Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə33/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   29   30   31   32   33   34   35   36   ...   67

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
103 
ĠNFORMASĠYA  [lat.  informatio  –  izahetmə,  şərhetmə]  – 
müəyyən xəbərlər, hər hansı məlumatların, biliklərin məcmusu. 
ĠNCƏSƏNƏT – ictimai şüurun və insan fəaliyyətinin spesifik 
forması,  gerçəkliyin  bədii  obrazlarda  əks  olunması,  inikası, 
aləmin mənimsənilməsinin mühüm üsullarından biri. 
ĠRADƏ [ər. حدآسإ]- insanın bu və ya digər hərəkətlərinin yerinə 
yetirilməsinə doğru yönəldilmiş şüurlu meyli. 
ĠRRASĠONAL  [alm.=ing.  Irrational;  fr.  Irrationnel;  osm.  tr. 
gayr-i  akli]  –  əqllə  qavranıla  bilməyən,  əsassız,  bəzən  də  ruhi, 
mənəvi olanlara deyilir. Zəka ilə, təfəkkürlə dərk edilə bilməyən, 
məntiqi anlayışlarda ifadə oluna bilməyən mənasını verən anlayış. 
ĠRIM - 1- Sehr, əfsun, 2- İçinden su axan torpaq, ərazi. 
ĠRTÜK – dəyər, qiymət. 
ĠRRASĠONALĠZM  [alm.  Irrationalismus;  fr.  Irrationalisme; 
ing.  Orrationalism;  lat.  irrationalis  –  düşüncəsiz,  şüursuz]  – 
Zəkanın, təfəkkürün idrakı imkanlarının məhdudluğunu israr edən 
və intuisiyanı, hissi, instinkti və s.-ni idrakın əsas növü kimi qəbul 
edən fəlsəfi təlim. 
ĠSBAT  [alm.  Beweis;  fr.  Preuve;  ing.  Proof;  lat.  Probare  – 
sınamaq,  göstərmək,  sübut  etmək;  tr.  Tanıt;  ər.  دبجعإ]  –  önə 
sürülən  bir  şeyin  həqiqətini  göstərməkdə  izlənilən  təfəkkür 
müddəti. Sübut etməkdə önə sürülən şey.  
ĠSLAM  [ər.  َﻼعلإأ]  –  itaət  etmə  -  dünyada  geniş  yayılmış 
monoteist dinlərdən biri. 
ĠSMAĠLĠLĠK  –  şiəlikdə  təriqət.  VIII  əsrdə  Xilafətdə  sinfi 
ziddiyyətlərin  kəskinləşməsi  nəticəsində  yaranmışdır.  İsmaililik, 
İslami müxalifət hərəkəti olan Əli  yandaşlıarının bir törəməsidir. 


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
104 
Hz.  Məhəmmədin  ölümündən  dərhal  sonra,  yeni  dinin  Batinilik 
tərəfdarı qrupu olan Hənifə, xəlifəliyə kürəkəni Əlinin seçilməsini 
istəmiş  ancaq  sünni  əksəriyyətin  qəbulu  ilə  Əbubəkr  xəlifə 
seçilmişdir.  Əli  tərəfdarları,  Ömər  və  Osmanın  xəlifəliyini  də 
qəbul  etməmiş,  Əlinin  qısa  davamlı  və  daxili  qarşıdurmalarla 
keçən  xəlifəlik  dövründən  sonra  oğullarının  qətli  ilə,  İslamiyyət 
günümüzə  qədər  sürən  bölünmə  və  qarşıdurmalara  süründür-
ülmüşdür.  İsmaililik  də,  Əlinin  qırğından  xilas  nəvəsi  Zeynela-
bidin'in  soyundan  gələn  Cəfər  Sadiqin  oğlu  İsmailin  imamlığını 
qəbul edən qrupun təşkilatı olmuşdur.  
ĠSTĠDLAL  [alm.  Schluss;  fr.  Inference;  ing.  Inference; 
illation;  lat.  Illation,  conclusio;  osm.  tr.  istidlal;  tr.  Çıkarım;  ər. 
يَذزعٳ]  –  Verilmiş  bir  və  ya  daha  çox  prinsipdən  nəticə  çıxarma 
fəaliyyəti.  Həqiqəti  naməlum  qalan  bir  prinsipin  doğru  olaraq 
qəbul edilmiş başqa prinsiplərlə əlaqəsinə əsaslanaraq doğru olanı 
ortaya çıxarma prosesi.  
ĠSTƏK [alm. Wille; fr. Valontè; ing. Will; lat. Voluntas; velle 
– istək; volo – istəmək; osm. tr. irade; ər. حدآسإ] – sövqedici qüvvə, 
müstəqilliyini də qoruyub saxlayan arzu etmə, diləmə.  
ĠUDAĠZM  əsasən  yəhudilər  arasında  yayılmış  din.  Qədim 
yəhudi  tayfalarının  bütpərəstlik  politeizmindən  [çoxallahlılığın-
dan]  meydana  gəlmiş  İudaizm  e.ə.  VII  əsrdən  başlayaraq 
monoteist dinə çevrilir.  İudaizm islam və xristianlıq kimi səmavi 
dinlərdən  hesab  olunur.  İudaizm  öz  adını  müqəddəs  İudanın 
adından  götürmüşdür.  İuda  adını  bəzi  tədqiqtçılar  Tanrı 
Yahovanın adı ilə eyniləşdirirlər.  


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
105 
ĠCMA  [ər.  عآّﺟإ]–  ibtidai-icma  quruluşunun  əsas  iqtisadi 
özəyi;  istehsal  vasitələri  üzərində  ictimai  mülkiyyətə,  kişilər  və 
qadınlar  arasında,  yaşlılar  və  uşaqlar  arasında  təbii  bölgüsü  ilə 
birlikdə  kollektiv  əməyə,  istehsal  edilən  məhsulun  birgə 
bölgüsünə  və  istehlakına  əsaslanaraq  yaranır.  Ġcma  sözünün  bir 
mənası  da  eyni  dövrdə  yaşayan islam  müctəhidlərinin şəriətə  aid 
hər hansı bir hökm və qaydanı müdafiə etmələridir.  
ĠġARƏ  [ər.  حسبشإ]-  idrakda  digər  predmetin,  hadisənin, 
hərəkətin,  subyektiv  törəmənin  işarəsi,  ifadəsi  və  nümunəsi  kimi 
çıxış edən hissən qavranılan maddi predmet, hadisə və ya hərəkət. 
İşarə sözü ərəbcədəki əşarə (سؤشأ) felindən əmələ gəlmişdir. Qadın 
cinsindədir, hərfi mənada nəyisə göstərmək, işarələmək deməkdir. 
İşarə  sözü  dilimizdə  bəzən  hansısa  mövzunun  anlaşılan  və  o 
mövzu ətrafında ətraflı bir  
ĠġRAQĠLĠK  [ər.  خٍلآششلإأ]  –  Orta  əsrlərdə  müsəlman 
ölkələrində yayılmış fəlsəfi cərəyan. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə