Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 3,41 Mb.
səhifə8/61
tarix02.12.2017
ölçüsü3,41 Mb.
#13558
1   ...   4   5   6   7   8   9   10   11   ...   61

ƏHLİ-HƏDİS (5)

ƏQİDƏLƏR (4)




1. Əhli-hədisin xəlifələrin xilafəti barədə nəzəri necədir?

2. Əhli-hədisin hakimlərin barəsində nəzəri nədən ibarətdir?


4. XƏLİFƏLƏRİN XİLAFƏTİNƏ İMAN


Əhli-hədisin əqidəsində qabarıq şəkildə göstərilən dördüncü məsələ xəlifələrin xilafətinə iman məsələsidir. Əvvəlki dərsdə qeyd olunduğu kimi, Əhməd ibni Hənbəl özünün «Əs-sünnə» kitabında demişdir ki, Peyğəmbərdən sonra ümmətin ən yaxşı şəxsləri Əbu Bəkr, ondan sonra Ömər, sonra Osman və ondan sonra Əlidir ki, bunlar hidayət edən raşid xəlifələrdir. Əbul Həsən Əş᾿əri də «Əl-İbanə» kitabında demişdir: Biz inanırıq ki, Peyğəmbərdən (s) sonra ən yaxşı rəhbər Əbu Bəkrdir. Həqiqətən Allah onun vasitəsilə Öz dininə izzət əta etdi və onu ümmət üçün imam seçdi. Rəsuli-Əkrəm onu namaz üçün imam seçmişdi, camaat da onu Peyğəmbərin xəlifəsi kimi qəbul etmişdi. Ondan sonra ən fəzilətli şəxs Ömər ibni Xəttab, ondan sonra Osman ibni Əffandır. Onu zülmlə öldürmüşlər. Osmandan sonra isə Əli ibni Əbi Talibdir. Bu dörd nəfər Rəsuli-Əkrəmdən (s) sonra ümmətin rəhbərləridir və onların xilafəti nübüvvət və peyğəmbərliyin canişi hesab olunur.

TƏNQİD VƏ ARAŞDIRMALAR


Bu sözlərdən belə nəticə alınır ki, əhli-hədis və onların ardıcılları olan əş᾿ərilərin e᾿tiqadı aşağıdakılardır:

1. Dörd xəlifənin xilafətini (haqq olmasını) iqrar etmək imanın bir hissəsi sayılır.

2. İmamət və xilafət nübüvvət və peyğəmbərlik səviyyəsindədir.

3. Raşidi xəlifələrin fəziləti onların xilafətlərinin tərtibi ilədir.

Bu nəzəri araşdırıb dəyərləndirməklə bir neçə sual yaranır:

1. Aşağıdakı məsələlərə diqqət yetirməklə, necə ola bilər ki, dörd xəlifənin xilafətinə e᾿tiqad bəsləmək imanın bir hissəsi sayılsın? Əvvəla, sünnü alimləri, mühəddis və tarixçilər bilirlər ki, nə vəhy kəlamında, nə də Rəsuli-Əkrəmin (s) bəyanında xəlifələrin xilafətinə dair aşkar bir göstəriş yoxdur. Mə᾿lum məsələdir ki, camaatın özü Peyğəmbərin (s) vəfatından sonra ümmətin icması (rə᾿y birliyi) ilə Əbu Bəkrə bey᾿ət etdilər, ikinci xəlifə də Əbu Bəkr tərəfindən seçildi, üçüncü xəlifə şuranın rə᾿yi ilə, dördüncü xəlifə isə camaatın rə᾿y və bey᾿əti ilə xilafətə çatdı. Buna görə də xəlifələrin xilafətinə aşkar bir dəlil (nəss) yoxdur. Belə bir halda, din və şəriət qanunlarının tə᾿sis edildiyi zamanda üsulidinin bir hissəsi olmayan və yalnız camaat tərəfindən tə᾿yin olunan ümmətə rəhbərlik vəzifəsinin sonradan dininin bir hissəsi olması necə mümkün ola bilər?! İkincisi, sünnü alimlərinin əksəriyyəti imaməti üsulidindən deyil, füruidindən sayırlar. O cümlədən, imam Ğəzzali deyir: «Bilmək lazımdır ki, imamət məsələsi dinin mühüm və ya əqli əsasları deyil, fiqhi məsələlər sırasındadır».1 Seyfuddin Amədi də belə deyir: «Bilmək lazımdır ki, imamət barəsində olan bəhslər üsulidindən deyildir. Bu məsələ gündəlik qarşıya çıxan işlərdən də deyil ki, mükəlləflər ondan üz döndərə bilməsinlər...»2 Buna əsasən, fiqhi məsələlərin qollarından sayılan bir məsələ necə ola bilər ki, Peyğəmbər (s) şəriətinə iman gətirməyin ayrılmaz bir hissəsi hesab olsun və onun inkar edilməsi dindən xaric olmağa səbəb olsun?! Üçüncüsü, əgər xəlifələrin xilafətinə iman gətirməyi dinin bir hissəsi hesab etsək, onda Peyğəmbər (s) səhabələrinin və müsəlmanlardan bir çoxunun dindən çıxmasını qəbul etməliyik. Çünki, Əbu Bəkr xilafətə seçildiyi zaman bir dəstə müsəlman müxalifətçilik etdilər, həmçinin ikinci, üçüncü və dördüncü xəlifə seçilən zaman digər bir qrup kəskin mübarizəyə başladılar. Halbuki, əvvəldə qeyd etdik ki, əhli-hədis bütün səhabələrin ədalətli olmasına inanır və onların fəzilətinin inkar olunmasını dindən çıxmaq kimi qələmə verir.

2. Əhli-hədis bir tərəfdən xilafət və imaməti nübüvvət və peyğəmbərliyin canişini kimi qələmə verir, digər tərəfdən də xəlifələrin yalnız dörd nəfərdən ibarət olduqlarını bildirirlər. Burada belə bir sual yaranır ki, əgər imamət də nübüvvət və onun canişini məqamındadırsa, necə olur ki, Peyğəmbərin (s) vəfatından sonra yalnız dörd nəfər xilafətə çatır və Əmirəl-mö᾿minin Əli ibni Əbi Talibin (ə) şəhid olması ilə sona yetir?! Görəsən xilafət və imamət Peyğəmbərdən (s) sonra yalnız 30 il lazım idimi və ondan sonra camaatın imama ehtiyacı yoxdurmu?!

3. Raşidi xəlifələrinin fəziləti ilə onların sıra və tərtiblə xilafətə seçilməsi arasında nə kimi əlaqə və bağlılıq vardır? Əgər fəzilət və üstünlük me᾿yarı İslamı daha tez qəbul etmək olsaydı, onda tarixi gerçəkliklər digər bir tərtibatın təşkilini üzə çıxarardı. Əgər Peyğəmbəri-Əkrəmin (s) xəlifələrin fəzilətinə və daha üstün olmasına dair şəhadət verməsi, onları hörmət və tə᾿riflə yad etməsi me᾿yar olsaydı, onda o həzrətin hədislərinə müraciət etməklə anlamaq olar ki, həqiqət tam ayrı bir şeydir; onlar haqda buyurulan sifətlər, imtiyazlar və işlər tamamilə fərqlidir. Bu dəfə də tamamilə başqa bir cədvəl tərtib etmək lazımdır. Buna əsasən, əgər «raşidi xəlifələrinin əfzəl olması, onların xilafətə tə᾿yin olunma tərtibi əsasındandır» - sözünün me᾿yarı səhabələrin şəhadət və rə᾿yi olsaydı, belə bir hadisəni də tarixdən əldə etmək mümkün olmazdı.

Çünki əvvəla, ikinci və üçüncü xəlifə bütün səhabələrin rə᾿y və şəhadəti ilə seçilməmişdir. İkinci xəlifə birinci xəlifə tərəfindən seçilib, üçüncü xəlifə isə altı nəfərlik şura tərəfindən müəyyən olunmuşdur. İkincisi, birinci və dördüncü xəlifənin seçilməsi zamanı da müsəlmanlardan və səhabələrdən bir dəstəsi həm seçki zamanı, həm də ondan sonra müxalifətçilik etmişdilər. Ümumiyyətlə, camaatın xüsusi bir şəxsə üz gətirib onu xilafət məqamına seçmələri, əmir olmaq və s. şeylər labüd olaraq, onun üstün olmasına dəlil ola bilməz. İslam alimlərindən bir çoxu müxtəlif dövrlərdə yuxarıda qeyd olunan tərtibi onların əfzəl olmasını isbat etmək üçün dəlil hesab etməmişlər.1

5. SULTANLARA VƏ PADŞAHLARA İTAƏT ETMƏK


Əhli-hədisin beşinci əqidəsi heç bir qeyd və şərt olmadan sultan və hakimlərə itaət etməyin vacibliyidir, istər həmin sultan ədalətlə rəftar etsin, istərsə də zülmlə. Hər bir halda sultanın əleyhinə qiyam etmək qadağan və haramdır. Hər kəs bundan başqa e᾿tiqada malik olsa bid᾿ətçi və haqq yolundan çıxmış hesab olunur. Belə ki, Əhməd ibni Hənbəl «Əs-sünnə» risaləsində belə deyir: Sədəqə, vergi, xərac və qənimətlərin əmirlərə verilməsi (vacibdir), istər ondan ədalət yolunda istifadə etsin, istərsə də zülm yolunda. Həmçinin, Allah-taalanın sizin işlərinizə rəhbər tə᾿yin etdiyi hər bir şəxsin qarşısında təslim olmağınız vacibdir. Ona itaət etməkdən imtina etməməlisiniz, onun əleyhinə silahlı mübarizə aparmamalısınız. Allah sizə firavanlıq versin. Sultanın əleyhinə qiyam etməyin, əksinə onun əmrlərinə müt᾿i olun. Əgər sultan sizi Allaha qarşı mə᾿siyət və günah sayılan bir şeyə əmr etsə, ona itaət etməyin; belə bir halda da onun əleyhinə qiyam etməyə vəzifəli deyilsiniz və onu öz haqqından çəkindirə bilməzsiniz. Heç bir fitnədə əlinlə və dilinlə kömək etmə, əksinə əlinə, dilinə və şəxsi meyllərinə nəzarət etməlisən; Allah sənin köməyindir.»

TƏNQİD VƏ ARAŞDIRMALAR


Bu mövzunu araşdırarkən qarşıya çıxan ən mühüm məsələ bundan ibarətdir ki, bu əqidənin dəlili nədir və onu isbat etmək üçün hansı əsaslardan istifadə olunur?

Əhli-hədis bu əqidəni doğrultmaq üçün Peyğəmbəri-Əkrəmə (s) istinad edilən hədislərə əsaslanırlar. Belə ki, həmin hədislərdə müsəlmanların rəhbərinin və sultanların əleyhinə qiyam etmək qadağan olunmuşdur.

O cümlədən, həzrət Peyğəmbər buyurmuşdur: «Hər kəs öz rəhbərindən batil bir iş baş verdiyini görsə, səbr etməlidir, çünki hər kəs hətta bir qarış qədər olsa belə, sultanın əleyhinə qiyam etsə və həmin halda ölsə, cahiliyyətdə ölmüş kimidir.»

Amma əvvəla, qeyd etmək lazımdır ki, görəsən bu kimi hədisləri, Allah bəndələrini zalımlara arxalanmaq və onlara itaət etməkdən çəkindirən çoxlu Qur᾿an ayələri ilə necə izah etmək olar? Bu barədə Qur`ani-kərimin Şuəra-151, Qələm-8, Qələm-10, Kəhf-28, Hud-113 və Əhzab surəsinin 66-67-ci ayələrinə müraciət edə bilərsiniz.

İkincisi, Peyğəmbərdən (s) zalım sultanlara itaət etməyin qadağan olunması barədə çoxlu rəvayətlər nəql olunmuşdur və bunlar da əhli-hədisin istinad etdikləri hədislərlə ziddiyyət təşkil edir.

O cümlədən, həzrət Peyğəmbər buyurub:

«Qulaq asın! Məndən sonra bə᾿zi əmirlər gələcəkdir ki, hər kəs onlara varid olsa, onların yalanını təsdiq etsə, yaxud onların zülmündə yardımçı olsa, məndən deyil, mən də onlardan deyiləm. Onlar «Kövsər» hovuzunun kənarında mənim yanıma gələ bilməzlər.»2

SUALLAR VƏ TAPŞIRIQLAR


1. Əhli-hədisin xəlifələrin xilafətinə iman barəsindəki nəzərini bəyan edin.

2. Əhli-hədisin xəlifələrin xilafətinə iman gətirmək barəsindəki nəzərlərinə tutulan iradları ixtisarla bəyan edin.

3. Əhli-hədisin raşidi xəlifələrinin fəzilət və üstünlüyünün, onların xilafət tərtibatı əsasında olması əqidəsi düzgündürmü? Nə üçün?

4. Əhli-hədisin rəhbərə itaət etmək barəsindəki nəzəri nədən ibarətdir?

5. Əhli-hədisin rəhbər və sultana itaət etmək barəsindəki nəzərini araşdırın.

DOQQUZUNCU DƏRS




Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə