Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə37/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   33   34   35   36   37   38   39   40   ...   67

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
116 
fraqmentlərdə bu terminə təsadüf edilmir və Anaksaqorun sonrakı 
şərhçilərindən alınmışdır. 
HOMEOSTAZ  homeostazis  [yun.  Homoios  –  oxşar;  stasis  – 
dayanma,  tərpənməzlik,  hərəkətsizlik]  –  öz-özünə  idarə  olunan 
mürəkkəb sistemlər üçün səciyyəvi və sistemin saxlanılması üçün 
mühüm  olan  parametrlərin  mümkün  həddlərdə  saxlanılmasından 
ibarət dinamik müvazinət tipi. 
HÖKM  [alm.  Urteil;  fr.  Jugement;  ing.  Judgement;  yun. 
Opophasis; lat. Judicium; osm. tr. hüküm] – bir şeyin yaxud da iki 
şey arasındakı əlaqənin həqiqətini təsdiqləyən yaxud da ləğv edən 
düşüncənin  ortaya  qoyulması,  dilə  gətirilməsi.  Obyekt  haqqında 
nəyinsə  iqrar  edildiyi  təklif  formasında  ifadə  olunan  və  obyektiv 
olaraq ya həqiqi, ya da yanlış olan fikir.  
HÖRMƏT [alm. Achtung; fr. = ing. Respect; osm. tr. hurmet] 
– bir insana, bir fikirə,  bir hadisəyə, nəyəsə olan ehtiram,  yaxud 
xüsusi bir hiss.  
HUMANĠZM  [lat.  humanus  –  insani  -  Bəşəri]  –  insanın 
ləyaqət  və  hüquqlarına  hörməti,  şəxsiyyət  kimi  onun  qiymətli-
liyini, insanların rifahı, onların hərtərəfli inkişafı, ictimai həyatda 
insan üçün əlverişli şərait yaradılması haqında qayğını ifadə edən 
baxışların məcmusu. 
HÜQUQ – hakim sinfin qanun səviyyəsinə qaldırılmış iradəsi; 
bu  iradənin  məzmunu  mövcud  sinfin  maddi  həyat  şəraiti  ilə, 
həmin sinfin mənafeyi ilə müəyyən olunur. 
HÜLULĠLĠK  [ər.  ―daxil  olma‖  sözündəndir]  –  ilahinin 
insanda həll olması, təcəssüm etməsi haqqında dini-fəlsəfi təlim. 
HÜRUFĠLĠK  [ər. ―hərflər‖ sözündəndir] – şiəlikdə təriqət.14 
əsrin sonlarında yaranmışdır. Banisi Fəzlullah Nəimidir. 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
117 
 

 
KABALA [alm. Kabala; fr. Cabale; ing. Cabala; ibr. Kabbalah 
– alınma şeylər, adət, ənənə] – yəhudilərin yazılı olaraq qorunub 
saxlanan  dini  ayinləri  və  qanunları  özündə  əks  etdirən 
qanunnamələrlə  birlikdə  ağızdan  –  ağıza  keçən  dini  buyruqlar. 
İbrani fəlsəfəsinin və deyilən mitos yazıların cəmi. Tarixləri dəqiq 
olaraq bilinmir.  
KAMAL-i  əvvəl  [alm.  Entelechie;  fr.  Entèlèchie;  ing. 
Entelechy;  ər.  يٚأ  يبّو;  yun.  Enteelekheia  =  en  –  içində,  telos  – 
məqsəd,  èkhein  –  sahib  olmaq]  –  özünü  təzahürlərində 
reallaşdıran  öz,  maddəyə  forma  verən,  imkanı  gerçəyə  çevirən 
təsirli ideya.  
KAOS  [Chaos]:  kainatın  bir  nizama  girmədən  əvvəlki, 
şəkildən məhrum olan qarışıq vəziyyətini ifadə edər. 
KASTA – portuqalca nəsil və qəbilə mənasındadır. 
KONKORDAT –  latınca  razılıqlı  olmaq  mənasındadır. 
Məsələn Vatikanla başqa bir dövlət arasında həmin ölkədə katolik 
kilsənin  fəaliyyətinin  müəyyən  edən  razılaşmalı  müqavilə  buna 
aiddir. 
KOMMUNĠKASĠYA siyasi sistemlə mühit arasında qarşılıqlı 
fəaliyyət. 
KONKRET  [alm.  Konkret;  fr.  Concret;  ing.  Concrete;  lat. 
Concretus;  tr.  Somut;  osm.  tr.  muşahhas;  ər.  ص ّخشِ]  –  müəyyən 
bir  zamanda  müəyyən  bir  yerdə  ortaya  çıxan,  təbii,  müşahidə 


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
118 
edilə  bilən,  əllə  tutula  bilən,  hiss  edilən  yaxud  da  işarə  ilə 
qavranılan.  
KONSEPTUALĠZM  [alm.  Konzeptualismus;  fr.  Concep-
tualisme; ing. Conceptulism; osm. tr. mefhumiye; tr. Kavramcılık; 
ər.  خٍِٛٙفِ]  -  Küllülərin  yəni  İnsan-Heyvan  kimi  mücərrəd 
anlayışların  bir  təsəvvür  olmaları  baxımından,  özlərini  düşünən 
zehində  onların  gerçək  varlıqlarının  var  olduğunu  qəbul  edən 
fəlsəfi görüş. 
KƏMĠYYƏT  [Qantite]  –  Nicelik:  Ölçülüb  sayıla  bilən 
böyüklük. 
KEYFĠYYƏT  [Kalite]  –  Nitelik:  Bir  şeyin  quruluşunu 
göstərən,  bir  obyekti  özünün  var  olduğu  kimi  edən  xüsusiyyət. 
Keyfiyyət - nəyinsə yaxşı və ya pis olma xüsusiyyətidir. Hansısa 
obyektə dəyər verdirən, xarici görünüş , rəng və dad kimi ona aid 
obyektiv  xüsusiyyətlərin  hamısına  birgə  verilən  addır.  Burada 
ifadə edilən, hər hansı bir baxımdan, üstünlük və əskiklikdir. Xalq 
dilində keyfiyyət, üstünlüyü, yaxşılığı bildirir. Fəlsəfi anlamda isə 
keyfiyyət  fəlsəfi  kateqoriya  kimi  şeyin  onun  mahiyyətindən 
olmayan  lakin  sonradan  ona  əlavə  olunan  forma  və  xüsusiy-
yətlərin  məcmusuna  deyilir.  Keyfiyyətə  Orta  əsrlər  Şərq  fəlsəfə-
sində  daha  çox  ərəz  deyidilər.  Misal  üçün,  bir  stul  taxtadandır, 
onun taxtalığı onun mahiyyətidir, sakin onun forması, rəngi, görü-
nüşü, sərtliyi onun forma və keyfiyyətlərini təşkil edir. 
KÖVN [geneşe]: Aləmin doğuşu. 
KOMPROMĠS –  əsl  mənası  qarşılıqlı  məğlubiyyət  olmasına 
baxmayaraq,  bu  söz  hal-hazırda  sülh  bağlamaq  üçün  razılığa 
gəlmək anlamında işlədilir. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə