İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
119
Media ekspertlərinin fikrincə, media əlilliyi olan şəxslər üçün platforma yaratmalı, onları
görüntüyə gətirməli və onlara danışmağa imkan verməlidir – ancaq onların ləyaqətini
müdafiə etmək şərtilə.
Belə işıqlandırma əlilliyi olan şəxsin görünən cəhətlərinə (travma, yara, nəzarət olunmayan
hərəkətlər, nitq məhdudiyyəti, yemək və hərəkət çətinlikləri və s.) lazımsız vurğular
etməməlidir.
Vizual işıqlandırma əlilliyi olan şəxs üçün alçaldıcı olmamalıdır, xüsusilə də, əgər o, yetkinlik
yaşına çatmayıbsa.
Gürcüstan: yaxşı təcrübə – əlilliyi olan şəxslər
Tbilisi dənizi üzərindən uçurlar
Əlilliyi olan şəxslər haqqında və belə şəxslər üçün onların təşkilatları ilə birgə hazırlanan
media məhsulları daha etik və professional olur. Bu zaman uyğun dildən, leksikondan və
imiclərən istifadə edilir.
2013-cü ilin mayında “İmedi” telekompaniyası əlilliyi olan şəxslərin Tbilisi dənizi üzərindən paraplan
ilə uçmasını işıqlandırmışdı. Bu, müsbət nümunədir, çünki jurnalist əlilliyi olan şəxslər üçün
imkanları, həm də əlil arabası istifadəçilərinin şəhərdə hərəkət edərkən rastlaşdıqları maneələri
qabartmışdı. Müsahibə götürülən əlilliyi olan şəxslər onların şəhərdə gəzməsinə çətinlik törədən,
onların iştirakının qarşısını alan uyğunlaşdırılmamış bina və küçələrdən danışırdılar.
Bu, əlilliklə bağlı təşkilatların nümayəndələri tərəfindən müzakirə edilən əsas məsələdir.
Əlilliyi olan insanların şikayətlərinə dövlət orqanlarının cavabı da materialda yer almışdı.
Bu material bir tərəfdən paraplanla uçan əlilliyi olan şəxslər haqqındadır, digər tərəfdən də
əlilliyi olan insanlar bizə üzləşdikləri problemlərdən danışırlar. Nəticə müsbətdir, material
tamaşaçıya xatırladır ki, əlilliyi olan insanların potensialı məhdudlaşdırılmamalıdır.
Gürcüstan: yaxşı təcrübə - maneə olmayanda
məhdudiyyət də olmur
"Rustavi 2" telekanalında verilmiş bir əhvalatın bir hissəsi əlil arabası istifadəçilərinin müstəqil
hərəkət etdiyini və sosial mühitdə öz yerini tamamilə təbii olaraq dərk etdiyini göstərir. Eyni
yanaşma xüsusi təhsil tələbi ilə çıxış edən əlilliyi olan şagird barədə "Rustavi-2"-nin digər bir
materialına da aiddir, burada bizə məktəbdə təhsil prosesi zamanı maneələrin olmamasından
danışılır. Bu səhnə həm də əlilliyi olan şagirdlərin təhsil prosesində müstəqil iştirakını göstərir.
Belə portretlər əlilliyə sosial yanaşma modelini nümayiş etdirir - maneələri etiraf etmək, lakin
əlilliyi olan şəxslərin bacarıqları və potensialı üzərində diqqəti cəmləmək.
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
120
Gürcüstan: yaxşı təcrübə –
hər bir kəs autizmli ola bilər
“Praym taym”dakı (Prime Time) məqalələrdən birində respondent bildirir ki, “autizm xəstəlik
deyil. Autizm böyüyə də, uşağa da təsir edən bir vəziyyətdir. Yalnız bu təsirlər fərqli olur.
Bütün autizmli uşaqların bilik qazanmaq və məktəb həyatına müsbət dəyişikliklər gətirmək
potensialı var. Autizmin geniş spektrı var – istənilən şəxs autizmə mübtəla ola bilər. "
Ekspertlər tərəfindən mövzuya dair belə şərhlər verilməsi vəziyyətin anlaşılmasının təşviqi
üçün vacibdir. Müsahibənin qalan hissəsində psixoloq özünün konkret bir tələbəsinin sosial
fəaliyyətdə qazandığı uğurlardan danışır ki, bu da müsbət amildir və əlilliyin dəqiq təsvirinə
imkan verir.
Azərbaycan: pis təcrübə – əlillik faciəsi
1. 2014-cü ildə yerli mətbuat kəskin sağlamlıq problemləri olan əsgərin anasının sözlərini
yaydı. O deyirdi ki, oğlu əlilliyi olan insan olsa, özünə od vuracaq.
2. Oğlan öz toy günü dostlarının zarafatı nəticəsində yatağa məhkum olunmuşdu. Yerli
media bu əhvalatı faciə kimi təqdim edirdi. Bu yanaşma əlillik qorxusunu artırır və onu
ölümdən betər qismət kimi göstərir. O, həmçinin əlilliyi olan şəxsləri “yazıq və zavallı”
kimi təqdim edir.
Ukrayna: yaxşı təcrübə – maneəsiz ədliyyə
2013-cü ilin may-noyabr aylarında məhkəmə binalarına əlçatımlılığa dair ümumölkə
kampaniyası başlanmışdı.
Ukraynanın 16 vilayətində 72 məhkəmə binasının əlilliyi olan şəxslər üçün əlçatımlılığı
yoxlandı. Bu monitorinqi media da izlədi.
Jurnalistlər kampaniyada iştirakdan faydalandılar, çünki:
• Media nümayəndələri sadəcə hadisələri müşahidəyə deyil, bütün prosesə cəlb
edilmişdi. Buna görə də əlilliyi olan şəxslərin məhkəmə binalarına daxil olma imkanı
və ədliyyəyə əlçatımlılıq sahəsində hüquqpozmalarla bağlı hekayələr daha balanslı və
keyfiyyətli idi.
• Uğurlu informasiya kampaniyası nəticəsində jurnalistlər nəinki ictimai məlumatlılığı
artırdılar, eləcə də məhkəmə binaları barədə statistik məlumat toplamaqla, tövsiyələr
verməklə dövlət orqanlarının (xüsusilə məhkəmə inzibatçılığının) diqqətini məhkəmə
binalarına əlçatımlılığın olmaması probleminə yönəldə bildilər.
• Maneəsiz Ədalət kampaniyasının iştirakçıları yəqin ki, Ukraynada məhkəmə binalarına
əlçatımlılıq məsələsini qaldıran ilk şəxslər idilər.
• Kampaniya Rusiya və Belarusun vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrində
maraq oyatdı. Kampaniya koordinatorları onları kampaniyanın gedişi haqqında vasitələr
toplusu və məsləhətlə təmin etdilər.