Biznes əlaqələri


Dünya təcrübəsində müştərək müəssisələrin



Yüklə 83,27 Kb.
səhifə15/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   ...   11   12   13   14   15   16   17   18   ...   38
Biznes əlaqələri 80 SUAL

Dünya təcrübəsində müştərək müəssisələrin iki növ fərqləndirci xüsusiyyətləri vardır: səhmdarsövdələşmə (kontarkt) əsasında yaradılan müştərək müəsisələr.
22. İstehsal kooperasiyası. 23. İstehsal kooperasiyasının növləri: podrat, autsorsinq və subkontraktinq
Kooperasiyabirgə məqsədləri həyata keçirmək üçün iştirakçıların səy və resurslarının könüllü birləşməsidir. "İstehsal kooperasiyası" - kiçik, orta və iri biznesin qarşılıqlı əlaqəsidir. Bu əlaqə nəticəsində sənaye istehsalının rəqabətə davamlılığı əhəmiyyətli dərəcədə artır. İstehsal kooperasiyası əməkdaşlığın elə formasıdır ki, bu zaman hər bir tərəfdaş vahid istehsal prosesi çərçivəsində öz öhdəliklərinə düşən işləri həyata keçirir.
Kiçik və orta biznes müəssisələri üçün istehsal kooperasiyasının ən yayılmış növləri podrat, autsorsinqsubkontraktinqdir.
Podrat. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutlmuş işi icra etməyi, sifariıçi isə podratçıya razılaşdırılmış haqqı ödəməyı öz öhdəsinə götürür.
Autsorsinq. Autsorsinq (outsourcing) – müəssisənin biznes-prosesinin təşkilində xarici resurslardan (maddi, əmək, intellektual) istifadəsidir.
Autsorsinq tətbiq edildiyi zaman əsas qeyri-profil hesab edilən müəyyən növ fəaliyyətlər kənar şəxslərin öhdəsinə verilir bu fəaliyyətlər daha dərin ixtisaslaşma, ən yeni texnologiyalardan istifadə yüksək ixtisaslı elmi-texniki personal hesabına daha səmərəli yerinə yetirilir. Autsorsinq müqavilə sisteminin iqtsadiyyatın real sektorunun yenidən strukturlaşdırılması inkişafını stimullaşdırır.
Subkontraktinq. Subkontraktinqsifarişçi (kontraktor) və təchizatçı (subkontraktor) arasında aparılmış əmək bölgüsündə istifadə edilən istehsalın təşkili üsuludur.
Subkontraktasiyanın mexanizmi: iki tərəf - kontraktor subkontraktor - öz aralarında razılaşma əldə edirlər. Kontraktor bir və ya bir neçə müəssisəyə (subkontraktor) müəyyən detalların və ya son məhsulun istehsalı üçün lazımi tapşırıqlar verir. Subkontraktor isə kontraktor tərəfindən verilmiş texniki şərtlərə uyğun olaraq ona tapşırılan işləri icra edir.

Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə