Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə15/100
tarix26.10.2018
ölçüsü3,34 Mb.
#75699
1   ...   11   12   13   14   15   16   17   18   ...   100

 
45 
Dilənməyə  (bir  şey  istəməyə)  üzü  olmayan  kəs  hamıdan  ləyaqətlidir. 
Xoş təbiətli insan dostluq və rəfaqətə layiqdir. 
 
◘Səni  məzəmmət  etməklə  qəzəbləndirən  şəxsi  həlimliklə  (gözəl  bir 
helmlə)  moizə  et.  Mal-dövlətini  özü  üçün  xərcləməyə  simiclik  edən 
kəs,  səxavətlə  onu  arvadının  əri  üçün  qoyub  gedər.  Başqasına  etdiyin 
yaxşılığı gizli saxla, başqasının sənə etdiyi yaxşılığı isə aşkar et. Kərim 
insanlarla qonşu olan şəxs kasıbçılıqdan uzaq olar. Əsli pak olanın özü 
də pak olar. 
 
◘İnsanların  ona  etdiyi  yaxşılıqları  inkar  edən  kəsdə  yaxşılıq  olmaz. 
Yaxşılıq  edərkən  minnət  qoyan  şəxsə  təşəkkür  lazım  deyil.  Ücbə 
(özünübəyənməyə)  səbəb  olan  işin  mükafatı  yoxdur.  Özünün  bəd 
əməlindən  razı  olan  kəs  özünün  alçaq  olmasına  şahid  durur.  Əta 
etdiyini (bağışladığı bir şeyi) geri alan kəs xəsislikdə həddini aşıb. 
 

Himmət nərdivanı ilə yuxarı qalxan kəs camaatın gözündə böyüyər. 
Bədxasiyyət  adamın  ruzisi  az  olar.  Mal-dövlətindən  keçən  şəxs  əziz 
olar, hər kəs abır-həyasından keçsə zəlil olar. Ən gözəl sərvət odur ki, 
halal yolla ələ gəlib, halal yerə xərclənsin. 
 
◘Ən  pis  sərvət  odur  ki,  haram  yolla  əldə  olunsun  və  günah  işlərə 
xərclənsin.  Ən  yaxşı  xeyir  iş  dəryada  çağıranların  dadına  çatmaqdır. 
Mərd  xasiyyəti  kamilləşdirən  xüsusiyyət  odur  ki,  öz  haqqını  unudub 
başqaları  haqqında  fikirləşəsən;  belə  ki,  bir  kəsə  pislik  etsən  bunu  ən 
böyük,  əgər  sənə  pislik  edilsə  bunu  kiçik  hesab  edəsən.  Səxavət 
dostların sənə qarşı məhəbbətinə, simiclik isə düşmənçiliklərinə səbəb 
olar. Sənə yaxşılıq edənə pislik etmə, heç kəsə də zərər yetirmə. Zülmü 
və  başqalarının  haqqını  tapdalamağı  uzun  müddət  davam  edən  şəxsin 
həlakı da yaxınlaşır. 
 
◘İnsanların  ən  pisi  zülmkara  kömək  edib  məzlumu  tərk  edəndir. 
Qardaşına  quyu  qazan,  quyuya  özü  düşər.  İnsana  heç  bir  zərər 
yetirməyən  pəltəklik,  peşmançılıq  gətirən  gözəl  nitq  qabiliyyətindən 
üstün  və  xeyirlidir.  Nalayiq  söz  danışan  xoşagəlməz  şey  eşidər. 
Şəhvətini  boğan  şəxs  öz  alicənablığını  artırır.  Düşmənçilik  qılıncı 
çəkənin  qılıncı  başında  qınına  girər.  Bəxşişi  çox  olanın  dostu  da  çox 
olar.  Zülmdən  çəkin!  Çünki  o,  kişiləri  bir-birinə  qarşı  qaldırar  və 
ömürləri  azaldar.  Qənaət  (qane  olmaq)  bədənin  asayişidir.  Təcrübənin 
çoxluğu əqlin artmasına səbəb olar. 
 


 
46 
◘Uzaq da, yaxın da sözgəzdirəndən uzaq gəzər. Qadınlarla məşvərət 
edənin əqli xarab olar. Helmi olan şəxs böyük olar. Öz izzətini istəyən 
şəxs gərək pulu xar etsin. Yol ilə düz gedənin ayağı büdrəməz. 
 
◘Haqqın  bəndəsi  azaddır.  Yaxşılığından  sənə  bir  pay  ayırana  sən 
təşəkkürünün  hamısını  ver.  Səbr  və  tələsməməklik  arzuya  çatmağa 
səbəb  olar.  Elmi  qorumaqdan  ötrü  onu  əhlinə  tapşırmaqdan  gözəl  şey 
yoxdur. Bəzən əta xətadır, inayət (xeyirxahlıq) cinayət. 
 
◘Əgər  qılınc  olmasaydı  tərslik  çox  olardı.  Əgər  doğruçuluq  cism 
şəklinə düşsə aslan olar, yalan cism şəklinə düşsə tülkü. Əgər nadanlar 
və cahillər sussa, ixtilaf aradan gedər. İşlərini dərrakə ilə yoluna qoyan 
şəxs sirlərə varar. Bir xoşagəlməz sözü eşitməyə dözməyən bir neçəsini 
eşidər. 
 
◘Öz eyiblərini axtaranın ruhu pak olar. Arzuların sonuna çatan şəxs 
nigarançılığın da sonunu gözləsin. Dünyanın izzətində sultanlarla şərik 
olan  axirət  zillətində  də  onlara  şərikdir.  Fəqirlik  zirək  insanın  dilini 
bağlayar. Xəstəlik bədənin zindanıdır, qüssə isə ruhun. 
 
◘Hədiyyə dünya bəlasını qaytarar, sədəqə isə axirət bəlasını. Tamah 
azad  insanı  qul  edər,  qənaət  isə  (qane  olmaq)  qulu  azad.  Fürsət  tez 
keçir,  lakin  gec  ələ  düşür.  Dilin  həcmi  kiçikdir,  günahı  isə  böyük. 
Ədalət  gününün  zalım  üçün  çətinliyi,  zülm  gününün  məzlum  üçün 
çətinliyindən daha artıqdır. 
 
◘Peyğəmbər  (s)  sünnəsinə  tabe  ol  və  bidət  yaratma.  Səni  heç  bir 
ehtiyacı olmadan qoruyanın dediklərinə riayət et. O kəslərdən olma ki, 
aşkarda  şeytana  lənət  edib,  gizlində  ona  tabe  olsunlar.  Sənin  dostun 
sənə düz söz deyəndir, nə inki, səni təsdiq edən. İsrafda xeyir olmadığı 
kimi, xeyirdə də israf yoxdur. 
 
◘Özünün qiyməti olmayan malını Allah  yolunda sərf edən kasıb, öz 
yaxşı  imkanından  az  miqdarda  sərf  edib  minnət  qoyan  dövlətlidən 
üstündür. Tamah fəqirlik, qənaət isə dövlətdir. Camaatın dövlətinə göz 
dikməyən  şəxsin  onlara  ehtiyacı  olmaz.  Həyat  keçib  gedən  saatlardan 
və xoşagəlməz hadisələrin təkrarından ibarətdir. 
 
◘İbn Məsud deyir: Hər  gün bir mələk fəryad  edib deyir:  “Ey  Adəm 
övladı! Kifayət qədər olan az, tüğyana səbəb olan çoxdan üstündür. 
 


 
47 
◘Üveys Qərəni deyib: Hikmət sahiblərinin sözlərindən heç biri mənə 
bu  cümlə  qədər  fayda  verməyib:  Bir  üzlə  həmahəng  ol  ki,  başqa 
üzlərdən  ehtiyacsız  olasan;  Allahla  həmdəm  ol  ki,  səni  başqalarına 
möhtac olmağa qoymasın. 
ON İKİNCİ FƏSİL 
Hikmət sahiblərinin dediklərindən 
◘Bir həkim (hikmət sahibi) başqasına yazıb: “Öz hesabını çəkən kəs 
fayda əldə edər, hər kəs özündən qafil olsa zərər görər. 
 
◘Loğmana  dedilər:  “Sən  filan  qəbilənin  nümayəndəsi  deyilsənmi? 
Dedi:  “Bəli.”  Dedilər:  “Nə  səbəbə  bu  məqama  çatmısan?”  Dedi: 
“Düzdanışmaq, əmanətdarlıq, boş-boş işlərdən çəkinmək, göz yummaq, 
dilini  saxlamaq  və  möhkəm  xasiyyətli  olmaqla.  Hər  kəs  bunlardan 
azına malik olsa məndən aşağıdır. Hər kəs bunlardan çoxuna malik olsa 
məndən yuxarıdır. Hər kəs bu dərəcədə olsa mənimlə bərabərdir.” 
 
◘Öz  oğluna  vəsiyyətində  belə  buyurur:  “Oğlum!  Şər  şər  vasitəsi  ilə 
sakit  olmaz,  necə  ki,  atəş  atəş  vasitəsi  ilə  sönməz.  Əksinə,  şər  xeyir 
vasitəsi ilə, atəş isə su vasitəsi ilə sakitləşər.” 
Heç  kəsin  ölümünə  sevinmə,  işi  çətinə  düşənə  məsxərə  etmə.  Öz 
xeyrin üçün həsrət çəkmə. 
Ey  oğul!  Əmanətdar  ol  ki,  imkanlı  olasan.  Ey  əziz  övlad!  Sən 
dünyaya  gələn  gündən  dünya  sənin  arxanda,  axirət  isə  qarşındadır. 
Ömrünün  günləri  keçdikcə  dünyadan  daha  da  uzaqlaşır  və  axirətə 
yaxınlaşırsan. 
 
Ey  oğul!  Təqvanı  öz  ticarətin  et  ki,  əlində  heç  bir  sərmayə  olmadan 
çoxlu  xeyir  sənin  başına  tökülsün.  Səhv  edən  zaman  isə  arxasınca 
sədəqə göndər ki, bununla onun şöləsini yatırasan. 
Ey  oğul!  Moizə  qəbul  etmək  ağılsız  insanlar  üçün  taqətdən  düşmüş 
qocanın üzü yuxarı getməsi kimi çətindir. 
Əziz  övlad!  Zülm  etdiyin  kəsə  etdiyin  pisliyə  görə  deyil,  ona  zülm 
etməklə öz törətdiyin cinayətin üçün nalə et. Əgər bir gün əlində olan 
qüdrət səni zülmə tərəf çəksə, Allahın qüdrətini yad et. 
Ey  oğul!  Bilmədiyin  şeyi  alimlərdən  öyrən.  Bildiklərini  də  camaata 
öyrət.” 
 
◘Başqa bir vəsiyyətində də öz oğluna belə deyib: 


Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə