389
QEYDLƏR
(Şeyx Şamil) 23 ünvanda yerləşən və 100 nəfərdən çox iranlı təbəələrin və
konsulluğun əməkdaşlarının sığınacaq tapdıqları İran konsulluğunun
binası erməni silahlı dəstələri tərəfindən tutulmuşdu. M.S.Marağayi kon-
sulluq binasının azad edilməsinə nail olmuş, daha sonra rus hərbçiləri ilə
birgə Bakıda yaşayan və işləyən İran vətəndaşlarının da məruz qaldığı qır-
ğınların qarşısının alınmasında fəal iştirak etmişdir. 1994-cü ildə Tehran-
da nəşr etdirdiyi “Siyasi xatirələr”ində 1918-ci il mart faciələri günlərində
şəhərdəki vəziyyəti təsvir etmiş və göstərmişdir ki, şəhər küçələrindən və
həyətlərdən ölülərin və yaralıların yığılması və şəxsiyyətlərinin təyin edil-
məsi üçün hələ yalnız onun yaratdığı komissiya tərəfindən 5000 nəfərdən
artıq iranlı və qeyri-iranlı müsəlmanın qətlə yetirildiyi müəyyən olunmuş,
bütün bu cəsədlər müsəlman qaydasında dəfn edilmişdir. Qanlı mart ha-
disələrindən sonra cəmiyyətdə böyük vahimə yaranmış, müsəlman əhalisi
şəhəri kütləvi surətdə tərk etməyə başlamışdır. M.S.Marağayi böyük çətin-
liklə şəhərə giriş-çıxışa qadağa qoymuş erməni-bolşevik hökumətindən
sərnişinlərlə dolu gəmilərin İran limanlarına yola salınmasına icazə al-
mışdır. Bir neçə gün ərzində 5 mindən 10 minə qədər insan - İran təbəələ-
ri və yerli müsəlmanlar Bakını tərk edərək Astara, Ənzəli və İranın digər
şəhərlərində sığınacaq tapmışlar. FTK-nın sənədlərindən məlum olur ki,
Bakıda iranlı təbəələrin və şəxsən İran konsulunun özünün təqib olunma-
sı sonrakı aylarda da, türk-Azərbaycan qoşunları şəhəri azad edənədək da-
vam etmişdir.
50
Əmirov Tatevos Minayeviç – (1873-1918), “Daşnaksütun” partiyası-
nın üzvü, anarxist, terrorçu əməliyyatların rəhbəri. Qardaşı bolşevik Arsen
Əmiryanın təsiri altında bolşeviklərlə əməkdaşlıq etmiş, süvari dəstəsinin
komandiri olmuşdur. 1918-ci ildə Bakı və Şamaxıda xüsusilə ağır cinayətlər
törətmiş erməni silahlı dəstələrinin rəhbərlərindən biri, müsəlmanların
xeyriyyə cəmiyyəti binasını - “İsmailiyyə”ni şəxsən yandırmışdır. Stepan
Lalayanla birlikdə Şamaxı şəhərinin üzərinə ikinci hücuma rəhbərlik et-
miş, şəhərin dağıdılmasında, yaşayış məhəllələrinin və məscidlərin yandı-
rılmasında, dinc əhalinin öldürülməsində şəxsən iştirak etmişdir. Bakının
Türk-Azərbaycan qoşunları tərəfindən azad olunması ərəfəsində Bakı ko-
missarları ilə birlikdə “Türkmən” gəmisində Bakını tərk etmişdir. Gəminin
kapitanı onun Həştərxana üzmək əmrini yerinə yetirməmiş və gəmi Kras-
novodska gəlmişdir. Burada komissarlarla birgə həbs edilmiş və 20 sent-
yabr 1918-ci il tarixdə 26 Bakı komissarları sırasında Zakaspi eser hökuməti
tərəfindən güllələnmişdir.
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
390
51
Qafqaz müsəlmanlarının qurultayı – 1917-ci il 15-20 aprel tarixdə
Bakıda keçirilmişdir. Qurultayın təşəbbüskarlarından və təşkilatçıların-
dan biri 1917-ci il martın 27-də yaradılmış Bakı Müsəlman İctimai Təşki-
latlarının Müvəqqəti Komitəsi olmuşdur. Azərbaycanın siyasi partiyaları
və ictimai təşkilatlarından başqa qurultayda Şimali Qafqaz, Gürcüstan,
Ermənistan müsəlmanlarının nümayəndələri iştirak etmişlər. Qurultay-
da müzakirə olunan əsas məsələ Rusiyanın gələcək siyasi quruluşu və ki-
çik xalqların hüquqları idi. Rusiyanın siyasi quruluşu haqqında məruzə-
ni M.Ə.Rəsulzadə etmişdır. Qafqaz müsəlmanlarının milli-siyasi idealları
ifadə olunan bu məruzə əsasında Qurultayın qəbul etdiyi qətnamədə Ru-
siya dövlət quruluşunun forması kimi müsəlman xalqlarının mənafeyini
təmin edən federativ əsaslarla demokratik respublika hesab edilmişdir.
Qurultayda həmçinin Qafqaz müsəlmanlarının Müvəqqəti hökumətə, mü-
haribəyə, Rusiyanın digər xalqlarına münasibəti, xalq təhsili, qadınların
vəziyyəti, fəhlə və torpaq haqqında məsələlər də müzakirə olunmuşdur.
52
Təzəpir – Bakıda monumental cümə məscidi, Nabat xanım Rzayeva-
nın vəsaiti hesabına, mülki mühəndis Zivər bəy Əhmədbəyovun layihəsi
əsasında 1905-1914-cü illərdə Nijnyaya Tazapirskya (Aşağı Təzəpir - Mirzə
Fətəli) küçəsində tikilmişdir. Mart hadisələrinin elə ilk saatlarında “Təzə-
pir”in binası və məscidin ətrafındakı məhəllələr top atəşinə tutulmuşdur.
“Təzəpir” məscidinin ətraf küçələri və həyətləri sakinlərin meyitləri ilə
dolu idi. Qırğınlar qurtardıqdan sonra bütün meyitlər məscidin həyətinə
yığılmış və öz yaxınlarının cəsədlərini axtaran insanlar buraya gəlirmiş-
lər. Hazırda – fəaliyyətdə olan məscid.
53
Tağıyev Hacı Zeynalabdin Məhəmmədtağı oğlu - (1838-1924), Azər-
baycan sahibkarlığının görkəmli nümayəndəsi, neft sənayeçisi, milyonçu,
ictimai xadim, xeyriyyəçi, maarifçi. 1877-ci ildə 2-ci, 1882-ci ildə 1-ci gildiya
tacir rütbəsi almışdır. 1870-ci illərin sonunda 3 neft zavodunun sahibi idi.
1886-cı ildə “H.Z.A.Tağıyev” şəxsi ticarət evi tikdirmiş, 1890-cı illərdə Şu-
şa-Yevlax dəmir yolu çəkilişi üzrə layihə təklif etmiş, “Kaspi” qəzetini almış,
milli ziyalıları onun rəhbərliyinə cəlb etmiş, milli tekstil sənayesi, tikinti,
kənd təsərrüfatı, balıqçılığın inkişafına sərmayə qoymuşdur. Bakıda telefon
xətlərinin və şollar suyunun çəkilişi, ticarət pasajı (indiki Bakı univerma-
ğı), bank binası, Tağıyev teatrı (indiki Musiqili komediya teatrı), müsəlman
qızları üçün ilk təhsil məktəbi (indiki AMEA Əlyazmalar İnstitutu) bina-
larının inşası onun adı ilə bağlıdır. Azərbaycan ziyalılarının bir çox nü-
mayəndələrinin, gələcək dövlət və siyasi xadimlərin – Nəriman Nərimanov,