© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
108
Xülasə
Azərbaycanda ilk baxışda media bolluğu var: qəzetdən tutmuş TV-yə qədər, üstəlik, yeni
media vasitələri də informasiya zənginliyi yaradır. Amma bu media bolluğunda əlilliyi olan
şəxsləri media menecerliyində görmək çox çətindir.
Üstəlik, eşitmə-görmə problemləri olan şəxslərin informasiya əldə etmək çətinliyi var. Gözdən
əlilliyi olan şəxslərin qəzetlərə əli çatmır, çünki onlarda Brayl əlifbası ilə çap olunan səhifələr
və ya Brayl əlifbası ilə çap edilən qəzet yoxdur.
Yalnız dövlət televiziyası və İctimai TV-də xəbərlər və bəzi verilişlər eşitmə-danışma əlilliyi
olan şəxslər üçün tərcümə edilir, özəl TV-lərdən bunu yalnız bir-ikisində görmək olar, yəni bu
sahədə sistemli yanaşma müşahidə olunmur.
Veb-saytlar da bəzi əlilliyi kateqoriyası olan şəxslər üçün izlənmək baxımından əlçatımlı
görünmür. Amma əlilliyi olan insanlarin problemlərini, həyat tərzlərini onlardan yaxşı bilənlər
olmaz. Buna görə də media əlilliyi olan şəxsləri özləri haqqında və ümumilikdə cəmiyyət
haqqında nə düşündüklərini yazmağa, çatdırmağa sövq etməlidir.
Media üçün bu tədris vəsaitində siz əlilliyi olan şəxslərə tibbi və və sosial yanaşmalar arasındakı
fərqləri öyrəndiniz. Bir daha təkrarlayaq ki, tibbi yanaşma əlilliyə xəstə kimi yanaşmaq, yəni
onu daim kömək və qayğıya ehtiyac duyan biri kimi görməkdir. Sosial yanaşma isə əlilliyi,
sadəcə, insan müxtəlifliyinin bir forması kimi qəbul edir. Yəni əlillik xəstəlik deyil, sadəcə,
hər hansı bir xəstəliyin izi, nəticəsidir. Sosial yanaşma əlilliyi olan şəxslərə bərabərhüquqlu
davranış tələb edir.
Cəmiyyətdə əlilliyi olan şəxslərə sosial yanaşmanın təbliği, bu barədə maarifləndirmənin
yükü isə medianın çiyninə düşür.
Bu tədris vəsaiti bu ağır yükü qaldırmaqda media təmsilçilərinə dayaq ola biləcək.
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
109
Medianın rolu barədə
Media inklüziv qərarvermədə mühümdür, çünki o, əlilliyi olan şəxslərə müsbət münasibəti
və əlilliyə sosial model yanaşmasını təşviq edə bilər. Media adətən hökumətə böyük təsir
göstərir, odur ki, onu daha demokratik olmağa və inklüziv qərar qəbulundan faydalanmağa
həvəsləndirə bilər.
Bu məsələ media üçün mühümdür, çünki əlilliyi olan şəxslər də medianın məzmununun
istifadəçiləridir. Məzmunun əlilliyi olan şəxslər üçün əlçatımlı və inklüziv olmasının təmin
edilməsi yalnız əxlaq qaydası deyil, çox zaman hüquqi tələbdir, bu, həm də yaxşı biznes
mənasını verir.
Biz siyasətin formalaşdırılması ardıcıllığını nəzərdən keçirdikdə medianın həlledici töhfəsi
barədə düşünməliyik. Ardıcıllıqdakı fəaliyyətlərin çoxunun effektivliyi medianın qəbul etdiyi
yanaşma ilə artırılıb-azaldıla bilər. İctimai rəyin yaradılmasında aparıcı olanlar - istər siyasət
formalaşdıranlar, istərsə vətəndaş cəmiyyəti nümayəndələri, istərsə də media şərhçiləri
rəyləri, fikirləri dəyişə və hökumətin qərarlarına təsir edə bilərlər.
Əlilliyi olan şəxslər istənilən cəmiyyətin bir parçasıdırlar, digər vətəndaşlarla bərabər
hüquqlara malikdirlər. Ancaq ötən tarixdən miras qalmış çoxlu maneələr onların təmsilçiliyinin
- səs və seçim imkanlarının qarşısını ala bilər.
Televiziya, radio, qəzetlər, jurnallar, internet, sosial media, eləcə də medianın digər formaları
ictimai rəyə təsir göstərməkdə mühüm rol oynayır.
Sözlərin, imiclərin və ismarıcların seçimi fikirləri, münasibət və davranışları müəyyən edə
bilər. Bu, həmçinin fərdlər və onların ətraf dünyaları üçün nəyin əhəmiyyətli olub-olmamasını
da müəyyənləşdirə bilər.
Əlilliyi olan şəxslərin necə təsvir edilməsi, mediada hansı tezliklə görünməsi də onların
cəmiyyətdə necə qavranmasına böyük təsir göstərir. Əlilliyi olan şəxslər üçün nəzərdə
tutulmuş media proqramları, məsələn, sənədli televiziya filmləri olduğu halda onlar hələ
də əsas proqramlarda az-az görünürlər. Görünəndə də çox zaman stiqma və ya stereotip
yanaşma sərgilənir, yaxud da onlar mərhəmət obyekti və ya dözümlü super-qəhrəmanlar
kimi təqdim olunurlar. Digər media növləri ilə yanaşı onları müntəzəm qaydada televiziya
və radio proqramlarına daxil etmək ədalətli və balanslı təmsilçiliyə kömək göstərə bilər və
əlilliyi olan şəxslər barədə mənfi fikirlər, anlamlar yaradan ümumi stereotiplərə qarşı çıxmağa
yardım edər.
Əlilliyi olan şəxslərin mediada ləyaqət və hörmətlə təsvir edilməsi daha inklüziv və tolerant
cəmiyyətin təşviqinə yardım göstərər. Bu, nə üçün mühümdür? Birincisi, əlilliyi olan şəxslər
bir çox ölkə əhalisinin 20%-ni təşkil edir.
Qrup olaraq onlar çox zaman səhiyyə, təhsil, təlim və iş imkanları kimi əsas xidmətlərdən ya
kənarlaşdırılır, ya da ayrı-seçkiliyə məruz qalırlar. Bu, əlilliyi olan şəxslərin çoxunu və onların
ailələrini dünyada ən kasıb və ən çox kənarlaşdırılanlar sırasına daxil edir.
İkincisi, bir çox ölkədə əlilliyi olan şəxslərin onlara birbaşa təsir edən siyasətlər, qanunlar,
proqram və xidmətlərdə olan təkmilləşmələr barədə məlumata müəssər olmur. Bu bilgi
boşluğu onların ümumi sosial, iqtisadi və siyasi həyatdan kənarlaşmasını daimi edir. Əlilliyi