Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə42/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   38   39   40   41   42   43   44   45   ...   67

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
131 
istifadə  olunan  idrak  vasitələrinin,  metodlarının,  üsullarının 
məcmusu.  
MEXANĠSĠZM  –  Təbiət  və  cəmiyyətin  inkişafını  materiya 
hərəkətinin  mexaniki  formasının  ən  universal  hesab  olunan  və 
maddi  hərəkətin  bütün  növlərinə  şamil  edilən  qanunları  ilə  izah 
edən dünyagörüşü. 
MƏDƏNĠYYƏT  [ər.  خٍٔذِ]–  varlığın  və  şüurun  bütün 
sahələrində  bəşəriyyətin  predmetləşdirmə  [sərvətlər,  normalar, 
işarə sistemləri  yaradılması  və  s.] və predmetsizləşdirmə mədəni 
irsin  mənimsənilməsi]  proseslərin  dialektik  vəhdətindən  ibarət, 
gerçəkliyin  yenidən  dəyişdirilməsinə,  bəşər  tarixi  zənginliyinin 
şəxsiyyətin  daxili  zənginliyinə  çevrilməsinə,  insanın  mahiyyət 
qüvvələrinin  hər  vasitə  ilə  aşkara  çıxarılmasına  və  inkişaf 
etdirilməsinə yönəldilmiş sosial-mütərəqqi yaradıcı fəaliyyəti. 
MƏZDƏKĠLĠK – V əsrin sonunda İranda yaranmış, sonralar 
Azərbaycanda  və  bir  sıra  qonşu  ölkələrdə  geniş  yayılmış  dini-
fəlsəfi və sosial təlim.  
MƏCBURĠYYƏT  [alm.  Notwendigkeit;  fr.  Nècessitè;  ing. 
Necessity;  lat.  Necessitas;  osm.  tr.  zaruret;  ər.  حسٚشض]  – 
olduğundan  başqa  olmama  hallı.  Məntiqi  riyazi  anlamda 
məcburiyyət.  Anlamların  və  prinsiplərin  məntiqi  əlaqəsində  və 
nəticələrində olur. Düşüncə baxımından məcburi reallıqlar.  
MƏFHUM  [alm.  Begriff;  fr.  Concept,  notion;  ing. 
Conception,  notion;  lat.  Conceptus,  notia;  yun.  Logos,  ènoia; 
horos,  noema;  osm.  tr.  mefhum;  tr.  Kavram;  ər.  ٌّ
 َٛٙفِ]  – 
obyektlərin yaxud da hadisələrin müştərək xüsusiyyətlərini ehtiva 
edən və bir müştərək adda cəm edən ümumi kəlmələr. 


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
132 
MƏDƏNĠYYƏT [alm. Kültür; fr. = ing. Culture; lat. Cultura; 
colere  –  baxmaq,  həsrətində  olmaq;  osm.  tr.  hars.]  1.  Konkret 
mənada  bədənlə  və  ruhla  əlaqəsi  olan  müəyyən  qabiliyyətləri 
inkişaf etdirmək, əqli və əxlaqi savaddır.  
MƏĠġƏT  [ər.  خشٍعِ]–  cəmiyyət  həyatının  insanın  özünün 
təkrar istehsalı ilə bilavasitə bağlı mühüm sahələrindən biri; qida 
məhsulları,  paltar,  mənzil,  istirahət,  əyləncə,  sağlamlığın 
mühafizə  edilməsi  və  s.  tələbatın  öyrənildiyi  maddi  və  mədəni 
mühit. 
MƏN  [alm.  Ich;  fr.  Moi;  lat.  Ego;  osm.  tr.  ene;  ər.  بٔأ]  – 
türkdilli  terminologiyaya  aiddir.  1.  Şüurlu  olaraq  özünü 
başqalarından fərqləndirən, ayıran kəlmə. Aləmə və öz-özünə fəal 
yanaşan,  münasibət 
bəsləyən  insan  şəxsiyyətinin, 
insan 
fərdliliyinin  mənəvi  mərkəzi.  Dekart  məni  düşünən  varlıq  hesab 
edirdi.  
MƏNAFE  –  fərdlərin,  sosial  bliklərin  [sinfin  ,  millətin,  peşə 
qrupunun] hərəkətlərinin sosial davranışını müəyyən edən səbəb. 
MƏNTĠQ [alm. Logik; fr. Logique; ing. Logic; yun. Logike – 
tekhne;  ər.  كطِٕ]  -  ərəb  dilindəki  كطٔ  [I  babda]  felinin  mim 
məsdəiridir.  Dilimizə  hərfi  mənada  danışma,  nitq  söyləmə 
mənalarına uyğun gəlir. Əslində isə düzgün fikirləşməyin metodu, 
düşüncənin  varlıq  formalarının,  elementlərinin,  növlərinin, 
imkanlarının qanun və qaydalarının elmi.  Məntiq elminin qolları 
və  şaxələri  çoxdir,  bax  dialektik  məntik,  riyazi  məntiq,  formal 
məntiq, psixoloji  məntiq, filoloji məntiq və s. hər şeyi  məntiqinə 
uyğunlaşdırmağa isə məntiqçilik [logismus] deyilir. 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
133 
MƏHƏBBƏT  [ər.  خجِٙ]–  insanların  qarşılıqlı  maraq  və 
meyllərinə  əsaslanan  ünsiyyət  və  yaxınlıq  münasibətlərindən 
doğan dərin intim hiss. 
MƏKAN  [alm.  Raum;  fr.  Espace;  ing.  Space;  lat.  Spatium; 
osm.  tr.  mekan;  ər.  ْبىِ]  –  daxilində  bir  cismin  ola  biləcəyi 
yerlərin  hamısını  göstərən  termin.  Bütün  var  olanları  içərisində 
ehtiva  etdiyi  yer.  Fəlsəfənin  təməl  anlamı  olaraq  daha  əvvəl 
Yunanlı atomistlərdə də vardır.  
MƏSULĠYYƏT  [alm.  Verantwortung;  fr.  Responsabilitè;  tr. 
Sorumluluk; ing. Responsability; osm. tr. mesuliyet; ər. خ
ٌٍّٔٛغِ] – 
insanın öz fəaliyyətlərini yaxud da öz təsir sahəsinə daxil olan hər 
hansı bir hadisənin nəticələrini öz boynuna götürməsi.  
MĠKROSOSĠOLOGĠYA  [yun.  Mikros  –  kiçik]  –  sosio-
logiyanın  bölməsi;  öyrənmə  obyektini  [üzvləri  bir-biri  ilə  sabit 
şəxsi ünsiyyətdə olan tərkibcə azsaylı sosial qruplar] təşkil edir. 
MĠLLƏT [ər. خٍِ]– insan birliyinin tarixən təşəkkül tapmış və 
xalqı  əvəz  etmiş  forması,  insanların  yeni  sosial  və  beynəlmiləl 
birliyi. 
MĠMANSA  [sanskritcə  -  tədqiqat,  mülahizə]  –  hind  fəlsəfə-
sinin ortodoksal sistemlərindən biri. 
MĠSTĠSĠZM  [alm.  Mystizismus;  fr.  Mysticisme;  ing. 
Mysticism;  osm.  tr.  tasavvuf; tr.  gizemçilik]  – ruhi  –  mənəvi hal 
və  tutum,  naməlum  qalan  və  üstüörtülü  olan  məsələlər,  İlahi 
müşahidə yolu ilə həqiqətlərə, yaxud Tanrıya qovuşma fəaliyyət-
ləri. Mistisizm bəzən fövqəltəbii bir qüdrəti əldə etmək və işlərini 
bu  qüdrətin  sayəsində  həyata  keçirə  bilmək  üçün  həqiqətlərin 
səbəblərini bilib ortaya çıxarmaq fəaliyyətləri kimi də xarakterizə 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə