Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə34/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   30   31   32   33   34   35   36   37   ...   67

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
106 
 

 
GENESIZ [yun. Genesis – mənşə, yaranma] – ―G.‖ termini ilk 
dəfə qədim  yunan mifologiyasında işlənmişdir.sonralar fəlsəfədə, 
həmçinin təbiəətşünaslıqda yayılmışdır. 
GENETIKA  [yun.  Genetikos  –  mənşəyə  aid  olan]  – 
orqanizmlərin irsiyyəti və dəyişkənliyi haqqında təlim. 
GENERALIZM [alm. Generalisation;  fr. Gènèralisation;  ing. 
Generalization; lat. Generalis  – genel; osm. tr. tamim; ər. ٍُّر; tr. 
Genel]  tək  –  tək  yaxud  da  xüsusi  vəziyyıtlərdən  ümumi  bir 
qanunun, prinsipin çıxarılması.  
GEOPOLITIKA  [yun.  Ge  –  yer,  politike  –  dövləti  idarə 
etmək məharəti] – imperialist ekspansiyanın müxtəlif formalarına 
iqtisadi  və  siyasi  coğrafiyanın  məlumatlarına  saxta  istinadlarla 
haqq qazandıran konsepsiya.  
GƏLDƏÇ  –  türk  dilində  gələcək,  istiqbal  mənalarını 
verməkdədir.  
GÖK  –  1  –  Tanrı,  Tanrıdan.  Tanrısal,  müqəddəs  2  –  Mavi, 
Göyün  rengi  3  –  Yer  üstü,  göy  üzü  4  –  Əzəl-ebed,  başsızlıq  və 
sonsuzluq  5  –  Gözəllik,  göz  alıcılık,  üstünlük.  Əski  türkcədir. 
Əski  Türkcədə  Tanrıya  da  bəzən  Gök  Tenqri    -  yəni  Göy  Tanrı 
ifadəsi işlədilirdi.  
GERÇƏKLIK  –  real  mövcud  olub  inkişaf  edən,  özündə 
xüsusi  mahiyyət  və  qanunauyğunluq  olan,  həmçinin  xüsusi  təsir 
və inkişaf nəticələrinə malik şey. Reallıq, yaxud həqiqət. 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
107 
GƏLƏCƏK  –  zaman  çərçivəsində  və  məkan  hüdudlarında 
fantaziyanın  gizli  söylədiklərinin  hamısının  formasız  və  qeyri-
müəyyən baş verməsi.  
GÖZƏL [tr. Güzel; alm. Schön; fr. Beau; ing. Beauti+ful; yun. 
Kalos;  ər.  خٍٍّﺟ]  –  konkret  anlamda  görmə  zamanı  gözə  çox  xoş 
görünən,  göz  oxşayan.  Estetikada  geniş  istifadə  olunur. 
Dəyərləndirmədə tətbiq olunur. Bu kəlmənin fəlsəfəyə daxil edən 
Platon olmuşdur.  
GÖZƏLLĠK  –  ən  yüksək  estetik  məziyyətli  hadisələri 
səciyyələndirən estetik kateqoriya. 
GÖRÜNMƏ  –  obyektin,  yaxud  hadisənin  qavrayışında 
saxtalıq anını ifadə edən anlayış.  
GEOSENTRĠZM  [geocentrisme]  –  yerin  mərkəz  qəbul 
edilməsi: Dünyanı bütün aləmin mərkəzi qəbul edən görüş. 
GÜC [alm. Kraft; fr. Fo. Power; lat. Fortitudo; osm. tr. kuvvet; 
حسذمٌأ] – fiziki və əxlaqi olaraq təsir edə bilmə yaxud da bir təzyiqə 
qarşı  müqavimət  göstərə  bilmək  qabiliyyəti.  Güc  müxtəlif 
mənalarda  çoxçalarlılığı  ilə  fərqlənir:  qol  gücü,  ictimai  güc,  güc 
sahibi və s.  
 


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
108 
 

 
HAKĠMĠYYƏT  –  cəmiyyətin  siyasi  təşkilinin  əsas 
funksiyalarından biri, bir-birinə zidd fərdi və ya qrup mənafelərini 
əlaqələndirməklə  insanların  hərəkətini  idarə  etmək  üçün, 
inandırma və ya məcburiyyət vasitəsi ilə onları vahid idarəyə tabe 
etməkdə real imkana malik nüfuzlu qüvvə. 
HAQQ (ing. Real; ər. كمح) – sözünün lüğət mənası ―dəyişməz‖ 
deməkdir.  Termin  olaraq  mənası  isə  ―hər  şərt  altında  doğru  olan 
şey‖  deməkdir.  Məsələn,  iki  dəfə  ikinin  dörd  etdiyi  kimi.  Batil 
kəlməsinin  lüğət  mənası  ―səhv,  yanlış‖  deməkdir.  Termin  olaraq 
mənası  isə  ―hər  şərt  altında  yanlış  olan  şey‖  deməkdir.  Məsələn, 
iki  dəfə  iki  üç  edir,  iddiası  kimi.  Bu  günkü  Qərb  mədəniyyəti 
özlərinin  hər  zaman  ifadə  etdikləri  kimi  qədim  Roma  mədəniy-
yətinə,  qədim  Roma  mədəniyyəti  qədim  Yunan  mədəniyyətinə, 
qədim  Yunan  mədəniyyəti  də  qədim  Misir  mədəniyyətinə  yəni 
Fironlara  söykənməkdədir.  Fironlar  insanlara  zülm  edərkən  bu 
etdikləri zülmləri ―biz sizə zülm edirik‖ deyə etməzdilər. Etdikləri 
zülmləri ―bu bizim haqqımızdır‖ deyə edərlərdi. Səhvləri onların 
haqq anlayışının yanlış yəni batil olmasında idi. 
HARMONĠYA ahəngdarlıq. 
HEDONĠZM  [yun.  Hedone  –  həzz]  –  əxlaqi  tələblərin 
əsaslandırılması  prinsipi;  qədim  dövrdə  meydana  gəlmişdir; 
xeyirxahlıq [xeyir] həzz gətirən və iztirablardan azad edən, şər isə 
iztiraba səbəb kimi qiymətləndirilir. 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
109 
HERMENEVTĠKA  [yun.  Hermeneuo  –  aydınlaşdırıram]  – 
məqsədi  mətnin  obyektiv  [sözlərin  qramatik  mənaları  və  tarixən 
şərtlənmiş variantları] və subyektiv [müəlliflərin niyyəti] əsasları-
na görə mənasını müəyyən etmək olan şərh məharəti nəzəriyyəsi. 
HERMETĠZM [yun. Hermes – magiyanın hamisi hesab olu-
nan qədim yunan ticarət və gəlir alla-hı] – ellinizm mərhələsində 
və son aitik dövrdə təşəkkül tapmış dini-fəlsəfi təlim. 
HƏQĠQƏT  –  gerçəkliyin  fikirdə  doğru,  düzgün  inikası; 
meyarı  praktikadır.  Həqiqilik  xarakteristikası  şeylərin  özünə  və 
onları dillə ifadə etməyin vasitələrinə deyil, məhz fikirlərə aiddir. 
HERUSTĠKA  [alm.  Herustika;  fr.  Heruistique;  lat.  Ars;  tr. 
Bulgulama;  yun.  Heuruskein;  osm.  tr.  tekşif;  ər.  ءاشزخإ]  əslən 
yunan  mənşəlidir  heuruskein  –  tapmaq,  ortaya  çıxarmaq 
deməkdir. Fəlsəfədə herustika nəyisə, hansısa metodu tapıb ortaya 
çıxarmaq  mənasında  işlədilir.  Ərəb  dilli  fəlsəfədə  خٍضاشف  فٍشىر 
[təkşif-i fəraziyyə] istilahı çox işlədilir. Bu elə bir fərziyyə idi ki, 
onun  köməyilə  olanların  mahiyyətini  açmağa,  hadisələrin  arxa 
üzünü  aşkarlayıb  ortaya  çıxarmağa  vasitəçi  olurdu.  Buradakı 
Təkşif  sözü  [فٍشىر]  kəşəfə  ٌّ
َفَشَو felinin  II  babda  [kəşşəfə -  ٌَّفّشو
təf`il  [ًٍعفر]  babında  məsdəridir.  Fəraziyə  isə  fərziyyətun  –  fərz, 
nəzəriyyə  və  s.  sözünün  cəmidir.  Dilimizdə  VIII  babın  məsdəri 
olan ixtira sözü daha çox işlənir.  
HADĠS:  başlanğıcda  mövud  olmayıb,  sonradan  var  olan 
şeydir.  hadis  hallar  –  başlanğıcda  olmayıb  sonradan  baş  verən 
hallar, əslə aid olmayanlar.  


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə