Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə19/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   15   16   17   18   19   20   21   22   ...   100

 
56 
◘Dünyada ikiüzlü olanların Qiyamət günü atəşdən iki dili olar. 
İnsanlar ölən zaman iki dəstə olurlar. Bir dəstə rahat olur, digəri isə 
başqalarını  rahat  edir.  Birinci  dəstə  möminlərdir  ki,  dünya 
çətinliklərindən  azad  olurlar.  İkinci  dəstə  kafirlərdir  ki,  ölməkləri  ilə 
bitkilər,  heyvanlar  və  insanlardan  bir  çoxu  onların  şərindən  rahat 
olurlar. 
 
◘Həqiqi  mömin  o  kəsdir  ki,  öz  varını  kasıblarla  bölüşdürsün  və 
insanlar barəsində insaflı olsun. 
 
◘Mömin  o  kəsdir  ki,  yaxşı  işindən  xoşhal,  pis  işindən  narahat 
olsunlar. 
 
◘Həzrət  Əlidən  (ə)  rəvayətdir  ki,  Peyğəmbər  (s)  söhbət  əsnasında 
buyurdu: “Alimlər iki zümrədirlər. Onlardan birincisi elminə əməl edən 
şəxslərdir;  bunlar  nicat  tapanlardır.  Digəri  isə  bildiklərinə  əməl 
etməyənlərdir;  Bunlar  nicat  tapmazlar.  Cəhənnəm  əhli  onların  pis 
iyindən  əziyyət  çəkər.  Ən  böyük  peşmançılıq  və  həsrət  o  alimə 
məxsusdur ki, camaatı haqqa tərəf dəvət edir və camaat da onun sözünə 
baxıb Allaha itət etməklə behiştə varid olur, lakin həmin alim öz elm və 
biliyinin  əksinə  əməl  etmək  və  nəfsani  istəklərinə  uymaq  vasitəsi  ilə 
cəhənnəmə gedir.” 
 
◘Həzrət Əli (ə) bu barədə belə buyurub: “Sizin üçün iki şeydən çox 
qorxuram.  Onlardan  biri  nəfsani  istəklərə  uymaq,  ikincisi  isə  uzun-
uzadı arzu və xəyallardır. Nəfsani istəklərə uyub onun ardınca getmək 
haqq yolunun üzərində olan bir səddir. Uzun-uzadı arzu və xəyallar isə 
axirəti  insanın  yadından  çıxarar.  Dünya  getməkdə,  axirət  isə 
gəlməkdədir.  Bunların  hər  birinin  özünün  övladları  var.  Hər  birinin 
övladları  da  onun  arxasınca  gedir.  Əgər  bacarsanız  dünyanın  yox, 
axirətin  övladı  olun.  Siz  bu  gün  hesabsız  əməl  evindəsiniz.  Sabah  isə 
əməlsiz hesab evinə gedəcəksiniz.” 
 
◘Üzürsüz  olaraq  ayaq  üstə  bövl  etmək  və  sağ  əllə  özünü  yumaq 
cəfakarlıq (və İslam əxlaqına qarşı nəzakətsizlikdir). 
 
◘Yenə  də  o  Həzrətdən  (ə)  nəql  edirlər  ki,  buyurub:  “Həya  iki 
qisimdir. Birincisi insanın zəifliyindən, ikincisi isə imanın qüvvətindən 
irəli  gəlir.  Birincisi  lazım  olan  məsələləri  öyrənməkdən  irəli  gələn, 
ikincisi isə günah zamanı Allah qarşısında edilən həyadır.” 
 


 
57 
◘Yenə də buyurub: “İki nəfər mənim şəfaətimdən faydalanmaz. Biri 
zülümkar  padşahın  qapısını  qoruyan  şəxs,  ikincisi  isə  dində  ifrata 
varmaqla həddini aşan təəssübkeş dindar.” 
 
◘Yenə  də  buyurub:  “Adəm  övladı  qocalsa  da  iki  xislət  onda  cavan 
qalar; hərislik və uzun-uzadı xam-xəyal və arzular.” 
 
◘İmam  hüseyn  (ə)  Peyğəmbərin  (s)  belə  buyurduğunu  nəql  edir: 
“Dünyaya  məhəbbət  bəsləmək  qəm-qüssəni  artırar,  zahidlik  və 
pərhizkarlıq isə qəlb və bədənə aramlıq bəxş edər.” 
 
◘Yenə  də  buyurub:  “İnsanın  iki  şeydən  xoşu  gəlmir.  Biri  ölümdür. 
Baxmayaraq  ki,  ölüm  möminin  çətinliklərdən  qurtarıb  səadətə 
qovuşmasına səbəb olur. Digəri isə var-dövlətin azlığı.” 
 
◘İki  xislət  heç  vaxt  müsəlmanın  qəlbinə  daxil  olmaz.  Biri  xəsislik, 
digəri  isə  bədəxasiyyətlik.  Xəsisliklə  iman  heç  vaxt  bir  qəlbə 
yerləşməz. 
 
◘Yenə də buyurub: “İki şey var ki, onlardan başqa heç nəyə paxıllıq 
etmək  olmaz.  Biri  budur  ki,  Allah  bir  kəsə  bol  var-dövlət  verib,  o  da 
həmin var-dövləti Onun yolunda paylayır. Digəri isə budur ki, bir kəsə 
Quranla ünsiyyət yaradıb, ona yaxşı bələd olmaq kimi böyük bir nemət 
qismət olub və həmin kəs də gecə-gündüz onu oxuyur.” 
 
◘Həzrət Fatimeyi-Zəhra (ə) öz atasına ərz etdi: “Həsən (ə) və Hüseyn 
(ə) sənin övladlarındır.  Onlara bir şey əta et.” Peyğəmbər (s) buyurdu: 
“Həsənə (ə) öz heybət,  zəhm və alicənblığımı, Hüseynə (ə) isə  kərəm 
və  şücaətimi  əta  etdim.  (Yəni,  Allahdan  istədim  ki,  onları  bu 
xüsusiyyətlərlə zinətləndirsin.” 
 
◘Səfvan  Peyğəmbərin  (s)  belə  buyurduğunu  nəql  edir:  “Həsənə  (ə) 
heybət və gözəl davranışımı, Hüseynə (ə) isə səxavət və mehribanlığımı 
(əta etdim).” 
 
◘Peyğəmbər  (s)  buyurub:  “İşa  namazından  sonra  yalnız  iki  nəfər 
oyaq qala bilər; namaz qılan və müsafir.” 
 
◘Mənim  ümmətimin  cəhənnəmə  getməsinə  səbəb  olacaq  əsas  şey 
ağız  və  cinsiyyət  üzvü  arasındakı  nahiyədir.  Onları  cənnətə  aparacaq 
ümdə şey isə xoş xasiyyət və günahlardan çəkinməkdir. 


 
58 
 
◘Allah-təala  buyurub:  “And  olsun  Öz  izzət  və  cəlalıma!  Bəndəmin 
qəlbində  nə  iki  qorxu,  nə  də  iki  arxayınlıq  hissi  yerləşdirmərəm! 
Dünyada Məndən qorxan şəxsə axirətdə qorxu yoxdur və onun qəlbini 
aramlıqla dolduraram. Dünyada məndən qorxmayıb özünü qəzəbimdən 
amanda  hiss  edən  şəxsin  qəlbini  isə  axirətdə  qorxu  ilə  dolduraram  və 
onun üçün heç bir aramlıq yoxdur.” 
 
◘Mənim  ümmətimin  islah  olması  üçün  əvvəlinci  iki  əsas  şey 
günahlardan çəkinmək və yəqindir.  
Onların  həlak  olması  üçün  isə  ən  axırıncı  iki  şey  isə  paxıllıq  və 
tamahkarlıqdır. 
İKİNCİ FƏSİL 
Peyğəmbəri-Əkrəmdən (s) olan əhli-sünnət hədisləri 
◘Hər  kim  ki,  özünü  iki  şeydən  qorusa  Allah  da  bunun  müqabilində 
onu iki şeydən qoruyub hifz edər: Dilini camaatın abır və heysiyyətini 
aradan  aparmaqdan  qoruyan  şəxsi  Allah  da  düz  yoldan  azmaqdan 
qoruyar. Qəzəbinin qarşısını alan kəsdən isə Allah Öz qəzəbini götürər. 
Dünya məhəbbəti ilə Allahı sevmək heç vaxt bir qəlbdə yerləşməz. 
 
◘Qəlbləri nurlandıran şey Allahı yad etmək və Quran oxumaqdır. 
 
◘Rəvayət  olunur  ki,  Peyğəmbərin  (s)  süfrəsində  çörəklə  yeməkdən 
ötrü  iki  növ  xörək  olardısa,  Peyğəmbər  (s)  onların  birindən  qənaətlə 
istifadə edər, digərini isə ehtiyacı olana verərdi. 
 
◘Kifayət  edəcək  qədər  olan  az  var-dövlət  insanı  qəflətə  salacaq  çox 
var-dövlətdən yaxşıdır. İki dirhəm sahibindən çəkiləcək haqq-hesab bir 
dirhəm sahibindən çəkiləcək haqq-hesabdan uzundur. 
 
◘Orta  həddə  yaşayan  şəxs  heç  vaxt  möhtac  olmaz.  Qənaət  bitib-
tükənməyən dövlətdir. 
 
◘Tamahı az olan kəsin bədəni sağlam, qəlbi isə səfalı olar. Tamahkar 
insanın isə bədəni xəstə, qəlbi isə narahat olar. 
 
◘Dünyadan ötrü elə çalış ki, sanki əbədi olaraq dünyada qalacaqsan, 
axirət  üçün  isə  elə  çalış  ki,  sanki  ömrünün  axırıncı  günüdür.  (Yəni, 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə