Бисмиллаһир-рәһманир-рәһим


DOQQUZUNCU FƏSİL TƏKƏBBÜR



Yüklə 2,62 Mb.
səhifə10/18
tarix20.09.2017
ölçüsü2,62 Mb.
#1091
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

DOQQUZUNCU FƏSİL

TƏKƏBBÜR


1-Həyat üfüqündə məhəbbət günəşinin doğması.

2-Təkəbbür nifrətə səbəb olur.

3-Din rəhbərləri təvazökarlıq dərsi verirlər.

Bəşəriyyətin həyat üfüqündə daim parlaq məhəbbət günəşi doğur. Bu daxili hiss o qədər böyük əhəmiyyət kəsb edir ki, bəşəriyyətin maddi və mənəvi inkişafına böyük təsir göstərərək onu öz ardınca aparır. Məhəbbət insanın daxilində baş qaldırmışdır və olduqca dərin və sonu bilinməyən üfüq yetişir.

İnsana ömür və can bəxş edən məhəbbət həyat üfüqündən yoxa çıxarsa ümidsizlik və qorxunc zülmət onun ruhunu büsbütün bürümüş olar və həyat üzərinə elə bir qara pərdə çəkər ki, ona nəzər salmaq insanda nifrət hissi oyadar.

Bəşər fitri olaraq ictimai bir varlıq kimi yaradılmışdır və başqaları ilə ünsiyyətdə olmaq onun ən başlıca xüsusiyyətlərindən birini təşkil edir. Fikir və düşüncədə yaranan ixtilaflar adətən insanı cəmiyyətdən zara gəlib onlardan əlaqəsini kəsməyə və yalqız halda bir guşəyə çəkilməyə vadar edir. Cəmiyyətdən uzaq düşüb təkliyə adət edən bu şəxslərin fikir və vücudlarında müəyyən nöqsan və çatışmazlıqlar vardır. Bu da bir həqiqətdir ki, insan tək olduğu zaman özündə xoşbəxtlik hiss edə bilmir. Cismi ehtiyacların müxtəlif olub insan onları təmin etdiyi kimi, ruhun da təmin olunası bəzi ehtiyacları vardır. İnsan psixologiyası məhəbbət teşnəsidir. O, özünün bu daxili hiss və istəyini təmin etmək üçün daim axtarışda və fəaliyyətdədir. Dünyaya qədəm qoyub həyata başladığı ilk gündən ömrünün son anlarınadək məhəbbət və nəvazişə ehtiyac duyur. O, məhəbbətin təcəllisini öz vücudunda hiss edir. Həyatın çətinlikləri insana güc gəldikdə, xoşagəlməz hadisələr ruhunu sarsıtdıqda və nəhayət, uğursuzluqlar onun ümidini qırdıqda, qəlbinə ümid nurunu üfürən mehr-məhəbbətə böyük ehtiyac duymağa başlayır və yalnız mehr və məhəbbət onun vücudunu bürüdükdə rahatlıq tapa bilir.

Mehr və məhbbət insanın ən gözəl duyuğularından biri olduğu üçün bunu onun ən gözəl əxlaqi dəyərlərindən hesab etmək olar. Əlaqə və qəlbi bağlılıq yoluxucu şeylərdəndir. Başqalarının diqqətini cəlb etmək üçün istifadə olunan ən yaxşı yol onlara mehr-məhəbbət göstərməkdir. İnsan belə bir əqidədə olmalıdır ki, başqalarına qayğı və məhəbbətlə yanaşmaqdan savayı onun üzərində heç bir vəzifə yoxdur. Belə bir gözəl davranışın özü insan üçün olduqca faydalı bir müamilədir.

Əgər hər hansı bir şəxs qəlb xəzinəsinə yığdığı bu dəfinədən başqa birisinə bəxş edərsə, onun neçə bərabərindən bəhrələnə bilər. Başqalarının qəlbinə yol tapmaq hər bir insanın öz əlindədir. Məhəbbət xəzinəsinə yol tapmaq istəyənlər bütün xoşagəlməz xüsusiyyətləri özlərindən uzaqlaşdırıb ən gözəl əxlaqi dəyərlərə yiyələnməlidir.

Filosoflar deyirlər: "Hər şeyin kamalı (son təkamül mərhələsi) xüsusiyyətinin zühur etməsindədir. İnsanın da ən bariz xüsusiyyəti onun başqaları ilə ünsiyyətdə olub onlara mehr məhəbbət göstərməsindədir. " İnsanlar arasında meydana gələn bu ruhi bağlılıq və cazibə cəmiyyətdə səmimiyyətin, həmrəyliyin əsasını qoyur.

Doktor Karl özünün "Həyat yolu" adlı kitabında yazır: "Cəmiyyətin xoşbəxt həyat sürməsi üçün insanlar divar daşları tək bir-birləri ilə sıx əlaqədə olmalıdırlar. Lakin camaatı bir-birinə ilə bu qədər yaxın etmək olar? Belə bir müvəffəqiyyətə yalnız mehr məhəbbətlə nail olmaq olar. Elə bir məhəbbət ki, biz onu ailə mühitində müşahidə edirik. Lakin belə bir səmimiyyət ailədən kənara çıxmır. Bunun üçün hər bir cəmiyyət üzvü həm başçılarını sevməli, həm özünü sevilməyə layiq etməlidir. Hamı bir nəfər kimi xoşagəlməz xüsusiyyətlərdən yaxa qurtarmağa çalışmayınca, cəmiyyətdə qarşılıqlı məhəbbət hökm sürməyəcəkdir. Buna isə yalnız daxili islahatlar apararaq, bizi başqalarından uzaq salan eyb nöqsanlardan yaxa qurtardıqdan sonra nail olmaq olar. Yalnız belə olduqda, qonşu qonşuya məhəbbət gözü ilə baxıb, varlı yoxsulu, yoxsul da varlını sevə bilər.



Yalnız mehr və məhəbbət nəticəsində cəmiyyətdə, milyon illərdən bəri qarışqa və bal arılarının həyatına hakim olan nəzm-intizamı bərqərar etmək olar. "

TƏKƏBBÜR NİFRƏTƏ SƏBƏB OLUR


İnsanın daxili xüsusiyyətlərindən biri də həyatı üçün zəruri olan "özünü sevərliyidir. " Bu hiss, daha dəqiq desək, xüsusiyyət onun həyata və yaşamağa olan meyl və istəyindən meydana gəlir. Onun vasitəsi ilə bir çox müsbət xüsusiyyətləri daha da gücləndirmək mümkün olsa da, ifrata vardıqda bir çox xoşagəlməz hallara səbəb olur.

Əxlaqi dəyərlərə vurduğu ilk zərbə insanın həddindən artıq özünü sevməsi və başqalarına qarşı laqeyd olmasıdır. İnsanın məhz bu xoşagəlməz xüsusiyyəti onu həqiqəti qəbul etməyə və çatışmazlıqlarını etiraf etməyə mane olur.

Professor Robinson deyir: "Dəfələrlə heç bir zəhməti olmadan öz fikir əqidələrimizi dəyişməli oluruq. Lakin birisi bizə səhv yol verdiyimizi bildirdikdə, dərhal bunu töhmət kimi qəbul edir özümüzü müdafiə etməyə çalışırıq. Biz çox asanlıqla hər hansı bir fikri qəbul edirik. Birisi onu bizdən almaq istədikdə isə dəlicəsinə özümüzü müdafiə etməyə başlayırıq. Lakin belə bir əksül-əmələ səbəb olan həmin fikir ya əqidəyə olan bağlılığımızdan deyil, bizi ciddi təhlükə ilə üzləşdirən xudpəsəndlik ifrat surətdə özünü sevərlikdən irəli gəlir. Əgər birisi bizə: "saatın geri qalır maşınınız çox köhnədir"-deyərsə, bəlkə "Mars qədim Misir mədəniyyəti barədə yiyələndiyiniz məlumatlar" səhvdir - deyildiyi zaman göstərdiyimiz əksül-əməli göstərək!"

İnsanın bədbəxtçiliyinə səbəb olan ən başlıca amillərdən biridə onun "xudpəsənd" və "təkəbbürlü" olmasıdır.

Təkəbbürlük kimi insanın nifrət etdiyi ikinci bir xüsusiyyət yoxdur. Bunun nəticəsində mehr-məhəbbət və səmimiyyət öz yerini ədavət və düşmənçiliyə verərək hamının nifrətinə səbəb olur. İnsan başqalarından səmimiyyət gözlədiyi kimi, onlara qarşı da son dərəcə səmimi və mehriban olmalı və əlaqələrin pozulmasına səbəb olan hər bir soyuq münasibətdən uzaq olmağa çalışmalıdır. Başqalarının səmimi münasibətinə etinasızlıq etmək insanın eyni əksül-əməl ilə qarşılaşmasına və şəxsiyyətinə xələl gəlməsinə səbəb olur.

Cəmiyyətdə şəxslərin hüdudları müəyyəndir və hər bir şəxs başqalarından öz ləyaqəti səviyyəsində səmimi münasibət görür. Xudpəsəndlik çərçivəsində əsir olub qürur və təkəbbürlüyün qurbanına çevrilən şəxslər isə yalnız özlərini fikirləşib nə başqalarını nəzərə alar, nə də onların qarşısında üzərlərinə düşən vəzifələrə riayət edərlər. Onlar nəyin bahasına olursa-olsun şan-şöhrət əldə etməyə can atar və özlərini hamıdan üstün tutmağa çalışarlar. Bütün bunların nəticəsində camaatla həmin şəxsin istək və arzuları arasında böyük bir ziddiyyət meydana gəlir. Cəmiyyət üzvlərinin göstərdikləri əksül-əməl və bəslədikləri nifrət onların narahatçılığına səbəb olur. Gözlədiklərinin tam əksini müşahidə etdikləri üçün iztirab və qəzəblə hər şeyə dözməli olurlar.

Təkəbbürlüyün səbəb olduğu şeylərdən biri də bədbinlikdir. Onlar daim zənn və gümana qapılaraq başqalarının onlar barədə pis fikirdə olduğunu təsəvvür edərlər. Qürur və etinasızlıqdan əl çəkməzlər və ixtiyarsız olaraq müxtəlif şəxslər barədə pis fikrə düşüb yaranmış ilk fürsətdə onlardan intiqam almağa can atarlar. Daxillərində baş verən tüğyan yatmayınca rahatlıq bilərlər nə də asayiş bilməzlər.

İnsanda təkəbbürlük və xudpəsəndlik hisslərinin yaranması onun bir növ psixoloji xəstəliyə düçar olmasından xəbər verir. Xəstəlik kimi qələmə verilən bu xüsusiyyət sonralar tədriclə "eqoistliyə" çevrilir. Bu isə ciddi nigarançılıqlara və bir çox cinayətlərin baş verməsinə səbəb olur.

Nəticədə insan böyük bədbəxtçiliklə üzləşir. Tarixə nəzər saldıqda bunun şahidi oluruq ki, bütün dövrlərdə peyğəmbərlərə qarşı çıxan və haqqı qəbul etməkdən boyun qaçıran şəxslər özlərindən son dərəcə razı və təkəbbürlü olmuşlar. Əsrlər boyu kütləvi qırğınlar olmuş və baş verən müharibələrdə minlərlə günahsız insanın qanı axıdılmışdır. Bəşəriyyəti ciddi təhlükə ilə üzləşdirən bu vəhşiliklərə də məhz insanların qürur və təkəbbürlüyü səbəb olmuşdur.

Əxlaqi dəyərlərdən bəhrələnməyən ailələrdə tərbiyə olunan uşaqlar cəmiyyətdə də heç nəyə nail olurrlar. Onların bir çoxu təkəbbürlüyə düçar olur və bu yolla ailələrində gördükləri çatışmazlıqları aradan qaldırmağa çalışırlar. Belə bir xüsusiyyətə yiyələnən şəxslər öz şəxsiyyətlərini başqalarından qat-qat üstün tutur və qürur hissi ilə öz üstünlüklərini nümayiş etdirirlər. Oxucular belə bir xüsusiyyətə malik olan şəxsləri hər zaman öz ətraflarında müşahidə edə bilərlər. Həqiqətən yüksək şəxsiyyətə malik olan şəxs heç vaxt özünü uca tutmağa və başqalarının qarşısında öyünməyə ehtiyac duymur. Çünki o bilir ki, lovğalıq və öyünmək heç də üstünlük demək deyildir, qürur və təkəbbürlük hələ bu vaxtadək heç bir kəsə şərəf nəsib etməmişdir.

Alimlərdən biri deyir: "Psixoloji sağlamlığınızı qorumaq üçün istək arzularınızı azaldıb başqalarından az şey gözləyin özünüzü qəlbinizin tələblərindən xilas edin. Qürur xudpərəstlikdən uzaq olun!"

DİN RƏHBƏRLƏRİ TƏVAZÖKARLIQ DƏRSİ VERİRLƏR


Dostluq və məhbubiyyət qazanmağın sirlərindən biri də insanın təvazökar olmasındadır. Təvazökar şəxs gördüyü əxlaqi işlərlə şəxsiyyətini ucaldaraq öz nüfuzunu daha da artırmağa nail olur. Lakin biz yaltaqlıqla təvazökarlığı bir-biri ilə səhv salmamalıyıq. Belə ki, təvazökarlıq, şəxsiyyətin böyüklüyündən və sağlam ruhiyyədən, yaltaqlıq isə şəxsiyyətsizlikdən və əxlaqi dəyərlərin olmamasından meydana gəlir. “Loğman” Həkim oğluna etdiyi tövsiyələrdən birində onu qürur və təkəbbürlükdən uzaq olmağa çağırır. Loğman surəsinin 18-ci ayəsində bu haqda deyilir:

Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa gəzib-dolanma. Həqiqətən, Allah heç bir özündən razı olanı, lovğalanıb fəxr edəni sevməz!”

Əli (ə) buyurur: "Əgər Allah-taala təkəbbürlüyü öz bəndəsinə layiq bilsəydi, peyğəmbərlər bu xüsusiyyətə hamıdan artıq layiq olardılar. Lakin təkəbbür xudpəsəndliyi onlara haram, əvəzində isə təvazökar olmağı istəmişdir. Buna görə onlar Allah qarşısında diz çökərək üzlərini yerə sürtmüş iman sahibləri ilədə son dərəcədə təvazokar olmuşlar. "

Təkəbbürlü şəxslər insanların nifrət bəslənilmələri ilə yanaşı Allahın rəhmət və mərhəmətindən də uzaq olarlar. Peyğəmbər (s) bu barədə buyurur: "Təkəbbürlükdən uzaq olun. Çünki Allah-taala [mələklərə] təkəbbürlüyə adət edən şəxsləri Ona tabe olmayanlardan hesab etmələrini əmr edər. "

İmam Sadiq (ə) təkəbbürlüyün psixoloji köklərini belə bir qısa ibarətlə bəyan edir. "Daxilən əskiklik hiss edənlərdən başqa heç kim təkəbbürlük xəstəliyinə düçar olmaz. "

Mak Brayd deyir:



"Hər hansı bir fərd və ya millətin özünü üstün tutması, digər insan və millətlərə aşağı gözlə baxmaq deməkdir. Yaşadığımız dünyanı nifrət, ədavət və düşmənçilik hisslərinin bürüməsinə səbəb olan da bəzilərinin başqalarına təhqir gözü ilə baxmalarıdır. Belə bir tərzi-təfəkkür insanın özündə hiss etdiyi həqarət (əskiklik) hissini - özünü aldadaraq – bir yolla tə’min etməsindən irəli gəlir. Əks təqdirdə heç bir şərəfli insan özü ilə başqaları arasında heç bir fərq hiss etməz. "

Təkəbbürlü və özünü sevən xudpəsənd şəxslər gördükləri bütün işləri müsbət qiymətləndirər və öz çatışmazlıqlarını yüksək əxlaqi dəyərlər kimi qələmə verərlər. İmam Musa Cəfər (ə) bu haqda buyurur: "Təkəbbür xudpəsəndliyin bir neçə mərhələsi vardır, onlardan biri insanların gördükləri öz xoşagəlməz işləri ki, yüksək qiymətləndirmələridir. Onlar gördükləri nalayiq xoşagəlməz işlərdən sevinər xeyirxah gördüklərini təsəvvür edərlər. "

Aparılan psixoloji təhqiqatlardan birində əldə olan nəticədə deyilir:

"Özünü başqalarından üstün tutan şəxslər öz çatışmazlıqlarını gözəl əxlaq, eyb və nöqsanlarını isə üstünlük hesab edirlər.”

Əli (ə) xudpəsəndlik və təkəbbürlük xüsusiyyətinə malik olan şəxslər barədə buyurur: "Heç vaxt özünüzdən razı olmayın, belə olduqda düşmənləriniz çox olar. "

Müasir alimlər təkəbbürlüyü əqli çatışmazlıq və bir növ dəlilik hesab edirlər.

Əli (ə) bu mətləbə işarə edərək buyurur:

"Qürur xudpəsəndlik ağıl şüuru məhv edib aradan aparır. "

"Şüur təfəkkürü zəif olanlarda xudpəsəndlik qürur hissi güclü olar. "

"Təvazökarlıq şüur düşüncə mənşəyi, təkəbbürlük isə şüursuzluq cəhalət mənbəyidir. "

"Təkəbbürlük xudpəsəndlik daxili xəstəliklərdən biridir. Belə xüsusiyyəti olan şəxslər heç vaxt özlərini islah edib şəxsiyyətlərini ucalda bilməzlər. "

"Kim özünün gözəl əxlaqa yiyələndiyini hesab edib rəftar davranışlarını başqalarından üstün tutarsa özünü islah etməyə nail olmayacaqdır. "

Helen Şaxter deyir:



"Müvəffəqiyyətsizliklərlə qarşılaşdıqda başqalarının diqqətini cəlb etmək üçün əl atdığımız şeylərdən biri də yalan danışmaq və ya özümüzü tərifləməyimizdir. Görmək istədiyimiz və arzusunda olduğumuz müvəffəqiyyətlərə nail olduğumuzu və həmin işlərin öhdəsindən gəldiyimizi hesab edirik. Bununla özümüzü qane edir və işlər barədə söhbət etməyə can atırıq. Gördüyümüz işlər nə qədər kiçik olsa da, onları başqalarının nəzərində böyük göstərmək istəyirik. İnsanlar özlərini uydurduqarı yalanlarla o qədər aldadır və razı salırlar ki, müvəffəqiyyət qazanmağa sə’y belə göstərə bilmirlər. "

Xudpəsəndliyin əsirinə çevrilən şəxslər heç vaxt öz çatışmazlıqlarını görüb başqalarının yüksək xüsusiyyətlərini dərk edə bilmirlər.

Əli (ə) bu haqda buyurur: "Təkəbbürlü şəxslər özlərindən razı, eyb nöqsanlarından xəbərsiz olarlar. Əgər onlar başqalarının üstün xüsusiyyətlərini dərk edə bilsələr öz çatışmamazlıqlarını aradan qaldırmağa can atarın. "

Yüksək mədəniyyəti öz ardınca aparan və həyata can verən İslam ədalətlə zidd olan bütün üstünlükləri rədd, yalnız təqva və paklıq baxımından əldə olunan üstünlükləri qəbul edir.

Əli (ə) buyurur: "Ehtiyacsızlıq məstliyindən Allaha pənah aparıram. Çünki, belə bir məstlikdən huşa gəlib adi hala düşmək olduqca çətin bir işdir. "

"Günlərin birində Peyğəmbər (s)-in yanına varlı bir şəxs gəlir və bir qədər sonra olduqca yoxsul olan başqa bir şəxs də gəlib dövlətlinin yanında oturur. Həmin varlı şəxs onun oturmaq istədiyini görüb dərhal paltarını yığır. Peyğəmbər (s) bu səhnəni gördükdə çox narahat olur və üzünü həmin varlı şəxsə tutub buyurur: "Qorxdun ki, onun yoxsulluğundan sənə keçə?" Dedi: "Xeyr. " Buyurdu: "Qorxdun ki, sənin var-dövlətinin bir qismi ona keçə?" Dedi: "Xeyr." Buyurdu: "Qorxdun ki, sənin paltarını çirkləşdirsin?" Dedi: "Xeyr. " Buyurdu: "Belə isə, onda üçün bu cür rəftar etdin?" Dedi: "Sərvət var-dövlətim məni həqiqət gerçəkliyi dərk etməkdən məhrum etmiş bütün pislikləri nəzərimdə gözəl cilvələndirmişdir. Gördüyüm bu işin müqabilində var-dövlətimin tən yarısını həmin bu yoxsul şəxsə verirəm. " Peyğəmbər (s) üzünü yoxsul şəxsə tutub soruşur: "Onun verdiklərini qəbul edirsənmi?" O eyir: "Xeyr. " Varlı şəxs ondan bunun səbəbini soruşduqda cavabında deyir: "Qorxuram mən sənin kimi var-dövlət sahibi olub, belə bir xoşagəlməz xüsusiyyətə düçar olum. "

Beləliklə, üçündə əgər xudpəsənd və təkəbbürlü şəxslər səadət və xoşbəxtlik arzusunda olarlarsa, hökmən özlərini islah etməli və bu mənfur xüsusiyyəti öz vücudlarından birdəfəlik qoparıb atmalıdırlar. Əgər bu işi görməsələr, ömürlərini həsrət və nakamlıq içində başa vurmuş olarlar.


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə