Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 3,41 Mb.
səhifə5/61
tarix02.12.2017
ölçüsü3,41 Mb.
#13558
1   2   3   4   5   6   7   8   9   ...   61

ƏHLİ-HƏDİS (2)

E᾿TİQADİ ÜSULLARI (1)




Qəza və qədər barəsində əhli-hədisin əqidəsi nədir?

1. Əhli-hədislə digər İslami firqələr arasında olan fərqlər nədən ibarətdir?

2. Əhli-hədis qəza-qədər məsələsində cəbrə inanırlar, yoxsa ixtiyara?

Keçən dərsdə əhli-hədis firqəsi, eləcə də onların mühüm əqidə mənbələri ilə qısa şəkildə tanış olduq. Bu və gələn dərsdə onlarla digər firqələr arasında müşahidə olunmayan xüsusi prinsiplər araşdırılacaq. Əhli-hədisin qeyd olunan əqidələrindən bə᾿ziləri aşağıdakılardan ibarətdir:

1. Qəza və qədər;

2. Xəbəri sifətlər;

3. Səhabələrin ədaləti;

4. Xəlifələrin xilafətinə iman;

5. Hakimə itaət.

1. ƏHLİ-HƏDİS NÖQTEYİ-NƏZƏRİNDƏN QƏZA VƏ QƏDƏR MƏSƏLƏSİ


Qəza və qədər məsələsi kəlam alimləri arasında həmişə münaqişə və mübahisəyə səbəb olan mühüm və həssas bəhslərdəndir ki, bu barədə müxtəlif nəzərlər irəli sürülmüşdür.

İlahi qəza və qədər məsələsi əhli-hədis tərəfindən (sonralar da əş᾿ərilər tərəfindən) mütləq məcburiyyət şəklində bəyan və tə᾿rif edilmişdir.

Əhməd ibni Hənbəl «Əs-sünnə» kitabında belə deyir:

Qədər barəsində - onun xeyir və şər olması, azlığı və çoxluğu, aşkarlığı və gizlin olması, şirinliyi və acılığı, sevilməsi və xoşagəlməz olması, yaxşısı və pisi, əvvəli və axırı - olan mülahizələrin hamısı Allah tərəfindəndir. Öz qəzasını bəndələrinə hökm edən məhz Allah-taaladır və onlar ilahi təqdirdən kənara çıxa bilməzlər; onlar müəyyən olunmuş yolla hərəkət edir və müqəddər olunmuş əsasda qərar tuturlar. Bu da Allahın ədalətidir. Zina və oğurluq, şərabxorluq, başqalarını (nahaq yerə) öldürmək, haram mal yemək, Allaha şərik qoşmaq, bütün günah və üsyankarlıqlar ilahi qəza və qədər əsasındadır. Bu barədə bəndələrin Allaha qarşı heç bir höccəti də yoxdur, əksinə bəndələrinə yetərli höccəti olan məhz Allahdır. «Allah gördüyü işlər barədə sorğu-sual olunmaz; onlar (bütün bəndələr) isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəklər.1

Allahın elmi Onun istək və iradəsi əsasında olub, Öz bəndələrinə hakimdir. Allah-taala İblisin günahına və həmçinin onun zamanından qiyamətədək yaşayacaq hər bir şəxsin etdiyi mə᾿siyətə agahdır və onları bu iş üçün yaratmışdır. Həmçinin itaət əhlinin itaətinə də agahdır və bunları da itaət üçün xəlq etmişdir. Deməli, hər bir varlıq (əvvəldə) nə üçün xəlq edilmişsə, məhz həmin əsasda da yaşayıb, Allahın onlar üçün iradə etdiyi yolla hərəkət edəcəklər və heç bir kəs ilahi təqdiri dəf edə bilməz.

Hər kəs Allahın günahkar bəndələr üçün xeyir arzuladığını, lakin onların özlərini pisliyə və günaha batıraraq nəfsani istəklərinə əməl etdiyini güman etsə, bəndələrin iradəsinin Allah-taalanın iradəsinə qalib gəldiyini təsəvvür edirlər. Allaha qarşı bundan da böyük iftira ola bilərmi?!

Hər kəs zinanın ilahi təqdir əsasında olmadığını güman etsə, ona demək lazımdır ki: «Görmürsən ki, bu qadın zinadan hamilə olub və uşaq doğmuşdur? Məgər bu uşağın doğulması Allahın istəyi ilə olmayıb və görəsən o, Allahın elmindən kənarda baş verib?» Əgər cavab mənfi olarsa, onda həmin şəxs Allahdan başqa bir yaradanın olmasını güman etmiş olar ki, bu da öz növbəsində aşkar şirkdir.

Oğurluq, şərab içmək, haram mal yemək və bu kimi digər işlərin ilahi qəza əsasında olmadığını güman edən şəxslər, başqasının ruzisini yeməyə qadir olduğunu güman etmiş olur və bu da məcusların əqidəsidir. Əksinə, ona ruzi verən məhz Allahdır və ilahi qəza belə olmuşdur ki, bu şəxs ruzisini həmin yolla əldə etsin.

Hər kəs qətli-nəfsin, yə᾿ni başqasını nahaq yerə öldürməyin ilahi təqdir əsasında olmadığını güman etsə, öldürülən şəxsin öz əcəli ilə ölmədiyini güman etmiş olur. Bundan da aşkar bir küfr ola bilərmi? Əlbəttə bu, ilahi qəza və qədər əsasındadır, bütün işlər Allahın təqdiri və iradəsi ilədir, Allahın elmi bunların hər birinin arxasındadır. Bu da ədalət və haqdır, çünki O, iradə etdiyi hər bir şeyə qadirdir. Hər kəs Allahın elmini qəbul etsə, Onun iradə və qüdrətini də hökmən iqrar etməlidir.»

Əbul Həsən Əş᾿əri də İbanə kitabının 15-19-cu bəndlərində belə deyir:

15. Biz inanırıq ki, yer üzündə olan hər bir xeyir və şəri Allah istəmişdir, hər bir şey Onun iradəsi ilədir, Allah iradə etməzdən öncə, heç bir şəxsin heç bir işə qüdrəti yoxdur.

16. Biz Allahdan ehtiyacsız deyilik və Onun elmindən xaric ola bilmərik.

17. Biz inanırıq ki, Allahdan başqa heç bir yaradan yoxdur, bəndələrin əməlləri də Allahın məxluqudur və Onun təqdiri əsasındadır. Belə ki, Allah-taala buyurur: «Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!»2 Allahın bəndələrindən heç biri heç vaxt bir şey xəlq etməyə qadir deyildir və onun özü də Allahın məxluqudur. Həmçinin buyurur: «Müşriklərin Allahdan qeyri ibadət etdikləri (bütlər) heç bir şey yarada bilməzlər, əksinə, onlar özləri ( daşdan, ağacdan və s.-dən) yaradılmışlar.3 Başqa yerdə buyurur: «Heç yaradan (Allah) yaratmayana (bütlərə) bənzəyərmi?!4 Həmçinin digər bir yerdə buyurur: «Yoxsa onlar heç bir şeydən yarandılar?!1 Bu mə᾿na Allahın kitabında daha çox nəzərə çarpır.

18. Allah-taala mö᾿minlərə, Ona itaət etməkdə müvəffəqiyyət vermiş, onlara lütf və mərhəmət əta etmiş, onları islah və hidayət etmişdir. Kafirləri yoldan azdırmış, onlara hidayət olunmaq və iman gətirmək ne᾿məti qismət etməmişdir. (Halbuki, bə᾿ziləri azğınlıq üzündən bunun əksini güman etmişlər.) Əgər onlara lütf və mərhəmət etsəydi, onlar da saleh insanlar olardılar, əgər hidayət etsəydi, düz yolda olardılar. Necə ki, buyurur: «Allahın doğru yola yönəltdiyi şəxs doğru yolda olan, (haqq yoldan) azdırdığı şəxslər isə ziyana uğrayanlardır!2

Allah kafirləri islah etməyə, mö᾿min olsunlar deyə, onlara mərhəmət etməyə qadirdir, lakin Öz elmi əsasında bunların kafir olmasını iradə etmişdir. Buna görə də onları xar edərək qəlblərinə möhür vurmuşdur.

19. Xeyir və şər ilahi qəza və qədərdir, biz də qəza və qədərə iman gətirmişik, istər xeyir olsun, istərsə şər, istər şirin olsun, istərsə acı. Bunu da bilirik ki, bizə çatmayan şeylər müqəddər olunmamışdır. Bizə çatan şeylərin də bizdən dəf olunması qeyri-mümkündür. Bəndələr, Allah istəməyincə, özləri üçün heç bir fayda və ziyana malik deyillər. Necə ki, buyurur: «De ki: Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm.»3 Biz bütün işlərdə Allaha pənah aparırıq. Hər bir halda öz ehtiyac və fəqirliyimizi Ona təqdim edirik.


TƏNQİD VƏ ARAŞDIRMALAR


Əhməd ibni Hənbəl və Əbul Həsən Əş᾿ərinin nəzərindən belə nəticə alınır ki:

1. Əhli-hədis qəza və qədər barəsində istinad etdikləri ayələrin zahiri mə᾿naları ilə kifayətlənmiş, onların tə᾿vil, yozum və təfsirindən imtina etmişlər.

2. İlahi qəza və qədərə e᾿tiqad bəsləməyi cəbrə e᾿tiqad bəsləməklə bərabər bilmiş, qəza və qədər barəsində hər növ başqa təfsir və tə᾿rifi inkar etmişdir.

3. İlahi qəza və qədərə e᾿tiqadı özlərinin şəxsi fikirləri və tə᾿rifləri əsasında götürərək, bunu tövhid e᾿tiqadının nəticəsi, onu inkar etməyi isə küfr hesab etmişlər.

4. İnsan üçün ixtiyari işləri qəbul etməyi Allahın iradəsinə dəxalət, xilqət və yaranışda şəriklik kimi cilvələndirmişlər.

5. Allahın elmini ilahi qəza və qədərin mənşəyi hesab etmişlər. Buna görə də insanın ixtiyari fe᾿llərinin mümkünlüyünü Allahın elmi ilə təzadlı hesab edib, onu rədd etmişlər.

Əhli-hədisin nəzərlərinə tutulan irad və tənqidlər aşağıdakılardır:

1. Əgər ayə və rəvayətlərin zahiri mə᾿nasına əməl olunmalıdırsa, onda gərək insanın xeyir və şər əməllərini onların özlərinə nisbət verən ayələrə də iman gətirmək lazımdır. Belə ki, Allah-taala buyurur: «Biz ona haqq yolu göstərdik. İstər (ne᾿mətlərimizə) minnətdar olsun, istər nankor.»4 Başqa bir yerdə buyurur: «(Ya Məhəmməd!) De ki: Ey insanlar! Artıq Rəbbininzdən sizə haqq (Qur᾿an və peyğəmbər) gəlmişdir. Doğru yolu tutan özünə savab, doğru yoldan azan isə günah qazanar. Mən sizə zamin deyiləm!»1 Digər bir ayədə buyurur: «Kim yaxşı bir iş görsə, xeyri özünə, kim də bir pislik etsə, zərəri özünə olar!2 Yaxud belə buyurur:«Rəbbinizdən sizə aşkar dəlillər gəlmişdir. Kim (onları) görsə, lehinə, kim görməsə, əleyhinədir.Mən sizə nəzarətçi deyiləm.»3 Həmçinin buyurur:«Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də!»4

2. Əgər mö᾿minlərin imanı, kafirlərin küfrü ilahi qəza və qədər əsasında olsaydı, peyğəmbərlərin göndərilməsi və asimani kitabların nazil edilməsi əbəs və yersiz bir iş olardı. Halbuki, Qur᾿an bunların camaatın hidayəti, tə᾿limi və ruhlarının paklanması üçün göndərildiyini aşkar şəkildə qeyd edir.

3. Əgər zina, oğurluq, haram yemək və bir sözlə, bütün yaramaz işlərə mürtəkib olmaq ilahi qəza və qədər əsasındadırsa, onda çirkin işlərin Allaha nisbət verilməsi mütəal Allahın zatına yaxılan iftira olacaqdır. Halbuki, Allah-taala özü pis işlərə əmr etməyi qadağan edərək buyurur: «De ki: Allah ədəbsizliyə (yaramaz işlərə) əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi danışırsınız!5

4. İlahi elm qəza və qədərin mənşəyidir. Amma insanın ixtiyarı ilahi elmlə zidd deyildir. Çünki insanın ixtiyarı da ilahi təqdir və istək əsasındadır və ilahi elm bir şeyə aid olanda onun müqəddimə və şərtlərinə də aid olur. Buna əsasən, ilahi elmin insanın ixtiyari fe᾿llərinə aid olması onun ixtiyari sifəti ilə yanaşı olur. «Allah filan xeyir işin, ya şər işin filankəs tərəfindən baş verəcəyini bilir» deməyimizin mə᾿nası budur ki, Allah o şəxsin həmin işi öz istək və iradəsi ilə yerinə yetirəcəyini bilir.

5. Əgər Allah-taalanın Öz iradə və istəyi ilə insana ixtiyar verməsinə inansaq, onda insanın ixtiyari işlərinə e᾿tiqad bəsləmək nə tövhidlə, nə də ilahi iradə ilə zidd olmaz.




SUALLAR VƏ TAPŞIRIQLAR


1. Əhməd ibni Hənbəlin qəza və qədər haqqındakı nəzərini bəyan edin?

2. Əbul Həsən Əş᾿əri qəza və qədər haqda nə deyir?

3. Əhli-hədisin qəza və qədər barəsindəki nəzəriyyəsinə tutulan iradlar nədən ibarətdir?

4. Dərsdə istifadə olunan ayələrin tərcüməsini bir yerə toplayıb əzbərləyin və onların əsasında Qur᾿anın qəza və qədər barəsindəki nəzərini bəyan edin.

5. Əqaid dərslərində öyrəndiyiniz ixtiyar və cəbr bəhslərinə istinad etməklə, əhli-hədisin nəzərini araşdırın.

ALTINCI DƏRS




Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə