Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə35/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   31   32   33   34   35   36   37   38   ...   67

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
110 
HEDONĠZM[hedonisme]  –  Hazcilik-Zevkçilik:  ləzzət  və 
zövqü  həyatın  məqsədi  qəbul  edən  bütün  əxlaq  anlayışlarına 
verilən isim. 
HELĠOSANTRĠZM  [heliocentrisme]  –  Güneş  merkezcilik: 
Kopernik və Galileyin ortaya qoyduğu Günəş mərkəz görüşü. 
HOMOJEN [homogene] – Mütecanis-Ayni cinsten: Qisimləri, 
təbiət və mahiyyətləri baxımından bir-birinin eyni olan. 
HĠLEĠZM  [Hyleeisme]  –  Heyülaiyye:  Maddəyə  əzəli  və 
əbədi,  yaradılmamış  və  hər  cür  formu  qəbul  etməyə  hazır  və 
uyğun olaraq baxan görüş. 
HUDÜS:  Yoxdan  var  edilmiş,  yaradılmış  olmaq,  varlığı 
üzərindən bəlli bir zaman keçmiş olmaq, əvvəli olmaq. 
HƏYAT  [alm.  Leben;  fr.  Vie;  ing.  Life;  yun.  Bios;  lat.  Vita; 
osm.  tr.  hayat;  tr.  Yaşam;  ər.  دبٍد]  –  cansız  maddədən  və  ruhi 
varlıqdan da ayrı olaraq canlıların [orqanizmlərin] varlıq forması 
və varlıq məkanı. Canlıların ən birinci xüsusiyyəti. Əlamətləri öz-
özünə böyümə, inkişaf, dəyişmə, çevrilmə, təsir etmə, təsirlənmə, 
artıb çoxalmaq. Lakin elm və texnologiyanın ən modern imkanları 
ilə belə canlılar ilə cansızları ayırd etmək mümkün deyildir. Misal 
üçün  viruslar  ən  aşağı  dərəcədəki  canlı  varlıqlar,  yoxsa  kimyəvi 
maddədən  ibarət  olduğunu  sübut  etmək  mümkün  olmamışdır. 
Həyat bir növ ölümün antonimi mənasında da işlənir. Materiyanın 
hərəkət  forması;  fiziki  və  kimyəvi  hərəkət  formalarına  nisbətən 
keyfiyyətcə yüksək və onları ―bərtərəf‖ olunmuş formada özündə 
ehtiva edən forması. 
HƏYAT ENERJĠSĠ [alm. Erlebnis; fr. Expèrience vècue; ing. 
experience]  –  insanlığı  zənginləşdirdiyi  qəbul  edilən,  bir  mənası 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
111 
olan  bütün  yaşanmış  təcrübələr.  Özləri  vasitəsilə  mənin  şüuruna 
vardığı bütün mənəvi hadisələr.  
HƏNĠFĠLĠK – islam  dinin  yaranması  ərəfəsində Ərəbistanda 
bütpərəstliyə  qarşı  çıxıb,  təkallahlığı  təbliğ  edən  cərəyan. 
Hənifilik  islamdan  əvvəlki  Ərəbistanın  sosial  qurluşu  və  dini 
ideologiyasının böhranı nəticəsində meydana gəlmişdir. 
HAL  ərbabı  –  hal  əhli.  Hər  hansı  bir  məqama  sahib  olan 
kəslər.  
HAQQ  əl-yəqin  –  daxili  hiss  və  təcrübənin  verdiyi,  insanın 
özündə hiss etdiyi, özündə müşahidə etdiyi elmə deyilir.  
HARAM  – dinin  yerinə  yetirilməsini qadağan etdiyi  əməllərə 
deyilir. İnsan öldürmək, oğurluq etmək, ana-ataya qarşı çıxmaq və 
s. əməllər haram sayılır və yerinə yetirilməsi qadağandır.  
HARMONĠYA  –  [alm.=fr.  Harmonie;  ing.  Harmony;  yun. 
Harmonia  –  bağlam,  birlik,  uyğunluq.  Birlikdə  səs  verən  sistem; 
osm.  tr.  aheng;  ər.  كثبطر]  –  çoxluğun  və  qarışıqlığın  sistemli  bir 
birlik yaratması.  
HƏDƏS  –  islam  dini  etiqadına  görə,  müsəlmanın  ibadət 
etməsinə  mane  olan  və  dəstəmaz,  qüsul,  yaxud  təyəmmüm 
etmədikcə  bədəndə  qalıcı  xüsusiyyətə  malik  olan  maneə,  yaxud 
haldır.  
HƏDD [alm. Grenze; fr. Limite; ing. Limit; lat. Limitus; osm. 
tr.  had,  hudut]  –  tamamlama,  sona  çatma,  bir  şeyin  sona  çatdığı 
nöqtə. Varlıq yaxud da təsir dairəsinin xarici sərhəddi.  
HELM  –  yumşaq  xasiyyətlilik,  mülayimlik,  səbirli,  təmkinli 
olmaq. 


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
112 
HERMENEVTĠKA  [alm.  Hermeneutik;  fr.  Hermèneutique; 
ing.  Hermeneutics;  yun.  Hermeneutike;  hermeneuiein  –  yorum-
lamaq, tekhnè – sənət] – açıqlamaq, yorumlamaq, izah etmək. Bir 
mətni anlamağa yönələn, mətnin izahından bəhs edən təlim.  
HƏVAĠ  Ģeylər  –  boş  şeylər,  dünyanın  fani  ləzzətlərinə  meyl 
etmək. 
HƏVASAT-Ġ nəfsiyyə - nəfsin arzuları istəkləri. 
HEYBƏT – qorxu dolu həyəcan, dəhşət. 
HĠCAB – örtük, çarşab.  
HĠDAYƏT  –  doğru  yolda  olma,  Allah-təalaya  aparan  doğru 
yol, yaxud Allahın əmr və qadağalarına tabe olmaq. 
HÜCCƏT – dəlil. 
HÜDUS  –  yoxdan,  heçdən  var  edilmək.  Hüdus  Tanrıya  aid 
xarakterik  xüsusiyyətin  əməli  nəticəsi  olub,  mahiyyət  etibarı  ilə 
maddi,  yaxud  mənəvi  olmalarından  asılı  olmayaraq  Tanrıdan 
başqa  bütün  varlıqların  yaradılış  formasıdır.  Dini  məntiq 
varlıqların  yaradılış  formasını  Tanrının  ―Ol!‖  ifadəsinə  bağlı 
olduğunu  qeyd  edir.  Tanrı  varlıqları  yaratmaqda  hüç  bir  çətinlik 
bilməz. Hüdus, həm də varlıqların əzəli olmadıqlarını ifadə etmək 
üçün də işlədilir. Varlıqların əzəli olmamaları başlanğıcda onların 
başqa  bir  varlıq  tərəfindən  yaradılmış  olmasına  və  İlkin  səbəbə 
möhtac  olmaları  deməkdir.  Şərq  peripatetik  fəlsəfəsində 
varlıqların  bu  xüsusiyyətlərini  ifadə  etmək  üçün  vacib  varlıq  və 
mümkün 
varlıq 
terminləri 
işlədilmişdir. 
Vacib 
varlıq 
yaradılmamış  olub,  yaradanadır  və  yaradan  varlıqların  heç  bir 
xüsusiyyətini  Ona  aid  etmək  olmaz.  O,  əzəli  və  əbədidir.  Bu 
varlıq  Tanrının  özüdür.  Ondan  başqa  bütün  varlıqlar  isə  var  ola 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə