Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 3,41 Mb.
səhifə29/61
tarix02.12.2017
ölçüsü3,41 Mb.
#13558
1   ...   25   26   27   28   29   30   31   32   ...   61

XƏVARİC (3)

FİRQƏLƏR




1. Xəvaric neçə dəstə və firqəyə bölünür?

2. Bu firqələrdən hansı indiyə kimi davam etməkdədir?

Xəvaric cərəyanı özünün ifratçı nəzəriyyələrinə, sabit və aydın bir ideoloji fikirdən məhrum olduqlarına görə çox tez bir zamanda müxtəlif firqələrə bölündü.

Bu firqələrin arasında səkkizi digərlərinə nisbətən daha mühümdür. O səkkiz firqənin özü də müxtəlif firqələrə bölünmüşlər ki, onların hamısı tarixi hadisələr nəticəsində aradan getmiş və yalnız Əbaziyyə firqəsi indiyə qədər öz həyatını davam etdirə bilmişdir. Bu firqənin ardıcılları da hal-hazırda Əmmanda və kiçik bir qrupları Tanzaniya, Liviya, Əlcazir və Tunisdə yaşayırlar.

Xəvaricin səkkiz əsas firqəsi aşağıdakılardan ibarətdir:



1. Mühəkkimə, yaxud Həruriyyə;

Bu firqə həkəmiyyət zamanı Əmirəl-mö᾽minin Əlinin (ə) qarşısında dayanan və ondan sonra Həruraya yığışan şəxslərdən ibarətdir. Bu firqə həkəmiyyətlə müxalifət etdiklərinə görə Mühəkkimə, Hərurada bir yerə toplaşdıqlarına görə isə Həruriyyə adı ilə məşhurlaşıb.

Əbdüllah ibni Vəhəb Rasiqi, Urvət ibni Cərir, Yezid ibni Asimə, Hərqus ibni Züheyr və İtab ibni Ə᾽vər bu qrpun rəhbərlərindən idi.

Bu qrupun İslami firqələrin heç birində görünməyən və sair firqələrdə bid᾽ət sayılan əqidələrindən biri də budur ki, nəinki imaməti Qüreyşdən başqasına caiz bilmirlər, üstəlik inanırdılar ki, camaat hər kəsi öz rə᾽yilə seçsə və o, camaatın istəyi və rə᾽yi əsasında əməl etsə imamdır, əgər yolunu dəyişdirsə, yaxud haqdan (camaatın dərk etdikləri tərzdə) dönsə, onun işdən çıxardılması və yaxud qətlə yetirilməsi vacib olacaqdır. Bundan əlavə inanırdılar ki, ümumiyyətlə imamın olmaması da caizdir.

Bu qrupun törətdiyi bid᾽ətlərdən biri də bu idi ki, Əmirəl-mö᾽minin Əlinin (ə) həkəmiyyət məsələsində xəta etdiyinə inanır və deyirlər ki, Əli (ə) o iki kişinin (Əmr As və Əbu Musa) hökmünü təsdiq etdi, halbuki hökm yalnız Allaha məxsusdur. Əlinin (ə) barəsində bu kimi sözləri elə bir halda davam etdirirdilər ki, o həzrət həkəmiyyətə məcbur edilmişdi və buna görə də «La hökmə illa lillah» şüarının cavabında buyururdu: «Bu kəlmə batil məqsədlə deyilən haqq bir kəlmədir. Bəli, hökm yalnız Allaha məxsusdur, lakin onlar deyirlər ki, rəhbərlik Allahdan başqasına məxsus deyildir. Halbuki camaatın həmişə rəhbərə ehtiyacı vardır. İstər yaxşı əməl sahibi olsun, istərsə də pis əməl sahibi (yə᾽ni, rəhbərin varlığının zərurəti elə bir həddədir ki, əgər saleh şəxs olmasa, saleh olmayan bir şəxs də rəhbərliyi öhdəsinə almalıdır)»1

Bu qrupun əqidə üsulları sair xəvaric firqələrinin əqidə və düşüncələrinin əsası oldu. Onların e᾿tiqadi əsaslarının bə᾿zisində müəyyən fərqlər də var idi. Nəcdad firqəsindən başqa hamısı Əli ibni Əbi Talibi, Osman ibni Əvfanı, Cəməl səhabələrini, həkəmeyni və həkəmiyyətə razı olan hər bir şəxsi kafir hesab edir və bundan əlavə böyük günah edənləri də kafir sayırdılar. Mühəkkimə firqəsinin ideoloji əsasları 28-29-cu dərslərdə bu iki firqənin mübahisələrində bəyan olundu.



2. Əzariqə;

Bu firqə ardıcılları Əbi Raşid Nafe ibni Əzrəq Hənəfinin ardıcıllarıdır. Onlar öz müxaliflərini kafir deyil, müşrik hesab edirdilər (Mühəkkimə isə kafir hesab edirdi).

İbni Əzrəq öz müxaliflərinə qarşı çox barışmaz və məntiqsiz bir adam idi. O, Qur᾽ani-Kərimin çox səthi təfsir və tə᾽biri əsasında öz əqidə prinsiplərinə Qur᾽andan dəlil gətirməyə çalışırdı. Onun ifratçı əqidələrindən biri də bu idi ki, bütün cəmiyyətlər, o cümlədən islam cəmiyyəti Darul-küfrdür və hamısı cəhənnəm əhlidir, yalnız öz imanlarını (Əzariqənin özünün başa düşdükləri kimi) izhar edənlərdən başqa; eləcə də mö᾽minlərdən (yə᾽ni, ibni Əzrəqin ardıcıllarından) heç birinə namaz üçün başqalarının də᾽vətini qəbul etmək, yaxud başqasının kəsdiyi heyvan ətindən yeməsi və onlarla izdivac etməsi caiz deyildir. Həmçinin, heç kəs irs aparmır, çünki, sairləri (xəvaricdən başqaları) kafir və bütpərəstlər kimidir, onlara qılınc və yaxud İslamın qəbul edilməsindən başqa bir təklif irəli sürülmür.

İbni Əzrəq hətta bitərəflik mövqeyini də qəbul etmir və inanırdı ki, bu qrup ya müsəlman olmalı, ya da İslam ölkəsindən (yə᾽ni, xəvaricin yerləşdiyi yerdən) çıxarılmalı, əks halda isə öldürülməlidir.

Əzariqənin sair bid᾽ətləri kimi aşağıdakıları qeyd etmək olar:

Müxaliflərin arvad və uşaqlarının qətlinin halal olması, müşriklərin uşaqlarının ataları ilə birlikdə cəhənnəm əhli olacaqlarına hökm etmək, Allahın be᾽sətdən qabaq kafir olan, yaxud peyğəmbərlikdən sonra kafir olacağını bildiyi bir şəxsin peyğəmbərliyə seçməsini caiz olması və s.



3. Nəcdat;

Bu firqənin üzvləri Nəcdət ibni Amir Hənəfinin ardıcıllarıdır (h.q.69). Bu firqə Nafe ibni Əzrəqin özündən göstərdiyi çox tələbkar və şiddətli reaksiyaların ardınca yaranmışdır. Çünki başda Əbu Füdeyk Təmimi və Ətiyyə ibni Əsvəd Hənəfi olmaqla xəvaricdən bir qurupu bu kimi ciddi tələbkarlıqdan cana doyaraq Yəmaməyə getmişdilər.

Orada Nəcdəti mö᾽minlərin əmiri seçib Nafenin ardıcıllarını kafir hesab etdilər. Amma çox keçmədən bu firqənin özü üç kiçik firqəyə bölündü. Birinci firqə Ətiyyənin rəhbərliyi altında olub Ətəviyyə adlandırıldı, digər bir qrup Əbu Füdeykin rəhbərliyi ilə yarandı ki, Nəcdətin çox qatı müxaliflərindən idi və axırda da Nəcdət onun köməkçilərinin vasitəsi ilə öldürüldü. Üçüncü qrup isə Nəcdətə vəfadar qalanlar idi.

Nəcdatın ardıcılları şərab içən şəxsə hədd (şallaq) vurulmasını ləğv etdilər və dedilər ki, hər kəs haram bir şeyə nəzər etsə, yaxud bir yalan desə, ya ona israr etsə müşrikdir. Amma əgər bir kəs zina və oğurluq etsə, şərab içsə və bu işə israr etməsə müsəlmandır; bu şərtlə ki, xəvaricdən olsun.



4. Mücaridə;

Bu firqə Əbdülkərim ibni Əcrüdün vasitəsi ilə yaradıldı. O, Ətiyyət ibni Əsvədin səhabələrindən idi və onunla olan bə᾽zi nəzər ixtilaflarına görə ondan ayrılmışdı. Buna əsasən onun nəzərləri Nəcdətə çox yaxın idi.

Bu firqə həddi-büluğa çatmayan bir uşağı, həddi-büluğa çatmayıb İslam dininə dəvət olunmayanacan, İslam, küfr və şirk hökmünə şamil etmirlər. Həmçinin Əzariqənin əksinə olaraq, bitərəf şəxsləri təqvalı olması şərti ilə qəbul edir, onlardan bizarlıq etmirdilər.

Onların çox qəribə əqidələrindən biri bu idi ki, «Yusif» surəsinin Qur᾽anın bir hissəsi olmasını qəbul etmirdilər. Çünki orada eşq və aşiqlik məsələsi irəli çəkilmişdir və onların nəzərinə görə bu, Allah kəlamına yaraşmayan bir işdir.



5. Süfriyyə;

Süfriyyə Ziyad ibni Əsfərin ardıcıllarıdır. Onların nəzərinə görə, şəriətdə hədd vurulması nəzərdə alınan böyük günahlardan birini görən şəxs bu günaha mürtəkib olsa, kafir və ya müşrik olmur. Lakin, o böyük günahın adı ona qoyulacaqdır. Məsələn zinakar, oğru, qəsb edən və s. Amma şəriətdə hədd nəzərdə alınmayan bir günaha mürtəkib olsa, ona kafir deyiləcək. Namazı tərk etmək və yaxud da müharibədən qaçmaq kimi günahlar.



6. Beyhəsiyyə;

Bu firqənin üzvləri ibni Beyhəs Heysəm ibni Cabirin ardıcıllarıdır. Əbu Beyhəs inanırdı ki, bir kəsə yalnız o zaman müsəlman demək olar ki, Allaha, Onun peyğəmbərinə və ilahi övliyalara mə᾽rifət kəsb edib Allah düşmənlərindən bəraət (bezarlıq) etsin və eləcə də müqəddəs şəriətdə gələnlərin (Allahın haram etdiyi və Onun barəsində əzab qərar verdiyi şeylər) hamısını iqrar etsin.



7. Süalibə;

Bunlar Sə᾽ləbə ibni Amirin ardıcıllarıdır. Sə᾽ləbə ilk əvvəllər Əbdülkərim ibni Əcrüdlə yanaşı idi, amma uşaqların hökmü barəsində aralarında ixtilaf yarandıqdan sonra ondan ayrıldı. Çünki Sə᾽ləbə müsəlman uşaqlarını müsəlman hesab edirdi. Buna görə də Ücaridə Sə᾽ləbədən bezarlıq etdi, Sə᾽ləbə və onun dostları yeni bir firqəni yaratdılar.



8. Əbaziyyə.

Bu firqənin banisi Əbdüllah ibni Əbaz Təmimidir. Doğum və vəfat tarixi mə᾽lum deyildir. Amma, Müaviyə ibni Əbu Süfyanın dövründə olmuş, Mərvanın xilafətinə qədər (h.q.65-87) yaşamışdır. Əbdüllah ibni Əbazdan əlavə Əbu Şə᾽saadı ilə tanınan Cabir ibni Zeydi də bu firqənin banisi kimi qeyd edirlər. Bu firqənin tədqiqatçılarından bə᾽ziləri inanırlar ki, İbni Əbaz öz ideoloji əsaslarını Cabirdən əxz etmişdir. Cabir h.q.18-ci ildə dünyaya gəlmiş, h.q.93-cü ildə isə dünyadan getmişdir. O, Peyğəmbər (s) səhabələrinin çoxundan elm öyrənmişdir. Bə᾽zi tədqiqatçılar bu iki nəzəri bir yerə belə cəm edirlər ki, Əbaziyyə firqəsinin iki rəhbəri olmuşdur, biri Cabir kimi əqidəvi rəhbər, digəri isə Əbaz kimi siyasi rəhbər.

Hər halda Əbaziyyə firqəsi, dərsin əvvəlində qeyd olunduğu kimi, yalnız xəvaricdən qalan yeganə firqədir ki, hazırkı dövrə qədər gəlib çıxmışdır və onun ardıcılları İslam dünyasının müəyyən məntəqələrində vardır.

Əbazi yazıçılardan bə᾽ziləri deyir: «Əbazi firqəsi yalnız iki məsələdə, yə᾽ni həkəmiyyətin səhv olması və imamətin Qüreyşdən olmayan şəxsə caiz olması kimi iki məsələdən başqa sair üsul e᾽tiqadlarında islam firqələri ilə çox da fərqlənmir. Belə ki, Allahın sifəti, Allahın görünməsi, tənzih, tə᾽vil, Qur᾽anın hadis olması kimi məsələlərdə Mö᾽təzilə və şiələrlə müvafiqdir; şəfaətdə Mö᾽təzilə ilə eyni əqidədədir, yaxud qəzavü-qədər və fe᾽llərin xəlq olunmasında Əşərilərlə eyni rə᾽ydədir.1 Əlbəttə, Əbaziyyə qeyd olunanlardan başqa bə᾽zi üsuliddin məsələlərində sair xəvaric firqələri ilə eyni əqidədədir. O cümlədən, imamət məsələsində nəssin inkarı, böyük günahlara mürtəkib olanların cəhənnəmdə əbədi qalması və onlara şəfaətin çatmaması, kəbirə günahlara mürtəkib olanları müşrik hesab etmək və s.


SUALLAR VƏ TAPŞIRIQLAR


1. Həruriyyə kimlərə deyilir?

2. Əmirəl-mö᾽minin Əli ibni Əbi Talib (ə) «La hökmə illa lillah» şüarı barəsində nə buyurdu?

3. İbni Əzrəqin nə kimi nəzərləri vardır?

4. Nəcdatın kiçik firqələrə parçalanmasının səbəbi nə idi?

5. Kimlər «Yusif» surəsini Qur᾽anın bir hissəsi olmasını qəbul etmirdilər və nə üçün?

6. Beyhəsiyyənin iman və küfr barəsindəki nəzəri nədir?

7. Süalibə Ücaridədən necə ayrıldı?


Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə