Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə24/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   20   21   22   23   24   25   26   27   ...   100

 
71 
hər  bir  məlumatı  yazıb  ona  göndərsinlər.  (Bu  həmin  dövrdə  gündəlik 
məsələlərdən  olan  cəbr  və  ixtiyar  məsələsi  idi.  Bu  məsələ  barəsində 
çoxlu  mübahisə və  dava-dalaş  olurdu.  Bir  qrup  insan  etiqad bəsləyirdi 
ki,  insan  ixtiyar  sahibi  deyil  və  gördüyü  hər  bir  günah,  yaxud  savab 
əməl də usta əlində olan baltaya bənzəyir. Əslində Allahın iradəsidir ki, 
insanı o tərəf bu tərəfə çəkir.) 
Hüseyn Bəsri cavabında yazdı: “Bu məsələnin ən gözəl cavabını mən 
həzrət  Əlidən  (ə)  eşitmişəm.  O,  buyurub:  “Sən  elə  bilirsən  ki,  Allah 
səni  qadağan  etdiyi  işi  görməyə  məcbur  edər?!  Əsla!  Səni  pis  işlərə 
vadar edən sənin qarnın və fərcindir (övrətindir)!” 
Əmr  cavabında  yazdı:  “Bu  barədə  eşitdiyim  ən  ali  məlumat  həzrət 
Əlinin  (ə)  sözüdür.  O,  buyurub:  Əgər  günah  və  cinayət  Allahın 
müqəddər etdiyi mütləq və məcburi işlərdən olsaydı, o zaman cani və 
günahkardan qisas alıb onu cəzalandırmaq zülm olardı.” 
Vasil də cavabında yazdı: “Bu şübhəli məsələnin ən nəfis həlli həzrət 
Əlinin  (ə)  göstərdiyi  yoldur  ki,  buyurur:  “Məgər  mümkündürmü  ki, 
Allah Özü yol göstərsin, sonra yüz yol müəyyən etsin?! Bu ağlasığmaz 
bir təsəvvürdür.” 
Şöbi  də  cavabında  yazdı:  “Bu  məsələnin  cavabından  ötrü  Əlinin  (ə) 
sözündən  gözəl  söz  eşitməmişəm.  O,  belə  buyurub:  “Tövbə  edilməli 
hər  bir  iş  bəndə  tərəfindən,  şükür  olunmalı  hər  bir  iş  isə  Allah 
tərəfindəndir.” 
Elə ki, məktublar Həccaca çatdı həzrət Əliyə (ə) qarşı bəslədiyi bütün 
kin, ədavət və düşmənçiliyə baxmayaraq dedi: “Həqiqətən bu cavablar 
saf çeşmədən qaynaqlanır.” 
YEDDİNCİ FƏSİL 
İmam Sadiqdən (ə) olan şiə hədisləri 
◘İmam  Cəfər  Sadiq  (ə)  buyurur:  “İki  bacarıqsız  (zəif)  məxluq 
barəsində  Allahdan  qorxun!  Onlardan  biri  yetimlər,  digəri  isə 
qadınlardır.” 
 
◘İki  qız  övladını,  yaxud  iki  bibini,  yaxud  da  iki  xalanı  dolandıran 
şəxs atəşdən amanda olar. 
 
◘Atası İmam Baqirdən (ə) nəql edir ki, buyurur: “Allah-təala Musaya 
(ə) vəhy etdi: “Mal-dövlətin çoxluğuna sevinmə və Məni heç bir halda 
yadından  çıxarma.  Mal-dövlət  çoxluğu  günahları  insanların  yadından 
çıxarar. Allahdan qafil olmaq isə qəlbi qaraldıb möhkəmlədər.” 
 


 
72 
◘Yenə İmam Cəfər Sadiq (ə) buyurur: “Hər cümə günü dırnaq tutub, 
bığları  düzəltmək  insanın  xora  (cüzam)  xəstəliyindən  amanda 
qalmasına səbəb olar.” 
 
◘Musa  ibn  Əkil  deyir:  “İmam  Cəfər  Sadiq  (ə)  buyurdu:  “Fəqahətə 
yalnız  o  kəslər  çatar  ki,  geyimdən  iki  köhnə  paltardan  birinə  və 
yeməkdən  qarının  aclığını  aparacaq  hər  hansı  bir  şeyə  qane  olsun  (və 
bütün səy və himmətini dini elmləri öyrənməyə sərf etsin.) 
 
◘Yenə buyurub: “Dünyanın iki kəsdən başqa heç kəsə xeyri yoxdur. 
Biri  odur  ki,  hər  gün  öz  ehsan  və  yaxşı  işlərini  artırmaqla  məşğuldur, 
digəri  isə  keçmiş  günahlarından  tövbə  etəklə  onların  əvəzini  yaxşı 
işlərlə bərpa etsin. Amma, nə tövbə? And olsun Allaha! Səcdəni tövbə 
məqsədilə  boynu  sınana  qədər  uzatmağına  baxmayaraq  bizim 
vilayətimizi qəbul etməsə, Allah onun tövbəsini qəbul etməz. 
 
◘Hər  hansı  bir  ticarətçi  barəsində  onun  satdığı  şeyin  pis  və  yaxşı 
olmasından asılı olaraq camaat iki dua edər. Əgər malı keyfiyyətli olsa 
deyərlər:  “Allah  sənin  və  bunu  sənə  satanın  bərəkətini  artırsın!”  Yox, 
əgər,  malı  keyfiyyətsiz  olsa  deyərlər:  “Allah  sənin  və  bu  malı  sənə 
satanın malından bərəkətini çəksin!” 
 
◘Əgər  müsəlman  papağını  qarşısına  qoyub  Allahın  haqqına  nə 
dərəcədə əməl edib-etməməsi barəsində fikirləşib müəyyən etsə, Allah 
ona  bunun  müqabilində  iki  mükafat  verər.  Biri  qane  olduğu  miqdarda 
ruzi və hidayətinə səbəb olacaq rizayət (razılıq). 
 
◘Elə ki, Həzrət Nuh (ə) gəmidən düşdü, şeytan ona yaxınlaşıb dedi: 
“Yer  üzərində  mənim  boynumda  sənin  qədər  minnəti  olan  yoxdur. 
Bircə nifrin etməklə məni bütün fasiq və facirlərin əlindən azad etdin. 
Bunun  müqabilində  sənə  iki  nəsihət  edirəm.  Biri  budur  ki,  həsəddən 
çəkin, çünki mənim başıma nə gəldi, həsəddən gəldi. İkincisi isə budur 
ki,  hərislik  və  tamahdan  çəkin,  çünki,  Adəmin  də  başına  nə  gəldi, 
bundan gəldi. 
 
◘Müfəzzəl  ibn  Yəzidə  buyurub:  “Səni  insanları  həlakətə  sürükləyən 
iki  xasiyyətdən  çəkindirirəm;  batili  öz  dininə  daxil  etmə,  bilmədiyin 
hökm barəsində fətva vermə. 
 
◘İki ac heç vaxt doymaz; elm acı, var-dövlət acı. 
 


 
73 
◘İki  şey  həqiqi  imandan  irəli  gəlir;  hər  yerdə  və  hər  zaman  haqqı 
batildən  üstün  tutmaq;  baxmayaraq  ki,  haqq  sənin  zərərinə,  batil  isə 
xeyrinədir; bir də danışığının biliyindən təcavüz etməməsi. 
 
◘Qabları yumaq və evin qapısını süpürmək ruzini artırar. 
 
◘Atalarınıza  yaxşılıq  edin  ki,  övladlarınız  da  sizə  yaxşılıq  etsin  və 
camaatın namusuna xəyanət etməyin ki, sizin də namusunuza xəyanət 
olunmasın. 
SƏKKİZİNCİ FƏSİL 
Hikmət sahibləri, zahidlər və abidlərin nəsihətləri 
 
◘Bir  abiddən  soruşdular:  “Nə  haldasan?”  Cavab  verdi:  “İki  nemətin 
arasındayam; bol ruzi və örtülmüş günahlar.” 
 
◘Başqa birisi deyir: “Ağıllı adamın gərək iki güzgüsü olsun. Biri ilə 
öz  pis  işlərini  görüb  özünü  kiçik  hiss  etsin  və  bacardığı  qədər  özünü 
islah  etsin.  Digəri  ilə  isə  başqalarının  yaxşılıqlarını  görüb  bacardığı 
qədər yaxşı iş əldə etməklə özünü bəzəsin. 
 
◘İki  şey  var  ki,  var  olduqca  qədrini  bilmirlər;  biri  sağlamlıq,  digəri 
cavanlıq. 
 
◘Bir həkimdən (hikmət sahibindən) soruşdular ki, “Sahibinə paxıllıq 
edilməyən  nemət  və  sahibinə  ürək  yanmayan  bir  bəla  tanıyırsanmı?” 
Dedi: “Bəli. Həmin nemət təvazökarlıq və həmin bəla isə təkəbbürdür.” 
 
◘Əbdüllah Cəfər bir dirhəmdən ötrü alverçi ilə çənə-boğaz olmuşdu. 
(Yəni,  ondan  satdığı  şeydən  bir  dirhəm  də  düşməsini  istəyirdi.)  Ona 
dedilər: “Sən bu qədər səxavət və bəxşişinlə bir dirhəmdən ötrü çənə-
boğaz  olursan?!”  Dedi:  “Orda  malımdan  bağışlayıram,  burda  ağlıma 
simiclik edirəm ki, aldanmayam. 
 
◘Bir  zahiddən  soruşdular:  “(Allahın  təqdirinə)  razı  kimdir?”  Dedi: 
“Əlinə  gələn  şeydən  ötrü  şad  olmayan  və  əlinə  gəlməyən  şeydən  ötrü 
qəm çəkməyən.” 
 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə