Бисмиллащир-рящманир-рящим



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə39/67
tarix22.11.2017
ölçüsü2,84 Kb.
#11621
1   ...   35   36   37   38   39   40   41   42   ...   67

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
122 
və  bu  tamın  bir  hissəsi  kimi  kainatın  astronomik  müşahidələrlə 
əhatə olunan bütün sahəsi haqqında elm. 
KOSMOPOLĠTĠZM [yun. Kosmopolites – dünya vətəndaşı] 
–  vətənpərvərlik  hisslərindən,  milli  mədəniyyət  və  ənənələrdən 
―bəşər  nəslinin  birliyi‖  naminə  imtina  edilməsinə  çağıran  burjua 
təlimi. 
KOSMOS [yun. Kosmos - aləm, kainat] – kainat, bütövlükdə 
aləm və bir tam kimi Yer, Günəş sistemi, bizim qalaktika və bü-
tün  qalaktikalarda daxil olmaqla hərəkət  edən materiyanın  bütün 
məcmusu. 
KREASĠONĠZM [lat. Creatio – yaradılma, yaratmaq] – dün-
yanın, canlı və cansız təbiətin vahid yaradıcılıq əməli ilə yaradıl-
ması haqqında idealist təlim. 
KRĠTERĠYA  [alm.  Kriterium;  fr.  Criterium,  critère;  ing. 
Criterion; yun. Kriterion; osm. tr. mısdak, miyar, kıstas] – ayırma 
və  ittiham  etmə  vasitəsi,  doğrunu  səhvdəm  ayırd  etmək  üçün  bir 
vasitə.  
KRĠTĠSĠZM  [alm.  Kritizismus;  fr.  Critisisme;  ing.  Critisism; 
osm.  tr.  intikadiye,  tenkidiye].  İnsan  biliyinin  sərhəddi  üzərində 
fəlsəfi şüuru və bu şüurun oyanıq tutulması. Kantda əql və biliyin 
sərhəddini  və  imkanlarını  təyin  etmək  şərtilə  doqmaçılığın  və 
şübhəçiliyin  qarşısına  qoyduğu  fəlsəfə  metodu.  Kantın  və  onun 
məktəbinə daxil olanların fəlsəfi metodudur. 
KÜTLƏ [alm.=fr. Masse; ing. Mass; lat. Massa; osm. tr. kütle; 
ər.  دبعّﺟ]  –  sosial  –  psixoloji  anlam  olaraq  öz  daxilində 
bölünməmiş,  ya  gəlib  keçici  hissiyatında  yaxud  da  bir  xarici 
gücün təsiriylə bir bütün əmələ gətirən insan qələbəliyi.  
 


F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
123 
 

 
LAQEYDLĠK  –  [alm.  Indifferenz,  gleichgüligkeit;  fr. 
Indiifference;  ing.  Indifference;  lat.  Indifferentia;  trk.lakaydi, 
aldırmazlık] – müəyyən hallara, vəziyyətlərə, çıxan hadisələrə heç 
bir reaksiya verməmək.   
LƏYAQƏT  –  şəxsiyyətin  nüfuzu  haqqında  təsəvvürü  ifadə 
edən əxlaqi şüur anlayışı, etikanın insanın öz-özünə və cəmiyyətin 
fərdə əxlaqi münasibətini ifadə edən kateqoriya. 
LĠBERLĠZM –  cəryanı  fransız  maarifçiləri  və  filosofları 
(J.J.Russo, Didro, Lametri ), ingilis filosofları (C.Lokk, T. Hobbs)  
və  utopik  sosialistlərin  yaradıcılığında  yer  almış  ―təbii  hüquq‖ 
nəzəriyyəsinə və dövlətin yaradılması haqqındakı  ―ictimai müqa-
vilə‖  təliminə  əsaslanır.  Əsas  fikir  bundan  ibarətdir  ki,  insanlar 
dünyaya gələrkən hamısı bərabər təbii hüquqlara malik olurlar. 
LOBBĠÇĠLĠK*  –  (―Lobbi‖  –  ingilis  parlamentinin  dəhlizi 
belə  adlanır,  buraya  insanlar  deputatlara  qeyri-rəsmi  təsir 
göstərmək  üçün  gəlirdilər)  ictimai  şüurda  birmənalı  qarşılanmır, 
həm pozitiv, həm neqativ məna daşıyır. Lobbiçiliyin ifrat neqativ 
ifadəsi  müəyyən  qrup  və  şəxslərin  maraqlarının  təmin  olunması 
üçün  hakimiyyət  nümayəndələrinə  qeyri-qanuni  təzyiq  edilməsi, 
rüşvət və korrupsiyadır. 
LĠBERALĠZM  [alm.  Liberalismus;  fr.  Liberalisme;  iing. 
Liberalism;  lat.  Liberalis  =  azad  bir  adama  yaraşan;  osm.  tr. 
serbestiyye;  tr.  erkincilik]  –  Hamı  üçün  fikir,  düşüncə  azadlığı 
tanınmasının  vacib  olduğu  görüşünü  müdafiə  edən,  müstəqil 


Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
124 
düşünməyə  bağlı  dünyagörüşü.  Fəlsəfi  baxımdan  fərdiyyətçilik 
tendensiyasına  bənzəyir.  İctimai  dəyərlərdən  daha  çox  şəxsi 
dəyərlər daha üstün tutulur.  
LĠBĠDO  [lat.  Libido  –  şövq,  arzu,  ehtiras,  cəhd]  –  Freyd 
tərəfindən  fəlsəfəyə,  psixoloji  psixoanalitik  ədəbiyyta  gətirilmiş 
və seksual meyli, seksual ehtiras dərəcəsini, məhəbbət instinktini, 
psixi enerjini bildirən anlayış. 
LOQOS  [yun.  legein  –  demək,  danışmaq]  –  Yunan  dilindəki 
ilkin  mənası  söz,  sonralar  isə  düşüncə,  fikir,  anlam,  əql  kimi 
mənaları da ehtiva etmişdir. İlk dəfə heraklitin təlimində dünyanın 
ümumi qanunauyğunluğu mənasında irəli sürülmüş fəlsəfi termin. 
LOGĠSĠZM  –  Riyaziyyatın  əsaslandırılmasında  başlıca  cərə-
yanlardan  biri;  bütün  riyaziyyatı  məntiqə  müncər  etməyə  səy 
göstərir. 
LOGĠSTĠKA – məntiqi hesablamaların ilkin adı. Leybnits çox 
vaxt riyazi məntiqdən L. Kimi bəhs etmişdir.  
LƏDÜNNĠ elm – ilham yolu ilə qazanılan bilik. 
LƏVAĠH – ilk zühur edən nur parıltıları. 
LƏVAMI` - ləvaihdən sonra gələn nur və təzahür.  
LÖVH-i  məhfuz  –  hifz  olunan  lövhə.  Tanrı  dərgahında  olan 
bu böyük lövhənin  üzərinə olmuş və olacaq hər  şey  yazılmışdır. 
Bəzi təfsirçilərə görə, Qurani Kərim də Peyğəmbər əleyhissəlama 
nazil olmamışdan qabaq bu lövhədə yazılmış idi. Cəbrayıl mələyi 
də nazil olunan ayələri buradan peyğəmbərə gətirmişdir.  
 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə