 
çoxlu  yağış  yağar,  alçaqlar  çox,  alicənab  insanlar  az  olar,  kiçiklər 
böyüklərə qarşı və rəzillər kərim insanlara qarşı ədəbsizlik edər, alçaq 
adamlar  yaxşı  insanlara  qarşı  həyasızlıq  edər.  Məşvərət  edən  kəs 
uduzmaz.  Əgər  rəhbərlər  hidayət  yolunda  olsalar  rəiyyət  heç  vaxt 
fəlakətə düçar olmaz, baxmayaraq ki, zülmkar və bədəməldirlər. 
ALTINCI FƏSİL 
Rəsuli-Əkrəmin (s) fərqli bəyanla olan başqa növ kəlamları 
◘Söhbətlərin  bəzisi  sehirli,  şerlərin  bəzisi  hikmətamiz,  bilik 
mənbələrinin bəzisi isə cəhalətdir. Mənim ümmətim mərhəmət olunan 
ümmətdir  (yəni,  Allahın  onlar  üzərində  lütf  və  mərhəmət  nəzəri  var). 
Əhdə vəfa etmək imandandır. Xoşgümanlıq xoş bir ibadətdir.  
 


 
31 

Alimlər  peyğəmbərlərin  varisləridir.  Allahın  dini  saf  və  asandır. 
Allahın  dini  rahat  və  düzdür.  Sileyi-rəhmin  savabı  hər  ibadətin 
savabından tez yetişər. Hikmət insanın şərəfini artırar. 
 
◘Allahın  halalını  haram  edən  kəs  haramı  halal  edən  kəs  kimidir. 
Dünyapərəstlərin şərəfi mal ilə ölçülür. Haqq sahibinin sözü də haqdır. 
Ali  əxlaq  sahibi  olmaq  behişt  əhlinin  əməllərindəndir.  Yaxşıların  ən 
yaxşısı gözəl xasiyyətdir. 
 
◘Behişt  əhlinin  əksəriyyəti  sadəlöhv  insanlardır.  Behiştdə  sakin 
olanların  azı  qadınlardır.  Allahın  ianəsi  (maddi  yardımı)  ehtiyac 
miqdarındadır.  (Bəndə  nə  qədər  çox  möhtac  olsa  kömək  də  o  qədər 
çoxdur).  Səbr  müsibət  qədər  nazil  olar.  Ataya  ən  gözəl  ehsan  odur  ki, 
ölümündən sonra onun dostlarına məhəbbət göstərəsən. 
Şeytan Adəm övladına nəzərən (arterial  damarda axan) qan kimidir. 
İnsanlardan  Allaha  ən  çox  şükr  edəni  bəndələrin  haqqını  ən  çox 
gözləyənidir.  Mal-dövlətdə səxavət zəxirədir (ehtiyat),  yığıb saxlamaq 
isə fitnə. Bu ümmətin əzabını bu dünyada qərar veriblər. (Yəni dünya 
narahatçılıqları  mömin  bəndə  üçün  axirət  əzabının  əvəzidir).  İnsan 
bəzən günah səbəbinə ruzidən məhrum olur. 
 
◘Bəndələrdən elələri də var ki, əgər Allaha and versələr həmin andla 
hacətləri  rəva  olar.  Allahın  elə  bəndələri  var  ki,  fərasətlə  insanları 
tanıyırlar.  Allah  özünə  borc  bilir  ki,  dünyanı  ucaldıb,  onun  əzəmətini 
artıran hər bir şeyi ikiqat alçaldsın. Allahın elə bəndələri var ki, onları 
çətinlikləri  aradan  aparmaqdan  ötrü  yaradıb.  Məktubun  cavabı  da 
salamın cavabı kimi zəruridir. 
 
◘Ən  gözəl  yemək  kəsb  olunan  məhsuldur  və  övlad  da  kəsb 
olunmuşlardandır. (Yəni əgər övlad öz malını atasının ixtiyarında qoysa 
ata  üçün  zillət  və  haram  deyil.)  Həddindən  artıq  borcu  olan  və 
acınacaqlı vəziyyətdə olan fəqirlərdən  başqasına dilənmək halal deyil. 
Elmə söykənən az əməl çoxdur, cəhlə söykənən çox əməl isə az. Bəndə 
xoş  xasiyyətli  olmaqla  gündüzlər  oruc  olub,  gecələr  namaz  qılanların 
dərəcəsinə  çatar.  Hər  dinə  məxsus  olan  bir  əxlaqi  xüsusiyyət  var, 
mənim dinimə xas olan əxlaqi xüsusiyyət də həyadır. 
 
◘Hər  şeyin  bir  şərəfi  var  və  ən  şərəfli  əyləşilən  yer  də  üzüqibləyə 
olanıdır.  Hər  bir  ümmətin  bir  fitnəsi  var,  mənim  ümmətimin  fitnəsi 
maldır.  Hər  bir  yol  gedənin  məqsədi  var  və  hamının  son  məqsədi 


 
32 
ölümdür.  Hər  sözün  yeri  var,  hər  bir  haqq  da  həqiqətə  əsaslanır.  Hər 
padşahın qoruğu var, Allahın qoruğu da haramdır. 
 
◘Hər bir oruc tutanın qəbul olunacaq duası var. Hər şeyin qapısı var, 
ibadətin  də  qapısı  orucdur.  Hər  şeyin  mədəni  var,  təqvanın  mədəni 
ariflərin  qəlbidir.  Hər  şeyin  qəlbi  var,  Quranın  qəlbi  də  “Yasin” 
surəsidir. Hər peyğəmbərin duası var, mən isə öz duamı qiyamət günü 
öz ümmətimə şəfaət etməkdən ötrü ehtiyat saxlamışam. 
 
◘Möminin çəkdiyi hər bir xərcə görə əcri var, yalnız torpaq və imarət 
üçün  sərf  etdiyindən  başqa.  (Ehtiyacını  ödəməkdən  ötrü  olan  hallar 
istisnadır.  Yəni  qeyri-şəri  olmamalıdır.)  Həsəd  atəşin  odunu  aradan 
apardığı  kimi  yaxşı  əməlləri  aradan  aparar.  Atəşə  daxil  olmağın  ən 
alçaq səbəbi  ağız və  fərcdir (cinsiyyət  üzvü).  İnsanı  behiştə çatdıracaq 
ən gözəl şey təqva və xoş xasiyyətdir. Elə ki, fitnə hər yeri bürüdü, elm 
kölgəsində olan alimlərdən başqa hamı yerindən olar. 
 
◘Pis göz kişini qəbrə salar, dəvəni qazana. Təkəbbür üzündən məxsus 
libas  geyinənə  Allah-təala  qiyamət  günü  nəzər  salmaz.  Allah  gözəldir 
və gözəlliyi də sevir (əlbəttə, əsas ruhun gözəlliyidir ki, düzgün əqidə 
və  xoş  əxlaqlı  olsun).  Allah  dua  edərkən  israr  edənləri  sevir.  Allah 
xoşxasiyyət insanları və tanınmayan pərhizkarları sevir. 
 
◘Allah işləyib çalışan mömini sevir. Allah hər bir qəmgin qəlbi sevir 
(o  halda  ki,  qəlbi  mənasız  və  günah  iş  üçün  qəmgin  olmasın).  Allah 
şərəfli  və  gözəl  işləri  sevir  və  dəyərsiz  və  alçaq  işlərdən  xoşlanmır. 
Allah  Onun  haramlarından  çəkinməyi  sevdiyi  kimi  halallarından  da 
istifadə etməyi sevir. Allah şəhvətin tüğyan etdiyi vaxt iti görən gözü, 
şübhənin  irəli  gəldiyi  vaxt  kamil  və  dəqiq  əqli  və  həmçinin  bir  neçə 
xurma  qədərində  də  olsa  bəxşişi  və  bir  ilan  öldürmək  qədər  olsa  da 
şücaəti sevir. 
 
◘Sənin Allahın bəyənilmiş işləri sevir. Allah öz bəndəsinin tövbəsini 
can  boğaza  çatana  qədər  qəbul  edir.  Allah  heç  bir  mal  və  can  xəsarəti 
görməyən şeytan və napak kişini düşmən bilir. Allah sizin üçün namaz 
halında  oynamağı,  gündüz  vaxtı  qadınla  yaxınlıq  etməyi  və 
qəbristanlıqda  gülməyi bəyənmir. Allah sizi boş söz-söhbət etməkdən, 
malınızı  bihudə  tələf  etməkdən,  bir  şey  istəyərkən  israr  etməkdən 
(yalvarmaqdan) çəkindirir. 
 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə