Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə27/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   23   24   25   26   27   28   29   30   ...   100

 
80 
◘Pluton  deyir:  “Güzgüyə  bax.  Əgər  üzün  gözəldirsə,  öz  surətinə 
uyğun  işlər  gör.  Yox,  əgər  üzün  qeyri-mütənasibdirsə  nalayiq  işlərlə 
üzünü daha da eybəcərləşdirmə.” 
 
◘Bir  filosofdan  soruşdular:  “Hal  və  mal  cəhətdən  hamıdan  pis 
vəziyyətdə olan kəs kimdir?” Dedi: “Bədgümanlığı ucbatından heç kəsə 
etibar etməyən və bədrəftarlığı ucbatından ona etibar olunmayan kəs.” 
 
◘Nuh  (ə)  buyurur:  “Dünyanı  iki  qapılı  ev  kimi  tanıdım;  birindən 
gəldim, digərindən gedirəm.” 
 
◘Sələbi  öz  təfsirində  nəql  edir:  “Bəxtişu”  Harun  ər-Rəşidin 
nəsranilərdən olan xüsusi məharətli təbibi idi. Bir gün Harun ər-Rəşidin 
hüzurunda Əli ibn Vaqidə dedi:  
“Sizin Quranınızda tibb elmi barəsində heç bir söz yoxdur. Halbuki, 
elm iki qismə ayrılır: 1. Din elmi. 2. Bədən elmi.” 
Vaqid dedi: 
−  Allah-taala  bütün  tibb  elmini  yarım  dənə  Quran  ayəsində 
xülasələndirib və buyurub: 

Yeyin, için, israf etməyin.

 
Təbib dedi: 
− Peyğəmbərinizdən tibb barəsində hədis varınızdır? 
−  Əlbəttə!  Peyğəmbər  (s)  bütün  tibb  elmini  bir  neçə  qısa  cümlə  ilə 
bəyan  edib:  “Mədə  bütün  xəstəliklərin  evidir.  Pərhiz  isə  bütün 
sağlamlıqların başı. Hər bir bədənə adət etdirdiyinizi çatdırın!” 
Həmin nəsrani təbib dedi: 
−  Sizin  Quran  və    Peyğəmbəriniz,  daha  Calyənus  üçün  tibb 
qoymayıb. 
DOQQUZUNCU FƏSİL 
İmam Həsən Müctəbadan (ə) olan hədislər 
◘Köhnə  paltarda  və  pərişan  halda  olan  bir  yəhudi  İmam  Həsəni  (ə) 
bahalı paltar və xoş görkəmdə görüb dedi: “Məgər sizin peyğəmbəriniz 
deməyib  ki,  dünya  möminin  zindanı,  kafirinsə  behiştidir?”  Həzrət  (ə) 
buyurdu: “Əlbəttə!” Dedi: “Elə isə, bu nə behiştdir ki, mənim varımdır 
və  bu  nə  zindandır  ki,  sənin  varındır?”  İmam  (ə)  buyurdu:  “Yəhudi! 
Hədisi  səhv  başa  düşmüsən!  Əgər,  Allahın  mənə  vəd  etdiyi  savab  və 
məqamı  və  sənə  vəd  etdiyi  əzab  və  işgəncəni  bilsən  dərk  edərsən  ki, 
mən indi zindandayam, sən isə behiştdə!” 
 


 
81 
◘Öz  elmini  camaata  öyrət.  Başqalarının  elmini  də  özün  öyrən.  Belə 
olan halda bilikləri infaq etmiş, bilmədiklərini də öyrənmiş olarsan. 
 
◘Bir  adamın  görüşünə  yalnız  sileyi-rəhm,  yaxud,  duasının 
bərəkətindən  istifadə  etməkdən  ötrü  get.  (Yəni,  zərurət  olmadıqca 
dünya tamahından ötrü heç kəsin qapısına getmə.) 
 
◘Əgər  dünya  malından  bir  şey  axtarıb  tapmasan  onu  yadından  elə 
apar  ki,  sanki  heç  bu  fikirdə  olmamısan.  Bil  ki,  imkansızlıq  halında 
səxavət və alicənab olmaq və Allahın təqdirinə razı və qane olmaq rifah 
zamanı  alicənablıq  göstərib  səxavətli  olmaqdan  üstündür.  Əta,  bəxşiş 
və  yaxşılığı  axıra  çatdırmaq  onu  başlayıb  yarımçıq  qoymaqdan 
yaxşıdır. 
 
◘İndi  camaat  qəflət  və  bixəbərlik  evində  yaşayırlar.  Əməl  edirlər, 
lakin, onun nəticəsindən xəbərləri yoxdur. Elə ki, axirətə çatdılar yəqin 
evinə  daxil  olarlar.  Aqibətlərini  görərlər,  lakin,  heç  bir  əməl  görə 
bilməzlər. 
 
◘Yeməkdən  qabaq  əlləri  yumaq  fəqirliyi,  yeməkdən  sonra  əlləri 
yumaq isə qəm-qüssəni aradan aparar. 
 
◘Bir  gün  bir  nəfər  İmam  Həsənin  (ə)  hüzurunda  əllərini  yumadı. 
Həzrət  buyurdu:  “Yu!  Birinci  dəfə  yumaq  (yəni  yeməkdən  əvvəl) 
bizdən  ötrüdür,  (çünki,  yeməyi  bir  yerdə  yeyirik),  ikinci  dəfə  isə 
(yeməkdən sonra) özün üçün, əgər istəməsən də yuma. 
 
◘Hafiz  Əbunəim  “Hilyə”  adlı  kitabında  deyir:  “Əmirəlmöminin  (ə) 
oğlu İmam Həsəndən (ə) dostluq və rəfaqət barəsində müəyyən suallar 
soruşdu, o həzrət də (ə) belə cavab verdi: 
− Doğruçuluq və düzgünlük nədir? 
− Pisliyi yaxşılıqla aradan aparmaq. 
− Şərəf nədir? 
− Qohum-əqrəba ilə xoş davranmaq və bir kəsin boynuna düşən qan 
bahasına səbr etmək. 
− Alicənablıq nədir? 
− İffətli olub malı pak və halal saxlamaq. 
− Yersiz zirəklik nədir? 
−  Dəyərsiz  şeylərdə  hər  xırdalığa  fikir  vermək  və  qiymətsiz  mal-
dövlətdə simiclik etmək. 
− Alçaqlıq nədir? 


 
82 
−Özünü düşünüb həyat yoldaşını düşünməmək. 
− Kərəm nədir? 
− Rifah və imkansızlıq zamanı bəxşiş vermək. 
− Simiclik nədir? 
− Əlində olanı şərəf, infaq etdikləri tələf hesab etmək. 
− Qardaşlıq nədir? 
− Çətinlikdə də asanlıqda da bərabərlik. 
− Xeyir nədir? 
− Dostlara əvəz verib düşməni cəzalandırmaqdan daşınmaq. 
− Qənimət nədir? 
−  Pəhrizkarlığa  meyl,  dünyaya  qarşı  meylsizlik.  Bu  ən  gözəl  və 
bəyənilmiş qənimətdir. 
− Helm nədir? 
− Qəzəbi udub özünü saxlamaq. 
− Ehtiyacsızlıq nədir? 
−  Az  olsa  da  Allahın  qismətinə  razı  olmaq.  Ehtiyacsızlıq  gözütox 
olmaqdır. 
− Fəqirlik nədir? 
− Hər şeyə qarşı həris və acgöz olmaq. 
− Qüdrət nədir? 
− Döyüşdə şücaətli və ürəkli olmaq. 
− Zillət nədir? 
− Bəlaya tab gətirməmək. 
− Cürət nədir? 
− Həmsöhbət və tay-tuşlarla həmahəng olmaq. 
− Təkəllüf (özünə əziyyət vermək) nədir? 
− Lazımsız danışıq. 
− Böyüklük və alicənablıq nədir? 
− Borcu ödəmək və başqalarının xətalarından keçmək. 
− Əql nədir? 
−Əqli nümayiş etdirən mətləblərdən (danışıqlardan) uzaq olmaq. 
− Nur nədir? 
− Yaxşı işlər görüb pis işlərdən çəkinmək. 
− Ehtiyat nədir? 
− İşi tələsmədən yerinə yetirmək və hakimlərlə xoş keçinmək. 
− Axmaqlıq nədir? 
 − Alçaqların arxasınca getmək və yolunu azmışlarla yoldaşlıq etmək. 
− Qəflət nədir? 
− Məscidi tərk etmək və fəsad törədən günahlara itaət. 
− Məhrumiyyət nədir? 
− Sənə üz gətirən bəxti əldən vermək. 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə