© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
112
Miflər və faktlar
İştirakın təşviqi üçün mediaya məsləhətlər
Əlilliyi olan şəxslər haqqında yazı, material hazırlayan jurnalistin əlillik barədə kifayət qədər
biliyi və məlumatı olmalıdır. Təlim bunda əsasdır. Onlarda həmçinin özündə müvafiq qanunları,
davranış kodekslərini və ən yaxşı təcrübələri əks etdirən media üçün soraq kitabı olmalıdır.
Media təşkilatları əlilliyi olan şəxslər üçün məşğulluq imkanlarına, nəqliyyat və infrastrukturun
yaradılmasına, onların səhiyyə və təhsildə, yaşadıqları mühitdə, asudə vaxt və siyasi həyatda
təmsil olunma ilə bağlı üzləşdiyi problemlərə diqqət verməlidir. Əlilliyi olan uşaqların öz yaşıdları
ilə birgə böyüməsi və təhsil alması çox ölkələrdə həlli vacib bir məsələ kimi qarşıda durur.
Media iştirakı necə təşviq edə bilər?
Medianın əlilliyin təsvirini necə verməsi cəmiyyətdə əlilliyi olan şəxslərin üzləşdiyi
çətinliklər barədə maarifləndirmə aparmağa, stereotipləri, zərərli yanaşma və davranışları
azaltmağa, əlilliyi olan şəxslərin töhfələri və potensialları barədə bilgiləri artırmağa kömək
edə bilər.
Məsələ burasındadır ki, əlillik nə zaman (pik və ya qeyri-pik vaxtlarda), necə və nə
müddətdən bir təqdim olunur; istifadə edilən dil, leksikon müsbət anlamlar yarada bilərmi;
bu üsullar əlilliyi olan şəxslərin hüquq və ləyaqətinə hörmət aşılaya, inklüziv cəmiyyəti
təşviq edə bilərmi.
Media təşkilatlarının əlillik barədə dəqiq reportajlar vermək, əlilliyi olan şəxslərin müsbət
portretini çəkmək üçün aşağıdakılar qarışıq çox yolları var:
• Əlilliyi olan şəxslərin üzləşdiyi çətinliklər barədə maarifləndirmə aparmaq.
• Tabu mövzu olması ideyasına qarşı çıxmaq üçün əlillik barədə müzakirəni ictimai
arenaya gətirmək.
• Əlilliklə bağlı olan bir sıra məsələlər üzrə ekspert şərhçilərdən istifadə etmək də daxil
Mif
Faktlar
Əlilliyi olan şəxslər müftəxor və
cəmiyyətin üzərində yükdürlər.
Bəzi ölkələr sosial müavinətlərin ödənməsndə saxtakarlığa yol
verilməsindən çox narahatlıq keçirir. Bəzən media və siyasətçilər
belə bir fikri təşviq edirlər ki, əlilliyə görə müavinət alan insanlar çox
zaman saxtakarlıq edirlər. Əslində, dəlillər bunun əksini göstərir -
əlilliklə bağlı müavinətlərdə saxtakarlığın səviyyəsi çox aşağıdır və
onlar tərəfindən iddiaların, tələblərin aşağı olması daha böyük prob-
lemdir. Əlbəttə, həyatın çox sahələrində olduğu kimi bəzən burada
da saxtakarlığa yol veriləcək. Ancaq saxtakarlıq etmiş əlilliyi olan
şəxsin portreti geniş yayılmış bir problemin təmsilçisi kimi təqdim
olunmamalı, eləcə də, əlilliyi olan şəxsləri saxtakar kimi stereoti-
pləşdirməyə bəhanə verməməlidir. Əslində, əlilliyi olan şəxslərin çoxu
öz ailəsinə çalışmaqla və başqa yollarla mühüm töhfələr verir. Bir
çoxu işləyir, əgər onların iştirakına daha az maneə törədilsəydi, daha
çox əlillyi olan şəxs işləyər, yaxud da başqa formada cəmiyyətə töhfə
verə bilərdi.
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
113
olmaqla, əlilliyi
olan şəxsləri ekspertiza, xidmət və ailələrinə dəstək təminatçıları kimi
nümunələrdə göstərmək.
• Əlilliyi olan şəxslərin işdə, məktəbdə, siyasətdə və s.-də təmsil olunmaqdan
kənarlaşdırılması məsələlərini araşdırmaqla onların həllinə daha yaxşı resursları cəlb etmək.
• Əlilliyi olan şəxslərin tam iştirakını dəstəkləyən siyasət, istehsal, xidmət və mühitin
təşviqi.
• Dəstək xidmətlərinin əlaqə məlumatlarını yaymaq.
• Əlilliyi olan şəxslərin onlara lazım olan məlumatı almasını təmin etmək üçün məqalənin
və ya proqramın sonunda müvafiq yerli və milli dəstək mənbələrini göstərmək.
• Əlilliyi olan şəxslərin bütün dünyada hər bir icmada olması, onların əhalinin digər
hissələri ilə eyni emosiyalara, maraq, istedad, bacarıq və davranışa malik olması,
onların eyni yaşda və situasiyada olan digər insanlarla eyni şəxsiyyət kompleksinə və
təcrübəyə yiyələnməsi kimi fikirlərin təşviqi.
Əlilliyə dair hekayə ideyaları
• Əlilliyi olan şəxslər üçün dövlət və özəl sektorda məşğulluq vəziyyəti necədir?
• Əlilliyi olan işçilərin çətin iqtisadi vaxtlarda işlərini itirmə riski varmı?
• Əlilliyi olan şəxslərin iş tapmasını və işdə qalmasını dəstəkləmək üçün məşğulluq
proqramları nə dərəcədə effektlidir?
• Daha müəsər mühit yaratmaq üçün hansı səylər göstərilir?
• Ölkənizdə əlilliyi olan şəxslər üçün proqram və xidmətlərin maliyyələşdirilməsi
sahəsində vəziyyət başqa ölkələrlə müqayisədə necədir?
• Milli inkişafla bağlı siyasi proqramlarda əlilliyi olan şəxslərin daha perspektivli əhatə
edilməsi üçün ölkənizdə hansı tədbirlər görülüb?
• Əlilliyi olan şəxslər ictimaiyyət arasında sıxışdırmaya məruz qalırmı? Bu, məsələn,
qavrama və ya ruhi sağlamlıq kimi məhdudiyyətləri olan müəyyən qruplara
digərlərindən daha çoxmu təsir edir?
• Parlamentə seçilməyi və ya digər hökumət işində olmağı planlaşdıran hər hansı əlilliyi
olan şəxs varmı?
Məlumat (reportaj) vermə üzrə məsləhətlər
• İnsanı bir xüsusiyyətlə məhdudlaşdıran və bütövlükdə şəxsiyyətə kölgə salan sözlərdən
(etiketlərdən) çəkinin. “Əlil” və ya “ruhi xəstə” kimi yarlıqlar insanlar və ya insanlar
qrupu haqqında mənfi imic yaradır.
• Əlilliyi olan şəxslərə özləri adından danışmağa imkan verin. Təcrübə göstərir ki,
əlilliyi olan şəxs müəyyən situasiya barədə inam və arxayınlıqla danışanda qeyri-əlil
auditoriyanın əlilliyi olan şəxslərin bilgili və bacarıqlı olmasına inanma ehtimalı daha da
artır.
• Əlilliyi olan şəxslərin üzləşdiyi problemlərin ictimaiyyət tərəfindən anlaşılmasına çağırın.
• Əlillik barədə ümumi mifləri aşkarlayın – onları passiv şəkildə möhkəmləndirməkdənsə,
aktiv şəkildə onlara qarşı çıxın.
• Praktik məlumatlar verin. Məsələn, praktik məsləhət “mən eşitmə qabiliyyəti olmayan
şəxslə necə danışım?” qədər sadə ola bilər (Cavab: Mən normal və aydın şəkildə danışa
bilərəm ki, onlar mənim fikrimi dodaqlarımdan oxuya bilsinlər. Mən onların işarələrindən
istifadə etməklə fikrimi anlada bilərəm).
• Əlilliyi olan şəxslərin təşkilatları və həmin şəxslərin özləri ilə müntəzəm ünsiyyət