Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 3,41 Mb.
səhifə31/61
tarix18.06.2018
ölçüsü3,41 Mb.
#49706
1   ...   27   28   29   30   31   32   33   34   ...   61

OTUZ İKİNCİ DƏRS


 Şiə məzhəbi nə vaxt meydana gəlmişdir?

 Bu barədə irəli sürülən nəzəriyyələr nədən ibarətdir?


ŞİƏLİYİN YARANMASI (1)


Şiə məzhəbinin meydana gəlməsi barədə qeyri-şiə alim və tarixçiləri tərəfindən bir neçə nəzəriyyə irəli sürülmüşdür ki, onların hər birində bu cərəyanın yaranmasında xüsusi zaman və amilin tə᾿sirli olması bildirilir.

Lakin şiə alimləri bunların hamısını rədd edərək onların qarşısında digər bir nəzəriyyə irəli sürmüşlər. Bu və növbəti iki dərsimizdə onların hər biri haqda ayrı-ayrılıqda söhbət açacaq, şiə alimlərinin bu barədə olan tənqidi fikirlərini gətirəcək və sonda onların öz nəzəriyyələrini aydınlaşdıracağıq.


1. ŞİƏ MƏZHƏBİNİN PEYĞƏMBƏR (S) VƏFAT ETDİKDƏN SONRA YARANMASI


Bə᾿zi alimlərin fikrincə, şiə məzhəbi Peyğəmbər (s) vəfat etdikdən sonra yə᾿ni, o həzrət üçün canişin tə᾿yin olunan zaman meydana gəlmişdir. Bu fikrə əsasən, mühacir və ənsar Bəni-saidə səqifəsində toplanıb Peyğəmbərdən (s) sonra onun canişinin hansı qəbilədən və kimin olacağını müzakirə edirdilər. Səhabələrdən bə᾿ziləri Əli ibni Əbu Talibin xilafətə daha layiq olduğunu israr edərək Əbu Bəkrin xəlifə seçilməsinə öz e᾿tirazlarını bildirdilər və həzrət Əlinin (ə) evində toplanıb Əbu Bəkrə bey᾿ət etməkdən imtina etdilər. Məhz bu səbəbdən də onlar sonralar Əli şiələri kimi tanındılar.

Belə bir fikrə əsaslanan tarixçilərdən biri də İbni Xəldun olmuşdur. O deyir:

«Şiəlik Peyğəmbər (s) vəfat etdikdən sonra meydana gəldi. Çünki Əhli-beyt özünü xilafətə hamıdan daha layiqli sanır və səhabələrdən bə᾿ziləri də Əlinin (ə) davamçıları olduqları üçün onu xilafətə hamıdan münasib hesab edirdi. Bu səbəbdən də onlar xəlifəyə bey᾿ət etməkdən imtina edib Əliyə (ə) üz tutdular.1

Təbəri də bu barədə belə yazır:

Ənsar, Sə᾿d ibni Übadəyə bey᾿ət etmək üçün Bəni-saidə səqifəsinə toplaşdı. Əbu Bəkr bu xəbəri eşitdikdən sonra Ömər və Əbu Übeydə Cərrahla birlikdə oraya gəldi və üzünü ənsara tutub onlardan soruşdu: Nəyi müzakirə edirsiniz? Onlar dedi: Əmirin (xəlifənin) biri bizdən, biri də sizdən olsun. Əbu Bəkr dedi: Əmir bizdən, onun vəziri isə sizdən olacaq...

Sonra Ömər Əbu Bəkrə bey᾿ət etdi və başqaları da onun xilafətinə tabe oldular. Lakin ənsar və ya onlardan bə᾿ziləri e᾿tiraz edərək dedilər: Əlidən başqa bir kimsəyə bey᾿ət etməyəcəyik.

Təbəri sonra yazır: Ömər ibni Xəttab Əlinin evinə gəldi. Təlhə, Zübeyr və ənsardan olan bir neçə nəfər şəxs də orada idi. Qəzəblə üzünü onlara tutub dedi: And olsun Allaha, əgər çıxıb Əbu Bəkrə bey᾿ət etməsəniz evə od vurub yandıracağam.1

Yə᾿qubi də öz tarix kitabında yazır: «Ənsar və mühacirdən bə᾿ziləri Əbu Bəkrə bey᾿ət etməkdən imtina edib Əli ibni Əbu Talibə tərəf üz tutdular. Abbas ibni Əbdülmüttəlib, Fəzl ibni Abbas, Zübeyr ibni Əvvam, Salmani Farsi, Əbuzər Ğəffari, Əmmar ibni Yasir, Bərra ibni Azib və Ubey ibni Kə᾿b də onların arasında idi.»2

Doktor Əhməd Əmin yazır: «Şiələrin ilk şəxsiyyətləri o kəslərdir ki, Peyğəmbər (s) vəfat etdikdən sonra onun Əhli-beytini xilafətə hamıdan daha layiqli hesab edirdilər.»3

Doktor Həsən İbrahim Həsən yazır: «Peyğəmbər (s) vəfat etdikdən sonra müsəlmanlar son mərhələdə Əbu Bəkrin xilafəti ilə nəticələnən hakimiyyət məsələsi ətrafında ixtilafa düçar oldular və bu ixtilaf ərəb ümmətinin «Cəmaət» və «Şiə» adlanan iki hissəyə bölünməsinə səbəb oldu.»4



TƏNQİD VƏ MÜLAHİZƏLƏR


Şiə alimləri yuxarıda qeyd olunan nəzəriyyələrdən istifadə edərək bu fikrə əsaslanan tarixçilərin irəli sürdükləri fərziyyələri rədd etmişlər. Onlar şiə məzhəbinin Səqifə hadisəsi zamanı deyil, hələ Peyğəmbərin (s) sağlığında meydana gəldiyini bildirirlər. Axı necə ola bilərdi ki, belə bir həyəcanlı və təlatümlü gündə istər Səqifədə, istərsə də Əli ibni Əbu Talibin evində toplaşmış mühacir və ənsar arasında təsadüfi olaraq fikir yekdilliyi yaransın və onlar Əlinin (ə) xilafət məsələsini ortaya atıb Əbu Bəkrə bey᾿ət etməkdən imtina etsinlər. Təbərinin dediklərinə diqqət yetirin: (Səqifədə olan) ənsar və mühacir və ya onlardan bə᾿ziləri dedilər: Əlidən başqa bir kimsəyə bey᾿ət etməyəcəyik. Ömər ibni Xəttab bey᾿ət mərasimi başa çatdıqdan sonra Əlinin (ə) evinə getdi. Bey᾿ət etməkdən imtina edən Təlhə və Zübeyri də orada görüb onlara hədə-qorxu gələrək Əbu Bəkrə bey᾿ət etməyi tə᾿kid etdi.

Belə bir halda necə ola bilərdi ki, Əlinin (ə) evində toplanan mühacir və ənsardan olan bir qrup şəxs Səqifədə toplanan başqa bir qrupla təsadüfi olaraq eyni fikirdə olsunlar, Əlinin (ə) xilafətə layiq və haqq olduğuna dair yetkin fikir əldə etsinlər və nəticədə şiə adlı müstəqil bir məzhəb halına düşsünlər?! Əlavə olaraq bunu da qeyd edək ki, İbni Quteybə nəql edərək deyir: «Əbuzər, Əbu Bəkr üçün bey᾿ət alındığı zaman orada yox idi və gəlib vəziyyətlə tanış olduqdan sonra dedi: Az bir şeyə qane olub Peyğəmbərin (s) Əhli-beytindən uzaq düşdünüz? Əgər xilafəti Əhli-beytə həvalə etsəydiniz, aranızda heç bir ixtilaf yaranmazdı.5

Əbuzərin dediklərindən belə bir qənaətə gəlmək olur ki, Əlinin (ə) digər səhabələrdən üstünlüyü və onun xəlifə olmaq haqqı heç də Səqifə günü bəlli olmamışdır. Belə ki, o, Səqifədə iştirak etmədiyi bir halda, bu hadisədən xəbər tutduqdan sonra dərhal e᾿tirazını bildirmiş və Əlinin (ə) digər səhabələrdən üstün olduğunu bəyan etmişdir.1

2. ŞİƏ MƏZHƏBİNİN CƏMƏL VƏ YA SÜFFEYN DÖYÜŞÜNDƏ MEYDANA GƏLMƏSİ


İbni Nədim belə bir fikrə əsaslanır ki, şiə məzhəbi Cəməl və ya Süffeyn döyüşündə meydana gəlmişdir. O deyir: Əli ibni Əbu Talib, Təlhə ilə Zübeyri haqq yola qaytarmaq üçün döyüşə gəldiyi zaman öz tərəfdarlarını şiə adlandırmışdı. Əli onları «mənim şiələrim», «əsfiya» və «övliya» kimi ifadələrlə də çağırardı.2

Digər alimlər isə belə bir fikirdədirlər ki, «şiələr» Süffeyn müharibəsində bir tərəfdən Müaviyənin, digər tərəfdən isə Xəvaricin* qarşısında meydana gəlmişlər. Əbdüləziz Dəhləvi deyir: «Şiə ləqəbi Hicrətin 37-ci ilində meydana gəlmişdir və həmin ildə Süffeyn müharibəsi baş vermişdir.3

Tədqiqatçı alimlərdən bə᾿ziləri əlavə edərək yazırlar: «Həkəmiyyət* cərəyanından sonra Əlinin (ə) ordusunda parçalanma baş verdi. Kufəyə qayıtdıqdan sonra Əlinin (ə) tərəfdarları ona bir daha bey᾿ət edib dostları ilə dost, düşmənləri ilə isə düşmən olacaqları barədə əhd-peyman bağladılar. Beləliklə, «şiə» məzhəbi meydana gəldi.4

Qərb şərqşünası Velhauzen belə bir nəzəriyyəyə əsaslanaraq deyir: Osman qətlə yetirildikdən sonra müsəlmanlar iki hizbə bölündülər: Əli və Müaviyənin hizbi. Hizb ərəb dilində «şiə» deməkdir. Bu səbəbdən də «Əlinin şiəsi» deyildikdə, «Müaviyənin şiəsi»nin qarşısında dayanan dəstə nəzərdə tutulurdu. Lakin Müaviyə öz hakimiyyətini genişləndirdikdən sonra «şiə» kəlməsi yalnız Əlinin tərəfdarlarına deyildi.5


TƏNQİD VƏ MÜLAHİZƏLƏR


Yuxarıda qeyd olunan nəzəriyyələrdən belə bir nəticəyə gəlmək olur ki, «Şiə» məzhəbinin meydana gəlməsi üçüncü xəlifə Osman ibni Ofvanın qətlindən sonra baş vermiş Süffeyn və Həkəmiyyət hadisəsi dövrünə təsadüf edir. Yə᾿ni, şiələr Əli (ə)-a töhmət vuraraq onu Osmanın qətlində təqsirkar bilən şəxslərin qarşısında dayanan və onu müdafiə edən dəstənin üzvləridir.

Şiə alimlərinin nəzəri:

Əlinin (ə) tərəfdarlarının onu Osmanın qətlində ittiham edən şəxslərin qarşısında dayanması və o həzrəti daim müdafiə etməsi tamamilə düzgündür, lakin bu heç də şiə məzhəbinin məhz o zaman meydana gəlməsinə dəlalət etmir. Çünki Velhauzenin dediyi kimi, bu iki dəstənin bir-birinin qarşısında durması onların əvvəlki əqidə və fikir ayrılığından irəli gəlmişdir. Başqa sözlə desək, hər iki dəstə hələ çox-çox əvvəllər formalaşmışdı və xəlifənin qətlindən sonra bu qarşıdurma bir qədər kəskinləşmişdi.

Digər tərəfdən isə İbni Nədim (h.q.378) və ondan da əvvəl Burqi (h.q.212 və ya 280) öz kitablarında Əlinin (ə) sadiq tərəfdarları olan Salman Farsi, Miqdad, Əbuzər, Əmmar Yasir, Əbu Leyla, Şubeyr, Əbu Sənnan, Əbu Səid Xidri, Əbu Bərze, Cabir ibni Əbdullah Ənsari, Bərra ibni Azib, Urfə Əzdi, Əbu Əmrə və digərlərinin adlarını çəkmişlər. (Ricali Burqi.) Bir halda ki, Əlinin (ə) Salman, Əbuzər və Miqdad kimi sadiq səhabələri hələ Cəməl döyüşündən əvvəl vəfat etmişdilər. Belə bir halda «şiəlik» və «şiələr» Cəməl [və ya ondan sonra Süffeyn] döyüşündə meydana gələ bilərdimi?1

SUALLAR VƏ TAPŞIRIQLAR


1. Şiə məzhəbinin Peyğəmbər (s) vəfat etdikdən sonra meydana gəldiyinə dair irəli sürülən nəzəriyyəni bəyan edin.

2. Şiə məzhəbi Cəməl və ya Süffeyn döyüşündə meydana gəlmişdirmi?



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə