Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə12/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   8   9   10   11   12   13   14   15   ...   100

 
36 
◘Dünya,  ehtiyacları ödəyəcək vəsaitlər  yeridir və orada olanların  ən 
yaxşısı  isə  ləyaqətli  qadındır.  Tənhalıq  pis  yoldaşdan  daha  yaxşıdır. 
Yaxşı  dost  tənhalıqdan  yaxşıdır.  İnsanın  əməl  dəftərində  yazılacaq 
gözəl  danışıq  sükutdan,  sükut  isə  pis  danışıqdan  daha  gözəldir.  Yaxşı 
və xeyir işi təkmilləşdirmək onu başlamaqdan daha üstündür. Dinə və 
sünnəyə  uyğun  olan  az  əməl  bunlara  müxalif  olan  çox  əməldən 
üstündür. 
 
◘Sizin  ən  yaxşınız  günaha  düşən  zaman  tövbə  edəninizdir.  Sizin  ən 
yaxşınız  öz  borcunu  daha  yaxşı  ödəyəninizdir.  Mənim  ümmətimin  ən 
yaxşıları  alimlərdir.  Alimlərin  də  ən  yaxşısı  camaatla  təmkinlə 
davrananlarıdır. Mənim ümmətimin ən yaxşı kəsləri qəzəblənən zaman 
tez  sakitləşə  bilən  tündxasiyət  şəxslərdir.  Sədəqənin  ən  yaxşısı  dilin 
sədəqəsidir. 
 
◘Sədəqələrin  ən  yaxşısı  insanlar  arasında  mehribanlıq  yaratmaqdır. 
Ən  gözəl  sədəqə  səninlə  düşmənçilik  edən  qonşuna  verilən  sədəqədir. 
İbadətlərin ən yaxşısı Ali-Muhəmmədin fərəcinin intizarında olmaqdır. 
Mənim ümmətimin ibadəti Quran oxumaqdır. Elm ibadətdən üstündür. 
 
◘Acı  doydurmaqdan  böyük  ibadət  yoxdur.  Allaha  yaxınlaşmağa 
səbəb olan axırıncı səcdə kimi ibadət  yoxdur. Heç bir ata öz övladına 
ədəbdən də gözəl töhfə verməmişdir. Hikmətli söz nə gözəl hədiyyədir! 
Qıtlıq və kasıblıq vaxtı xurma ağacının gül açmağı nə gözəl maldır! 
 
◘Saleh  mal  nə  gözəldir!  Sərvət  təqvaya  riayət  etmək  üçün  nə  gözəl 
köməkçidir.  Sirkə-çörək  yemək  yaxşıdır.  Ev  müsəlman  üçün  yaxşı 
ibadətgahdır.  Sözlərin  ən  doğru-düzgün  olanı  Allahın  kitabıdır,  ən 
möhkəm bəhanə təqva kəlməsidir və ən  yaxşı hidayət peyğəmbərlərin 
hidayətidir. 
 
◘Ən şərəfli ölüm şəhidlikdir. Ən gözəl ətir müşkdür. Çörəklə birlikdə 
yeməkdən ötrü ən yaxşı şey duzdur. Qaib olan şəxs üçün edilən dua tez 
qəbul olunar. 
DOQQUZUNCU FƏSİL 
Peyğəmbəri-Əkrəmdən (s) olan bənzətmələr 
◘Mənim Əhli-beytim Nuhun gəmisi kimidir. Hər kəs ona minsə nicat 
tapar,  hər  kəs  onunla  müxalifətçilik  etsə  qərq  olar.  Mənim  əshabım 
ümmətim  üçün  duzun  yeməyə  olan  nisbəti  kimidir.  Yemək  də  duzsuz 


 
37 
düzəlməz.  Mənim  ümmətim  yağışa  bənzəyir;  başdan  ayağa  xeyirdir. 
Məlum  deyil  əvvəli  yaxşıdır  yoxsa  axırı.  Mömin  bal  arısına  bənzəyir; 
pak qidalar yeyər və pak bəhrələr verər. 
 
◘Möminnin  hekayəti  küləyin  yolu  üstündə  duran  sünbülə  bənzəyir. 
Gah  yıxılır,  gah  durur  (Mömin  dövranın  fitnələri  nəticəsində  titrəyib 
büdrəyir,  lakin  sınmır;  yenidən  hərəkət  edir).  Kafirin  halı  düyünün 
sünbülünə bənzəyir; həmişə tərpənməz olaraq dik qalır, yerindən dartıb 
çıxarılanlar qədər. Möminlər dostluq və mehribanlıqda bədənin üzvləri 
kimidirlər.  Biri  ağrıyan  zaman  o  birilər  də  oyaq  qalıb  narahat  olurlar. 
Qəlb, küləyin yolu üstündə olan yarpağa bənzəyir (nəfsani istəklər hər 
an  onu  o  tərəfə-bu  tərəfə  çevirir.)  Quran  bağlı  dəvəyə  bənzəyir,  onu 
bağlasalar qalar, boş buraxsalar qaçar. 
 
◘Qadın  əyri  qabırğa  kimidir.  Əgər  düzəltmək  istəsən  sınar.  Lakin 
həmin əyriliklə onu düzəltsən bəhrə apararsan. Saleh  yoldaş ətir satan 
kimidir.  Sənə  ətir  verməsə  də  onun  ətrinin  xoş  iyi  sənə  hopar.  Pis 
yoldaş  isə  dəmirçi  kimidir.  Atəşinin  qığılcımı  sənə  çatmasa  da  pis  iyi 
sənə  əziyyət  verər.  Vacib  namaz  tərəziyə  bənzəyir.  Əgər  tamam 
versələr, tamam götürərlər. Dünya ilə bizim məsəlimiz süvari kimidir: 
İsti gündə ağac kölgəsində dincəlib sonra hərəkət edər və kölgəni tərk 
edər. Dünya ilə axirətin fərqi barmağın ucunda olan sümüyün dərya ilə 
müqayisəsi  qədərdir.  Barmağını  dəryaya  sal  gör  nə  qədər  su  götürə 
bilirsən? 
ONUNCU FƏSİL 
Əmirəl-möminin Əli ibn Əbutalibin (ə) hikmətli kəlamları 
◘Şəxsin  imanı  andlarından  məlum  olar.  Qardaş  odur  ki,  çətinlikdə 
qardaşlıq etsin. İmkanı zahir etmək şükürün bir hissəsidir. Kişinin ədəbi 
onun qızılından üstündür. 
 
◘Borcu  ödəmək  dindarlıqdan  irəli  gəlir  (dindarlığın  əlamətidir.)  Öz 
qadın  və  övladına  ədəb  öyrətməklə  onlara  fayda  ver.  Pis  insanlara 
yaxşılıq etməklə onların pisliklərinin qarşısını al. Bu dövrün qardaşları 
eyiblərin casusudurlar. İnsanların asayişi (insanların malından) ümidsiz 
olamaqdadır. 
 
◘Çətinlikləri  gizli  saxlamaq  kişilikdir.  Ata-anaya  yaxşılıq  insanın 
əvvəlcədən  özü  üçün  göndərdiyi  yaxşılıqdır.  Səbirdən  sonra  özünə 


 
38 
qələbə  müjdəsi  ver.  Malın  bərəkəti  zəkat  verməklə  artar.  Öz  dünyanı 
axirətə sat ki, xeyir götürəsən.  
 
◘Möminin  Allah  qorxusundan  ağlaması  gözünün  nurunu  artırar. 
Xeyir  işi  tez  yerinə  yetir  ki,  arzuna  çatasan.  İnsanın  qarnı  onun 
düşmənidir. Cümə axşamı və şənbə günlərinin səhəri bərəkətdir. 
 
◘Ömrün  bərəkəti  yaxşı  işdədir.  İnsanın  bəlası  dilinin  altındadır. 
Ömrün  qalan  hissəsinin  qiyməti  yoxdur.  Yaxşı  işi  minnət  qoymaqla 
aradan aparma. Bəxşiş zamanı xoşüzlü olmaq ikinci bəxşişdir. 
 
◘Allaha  təvəkkül  et  sənə  bəs  edər.  İşi  təxirə  salmaq  bədbəxtlikdir. 
Ömrünün  əvvəlində  əldən  verdiklərinin  yerini  ömrünün  qalan 
hissəsində  doldur.  Namazda  halsız  və  tənbəl  olmaq  imanın  azlığından 
irəli gəlir. Süfrəyə çox əlin uzanması bərəkətdir.  
 
◘Yaramaz  işlərdən  uzaq  ol  ki,  möhtərəm  olasan.  Öz  zirəklik  və 
oyaqlığını  günahın  tərkində  işlət.  İnsanın  təvazökarlığı  onun 
kərəmindən  irəli  gəlir.  Hərislik  quyusunu  torpaqdan  başqa  heç  nə 
doldurmaz. Dində itki alimlərin ölümü ilədir.  
 
◘Salamatlıq  libası  köhnəlməz.  Hakimiyyətin  davamlı  olması  ədalətə 
əsaslanır. Üzürxahlıq vasitəsilə yaxşılığı təkrarla (əgər yaxşılıq etdiyin 
kəsin  ona  layiq  olmadığını  bildirsən  ona  ikinci  dəfə  yaxşılıq  etmiş 
olarsan).  Axirət  savabı  dünya  nemətlərindən  üstündür.  Canın  davamı 
yeməklədir, ruhun davamı isə fəna ilə (yəni, bu dünyadan getməklə). 
 
◘Kərəm əhlinə sitayiş etmək, onların ətalarının artmasına səbəb olar. 
Nə qədər varındır əliaçıqlıq et (əlbəttə, özün başqalarına möhtac olacaq 
qədər yox). İnsanın gözəlliyi onun həlimliyi ilə ölçülür. Kasıbın verdiyi 
az bəxşiş də çoxdur. Pis yoldaş şeytandır.  
 
◘Batilin  cövlan  etməsi  bir  saatdır,  haqq-ədalət  dövləti  isə 
qiyamətəcən.  Sözün  gözəlliyi  onun  qısa  və  müxtəsər  olmasındadır. 
Yaxşı  yoldaş  qənimətdir.  Kasıblarla  yoldaşlıq  et  ki,  hörmətin  artıq 
olsun. O kəsin ki, ölüm (və yoxluq) yoxudur, böyük insandır. 
 
◘İnsanın  elmi  onun  dostudur.  Qadınların  zinəti  qızıldır.  İnsanın 
həyası  (pis  əməllərindən  ötrü)  pərdədir.  Yeməyin  turşuluğu  sözün 
turşuluğundan yaxşıdır. Tündxasiyyət olmaq kişini fəlakətə aparır. 
 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə