Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə28/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   24   25   26   27   28   29   30   31   ...   100

 
83 
− Ağa (möhtərəm) kimdir? 
−  Mal-dövlətdə  ağıldan  kəm  insanlar  kimi  olan  (yəni,  tez  malından 
keçən)  və  söyüş  eşidərkən  cavab  verməyən  və  öz  qohum-əqrəbasının 
vəziyyəti ilə məşğul olan. 
 
◘Həsən  Bəsri  deyir:  “Mömin  iki  qorxu  arasındadır.  Biri  keçmiş 
günahlarından  olan  qorxudur  ki,  bilmir  Allah  onunla  bu  barədə  necə 
rəftar  edəcək.  İkincisi  isə  gələcəkdən  olan  qorxudur  ki,  qarşıda  onu 
hansı təhlükələrin gözlədiyini bilmir. 
 
◘Yenə də Həsən Bəsri deyir: “Allah İsaya (ə) vəhy etdi: “Bəni-İsrailə 
de  ki,  Mənim  bu  nəsihətimi  yadda  saxlasınlar;  dünya  malından  az 
hissəsinə qane olsunlar ki, dünyaları salamat olsun; necə ki, dünya əhli 
din  barəsində  azla  qənaət  olurlar  ki,  dünyaları  məhfuz  (hifz  olunmuş) 
qalsın.  
Ey  İsa!  Camaatı  öz  əməlinlə  moizə  et,  danışıq  və  söz-söhbətlə  yox. 
Allah  Adəm  övladını  ölüm  və  ehtiyac  vasitəsilə  ram  edib.  Buna 
baxmayaraq  yenə  də  harınlıq  edir.  Gözəl  işlər  qəlbi  nurani,  bədəni 
qüvvətli edər. Günah isə qəlbi zülmət, bədəni zəif edər. 
 
◘İmam  Məhəmməd  Baqir  (ə)  oğluna  buyurur:  “Halsız  və  biqərar 
olmaqdan  çəkin.  Çünki  bu  iki  şey  bütün  şərlərin  açarıdır.  Halsızlıq  və 
tənbəlliklə  yaxşı  və  haqq  işlər  görməyi  bacarmazsan.  Biqərarlıq  və 
iztirablı  halda  isə  öz  vəzifələrini  rahatlıq  və  hövsələ  ilə  yerinə  yetirə 
bilməzsən.” 
 
◘Peyğəmbər (s) buyurub: “Əgər mömin bilsə ki, Allah axirətdə necə 
aqibətlər qərar verib, heç vaxt behişt tamahında olmaz və əgər kafir də 
Allahın rəhmətindən xəbərdar olsa heç vaxt naümid olmaz.” 
 
◘Dünyada  ikiüzlü  olanlar  qiyamət  səhnəsinə  iki  odlu  dillə  daxil 
olarlar. 
 
◘Hər kim Allahla görüşməyi sevirsə Allah da onunla görüşməyi sevir 
və eyni zamanda, hər kəs Allahla görüşməyi sevmirsə, Allah da onunla 
görüşməyi sevmir. 
Bu hədis zahirən buna dəlalət edir ki, həqiqi mömin ölümə qarşı ikrah 
hissi  keçirmir,  əksinə,  ona  meyllidir.  Əmirəlmöminin  Əlidən  (ə)  nəql 
olunur ki, buyurdu: “Əbutalibin oğlunun ölümə olan meyli körpənin öz 
anasının  döşünə  olan  meylindən  daha  artıqdır.”  İbn  Mülcəmin zərbəsi 


 
84 
ona  (ə)  yetişən  zaman  buyurdu:  “And  olsun  Kəbənin  rəbbinə,  nicat 
tapdım.” 
 
◘Sünni-şiə  səhih  yolla  Peyğəmbərdən  (s)  nəql  ediblər  ki,  buyurdu: 
“Hər kəs ki, Allahla görüşü sevir, Allah da onun görüşünü sevir və hər 
kəs də ki, Allahla görüşməkdən xoşlanmır, Allah da onunla görüşməyi 
istəmir.”  Dedilər:  “Ey  Rəsuləlah!  Bizim  heç  birimizin  (Allahla  görüş 
hesab olunan) ölümdən xoşumuz gəlmir.” Buyurdu: “Belə deyil. Ölüm 
zamanı  möminə  Allahın  rizayət  və  lütfünü  müjdə  verərlər.  O  da  artıq 
qarşıda  onu  gözləyən  nemətdən  başqa  bir  şey  istəməz  və  beləliklə, 
Allahın görüşünə qarşı onda məhəbbət oyanar və eyni zamanda Allah 
da  onun  görüşünü  sevər.  Kafiri  də  ölüm  zamanı  ilahi  əzabla 
müjdələyərlər.  Buna  görə  də  ondan  ötrü  onu  qarşıda  gözləyən  şeydən 
də  artıq  xoşagəlməz  şey  olmur  və  o,  Allahla  görüşdən  xoşlanmır  və 
Allah da onunla görüşmək istəmir. 
 
◘Hədisdə  nəql  olunur  ki,  bir  nəfər  Peyğəmbərə  (s)  ərz  etdi:  “Var-
dövlətim  əlimdən  çıxıb,  bədənim  isə  zəifləyib.”  Peyğəmbər  (s) 
buyurdu:  “Malına  və  canına  zərər  dəyməyən  bəndədə  xeyir  yoxdur. 
Allah  sevdiyi  bəndəsini  giriftar  etməklə  ona  səbir  öyrədir.  (Eyni 
zamanda,  günahlarının  cəzasını  axirətə  saxlamır  və  onun  axirət 
məqamını ucaldır.) 
 
◘Əmirəl-möminin  (ə)  Peyğəmbərdən  (s)  nəql  edib  deyir:  “Allah 
buyurur:  “Ey  Adəm  övladı!  Sənin  heç  insafın  yoxdur!  Mən  Öz  nemət 
və  ehsanlarımla  sənə  qarşı  məhəbbət  göstərirəm,  sən  isə  günah  və 
itaətsizliklərinlə  Mənə  qarşı  düşmənçilik  nümayiş  etdirirsən.  Mənim 
xeyrim sənə tərəf aşağı enir, sənin şərin isə Mənə tərəf yuxarı qalxır. 
ONUNCU FƏSİL 
Həzrət Əlinin (ə) fəzilətləri barəsində olan ikili hədislər 
◘Peyğəmbər (s) Əliyə (ə) buyurur: “Səni sevən hər bir kəs mömindir 
(yaxud səni möminlərdən başqa bir kəs sevməz.) Sənə düşmən olan hər 
bir kəs də münafiqdir.” 
 
◘Cəbrail  Allah  tərəfindən  Peyğəmbərə  (s)  vəhy  gətirib  dedi:  “Allah 
sənə salam göndərib buyurdu: “Qardaşın Əliyə müjdə ver ki, Mən onu 
sevənə əzab vermərəm. (Bu şərtlə ki, dünyadan səhih imanla gedib özü 
üçün bağışlanmağa bir yol qoysun.) Düşmənlərinə isə rəhm etmərəm.” 
 


 
85 
◘Əli  mənim  canımdır.  Ona  itaət  etmək  mənə  itaətdir.  Onun 
göstərişindən çıxmaqsa mənim göstərişimdən çıxmaqdır. 
 
◘Əli  ilə  müharibə  Allahla  müharibədir.  Onunla  sülh  isə  Allahla 
sülhdür.  
 
◘Əlinin dostu Allahın dostu, düşməni isə Allahın düşmənidir. 
 
◘Əli Allahın höccəti və canişinidir. 
 
◘Əli ilə dostluq iman, düşmənçilik isə küfrdür. 
 
◘Əlinin  dəstəsi  Allahın  dəstəsi,  düşmənlərinin  dəstəsi  isə  şeytanın 
dəstəsidir. 
 
◘Əli haqq ilə, haqq da Əli ilədir. Bu ikisi Kövsər hovuzunun yanında 
mənə qovuşana qədər bir-birindən ayrılmaz. 
 
◘Əli cənnət və cəhənnəm əhlini ayırandır. 
 
◘Əlidən  ayrılan  məndən  ayrılıb,  məndən  ayrılan  isə  Allahdan  uzaq 
düşüb. 
 
◘Ey  Hüzeyfə!  Məndən  sonra  Allahın  sizə  olan  hüccəti  Əli  ibn 
Əbutalibdir. Onu tanımamaq Allahı tanımamaqdır. Xilafət məsələsində 
ona şərik qərar vermək Allaha qarşı şirkdir. Onun barəsində şəkk etmək 
Allah  barəsində  şəkk  etməkdir.  Ondan  üz  döndərmək  Allahdan  üz 
döndərməkdir.  Onu  inkar  etmək  Allahı  inkar  etməkdir.  Ona  etiqadlı 
olmaq Allaha mötəqid olmaqdır. O, Peyğəmbərinizin qardaşı və vəsisi, 
ümmətin imamı, haqqa qovuşmaqdan ötrü vasitə, möhkəm və qırılmaz 
tutacaqdır. 
 
◘Tezliklə  onunla  əlaqədar  olan  iki  dəstə  həlak  olacaq  və  təqsir  də 
onda olmayacaq; ifrata varan dostlar və təfritə varan düşmənlər. 
 
◘Ey  Hüzeyfə!  Əlidən  əl  çəkmə.  Əgər  belə  etsən  məndən  ayrılmış 
olarsan.  Onunla  müxalifət  etsən  mənimlə  müxalifət  etmisən.  Əli 
məndəndir, mən də Əlidən. Onun qəzəbi mənim qəzəbim, onun razılığı 
mənim razılığımdır. 
 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə