© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
114
qurmaq. Cari məsələlər barədə öyrənmək üçün əlilliyi
olan şəxslərin birləşdiyi
təşkilatların nümayəndələri ilə danışmaq.
• Əlillik mövzusunun təqdimatı üçün hər il dekabrın 3-də keçirilən “Look beyond” (kənara
bax) Beynəlxalq Əlilliyi olan Şəxslər Günündən istifadə edin.
• Digər beynəlxalq günləri nəzərdən keçirin – məsələn, Beynəlxalq Qadınlar günü (8
mart), Uşaq Əməyinə qarşı Beynəlxalq Mübarizə günü (12 iyun), Dünya HİV günü (1
dekabr) – və əlaqələndirmə barədə düşünün.
• Əlilliyi olan şəxslərin təsvirinin autentikliyi (real, həyati olması) üçün özündə və ya hər
hansı ailə üzvündə əlillik olan jurnalistlərlə işləyin.
• Əlilliyi olan “qəhrəmanları” həddindən çox şişirtməyin. İctimaiyyət “super-
qəhrəmanlara” heyran olsa belə, onların supermen kimi təsvir edilməsi əlilliyi olan
bütün şəxslərin bu səviyyəyə çatması barədə reallıqdan uzaq gözləntilər yarada bilər.
Lentə alanda hansı səhnələrdən istifadə etməli?
Əlilliyi olan şəxslərin vizual göstərilməsi, lentə alınması ilə bağlı heç bir razılaşdırılmış media
standartı yoxdur. Bütövlükdə media məhsulunun vizual tərəfi təsvir olunan şəxs üçün
alçaldıcı olmamalıdır. Ancaq bəzən jurnalistlər ifrata varır və hesab edirlər ki, ya əlilliyi olan
şəxsləri heç göstərməsələr yaxşıdır, ya da müsahibə alarkən onların üzünü texniki vasitələrlə
qapamaq lazımdır. Medianın bu cür yanaşması əlilliyi olan şəxsləri “görünməz” edir, onlarla
bağlı stereotipləri və mənfi münasibəti gücləndirir. Bu, ona işarə vurur ki, əlilliyi olan şəxs
üçün həyat məşəqqətdir, efirdə görünmək onlara utanc, tamaşaçılara isə məyusluq gətirir.
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
115
Stereotiplərin dəf edilməsi
Media çox zaman asanlıqla başa düşülən və qabaqcadan söylənməsi mümkün olan ideyalar
vasitəsilə işləyir – istehlakçıların diqqəti üçün rəqabəti nəzərə alaraq. Ancaq bəzən media
böyük yaradıcılıq nümayiş etdirir, adamların düşüncələrinə müsbət mənada təsir göstərir.
Stereotiplərdən çəkinmək və ya onları fəal şəkildə dəf etmək əlilliyi olan şəxslərin iştirakının
təşviqində media təşkilatlarının verə biləcəyi əsas töhfədir. Bəzi stereotiplər aşağıda verilib:
• Əlilliyi olan şəxs bədbəxtdir, acınacaqlı, xəstə, qabiliyyətsiz və ya uğursuzdur.
• Əlilliyi olan şəxsin gələcəyi yoxdur, o, ailəsinə yükdür.
• Əlilliyi olan şəxsə ya qəhrəman kimi (məsələn, “öz əlilliyinə üstün gəlmək” və ya sadəcə
“əzablara mətinliklə dözmək” üslubunda), ya da qəribə insan (az rast gəlinən qəribə
sağlamlıq məhdudiyyətinə görə maraq obyekti) kimi yanaşılır.
• Əlilliyi olan şəxs heç bir şeylə maraqlanmır və ya əlillikdən başqa heç bir sahə üzrə
ekspert ola bilməz.
• Əlilliyi olan şəxs hisslərlə oynamaq üçün yaxşı vasitədir.
© “Hökumətin qərar qəbulu prosesində vətəndaş cəmiyyətinin
əlilliyi olan şəxslərin hüquqlarının təşviqatçısı kimi iştirakı” layihəsi
İnklüziv Qərar Qəbulu üzrə IDEAS Vasitələr Toplusu
116
Örnəklər
Örnəyin öyrənilməsi: Xəbərin sadə şəkildə
çatdırılması
British Council Bolqarıstan insanların əlilliyi olan şəxslərə münasibətinin bəzən necə
amansız və duyğusuz olduğunu çatdırmaq məqsədilə animasiya komandası ilə sadə və şən
bir animasiya filmi yaratmaq üçün işlədi. Animasiya British Council təşkilatının 2009-cu ildə
müxtəlifliklə bağlı apardığı “Biz öncə insan, sonra fərqliyik” adlı daha geniş maarifləndirmə
kampaniyasının tərkib hissəsi idi. Bu kampaniya Bolqarıstan Nazirlər Şurasının Etnik və
Demoqrafik Məsələlər üzrə Direktorluğu ilə əməkdaşlıq şəraitində həyata keçirilmişdi.
https://www.youtube.com/watch?v=vpP-z0-H7zI
BK – Əlilliyi Olan Şəxslərin Yayım və Yaradıcı
Sənaye üzrə Şəbəkəsi (the Broadcasting and
Creative Industries Disabilities Network (BCIDN))
Bu şəbəkə əlilliklə bağlı problemləri öyrənmək və onlara media sənayesi ilə əlaqəli yanaşmaq
üçün BK-dakı əsas yayımçıları bir araya gətirdi. İllər sonra bu qurum Yaradıcı Müxtəliflik
Şəbəkəsi yaratmaq üçün müxtəlifliyin bütün aspektlərini əhatə edərək Mədəni Müxtəliflik
Şəbəkəsi ilə birləşdi.
BCIDN üzvü olaraq, BBC (Britaniya Yayım Şirkəti - British Broadcasting Corporation) bərabər
imkanlar və müxtəliflik yanaşması əsasında fəaliyyət göstərir, bu da xidmət göstərdiyi
çoxdiapazonlu auditoriyaları əks etdirir. Əlilliklə əlaqəli şirkət əlilliyi olan şəxslərin efirdə və
ekranda görünmə tezliyini artırmağı; bütün sahələr üzrə işçi qüvvəsinin tərkibində əlilliyi
olan şəxslərin sayını artırmağı; efirdə və efirdən kənarda xidmətlərə çatımı artırmağı; öz
binalarına çatımı təmin etməyi qarşısına məqsəd qoyub. BBC-nin əlilliyi olan işçilər üçün
“BBC Ability” (bacarıq) adlanan forumu var.
Çin – One Plus One (Bir üstəgəl bir)
Pekində “One Plus One” Mədəni Mübadilə Mərkəzi tamamilə əlilliyi olan jurnalistlər tərəfindən
idarə edilən media sahəsidir. 2008-ci ildə şirkətin iki işçisi olimpiya oyunları tarixində ilk dəfə
tam akreditasiyadan keçmiş əlilliyi olan çinli jurnalist oldu. İndi onların radio verilişləri Çinin
çox hissəsində yayımlanır.
Azərbaycan – yaxşı təcrübə (Əlilliyi olan şəxslər
üçün xüsusi veriliş)
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə İctimai TV
2014-cü ilin aprel ayından etibarən əlilliyi olan şəxslərlə bağlı silsilə verilişlər hazırlayır.
Məqsəd: əlillik problemləri və bu problemlərin həlli sahəsində dövlət siyasəti, əlilliyi olan