Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə20/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   16   17   18   19   20   21   22   23   ...   100

 
59 
dünya işlərini təcilə, axirət işlərini isə təxirə salma. Çünki, əgər sabaha 
saxlasan, mümkündür, əcəl imkan verməsin.) 
 
◘Peyğəmbər  (s)  öz  səhabələrinə  buyurub:  “İstəyirsinizmi  ki,  sizə  ən 
böyük  günahın  nə  olduğunu  deyim?”  Dedilər:  “Bəli,  ey,  Rəsuləllah!” 
Buyurdu: “Allaha şərik qoşmaq, valideynlərə zülm və əziyyət vermək.”  
Sonra  oturub  dedi:  “Diqqət  edin!  Bir  də  ki,  yalan  danışmaq  və 
yalandan şahidlik etmək.” Peyğəmbər (s) bu sözləri o qədər təkrar etdi 
ki, dedilər: “Kaş bu qədəri kifayət edəydi.” 
 
◘Ümmətimin  iki  təbəqəsi  mənim  şəfaətimdən  məhrumdurlar; 
zülmkar hökmdar və aşkar günahkar. 
 
◘Əli və Fatimə iki dərin elm dəryasıdır.
1
 (1)Onlar  arasında  sədd  var 
ki, qarışmazlar,
2
 (2) o, mənəm. Onlardan ləl-cəvahir və mərcan çıxar ki, 
onlar da Həsən (ə) və Hüseyndir.
3
 (3) 
 
◘İman və həya bir kökdəndir. Əgər biri aradan getsə digəri də gedər. 
 
◘Hər  kəs  elm  öyrənməkdən  ötrü  iki  addım  atsa,  iki  saat  alimin 
hüzurunda otursa və ondan iki kəlmə eşitsə Allah ona hər biri dünyanın 
iki bərabərində olan iki behişt əta edər. 
 
◘Öz  dinlərinə  əhəmiyyət  verən  kəslər  iki  dəstədir:  Alim  və  tələbə. 
Digər  insanlar  ağcaqanada  bənzəyirlər  ki,  onların  vücudunda  heç  bir 
xeyir yoxdur. (Yəni o kəslər ki, öz dinlərinə arxa çeviriblər.) 
 
◘Hər kim elm dalınca olsa behişt də onun dalınca olar. Hər kim də ki, 
dünya malı əldə etmək dalınca olsa, atəş də onun dalınca olar. (Dünya 
malı əldə etmək dalınca gedənlər o kəslərdir ki, bütün fikri-zikri, səyləri 
dünya malı əldə etməkdir və halal-haram bilmirlər.) 
 
◘İki ibdət var ki, onların savabı digər ibadətlərin savabından daha tez 
gəlib  çatar:  1.  Qohumlara  yaxşılıq  etmək.  2.  Məzlum  (zülm  görmüş) 
insanın köməyinə yetişmək. 
İki günahın da cəzası bütün günahların cəzasından daha tez yetişər: 1. 
Qohumlardan əlaqəni tamamilə kəsmək. 2. İnsanlara zülm etmək. 
                                                 
1
 Ər-Rəhman surəsi, ayə 19 
2
 Ər-Rəhman surəsi, ayə 20 
3
 Ər-Rəhman surəsi, ayə 22 


 
60 
 
◘Ən aşağı  dərəcə də olsa təqvaya riayət et, Allahla da aranda pərdə 
saxla, hətta nazik də olsa. (Yəni pərdəni tamamilə aradan götürmə.) 
 
◘Ləzzəti  gedib  günahı  qalan  iş  ilə  əziyyəti  aradan  gedib  savabı 
qorunub  saxlanan  iş  arasında  fərq  çoxdur!  (Birinci  işlər  haram,  ikinci 
işlər isə saleh əməllərdir.) 
 
◘Məzlumun  harayına  yetişmək,  qüssəli  adamın  qəmini  aradan 
aparmaq günahların kəffarəsindən də böyükdür. 
 
◘Xeyir  işlər  yerinə  yetirən  xeyirin  özündən  daha  yaxşıdır.  Şər  işlər 
görən isə şərin özündən də pisdir. 
 
◘Axmaq  adamla  dostluq  etməkdən  çəkin.  Çünki  o,  sənə  xeyir 
yetirmək istədiyi halda ziyan verər. Yalançı insanla da dostluq etmə. O, 
ilğım kimi sənə uzağı yaxın, yaxını isə uzaq göstərər. 
 
◘Hər kəs təvazö etsə Allah onu göyün yeddinci qatına qədər ucaldar. 
Hər  kəs  də  ki,  təkəbbür  etsə  Allah  onu  yerin  yeddinci  qatına  qədər 
alçaldar. 
 
◘Təvazökarlar  qarşısında  təvazö,  təkəbbürlülər  qarşısında  isə 
təkkəbbür edin. Bu cür təkəbbürün özü ibadətdir. 
 
◘Ən  böyük  təvazökarlıq  budur  ki,  hər  bir  müsəlmana  salam  verib 
məclisin aşağı tərəfində oturasan. 
 
◘Camaat  təvazö  sahiblərindən  başqa  hər  bir  nemət  sahibinə  həsəd 
aparar.  Özünü  aşağı  tutmaq  peyğəmbərlərin  xüsusiyyətlərindəndir. 
Təkəbbür 
isə 
kafirlər 
və 
firon 
xasiyyətli 
adamların 
xüsusiyyətlərindəndir. 
 
◘Heç  vaxt  imkanlı,  var-dövlətli  adamlar  qarşısında  (onların  var-
dövlətinə görə) əyilmə. Hər kəs belə etsə behişt əlindən çıxar. 
 
◘Camaatın  onun  qarşısında  itaətkarcasına  dayanmasından  xoşlanan 
kəs cəhənnəm atəşində öz yerini hazırlayıb. 
 


 
61 
◘Qiyamət  günü  əməl  tərəzisinə  xoş  xasiyyətdən  də  üstün  bir  əməl 
qoyulmaz. Məni behiştə  tərəf  çəkən ən üstün əməl pəhrizkarlıq və xoş 
xasiyyətdir. 
 
◘Xoş  xasiyyət  və  yaxşı  qonşuluq  etmək  evləri  abad,  ömürləri  uzun 
edər. 
 
◘Mən ağzı və övrəti ixtiyarında olan şəxsin behiştə getməsindən ötrü 
zaminəm. 
 
◘Adəm  övladının  yalnız  “əmr  be  məruf  və  nəhy  əz  münkərdən”  və 
Allahı zikr etməkdən başqa danışdıqlarının hamısı onun zərərinədir. 
 
◘Allahın asqıraqdan xoşu gəlir, lakin əsnəməkdən yox. 
 
◘İnsanların  çoxu  iki  nemət  üçün  qəmgindirlər;  sağlamlıq  və  asudə 
vaxt. (Yəni onlardan istifadə etməsə də əldən verəcək.) 
 
◘İki  göz  cəhənnəm  odundan  amandadır;  biri  gecə  yarısı  Allah 
qorxusundan ağlayan göz, digəri isə Allah  yolunda gecə keşik çəkərək 
yumulmayan göz. 
 
◘Əbu Səid Xidri deyir: “Peyğəmbər (s) xütbələrinin birində buyurdu: 
“Camaat!  Mən  sizin  aranızda  iki  dəyərli  əmanət  qoyuram.  Əgər 
onlardan  yapışsanız  heç  vaxt  yolunuzdan  azmazsınız.  Onlardan  biri 
Allahın  kitabıdır  ki,  asimanlardan  yerə  tərəf  çəkilmiş  ipə  bənzəyir. 
Digəri  isə  itrətim  yəni,  ailəmdir.  Bu  iki  əmanət  Kövsər  hovuzunun 
kənarında mənə qovuşanadək əsla bir-birindən ayrı düşməz.”
1
(1) 
 
◘İki  xislət  var  ki,  hər  kəsdə  olsa  Allah  insanları  mühakimə  edərkən 
onlar səbir və şükür edənlərdən hesab olunar; din işlərində ali himmətli 
olub  yüksək  əməllər  arxasınca  getmək  və  dünya  işlərini  əhəmiyyətsiz 
bilib  əldə  olan  nemətlərin  şükrünü  yerinə  yetirmək.  Dünya  işlərini 
mühüm hesab edib, din işlərinə əhəmiyyət verməyənləri isə Allah səbir 
və şükür edənlərdən hesab etməz. 
 
◘Adəm övladı qocalsa iki xislət onda cavan qalar; mal-dövlət eşqi və 
əbədiliyə  olan  hərislik.  İnsanın  fitrətində  var  ki,  ona  yaxşılıq  edənləri 
sevir, ona pislik edənlərdən isə acığı gəlir. 
                                                 
1
 Bu hədisi sünni hədisçilərindən Sələbi və Əhməd Hənbəl də nəql etmişdir. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə