Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə17/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   13   14   15   16   17   18   19   20   ...   100

 
50 
şəxsdən  kömək  istəmə.  Çünki,  muzd  alan  şəxs  sənin  işini  öz  işi  kimi 
ciddi  şəkildə  yerinə  yetirməyəcək.  Həmin  muzd  onun  üçün  dünya 
mənfəəti, sənin üçün isə axirət ehtiyatıdır. Kömək aldığın dostların və 
qardaşların  gərək  məhəbbət  əhli,  ehtiyaclarını  ödəyə  biləcək,  abırlı  və 
pakdamən (pis işlərdən uzaq), sənin hüzurunda sənə təşəkkür edib, sən 
olmayanda səni yad edən kəslər olsun.” 
“Ey oğul! Əgər bir dəstə insanla səfərə çəxsan onlarla çox məşvərət 
et, üzlərinə gül. Dəvətlərini qəbul et. Yaxşı işlərdə, namaz və səxavətdə 
onlardan  qabağa  düş.  Öz  minik,  mal-dövlət  və  yükünü  onların 
ixtiyarında  qoy.  Hərəkət  etdikləri  vaxt  sən  də  hərəkət  et.  Əgər  iş 
görsələr sən də iş gör. Ən böyük və yaşlı olana itaət et. Əgər bacarsan 
öz  yeməyindən  başqalarına  verməmiş  yemə.  Minikdə  olduğun 
müddətdə Quran oxu. İşə məşğul olduğun müddətdə Allahı yada sal və 
ona həmd-səna et. İşin olmadığın müddətdə isə dua et. 
“Ey  oğul!  Tez  küsən,  bədxasiyyət  və  səbirsiz  olma.  Bu 
xüsusiyyətlərlə  sənin  heç  bir  dostun  qalmaz.  Özünü  işlərdə  səbirli 
olmağa vadar et.” 
“Ey  oğul!  Əgər  qohumları  yoluxub,  dostlarını  başa  çıxmaqdan  ötrü 
pulun  olmasa  da  xoşxasiyyət  və  gülərüzlü  ol.  Hər  kəs  belə  olsa  (yəni 
xoşxasiyyət)  yaxşı  insanlar  onun  dostu  olar,  pis  insanlar  isə  öz  mal-
dövlətlərini  ondan  gizlətməzlər.  Allahın  qismətinə  razı  ol  ki, 
yaşayışının çətinliyi aradan getsin. Əgər dünyada olan bütün izzəti əldə 
etmək  istəyirsənsə  camaatın  əlindən  gözünü  çək.  Peyğəmbərlər  və 
siddiqləri bu məqama məhz, tamahı boğmaq çatdırıb. 
 
Səfərə  çıxmağın  qaydaları  barəsində  Loğmandan  bir  hədis  də  nəql 
olunub.  O,  bu  hədisdə  öz  övladına  belə  buyurur:  “Elə  ki,  karvanla 
səfərə çıxdın öz işlərində onlarla çox məşvərət et. Onlara çox təbəssüm 
et. Öz yol tədarükünü səxavətlə onların arasında qoy. Dəvətlərini qəbul 
et.  Əgər  səndən  kömək  istəsələr  onlara  kömək  et.  Üç  şeydə  onlardan 
üstün  olmağa  çalış:  çox  namaz  qılmaqda,  öz  minik,  tədarük  və 
malından  keçməkdə.  Əgər  səndən  haqq  şahidliyi  istəsələr  onlardan 
əsirgəmə. Öz rəyindən istifadə et, məşvərət zamanı düşünmədən cavab 
vermə. Əgər  yoldaşların hərəkət etsələr, sən də onlara qoşul. Əgər bir 
işlə məşğul olsalar onlara kömək göstər. Sədəqə versələr sən də onlarla 
birlikdə sədəqə ver. Ən yaşlı olana tabe ol.” 
“Ey  oğul!  Namazın  vaxtı  yetişəndə  onu  təxirə  salma,  öz  vəzifəni 
yerinə  yetirməklə  özünü  asudə  et.  Dini  vəzifələri  gərək  yerinə 
yetirəsən. Süvari olan zaman yatma. Mənzil üçün elə yer seç ki, təbiəti 
gözəl, torpağı yumşaq, yaşıllığı çox olsun. Elə ki, mənzil salmaq üçün 
dayandın, iki rəkət namaz qıl. Yola düşən zaman həmin yerin əhalisi ilə 


 
51 
vidalaş  və  onlara  salamatlıq  dilə.  Çünki  hər  bir  yerdə  məlaikələr  cəm 
olurlar.  Əgər  bacarsan  yeməyindən  bir  miqdarını  sədəqə  verməmiş  və 
Quran oxumamış yemə. Hər hansı bir iş görərkən zikr deməklə məşğul 
ol. Bekar olan zaman isə dua et.” 
 
◘Bozorcmehrdən soruşdular: “Elə bir nemət bilirsənmi ki, onun üçün 
paxıllıq  etməsinlər  və  elə  bir  bəla  bilirsənmi  ki,  öz  sahibinə  rəhm 
etməsin?”  Dedi:  “Bəli,  həmin  nemət  təvazökarlıq,  bəla  isə 
təkəbbürdür.” 
Ölüm  zamanı  Bozorcmehrə  dedilər:  “Vəsiyyət  et.”  Dedi:  “  Nə 
vəsiyyət  edim?  Dünyaya  cahil  gəldim,  ikrahla  da  gedirəm.  Yaxşı  olar 
ki, bəndənin cahil daxil olub, ikrahla çıxdığı evə ürək bağlanılmasın.” 
 
◘Bir həkim (hikmət sahibi) deyib: “Uşaqlara dünya işləri ilə məşğul 
olmazdan qabaq təhsil verin.” 
 
◘Aristotel deyib:  “Kərim insanları şirin dillə aldatmaq olar. Hər kəs 
qorxduğu şeydən qaçar, lakin Allahdan qorxanlar isə ona pənah aparar. 
Axmaq adamı öyrətmək ömrü hədər yerə sərf etməkdir.” 
 
◘Loğman deyib: “Yeməyini azalt ki, xəstəlikdən amanda qalasan.” 
 
Cəlyanus  deyib:  “Öz  ehtiyacından  imtina  etmək,  onu  ləyaqətsiz 
insandan itəməkdən yaxşıdır.” 
 
◘Bir filosofdan soruşdular: “Təvazö nədir?” Dedi: “İmkanlı şəxslərə 
təkəbbür  etmək.”  Başqa  bir  yerdə  deyib:  “Məşvərət  rahatlıq  və 
başqalarının əziyyətidir.” 
 
◘Sokrat  deyib:  “Yaxşıya-pisə  fərq  qoymayan  şəxs  dördayaqlıdan 
fərqlənmir.” Başqa bir yerdə deyib: “Hikmətin əvvəli xoş xasiyyətdir.” 
 
◘Pluton  deyib:  “İnsanlarla  bədrəftar  olub  dostluqda  onlara  xəyanət 
etmə.  Yoxsa,  sənə  minnət  qoyarlar,  həm  də  onların  şərindən  amanda 
olarsan.” Yenə də deyib: “Qocalıq xəstəliklə dolu buluddur.” 
 
◘Hippokrat  deyib:  “Təəccüb  edirəm  özünü  böyük  tutan  şəxslərə  ki, 
iki dəfə sidik yolundan keçiblər. (Bir dəfə atasının belindən, ikinci dəfə 
isə anadan olanda.)” 
 


 
52 
◘Bir filosof deyib: “Təəccüblüdür o kəslər ki, pulla qul alırlar, kərəm 
vasitəsilə azad insan almırlar.” 
 
◘Hippokrat  deyib:  “Səxavətli  o  kəsdir  ki,  öz  malını  havayı  verir  və 
başqalarının malında da gözü yoxdur.” 
 
◘İbn  Sina  deyib:  “Dünya  istəyən  şəxs  elm  öyrənsin,  axirət  istəyən 
şəxs əmələ girişsin.” 
 
◘Hippokrat  deyib:  “O  kəsdən  olma  ki,  aşkarda  şeytana  lənət  edib 
gizlində ona itaət edirlər.” 
 
◘Bir filosof deyib: “Rəhbərlərin ən pisi odur ki, kasıblardan uzaqdır. 
Kasıbların ən pisi odur ki, rəhbərlərə yaxındır.” 
 
◘Sokrat deyib: “Qəzəbin dərmanı susmaqdır.” 
 
◘Hippokrat  deyib:  “Nacins  insanlarla  yoldaşlıq  etmək  ruhun 
qızdırmasıdır.  Qadınlar  kişiləri  (istər  böyük  şəxsiyyət  olsun  istərsə  də 
alçaq) tez ələ alırlar. Sağlamlıqdan  gözəl dost, xəstəlikdən pis düşmən 
yoxdur.  Sağlamlığın  şirinliyini  xəstəliyin  acılığı  ilə  dərk  edərlər. 
Özünün az bəxşişindən utanma. Çünki, məhrumiyyət (yoxsulluq) ondan 
da  aşağıdır.  İşlərin  nəticəsini  göstərən  ayna  insanların  əli  ilə  təcrübə 
olunmuşdur.” 
 
◘Bir  filosof  deyib:  “Dərmanın  acılığına  dözməyən  şəxs  şəfanın 
şirinliyini dadmaz.” 
 
◘Bozorcmehr deyib: “Simic öz dövlətinin qoruqçusu, öz varisinin isə 
anbardarıdır.” 
 
◘Loğman  deyib:  “Özünə  qarşı  pis  olanın  ruzisi  az  olar.  Hər  kəsin 
yalanı çox olsa, dostu az olar.” 
 
◘Digər bir filosof deyib: “Sükutun faydası sözün faydasından, sözün 
zərəri  sükutun  zərərindən  çoxdur.  Ağıllı  adamın  əlaməti  çox  sükut 
etməkdir.  Cahilin  əlaməti  isə  çox  danışmaqdır.  Necə  ki,  istəmirsən 
sənin sirrinin üstü açılsın, sən də başqalarının sirrinin üstünü açma.” 
 
◘Pluton  deyib:  “İnsanların  ən  zəifi  öz  sirrini  saxlaya  bilməyən,  ən 
güclüsü  isə  öz  qəzəbini  boğan  kəslərdir.  İnsanların  ən  səbirlisi  öz 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə