Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə18/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   14   15   16   17   18   19   20   21   ...   100

 
53 
yoxsulluğunu  gizlədəndir.Cahil  özü  özünün  düşmənidir,  başqasının 
dostu necə ola bilər?! Kişini əsəbləşdiyi vaxt yoxla, nəinki xoşhal olan 
zaman. Bir də qüdrət vaxtı yoxla, nəinki zillət vaxtı.” 
 
◘Loğman  deyib:  “Allahın  zikrindən  başqa  heç  bir  sözün  faydası 
yoxdur.  Axirət  barəsində  fikirləşməkdən  başqa  da  heç  bir  sükutun 
faydası yoxdur. Allaha, Onun dostlarına qarşı mehriban, düşmənlərinə 
qarşı  sərt  olmaqla  yaxınlaş.  Neməti  danmaq  alçaqlıqdır.  Cahil  yoldaş 
nəhslik  gətirər.  Müsibətlərin  ən  pisi  düşməni  şad  etməkdir,  ondan  da 
pisi düşmənə möhtac olmaq.” 
Hikmətamiz məsəllər 
◘Gecə qaçmışların qalxanıdır. Qələm ikinci dildir. Ədəb öyrənməyən 
kəsə  soy-kökü  fayda  verməz.  Bir  saat  elm  öyrənmək  çətinliyinə 
dözməyən şəxs bir ömür nadanlıq çətinliyinə dözməli olar. Dua rəhmət 
kilididir. 
 
◘Dünya  şirinliyi  axirət  acılığı,  dünya  acılığı  isə  axirət  şirinliyidir. 
Şairlərdən qaç, çünki  yalandan ötrü muzd tələb edər. Dünya izzətində 
sultanlara şərik olanlar axirət zillətində da onlarla şərikdir. Doğruçuluq 
sərmayəsiz faydadır. 
 
◘Elə  paltar  geyin  ki,  abrın  getməsin.  Ən  gözəl  pərəstiş  odur  ki, 
sahibinin  halına  uyğun  olsun.  Əgər  ət  bahadırsa,  səbr  ucuzdur. 
Müsibətə səbr etmək bu müsibətə şad olanlardan ötrü müsibətdir. Xoş 
xasiyyəti olanın həm özü rahatdır, həm də yaxınları. 
 
◘Dünyada  böyük  insan  səxavətlilər,  axirətdə  isə  pərhizkarlar  hesab 
olunur. Kərim insan azdan ötrü də minnətdar olar, ləyaqətsiz insan isə 
çoxa da təşəkkür  etməz.  Zarafat insanın heybətini aparar. Qəzəbə itaət 
edən  ədəbdən  üz  döndərib.  Qəzəbin  əvvəli  dəlilik,  axırı  isə 
peşmançılıqdır.  Ən  çətin  cihad  qəzəblə  mübarizədir.  İnsanların  ən 
zülmkarı  odur  ki,  birinə  başqasının  mənfəətinə  görə  əzab-əziyyət 
versin. Xəyanətkarın dəyəri yoxdur. 
◘Dostlarla  əlaqəni  möhkəmləndir,  çünki  onlar  asayiş  və  rahatlıq 
zinəti,  çətinlik  ehtiyatıdırlar.  (Çətinlikdə  köməyə  gələrlər.)  Dostları 
başa  çıxmaq,  xəstələrin  şəfasıdır.  Plutondan  soruşdular:  “Düşməndən 
hansı vasitə ilə intiqam almaq olar?” Dedi: “Fəzl və kərəmlə.” 
 
◘Bir filosofdan soruşdular: “O nədir ki, bütünlüklə sənin xeyrinədir?” 
Dedi:  “Şər  insanlardan  uzaq  gəzmək.”  Başqa  birindən  soruşdular: 


 
54 
“Dördayaqlını nə kökəldər? “Dedi: “Sahibinin gözü.” Bir filosof deyib: 
“İnsanlıq dövlətli olan zaman təvazö etmək, qüdrət zamanı əfv etmək, 
əli  aşağı  olan  zaman  səxavətli  olmaq  və  minnətsiz  əta  etməkdən 
ibarətdir. Alimlər və elm əhli ilə oturub-duran barlı-bəhrəli, ağılsızlarla 
oturub-duran isə dəyərsiz olar. 
 
◘Əqli  az  olanın  zarafatı  çox  olar.  Ədəb  dövlətdir,  onu  işlətmək 
kamal.  Nadanlıq  ziyanla  dolu  olan  dostdur.  Dünyasını  abad  edən 
dövlətini  bada  verib,  axirətini  abad  edən  isə  öz  arzusuna  çatıb.  Öz 
hesabını çəkən şəxs salamat qalar, dinini qoruyan şəxs isə qənimət əldə 
edər. 
Hikmət sahibləri deyiblər: 
◘Fəqirlik  utancdır.  Dövləti  az  olanın  yaxını  da  az  olar.  Batil  yay 
buluduna oxşayır, axırı yoxdur. Hər kəs öz görüşü qədər görər. 
 
◘Əqli sağlam olan həqiqəti görər. Heyvani nəfsə malik olanlar isə hər 
şeyi özünə sərf edən tərzdə görər. 
◘Bir  şair  deyib:  “Ulduz  kiçik  bir  gözə  bənzəyir.  Lakin  bu  gözün 
günahıdır ki, ulduzu kiçik görür, nəinki ulduzun günahı. 
Yenə də hikmət sahibləri deyiblər: 
◘Dostu çox olanın düşmənləri boynuna minər. Yağışlı bulud ildırım 
çaxan zaman yağar, düzdanışan kişi isə vədə zamanı. Alicənab insanlar 
üçün vədə borc kimidir. 
 
◘Kərim  gec  də  olsa  bağışlayar.  Dünya  izzəti  səxavət  və  kərəmlə, 
axirət səadəti isə səcdə ilə əldə olur. 
 
◘Calyənus  ölən  zaman  cibindən  bir  kağız  tapdılar.  Həmin  kağızda 
yazılmışdı:  “Qazanıb  yediyin  bədənə,  sədəqə  verdiyin  ruha,  qoyub 
getdiyin isə başqalarına aid olar. Yaxşı insan bir evdən başqa evə getsə 
də  (dünyasını  dəyişsə  də)  diridir.  Bədrəftar  insan  isə  dünyada  olsa  da 
ölüdür.  Qənaət  (qane  olmaq)  fəqirlik  yolunun  üzərində  olan  səddir. 
Tədbir azı çox edər. Adəm övladının Allaha təvəkkül etməkdən faydalı 
bir şeyi yoxdur. 


 
55 
 
İKİNCİ BÖLMƏ 
İki tərkibli nəsihətlər 
BİRİNCİ FƏSİL 
Peyğəmbərdən (s) nəql olunan şiə hədisləri 
◘Hər gün günəş doğan zaman iki mələk onun kənarında fəryad edib 
deyir:  “Camaat!  Allaha  tərəf  tələsin!  Az,  lakin  kifayət  edəcək  qədər 
olan  mal-dövlət  çox  və  qəflətə  səbəb  olacaq  çoxlu  mal-dövlətdən 
yaxşıdır. 
 
◘İki  iş  var  ki,  onları  yerinə  yetirərkən  kimsənin  mənə  kömək 
etməsindən xoşlanmıram − biri dəstəmaz, digəri isə öz əlimlə dilənçiyə 
verdiyim sədəqə. Çünki sədəqə Allahın əlinə çatır. 
 
◘İki söz var ki, həmişə eşidilməz (yəni, gözlənilməzdir). Bu iki sözə 
gərək  riayət  edilsin.  Bunların  biri  ağılsızın  dediyi  gözəl  sözdür.  Bunu 
qəbul  edin.  Digəri  isə,  ağıllı  insandan  eşitdiyiniz  ağılsız  sözdür.  Bu 
sözə isə etina etməyin. 
 
◘Mənim  ümmətimdən  iki  zümrə  var  ki,  əgər  onlar  ləyaqətli  olsalar 
hamı ləyaqətli olar. Yox əgər ləyaqətsiz olsalar hamı ləyaqətsiz olar. 
Soruşdular: “Ey Allahın rəsulu, onlar kimlərdir?” 
Buyurdu: “Rəhbərlər və fəqihlər.” 
 
◘Behiştin xoş ətri beş yüz illik məsafədən hiss olunur. Lakin bu iy bir 
valideynlərinə əziyyət verib onları incidənlərə, bir də dəyyuslara qismət 
olmaz. 
Soruşdular: “Dəyyus kimlərdir?” 
Buyurdu:  “Dəyyus,  qadınlarının  başqa  kişilərlə  əlaqə  saxladığını 
bilib, buna qarşı heç bir çarə fikirləşməyən biqeyrət kişilərdir.” 
 
◘İkiüzlü  insanlar  qiyamət  səhnəsinə  başı  üstə,  ikidillilər  isə  üzləri 
üstə  süründürülərək  gətirilərlər.  Atəş  onların  bədənindən  elə  püskürər 
ki,  bədən  üzvləri  əriyib  tökülər.  Onları  belə  tanıtdırarlar:  “Bunlar 
dünyada ikiüzlü və ikidilli olanlardır!” 
 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə