Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə25/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   21   22   23   24   25   26   27   28   ...   100

 
74 
◘Başqasından soruşdular: “Zahid kimdir?” Dedi: “Az vasitəsi ilə özü 
üçün  qüvvət  əldə  etsin  (yəni,  qüvvətlənəcəyi  miqdarda  olan  aza  qane 
olsun) və ölümə hazır olsun.” 
 
◘İmam  Zeynəlabidindən  (ə)  soruşdular:  Zahid  kimdir?  Buyurdu: 
Lazım olan miqdardan azı ilə keçinsin və ölümə hazır olsun. 
 
◘İmam  Məhəmməd  Baqir  (ə)  buyurur:  “Yaxşı  əməl  sahibi  və 
xoşxasiyyət olmaq şəhərləri abad, ömürləri uzun edər.” 
 
◘Yəhya  ibn  Məaz  deyir:  “Təvazökarlıq  hər  şeydən  yaxşıdır,  lakin 
varlı-dövlətlilərdə  olmağı  daha  yaxşıdır.  Təkəbbür  hər  şeydən  pisdir, 
lakin fəqirlərdə olmağı daha pis.” 
 
◘Hədisi-qüdsidə  buyurulur:  “Mənim  yanımda  oruc  və  (boş-boş 
danışıqdan) sükut etməkdən də gözəl ibadət yoxdur. Oruc tutub sükuta 
riayət etməyən kəs namaz qılıb namazında heç bir şey oxumayan şəxsə 
bənzəyir. Belə şəxs də təkcə ayaq üstə durmağın əvəzini alacaq, nəinki 
ibadətin.” 
 
◘Başqa  bir  hədisi-qüdsidə  buyurulur:  “And  olsun  izzət  və  cəlalıma! 
İbadətin  əvvəli  sükut  və  orucdur.  Bəndə  gərək  boş-boş  danışıqdan 
(lazımsız  sözlərdən)  çəkinsin.  Mən  saleh  və  sükut  edənlərin  qəlblərini 
abad, boş-boş, mənasız danışanlarınsa qəlblərini viran edərəm.” 
 
◘Başqa bir hədisdə Allah buyurur: “Elə ki, bəndə qarnını boş, dilini 
isə  (lazımsız,  yersiz  və  günah)  danışıqdan  qıfıllayır  Mən  ona  hikmət 
öyrədirəm.” 
 
◘İbn Əbi deyir: “Hind oğlu Davud ailəsinin də xəbəri olmadan qırx il 
oruc tutmuşdu.  O, xəz  dəri  satmaqla məşğul  idi.  Gündüzlər  evdən  özü 
ilə  yemək  götürür,  yolda  onu  fəqir  və  yoxsullara  verirdi.  Axşam  iftar 
vaxtı isə qayıdır, öz ailəsi ilə yemək yeyirdi. 
 
◘Harisin  oğlu  Bişr  deyirdi:  “Moizə  (ibrət  almaqdan)  ötrü  bu 
kifayətdir  ki,  bir  qrup  insan  dünyadan  gedib,  lakin  onları  anmaq 
qəlblərə ruh verir və eyni zamanda, bir qrup insan da var ki, diridirlər, 
lakin  onların  xatirəsi  qəlbləri  öldürür.”  O,  belə  bir  məzmunda  şer  də 
oxuyurdu:  “And  olsun  Allaha!  Xurma  tumunun  ununu  yeyib  dərin 
quyuların  şor  suyunu  içmək  simiclikdən  və  qaş-qabaqlı  və  tutqun 
üzlərdən  bir  şey  istəməkdən  qat-qat  əfzəldir.  Allaha  təvəkkül  et! 


 
75 
Həqiqətən  bu  iş,  sözün  həqiqi  mənasında,  ehtiyacsızlıq  və  faydalı  bir 
ticarətdir.  Tamahı  boğmaq  izzətə  səbəb  olar.  Tamah  isə  insanı  rüsvay 
və zəlil edər.” 
 
◘Yenə də Bişr deyir: “İki xüsusiyyət insanları həlak etdi: “Qeybət və 
özünübəyənmək.” 
 
◘Pluton  deyir:  “Aclıq  buluddur,  elm  və  helm  isə  yağış.  Toxluq  da 
buluddur, cəhl və  axmaqlıq yağış. Nadan öz-özünün düşmənidir. Necə 
başqalarına  dost  olsun?!  Himmət  və  səyi  qarnı  olan  şəxsin  mükafatı 
qarnının boşaltdığıdır.” 
 
◘Bir  hikmət  sahibindən  soruşdular:  “Hansı  xüsusiyyətin  nəticəsi 
yaxşıdır?” Dedi: “Allaha iman və ata-anaya yaxşılıq etməyin.” 
 
◘Hippokrat deyir: “Bir şəxsin axmaqlığı iki şeydən məlum olar. Biri 
yersiz söz deməkdən və soruşmamış cavab verməkdən.” 
 
◘Hikmət  sahibləri  deyiblər:  “Faydasız  sözlərdən  çəkin.  Bu  iş  gizlin 
eyibləri aşkar edər və yatmış düşmənçilikləri oyadar.” 
 
◘Çox  danışan  adamın  səhvi  də  çox  olar.  Başqalarına  da  həqarətlə 
baxanlar kor olar. 
 
◘Ağlın  əlaməti  az  danışmaq,  fəzilətin  nişanəsi  helm  və  böyük 
hövsələdir. 
 
◘İsa (ə) buyurur: “Dünyanı üzü üstə yıxıb arxasına minən mənəm! Nə 
övladım var ki, ölsün və nə də evim var ki, xarab olsun. 
 
◘Əbuzər  deyir:  “İki  məclisdən  başqa  məclisdə  oturma.  Biri  odur  ki, 
orada Allahdan halal ruzi dilənir, digəri isə axirətdən ötrü təşkil olunub. 
Başqa  məclislərdə  oturma,  çünki  heç  bir  faydası  yoxdur.  Sözünü 
(danışığını)  iki  yerə  böl.  Bir  hissəsini  axirət  işlərinə,  digərini  isə  halal 
ruzi  tələb  etməyə  sərf  et.  Bu  ikisindən  başqa  heç  bir  sözün  faydası 
yoxdur.  Malını  da  iki  yerə  böl.  Bir  hissəsini  dolanışığın,  digərini  isə 
axirətin  üçün  sərf  et.  Başqa  heç  bir  xərcin  faydası  yoxdur.  Dünyanı 
keçmiş  və  gələcək  arasında  olan  bir  zaman  hesab  et.  Keçmiş  sənin 
əlindən  çıxıb,  gələcək  də  məlum  deyil  ki,  əlinə  gələcək,  ya  yox.  İş 
görmə  anı,  elə  əlində  olan  andır.  İndi  özün  üçün  qazan,  əldə  et  və 
günahdan qorun. Əgər belə etməsən həlak olacaqsan.” 


 
76 
 
◘İmam  Məhəmməd  Baqir  (ə)  buyurur:  “And  olsun  Allaha!  Allah 
camaatdan iki şey istəyib. Biri odur ki, Onun nemətlərini iqrar etsinlər, 
O da həmin nemətləri artırsın və öz günahlarını  etiraf etsinlər və O da 
bağışlasın.” 
 
◘Loğman oğluna buyurdu: “Oğul, sinəndə iki ürəyin olsun. Biri heç 
bir təqsirin olmadığın halda da olsa Allah qorxusu ilə dolu, digəri, səni 
məğrur edib əməldən saxlamayacaq ümidlə dolu.” 
 
◘Həzrət Davud (ə) Bəni-İsrailə buyurdu: “Qarnınıza pakdan başqa bir 
şey  salmayın  və  ağzınızdan  pakdan  başqa  bir  şey  çıxartmayın. 
(Birincisi halal yemək, ikincisi isə ləyaqətli sözə işarədir.) 
 
◘İmam  Riza  (ə)  buyurur:  “Əli  (ə)  buyurub:  “Həya  və  din  əql  ilə 
yanaşıdır. Əql hara getsə onlar da onu təqib edərlər.” 
 
◘İshaq  ibn  Əmmar  deyir:  “Həmişə  İmam  Sadiqin  (ə)  məhzərinə 
gedəndə  bizə  tapşırırdı:  “Düz  danışın  və  əmanəti  sahibinə  qaytarın. 
Yaxşı, yaxud pis iş gördünüz bilin ki, bunların hər biri ruzinin açarıdır.” 
 
◘Altıncı  imam  (ə)  Səfvan  Suriyə  buyurdu:  “Səfvan!  İki  xüsusiyyət 
var ki, hər kəsdə olsa o, behişt əhlidir. Biri odur ki, özünün xoşlamadığı 
işi Allahın xoşu gəldiyi üçün yerinə yetirir, digəri isə budur ki, özünün 
xoşladığı  işi  Allahın xoşuna  gəlmədiyi  üçün  tərk  edir.  Sən  bu  iki  halı 
əlindən buraxma. Mən də səninlə şərikəm.” 
 
◘Bir nəfər İmamdan (ə) ona moizə etməsini istədi. İmam (ə) buyurdu: 
“İki fikri başınızdan çıxarın; fəqirlik və uzun ömürlüyü. (Yoxsulluqdan 
qorxmaq insanın fikri dağınıqlığına və fəaliyyət süstlüyünə səbəb olar. 
Ömrün  uzunluğuna  olan  ümid  isə  əməlin  təxirə  düşməsinə  və  uzun-
uzadı arzulara səbəb olar.)” 
 
◘İmam  Səccad  (ə)  buyurur:  “Dünya  yuxu,  axirət  isə  oyaqlıqdır.  Bu 
iki şeyin arasında insan röya və dağınıq yuxulara bənzəyir.” 
 
◘İmam  Cəfər  Sadiq  (ə)  buyurur:  “Böyüklərə  hörmət,  kiçiklərə 
mərhəmət etməyənlər bizdən deyil.” 
 
◘İmam Məhəmməd Baqir (ə) buyurur: “İki mömin görüşən zaman elə 
ki,  bir-birinə  əl  verirlər,  Allah  da  öz  (rəhmət)  əlini  onların  əllərinin 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə