Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə26/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   22   23   24   25   26   27   28   29   ...   100

 
77 
arasına  daxil  edir.  Onlardan  hansı  daha  istiqanlılıq  və  məhəbbətlə  əl 
tutarsa Allahın da rəhməti ona daha çox şamil olar.” 
 
◘Həsən  Bəsri  deyir:  “Bu  iki  daş  (qızıl  və  gümüş)  keçib  gedənləri 
həlak etdi. Sizi də həlak edəcək. Ayılın! Nə edirsiniz?” 
 
◘O,  yenə  də  deyir:  “Öz  dünyanı  axirətə  sat  ki,  hər  ikisindən 
bəhrələnəsən. Əgər axirəti dünyaya satsan hər ikisində zərər çəkərsən.” 
 
◘Hazim ibn Xüzeymə xütbə əsnasında deyib: “Yaxşılıqları (çətinliyin 
şiddətindən)  məst edən, az  yaşlıları isə qocaldan gün elə ağır və çətin 
bir gündür ki, şəri hamını bürüyəcək. (Yəni qiyamət günü.)” 
 
◘Başqa  birisi  deyib:  “Tamah  ürəyə  bitişmiş  ipdir.  Hərislik  ayağa 
bağlanmış  zəncirdir.  Həmin  ipi  qəlbindən  qıran  şəxs  bu  zəncirdən  də 
xilas olar.” 
 
◘Başqa  birisi  də  deyib:  “Doğru  danışmaq  izzət,  yalançılıq  isə 
zillətdir.” 
 
◘Başqa birisi deyib: “Alicənab insanlar mülayim xasiyyətli, xahiş və 
üzr qəbul edən, alçaqlar isə daşürəkli və kobuddurlar.” 
 
◘Altıncı  imam  (ə)  buyurur:  “İki  iş  var  ki,  hər  bir  imanlı  şəxsə 
vacibdir; elm öyrənmək və ruzi üçün çalışmaq. Elm dinin islahı, qazanc 
isə  dünya  dolanışığı  üçündür.  Elm  axtarıb  qazanc  əldə  etməyə  səy 
göstərməyənlər  Qiyamət  səhnəsinə  müflis  və  əliboş  halda  daxil 
olarlar.”  
 
◘İbn Abbas yoxsulluğun məzəmməti və ehtiyacsızlığın mədhi barədə 
deyir:  “Camaat  imkanlı  şəxslərin  ardınca  daha  çox  gedib  onlara  daha 
çox etimad və itaət edir. Sanki, günəş nurunun arxasınca gedirlər, hətta, 
bəlkə,  ondan  da  artıq!  Varlı  adam  onların  nəzərində  sudan  təravətli, 
səmadan  uca,  baldan  şirin,  güldən  pakizədir.  Onun  səhvi  düzgün, 
danışığı  qəbul,  məclisi  əzəmətli,  sözləri  ürəyəyatandır.  Lakin  onların 
nəzərində yoxsul, biçarə, fəqir və miskinlər suya bənzər ilğımdan daha 
aldadıcı,  qurğuşundan  ağırdır.  Daxil  olanda  salamını  almazlar, 
görünməsə  onu  heç  kəsdən  soruşmaz,  axtarıb-aramazlar,  dalınca 
qeybət,  üz-üzə  gəldikdə  məzəmmət  edərlər,  qəzəbini  vecə  almazlar, 
onunla  əl  verib  görüşməyi  dəstəmazın,  həmd-surə  oxumasını  namazın 
batil olması hesab edərlər.” 


 
78 
 
◘İmam Sadiqdən (ə) rəvayətdir: “Dünyada “həsənə” (mənası “yaxşı”, 
“gözəl”dir və  Quranda “rəbbəna atina  fid-dünya  həsənəh və fil-axirəti 
həsənəh”  (Pərvərdigara,  bizə  dünyada  da,  axirətdə  də  yaxşılıq  əta  et) 
şəklində təkrarlanıb) iki şeydir; pak ruzi və gözəl xasiyyət. Axirətdə də 
“həsənə” iki şeydir; Allahın razılığı və behişt.” 
 
◘İmam  Həsən  Müctəba  (ə)  buyurur:  «“Həsənə”  dünyada  elm  və 
ibadət, axirətdə isə behiştdən ibarətdir.» 
 
◘Əli  (ə)  buyurur:  «“Həsənə”  dünyada  ləyaqətli  qadın,  axirətdə  isə 
behiştdən ibarətdir.» 
 
◘Əli (ə) buyurur: «Dünyanı ona görə belə adlandırıblar ki, hər şeydən 
alçaqdır.»  (“Dənaət”  ərəb  dilində  alçaqlıq  mənasındadır  və  “dünya” 
sözünün  kökü  də  həmin  sözdəndir.)  O  biri  dünyanı  da  ona  görə  axirət 
adlandırıblar ki, “axırda” gəlir. (Yəni, bu aləmdən sonra gəlir.) 
 
◘Dünyadan  özünü  dolandıracaq  miqdarla  qane  olan  şəxsə  ən  sadə 
yaşayış tərzi kifayət edər. Artıq istəyəni bütün dünya doydurmaz. 
 
◘Biçarə  Adəm  övladının  bir  qarnı  var  ki,  ona  deyir:  “Məni  doldur, 
yoxsa  səni  rüsvay  edərəm!”  Elə  ki,  dolur,  deyir:  “Məni  boşalt,  yoxsa 
abrını  bərbad  edərəm!”  Zavallı  Adəm  övladı  ömrünü  bu  iki  təhlükə 
arasında keçirir. 
 
◘Əbu  Hazimdən  soruşdular:  “Var-dövlətin  nədən  ibarətdir?”  Cavab 
verdi: “İki şeydən; Allahdan razılıq və camaatdan ehtiyacsızlıqdan.” 
 
◘Bax  gör,  axirətdə  səninlə  olmağını  istədiyin  şeyi  elə  bu  gün  də 
göndər;  o  şeyi  də  ki,  istəmirsən  axirətdə  səninlə  olsun,  elə  bu  gün  də 
tərk et. 
 
◘Dünyanı tanıyan hər kəs nə onun vüsət və rifahından xoşhal olar, nə 
də bəla və kiriftarçılıqlarına üzülər. 
 
◘Bu aləmdə olan bütün xoşluqların yanında bir xoşagəlməzlik var. 
 
◘Etdiyin yaxşı işləri pis işlərindən daha artıq gizlət. 
 


 
79 
◘Mömindən  gözlənilən ən  üstün  xüsusiyyət  budur  ki,  özündən  daha 
artıq  qorxub,  camaata  daha  artıq  ümidvar  olsun  (yəni,  özünü  pis, 
başqalarını isə yaxşı bilsin.) 
 
◘Bir hikmət sahibi deyir:  “Dünyadan öz  yaxşı əməllərinin bəhrəsini 
götürə bilməyən kəs axirətdən götürəcək.” 
 
◘İmam  Cəfər  Sadiq  (ə)  buyurub:  “Bəzən  bir  bəndə  özünün  Allah 
yanındakı  yüksək  məqamına  var-dövlətinin  tələf  olması  və  bədəninin 
xəstəliyi vasitəsi ilə çatmalı olur.” 
 
◘Peyğəmbərin (s) yanında biri hər namazından sonra oturub camaata 
dinin hökmlərini öyrədən, digəri isə gecə-gündüz namazla məşğul olan 
iki  nəfərdən  söz  düşdü.  Peyğəmbər  (s)  buyurdu:  “Bunlardan 
birincisinin digərindən üstünlüyü, mənim sizin aranızda ən aşağı həddə 
olanınızdan üstünlüyüm kimidir.” 
 
◘Yenə  də  buyurub:  “Elm  iki  cürdür.  Biri  əməl  donu  geyinməyən 
dildə olan elm. Belə elm öz sahibindən ötrü höccətdir. (Yəni, nəyə görə 
bilirdin,  amma  əməl  etmirdin?)  Digəri  isə  qəlbə  aid  olan  elmdir. 
Faydası olan elm də məhz budur ki, arxasınca əməl gəlir.” 
 
◘Ariflərdən biri deyir: “İki sifət var ki, ondan da üstün sifət yoxdur: 
Allaha iman və müsəlmanlara fayda  yetirmək.  İki sifət də var ki, daha 
ondan  alçaq  sifət  yoxdur;  Allaha  şərik  qoşmaq  və  müsəlmanlara  zərər 
yetirmək. 
 
◘Peyğəmbər  (s)  buyurub:  “Behişt  kimi  xoş  bir  şey  görmədim  ki, 
arxasınca olanlar (onun şövqündən) yuxuya dalmış olsunlar. Cəhənnəm 
kimi  də  qorxulu  bir  şey  görmədim  ki,  ondan  qaçanlar  (onun 
qorxusundan) yatmış olsunlar.” 
 
◘Bir  arif  deyir:  “Asimandan  aşağı  gələn  ən  nəfis  şey  tövfiqdir 
(müvəfəqiyyət). Asimana gedən ən nəfis şey isə ixlasdır.”  
 
◘Digəri deyir: “Üzü qara olsun dünyanın! Hər kimə ehtiram göstərsə 
başqalarının yaxşılıqlarını ona mənsub edər, hər kimdən də üz döndərsə 
yaxşılıqlarını ondan alar.” 
 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə